Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə22/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   18   19   20   21   22   23   24   25   ...   54

 
 
53
bitkilər” fəslinin tədrisinə başlayarkən 13-cü dərsdə vermək lazımdır. Bunun üçün dərslikdə 
fəslin son mövzusu – “Yaşadığınız diyarın dərman bitkiləri” adlı layihə ilə şagirdləri dərsdə 
tanış etmək olar. Layihə ilə tanışlığı şagirdlərə evə də tapşırmaq olar. 
13-cü dərsdə 5-10 dəqiqə ərzində müəllim şagirdlərlə birlikdə tədqiqat planını müzakirə 
edir, mümkün təklif və fikirlər dinlənilir. Layihənin icrası ilə bağlı şagirdlərin sualları və bəzi 
digər məsələlər növbəti dərslərdə də müzakirə edilə bilər. İşi kiçik qruplarda aparmaq daha 
məqsədəuyğundur. Bunun üçün qruplar təşkil olunur, vəzifələr bölüşdürülür. Yerli şəraiti, 
mövcud imkanları  nəzərə alaraq,  optimal məlumat mənbələri, icra müddətləri və  təqdimat 
formaları müəyyən olunur. Lazımi optik cihazlar (fotoaparat, videokamera), dəftərxana 
ləvazimatının siyahısı tutulur, məsul şəxslər təyin olunur.  Layihə payız aylarına düşdüyünə 
görə natural obyektlərin foto və videoçəkilişi bir qədər məhdud olduğundan, şagirdlər belə 
materialların toplanması üçün müvafiq ədəbiyyat (evdə, məktəb və rayon kitabxanasında 
olan kitab və ensiklopediya), internetdən istifadə edə bilərlər. Ailə üzvləri, yaşlı  və 
uzunömürlü sakinlər, həkim və xalq müalicə üsullarından istifadə edən insanların 
müsahibələri də videolentə alına bilər.  
Əldə edilən məlumatlar seçilən formada dərslikdə göstərilən plan üzrə  təqdim 
olunmalıdır. 
Layihəni işləyən zaman şagirdlər doğma diyarın dərman bitkilərini təyin və tətbiq etməyi 
öyrənirlər. Layihə şagirdləri müstəqil tədqiqat fəaliyyətinə yönəldir, məlumatın toplanması, 
sistemləşdirilməsi və  təqdim olunması  vərdişlərini yaradır. Eyni zamanda, şagirdlərdə 
qruplarda işləmək vərdişləri inkişaf edir, ekoloji mədəniyyət və  təbiəti qorumaq hissləri 
formalaşır. Hazırlanmış layihələr məktəb muzeyində, ekoloji tədbirdə, fənn həftəsində və s. 
nümayiş etdirilə bilər. 
 
Qiymətləndirmə meyarları: qruplaşdırma, şərhetmə, təqdimetmə  
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Müalicəvi əhəmiyyəti-
nə görə dərman bitki-
lərini qruplaşdırmaqda 
çətinlik çəkir. 
Müalicəvi 
əhəmiyyətinə görə 
dərman bitkilərinin  bir 
qismini qruplaşdırır.  
Müalicəvi əhəmiyyətinə 
görə dərman bitkilərinin 
çox hissəsini 
qruplaşdırır.     
Müalicəvi əhəmiyyətinə 
görə dərman bitkilərini 
düzgün qruplaşdırır. 
Dərman bitkilərinin qo-
runmasına dair müşahi-
dələr əsasında mülahi-
zələrini  yalnız müəl-
limin verdiyi sualların 
köməyi ilə şərh edir. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini   
çətinliklə şərh edir. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini, əsasən,  
şərh edir. 
Dərman bitkilərinin 
qorunmasına dair 
müşahidələr əsasında 
mülahizələrini   dolğun 
şərh edir. 
Yaşadığı diyarda rast 
gəlinən dərman bitkilə-
rinə və onların müali-
cəvi əhəmiyyətinə aid 
çox az məlumat top-
layır, təqdim etməkdə 
çətinlik çəkir.  
Yaşadığı  diyarda  rast 
gəlinən dərman bitki-
lərinə və onların müali-
cəvi əhəmiyyətinə aid  
topladığı məlumat tam 
deyil, bu məlumatı yal-
nız müəllim və yoldaş-
larının köməyi ilə 
təqdim edir.  
Yaşadığı  diyarda  rast 
gəlinən dərman bitkilə-
rinə və onların müalicəvi 
əhəmiyyətinə aid, 
əsasən, düzgün məlumat 
toplayır, sistemləş-
dirərkən və təqdim 
edərkən  kiçik səhvlərə 
yol verir. 
Yaşadığı  diyarda  rast 
gəlinən dərman bitkilə-
rinə və onların müalicəvi 
əhəmiyyətinə aid  ətraflı 
məlumat toplayır, 
sistemləşdirir, dolğun 
şəkildə təqdim edir. 


 
 
54
III FƏSİL ÜZRƏ 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Düzgün ifadələri seçin: 
1. Yalnız çılpaqtoxumlu bitkilərdə şəklini dəyişmiş zoğ – qoza olur.  
2. Çılpaqtoxumlu bitkilərin hamısı ağac formasındadır.
  
3. Küknarın iynəyarpağı uzun olub, zoğ üzərində cüt-cüt yerləşir.  
4. Şam ağacının erkək qozaları sarımtıl rəngdə olur. 
5. İynəyarpaqlılar birevli bitkilərdir. 
 
2. Əlamətlərin nömrəsini cədvəlin müvafiq sütunlarına yazın: 
1. Yalnız küləklə tozlanır;  2. Çiçəkləri və meyvəsi olur; 3. Yarpaqlarını tökür; 
4. Yarpaqların damarlanması torvari, paralel və qövsvari olur; 5. Qozaları 
olur; 6. Yarpaqlar iynəşəkillidir;  7. Küləklə  və  həşəratlarla tozlanır;                   
8. Həmişəyaşıldır. 
Çılpaqtoxumlular  
Örtülütoxumlular  
 
 
3. Düzgün variantı müəyyən edin: 
  Xaççiçəklilərin/paxlalıların çiçəyi kəpənəyə bənzəyir. 
  Taxıllar/gülçiçəklilər fəsiləsi ikiləpəlilər sinfinə aid deyil.  
  İstiot, pomidor, kartof bitkiləri  badımcançiçəklilər/paxlalılar  fəsiləsinə 
aiddir. 
  Xaççiçəklilərin meyvəsi buynuzmeyvədir/dənmeyvədir. 
4. 3 doğru cavabı seçin: 
Hansı bitkilərdə ikiqat mayalanma baş verir? 
А. alma   В. küknar    С. şam    D. kələm    E. sərv   F. badımcan 
 
5. Uyğunluğu müəyyən edin: 
 
A.  Xaççiçəklilər 
B.  Gülçiçəklilər 
C.  Badımcançiçəklilər 
D.  Paxlalılar 
E.  Mürəkkəbçiçəklilər 
F.  Taxıllar 
G.  Zanbaqkimilər 
 
6.  Saçaqlı kök sisteminə malikdir: 
А. Lobya, soğan, buğda;  В. Pomidor, arpa, acı paxla;    
С. Çovdar, günəbaxan, çəltik;  D. Buğda, inciçiçəyi, qarğıdalı. 
 
 
a.  Moruq 
b.  Georgin 
c.  Acı paxla 
d.  Pomidor 
e.  Çovdar 
f.  Aloye 
g. 
Quşəppəyi
 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə