Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

 
 
47
Dərs 18 / Mövzu 17:
 İKİLƏPƏLİLƏR SİNFİ. MÜRƏKKƏBÇİÇƏKLİLƏR 
FƏSİLƏSİ
  
 
 
 Müəllim  şagirdlərlə birlikdə dərslikdəki tarixi faktla tanış olduqdan sonra uşaqların 
həyati biliklərinə  əsaslanaraq sual ətrafında müzakirələr təşkil edir.  Hindular üyüdülmüş 
günəbaxan toxumlarından un kimi istifadə edirdilər. Belə “un”dan hazırlanmış qida ləziz 
xörəklərdən biri sayılırdı. Bəzi mənbələrdə  qədim hinduların bu toxumlardan yağ aldıqları 
barədə  də  məlumatlar var. Bu yağdan dəriyə  və saça çəkərək kosmetik məmulat kimi də 
istifadə oluna bilərdi. Hindular günəbaxandan bənövşəyi boya da ala bilirdilər. 
Dərsliyin əvvəlində verilmiş uyğun mətnlə tanışlıqdan sonra müvafiq sual ətrafında mü-
zakirə təşkil etmək olar. 
 
 Praktik iş dərslikdəki şəkillər əsasında qurulur. Dərs zamanı müəllim müvafiq təbii 
obyektlərdən, mulyajlardan, yaxud şəkil-aplikasiyalardan da istifadə edə bilər. 
 Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim plakatlar, sxemlər, elektron 
təqdimatlar, videomaterial və digər əyani vəsaitlərdən istifadə edərkən nəzəri materialı izah 
edə bilər. İzahatın gedişində cədvələ qeydlər əlavə olunur.  
 
Fəsilənin 
adı 
Həyat 
forması 
Çiçəyin 
düsturu 
Meyvəsi Nümayəndələri  Əhəmiyyəti 
... ... ... ...  ...  ... 
 
Mürəkkəbçiçəklilər fəsiləsini onun tipik nümayəndəsi olan günəbaxanın üzərində 
öyrənmək daha məqsədəuyğundur. Günəbaxanın iri çiçəyi nümayiş etdirilərək onun üzərində 
çiçək qrupunun və çiçəyinin quruluş xüsusiyyətləri öyrənilir. Müəllim lövhədə sxematik 
şəkillər çəkir, yığılan modelin üzərində çiçəyin quruluş hissələrini göstərir.  İmkan olarsa, 
şagirdlərə qısa praktiki iş təklif oluna bilər:
 
1) Cavan günəbaxan bitkisinin herbarisini öyrənərək vegetativ orqanların və çiçək qrupla-
rının xarakteristikasını qeyd edin. Sarğını, mərkəzdə və kənarlarda yerləşən çiçəkləri tapın. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Mürəkkəbçiçəklilərin xüsusiyyətləri haqqında  mülahizələrini 
şərh edir. 
  Mürəkkəbçiçəklilər fəsiləsinə aid olan bitkiləri digər 
ikiləpəlilər sinfinin fəsilələrinə aid olan bitkilərdən fərqləndirir. 
 
 


 
 
48
2) Çiçəklərə lupa altında baxın. Dilcikşəkilli və boruşəkilli çiçəkləri taparaq onları 
modelləri ilə müqayisə edin; 
3) Günəbaxan toxumunu ağ kağız üzərində əzin. Nə müşahidə edirsiniz? 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş ünvanlardakı videomateriallardan istifadə 
etmək mümkündür.  
Dərsin sonunda müəllim şagirdləri bir neçə maraqlı faktla tanış edə bilər:  

  Mürəkkəbçiçəklilərin səbətləri müəyyən vaxtda açılır və bağlanır. Bu xüsusiyyətdən 
çiçək saatı yaratmaq üçün istifadə oluna bilər. 

  Payızgülü Yaponiyada günəşin simvoludur. Yaponiyada hər məzarın üzərində stəkanın 
içində payızgülü görmək olar. 

  Qədimdə saxsıdan qab düzəldəndə palçığa zəncirotu tumu əlavə edirdilər. Saxsını 
sobada yandıranda toxumlar yanar və qabda xırda məsamələr  əmələ  gələrdi. Belə 
qablarda uzun müddət süd saxlayardılar və o, həmişə sərin qalardı.  
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim 
olunmuş tapşırığı yerinə yetirən şagirdlər dərsdə qazanılan biliklərdən faydalanırlar. İkiləpə-
lilər sinfinə daxil olan fəsilələrin adları, səciyyəvi xüsusiyyətləri, onlara aid olan bitkilər və 
bu bitkilərin əhəmiyyəti haqqında məlumatlar təkrarlanır və möhkəmləndirilir. Əldə edilmiş 
biliklərin tətbiqi zamanı dərsin məqsədlərində qeyd olunmuş bacarıqlar formalaşır. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Mürəkkəbçiçəklilərin 
xüsusiyyətləri haqqın-
da  mülahizələrini 
müəllimin köməyi ilə 
şərh edir.  
Mürəkkəbçiçəklilərin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini  
şərh edərkən  tez-tez 
səhvlərə yol verir.  
Mürəkkəbçiçəklilərin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
şərh edərkən kiçik 
qeyri-dəqiqliyə yol 
verir.  
Mürəkkəbçiçəklilərin 
xüsusiyyətləri haq-
qında  mülahizələrini 
geniş şərh edir.  
Mürəkkəbçiçəklilər 
fəsiləsinə aid olan 
bitkiləri digər iki-
ləpəlilər sinfinin 
fəsilələrinə aid olan 
bitkilərdən çətinliklə 
fərqləndirir. 
Mürəkkəbçiçəklilər 
fəsiləsinə aid olan 
bitkiləri digər ikiləpə-
lilər sinfinin fəsilə-
lərinə aid olan bitki-
lərdən fərqləndirərkən 
səhvlər buraxır. 
Mürəkkəbçiçəklilər 
fəsiləsinə aid olan 
bitkiləri digər iki-
ləpəlilər sinfinin 
fəsilələrinə aid olan 
bitkilərdən,  əsasən, 
düzgün fərqləndirir. 
Mürəkkəbçiçəklilər 
fəsiləsinə aid olan 
bitkiləri digər iki-
ləpəlilər sinfinin 
fəsilələrinə aid olan 
bitkilərdən düzgün 
fərqləndirir. 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=z890Y9Fgk1g 
http://www.youtube.com/watch?v=dltXozx6p_o 
 
 


 
 
49
Dərs 19 / Mövzu 18:
 BİRLƏPƏLİLƏR  SİNFİ. TAXILLAR VƏ ZANBAQLAR 
FƏSİLƏSİ 
 
 
Müəllim BİBÖ cədvəlindən istifadə edərkən “Birləpəlilər sinfi” haqqında şagirdlərin bi-
liklərini üzə çıxarır. O, şagirdləri fəallaşdırmaq üçün  müxtəlif suallarla müraciət edə bilər. 
Məsələn:   
  Birləpəlilərin toxumunda neçə ləpə olur? 
  Birləpəlilərin kök sistemi (yarpaqları, onların damarlanması) necədir?  
 
Bilirəm 
İstəyirəm biləm Öyrəndim 
 
 
 
Şagirdlərin cavabları  cədvəldə qeyd olunur və  dərsin sonunda onlara qayıdılır. Sonra 
müəllim şagirdləri dərslikdəki mətnlə tanış edir və uyğun sual müzakirə olunur. 
 
 Praktik iş dərslikdəki şəkil əsasında qurulur. Şagirdlər əvvəlki biliklərindən və dərsin 
əvvəlindəki məlumatlardan istifadə etməklə  cədvəldəki “?” işarəsinin yerinə müvafiq 
məlumatları yazırlar. Taxılların və zanbaqkimilərin çiçəyinin quruluşu haqqında bilikləri 
olmadığına görə bu sətirdəki məlumat tam verilmişdir. Elə bu mərhələdə yeni işarənin (Ç) 
verilməsi məqsədəuyğundur. Nəticələrin müzakirəsi ikiləpəli və birləpəli bitkilərin 
müqayisəsi əsasında qurulur.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər: 
А) Praktik işin nəticələrinin müzakirəsindən sonra müəllim plakatlar, sxemlər, elektron 
təqdimatlar, videomaterial və digər əyani vəsaitlərdən istifadə edərkən nəzəri materialı izah 
edə bilər. İzahatın gedişində cədvəldə qeydlər aparılır.  
 
Fəsilənin 
adı 
Həyat 
forması 
Çiçəyin 
düsturu 
Meyvəsi Nümayəndələri  Əhəmiyyəti 
 
 
 
 
 
 
 
B) Mətnlə tanışlıq kiçik qruplarda da aparıla bilər. Qruplar mətnin hər hansı hissəsini təhlil 
edir, cədvəlin müvafiq xanasında qeydlər aparırlar. Mətn və ya şəkillər müəllim tərəfindən 
də hazırlana bilər.  İşin nəticələri ümumi cədvəl  şəklində  tərtib olunur və  BİBÖ cədvəli 
tamamlanır.  
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
  Taxıllar və zanbaqkimilər fəsilələrinin xüsusiyyətləri haqqında  
mülahizələrini şərh edir. 
  Taxıllar və zanbaqkimilər fəsilələrinə aid olan bitkiləri 
fərqləndirir. 
 
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə