Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

 
22
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər

А) “Fasiləli oxu”. Mətn kiçik hissələrlə oxunur. Fasilələrdə müəllim  şagirdləri 
düşünməyə vadar edən müvafiq suallar verir. 
В)  Şagirdlər cərgələrlə (3 cərgə  şərti ilə) dərslikdəki mətndən istifadə edərkən 
“Öyrəndiklərinizi tətbiq edin” blokunda verilmiş cədvəli doldururlar. Hər cərgə bir sütunu 
doldurur.  İşin cütlərlə aparılması daha məqsədəuyğundur.  İş zamanı müəllim 
məqsədəuyğun hesab etdiyi əlavə  mətn və ya şəkilləri  əvvəlcədən hazırlayıb dərs zamanı 
şagirdlərə paylaya bilər.  
  “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  cədvəli dolduran zaman şagirdlər 
dərslikdə verilən materiala, aşağı siniflərdə “Həyat bilgisi” fənnindən aldıqları biliklərə və 
öz şəxsi təcrübələrinə əsaslanırlar. Məsələn, 
Əsas xassələri Heyvanlar 
Bitkilər Göbələklər 
Qidalanma 
heterotrof (hazır 
üzvi maddələrlə qi-
dalanırlar) 
avtotrof heterotrof 
Hərəkət + – – 
İfrazat ifrazat 
sistemi 
var 
– 
(tükcüklər və s.) 
– 
Böyümə müəyyən vaxta kimi 
böyüyürlər 
ömrü boyu 
böyüyürlər 
ömrü boyu 
böyüyürlər 
Hüceyrənin 
quruluşu 
nazik hüceyrə qılafı    qalın hüceyrə divarı, 
iri vakuol, xloro-
plastlar  
qalın hüceyrə divarı, 
iri vakuol 
Tamamlanmış  cədvəl  şagirdlərdə  həm canlı orqanizmlərin səciyyəvi xüsusiyyətləri,  
həm onların fərqləri haqqında təsəvvür yaratmağa imkan verir.  
“Öyrəndiklərinizi yoxlayın”.  Bu dərsin nəticəsində  mənimsənilən biliklər test 
tapşırıqları vasitəsilə yoxlanılır və möhkəmləndirilir. 
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Bitki, heyvan, 
göbələk və bakteri-
yaların quruluşu 
haqqında fikirlərini 
müəllimin və yoldaş-
larının verdiyi sual-
ların köməyi ilə  şərh 
edir.   
Bitki, heyvan, 
göbələk və 
bakteriyaların 
quruluşu haqqında 
mülahizələrini  
çətinliklə şərh edir.  
 
Bitki, heyvan, 
göbələk və 
bakteriyaların 
quruluşu haqqında 
mülahizələrini  
qismən şərh edir.  
 
 
Bitki, heyvan, 
göbələk və 
bakteriyaların 
quruluşu haqqında 
mülahizələrini 
dolğun şərh edir.  
 
Bakteriya, göbələk, 
bitki və heyvanlarda 
gedən həyati pro-
sesləri fərqləndi-
rərkən  tez-tez 
səhvlərə yol verir.  
Bakteriya, göbələk, 
bitki və heyvanlarda 
gedən həyati 
prosesləri 
fərqləndirməkdə 
bəzən çətinlik çəkir. 
Bakteriya, göbələk, 
bitki və heyvanlarda 
gedən həyati pro-
sesləri, əsasən, 
düzgün  fərqləndirir. 
Bakteriya, göbələk, 
bitki və heyvanlarda 
gedən həyati pro-
sesləri düzgün fərq-
ləndirir. 
 


 
 
23
 
 
 
F
Ə
S
İ
L ÜZR
Ə
 REALLA
Ş
DIRILACAQ ALT STANDARTLAR  
 
 
F
Ə
S
İ
L ÜZR
Ə
 ÜMUM
İ
 SAATLARIN M
İ
QDARI:             
   22 saat 
K
İ
Ç
İ
K SUMMAT
İ
V Q
İ
YM
Ə
TL
Ə
ND
İ
RM
Ə

 
 
   3 saat
 
 
 
2. İBTİDAİ VӘ ALİ SPORLU BİTKİLӘR 
 
Dərs 5 / Mövzu 5:
 YOSUNLAR –  İBTİDAİ  BİTKİLƏRDİR.  
                              BİRHÜCEYRƏLİ YAŞIL YOSUNLAR
 
 
 
 Müəllim dərsə “Anlayışın çıxarılması” metodu ilə başlaya bilər.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
Yosunların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
Birhüceyrəli yaşıl yosunlarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
 
T
Ə
DR
İ
S VAH
İ
D
İ
 –
2
B
İ
TK
İ
L
Ə
R, BAKTER
İ
YALAR V
Ə
 GÖB
Ə
L
Ə
KL
Ə
R AL
Ə
M
İ
N
İ

MÜXT
Ə
L
İ
FL
İ
Y
İ
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından  istifadə 
qaydalarına əməl edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri 
ümumiləşdirir. 
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
  
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.  
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizələrini 
şərh edir.


 
24
 
Şagirdlər həyati bilik və müşahidələrindən faydalanaraq cavablarını  səsləndirir 
(yosunlar),  əlavələr edirlər.  Müəllim dərsə verilmiş  mətnlə tanışlıqdan və sonrakı sualın 
müzakirəsi ilə də başlaya bilər.  
 “Fəaliyyət” mərhələsinə keçməmişdən  əvvəl müəllim  şagirdləri “ibtidai” və “ali bit-
kilər” anlayışları ilə tanış edir, onların xüsusiyyətlərini vurğulayır. Yosunların sistematik 
kateqoriyaları haqqında məlumat sxem şəklində təqdim oluna bilər.  
 
 
 
Sxem böyük vərəqdə  tərtib edilərsə, ona “Bitkilər” aləmini öyrəndikcə müəyyən  əlavələr 
etmək mümkündür.  
“Fəaliyyət” bölümündə şagirdlər şəkildə təsvir olunan birhüceyrəli yaşıl yosunları mü-
qayisə edirlər. Müəllim lövhədəki Venn diaqramında şagirdlərin cavablarını qeyd edir. Bir-
hüceyrəli yosunların orqanoidlərini sadalayan şagirdlər  əvvəlki biliklərə  əsaslanaraq onların 
funksiyalarını qeyd edirlər. “Xromatofor” anlayışı yeni olduğu üçün şagirdlər onun funksiyası 
haqqında öz fərziyyələrini irəli sürürlər (yaşıl olduğuna görə fotosintezdə iştirak edir). 
 Birhüceyrəli yosunların quruluş xüsusiyyətləri, həyat fəaliyyəti barədə nəzəri mate-
rialın tam qavranılması üçün bu mövzu üzrə elektron resurslardan istifadə olunması məq-
sədəuyğundur. Belə elektron resurslar animasiyalı  təqdimatlar, videofayllar şəklində ola 
bilər. Məlumatın  əyaniliyi üçün onun vizual təqdim olunması, adətən,  şagirdlərin böyük 
marağına səbəb olur və  zəruri məlumatın daha tam qavranılmasını  təmin edir. Aşağıdakı 
internet saytlarından istifadə etmək mümkündür: 
http://biology-online.ru/uroki-onlain/6-klass-biologija-bakterii-gribov-rastenii/urok-onlain-
vodorosli.html,   
http://tana.ucoz.ru/load/303 
http://www.youtube.com/results?search_query=chlamydomonas  
Rus dilində olan videomaterialları nümayiş etdirən zaman müəllim özü görüntüləri şərh 
edə bilər.  
Dərsin məqsədlərini nəzərə alaraq iş zamanı müəllim istiqamətləndirici suallar verə 
bilər. Məsələn:  
– Nəyin hesabına yosunlar yaşıl rəngdə olur? Yosunlarda xlorofilin olması  nəyi 
göstərir? Sizin fikrinizcə, sərbəst həyat tərzi sürən yosunların hansı üstünlüyü var? 
Yosunların çoxalması haqqında məlumat yeni olduğu üçün müəllim izah etdiyi 
məlumatı bir daha sxemlə lövhədə  təsvir edir, şagirdlər bu sxemi dəftərlərinə köçürərək, 
lazımi qeydlər aparır. Aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir: 
Bitkilər aləmi 
İbtidai bitkilər yarımaləmi 
Ali bitkilər yarımaləmi 
Yaşıl, qonur, qırmızı  və s. 
yosun şöbələri 
Dəniz, okean 
və göllərdə

Yaşıl, qırmızı 
və qonur
Bitkilər 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə