Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 
 
40
 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıq çılpaqtoxumlu-
ların əsas xüsusiyyətlərini bir daha təkrarlamağa, dərsdəki məlumatları möhkəmləndirməyə 
imkan yaradır.  
“Öyrəndiklərinizi yoxlayın” blokundakı  cədvəl həm dərs zamanı, həm də evdə doldurula 
bilər. Yuxarıda qeyd olunduğu kimi, ərazinin florasından asılı olaraq cədvələ  çılpaq-
toxumluların digər nümayəndələri daxil edilə bilər.  
Qiymətləndirmə meyarları: şərhetmə, istifadəetmə 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/229-2-2  
http://www.youtube.com/watch?v=yIN_eeoTHK0 
 
 
 
Dərs 14 / Mövzu 13:
 ÇILPAQTOXUMLULARIN ÇOXALMASI VƏ  
                                            ƏHƏMİYYƏTİ 
 
 Mətnlə tanış olmazdan əvvəl bitkilərin çoxalması haqqında şagirdlərin əvvəlki bilikləri 
əsasında müzakirələr aparmaq olar. Müəllim  şagirdləri   fəallaşdırmaq məqsədilə müxtəlif 
suallar verə bilər:  
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Çılpaqtoxumluların 
müxtəlifliyi haq-
qında mülahizələrini 
yalnız müəllimin 
köməyi ilə  şərh edir. 
Çılpaqtoxumluların 
müxtəlifliyi haqqında 
mülahizələrini şərh 
edərkən çətinlik çəkir. 
 
Çılpaqtoxumluların 
müxtəlifliyi haqqında 
mülahizələrini, əsasən, 
düzgün şərh edir. 
 
Çılpaqtoxumluların 
müxtəlifliyi haqqın-
da mülahizələrini 
dolğun şərh edir. 
Çılpaqtoxumluların 
quruluşunun öyrənil-
məsində laboratoriya 
avadanlıqlarından     
istifadə edərkən 
səhvlər buraxır. 
Çılpaqtoxumluların 
quruluşunun öyrənil-
məsində laboratoriya 
avadanlıqlarından isti-
fadə qaydalarına qis-
mən əməl edir. 
Çılpaqtoxumluların 
quruluşunun öyrənil-
məsində laboratoriya 
avadanlıqlarından isti-
fadə edərkən kiçik 
qeri-dəqiqliyə yol 
verir. 
Çılpaqtoxumluların 
quruluşunun öyrə-
nilməsində labo-
ratoriya avadanlıq-
larından istifadə 
qaydalarına tam 
əməl edir. 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Çılpaqtoxumlulara aid bitkilərin təbiətdə rolu və  əhəmiyyəti 
haqqında mülahizələrini şərh edir.  
 Çılpaqtoxumlularda çoxalma prosesinin səciyyəvi xüsusiyyət-
lərini  müəyyənləşdirir.  
 
 


 
 
41
  Çoxalma nədir? 
  Bitkilərdə hansı çoxalma üsullarını ayırd edirlər?   
  Cinsiyyətli və cinsiyyətsiz çoxalma formaları xas olan bitki şöbələrinin adlarını 
söyləyin.  
  Qıjının cinsiyyətli çoxalması necə baş verir? 
  Qıjının cinsiyyətsiz  çoxalması necə baş verir? 
  Niyə  şam, küknar ağaclarını  çılpaqtoxumlu adlandırırlar?  (Onların toxumları 
qozaların pulcuqları üzərində çılpaq yerləşir)   
Dərsə verilmiş mətnlə tanışlıq və sonrakı sualın müzakirəsi “Fəaliyyət” bölümünə keçidi 
təmin edir. 
 Şəkillərdə təsvir olunan bitkiləri müqayisə edən şagirdlər tozlanma növləri haqqında 
ilkin mülahizələrini irəli sürürlər. Alınan nəticələr bütün şagirdlərlə müzakirə olunur, fikir 
mübadiləsi gedir, əlavələr və düzəlişlər edilir. 
 
 Tapşırıq nəticələrinin müzakirəsindən sonra əyani vəsaitlərə  (şəkil, elektron 
təqdimatlar, yaxud videomateriallara) istinad edərkən nəzəri materialı izah etmək olar. 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda rus və ingilis dillərində müvafiq 
materiallar yerləşdirilmişdir. 
Məlumatın mənimsənilməsi və müzakirəsi aşağıdakı suallara əsaslana bilər:  
Qoza nədir?  Şam ağacında hansı qozalar yetişir? Onlar harada yerləşir? Qozalar hansı 
əlamətlərinə görə  fərqlənir? Tozcuq harada yetişir? Tozcuğun quruluşu bitki üçün hansı 
əhəmiyyət kəsb edir? Gələcək bitkinin rüşeymi harada əmələ gəlir? Toxum yetişən zaman nə 
ilə qorunur? Toxumlar yetişən zaman qozaların pulcuqları ilə  nə baş verir? Toxumun 
qanadcığı hansı rol oynayır? 
Nəzəri məlumatın “Çılpaqtoxumluların təbiətdə rolu və  əhəmiyyəti” hissəsini müəllim 
şagirdlərlə birlikdə oxuyur, yaranan sual və əlavələri müzakirə edir, mövzunu ümumiləşdirir.  
 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim  olunmuş tapşırıqda öyrənilmiş 
məlumatdan istifadə edərkən şagirdlər “lal” sxemi doldururlar. 
 
 
 
“Öyrəndiklərinizi yoxlayın” bölümündə düzgün cavabları qeyd edən  şagirdlər 
çılpaqtoxumluların səciyyəvi xüsusiyyətləri və çoxalması haqqında bilikləri ümumiləşdirirlər. 
Əvvəlki dərsdə  tərtib olunan BİBÖ cədvəli tamamlanır. Bu tapşırıqlar ümumilikdə  dərsin 
məqsədlərində qeyd olunmuş bacarıqların nümayişi üçün əlverişli şərait yaradır.   
Qiymətləndirmə meyarları: müəyyənetmə, şərhetmə 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  
müəyyən 
edərkən  tez-tez 
səhvlərə yol verir. 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  
çətinliklə 
müəyyən edir. 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini,  
əsasən, 
müəyyən edir. 
Çılpaqtoxumlularda 
çoxalma prosesinin 
səciyyəvi xüsusiy-
yətlərini  
düzgün 
müəyyən edir. 
Spermi  
Yumurta 
hüceyrə
Yetkin 
bitki 
ziqot 
rüşeym 
toxum 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə