Microsoft Word b-7 mv az capa doc



Yüklə 27,6 Mb.
Pdf görüntüsü
səhifə15/54
tarix15.10.2018
ölçüsü27,6 Mb.
#74299
1   ...   11   12   13   14   15   16   17   18   ...   54

 
 
33
Dərs 10 / Mövzu 10:
 QIJIKİMİLƏR. QIJILARIN ÇOXALMASI 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki müvafiq mətnlə tanış edir və 
sualın müzakirəsini təşkil edir. Şagirdlər öz mülahizələrini söyləyir və belə nəticəyə gəlirlər 
ki, “qıjıkimilər sporlu bitkilər olduğuna görə çiçək əmələ gətirmir”

Şagirdlər  əvvəl qazandıqları biliklərə  əsasən ibtidai və ali bitkilərin xüsusiyyətlərini 
sadalayır, ali bitkilərin sporlu və toxumlu olduğunu qeyd edirlər. Bu mərhələdə müəllim 
şagirdlərin ali sporlu bitkilər haqqında bilik səviyyələrini müəyyən etmək və biliklərini 
fəallaşdırmaq üçün bir neçə sual verə bilər:  
  Sporlu bitkilərdə mayalanma prosesi harada gedir? 
  Mamırların bədəni hansı hissələrdən ibarətdir? Və s.  
Bu məlumat “Fəaliyyət” mərhələsinə keçidi təmin edir. 
 Laboratoriya işini təbii obyekt üzərində  də aparmaq məqsədəuyğundur.  Şagirdlərə 
müşahidələrinin nəticələrini sxemdə qeyd etmək təklif olunur. Məsələn,  
                                                     Qıjı 
 
           Yerüstü 
orqanlar                 
Yeraltı orqanlar  
...........................................................                ....................................................... 
İş zamanı
 
“Qıjıların yarpağı necə olur?”, “Niyə  qıjıkimiləri ali sporlu bitkilərə aid 
edirlər?” kimi suallar müzakirə olunur. Aparılan müzakirələr şagirdlərin növbəti mərhələyə 
hazırlanmasına xidmət edir.  
 Dərsin məqsədlərini nəzərə alaraq paraqrafın nəzəri materialı ilə tanışlıq aşağıdakı 
suallar əsasında qurula bilər:  
1. Qıjıkimilər hansı şəraitdə inkişaf edir? 
2. Qıjıkimilərin həyat tsiklində hansı nəsillər olur? 
3. Sporlar yetişən orqanlar necə adlanır? 
4. Spordan nə inkişaf edir? 
Alt 
STANDARTLAR
 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir.
  
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ
 
 Qıjıkimilərin quruluşu və həyat tərzi haqqında mülahizələrini 
şərh edir. 
 Qıjıların öyrənilməsi üçün laboratoriya avadanlıqlarından isti-
fadə qaydalarına əməl edir. 
 Mamırlar və  qıjıkimilərdə çoxalma proseslərini müqayisə 
edir, fərqləndirir. 
 


 
 
34
5. Spordan inkişaf edən orqanizm hansı nəsildir (cinsiyyətli, yoxsa cinsiyyətsiz)? 
6. Qıjıkimilərdə neçə cür cinsiyyət hüceyrəsi yaranır? 
7. Yumurta hüceyrənin mayalanması üçün hansı şərait lazımdır? 
Bu dərsin izahı zamanı müəllimin  əyani vəsaitlərdən fəal istifadəsi tövsiyə olunur. 
Dərslikdəki “Qıjıkimilərin çoxalması” sxemi ilə yanaşı, iri tablolardan, elektron təqdimat və 
animasiyalardan istifadə etmək mümkündür: 
http://tana.ucoz.ru/load/303 
http://tana.ucoz.ru/load/229 
http://www.youtube.com/watch?v=U7ExbG1V2FI 
 Tapşırığı  şagirdlər müstəqil yerinə yetirib, cavabları  dəftərdə qeyd edirlər. Sonra 
nəticələr yoxlanılır, qıjıkimilərin orqanları və onların tərifi bir daha təkrarlanır, “Fəaliyyət” 
mərhələsinin cavabları ilə müqayisə olunur.   
“Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqları yerinə yetirərkən 
şagirdlər qıjıkimilərdə çoxalma prosesinin mərhələlərini təsvir edir, hər mərhələyə aid olan 
termin və anlayışları qeyd edirlər. Bu zaman mamırların çoxalması ilə müqayisə etmək, 
oxşar və fərqli məqamları qeyd etmək məqsədəuyğundur.  
Qiymətləndirmə meyarları: şərhetmə, əməletmə, fərqləndirmə 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/303 
http://tana.ucoz.ru/load/229 
http://www.youtube.com/watch?v=U7ExbG1V2FI 
 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Qıjıkimilərin quruluşu və 
həyat tərzi haqqında  fi-
kirlərini müəllimin və 
yoldaşlarının verdiyi su-
alların köməyi ilə  şərh 
edir.  
Qıjıkimilərin 
quruluşu və həyat 
tərzi haqqında  mü-
lahizələrini çətin-
liklə şərh edir.  
Qıjıkimilərin quruluşu 
və həyat tərzi haq-
qında  mülahizələrini 
şərh edərkən səhvlərə 
yol verir. 
Qıjıkimilərin 
quruluşu və həyat 
tərzi  haqqında  mü-
lahizələrini ətraflı  
şərh edir.  
Mamırlar və qıjıkimilərdə 
çoxalma proseslərini  
fərqləndirməkdə çətinlik 
çəkir.  
Mamırlar və qıjı-
kimilərdə çoxalma 
proseslərini  müəlli-
min köməyi ilə 
fərqləndirir.  
Mamırlar və qıjı-
kimilərdə çoxalma 
proseslərini,  əsasən, 
düzgün fərqləndirir.  
 
Mamırlar və qıjı-
kimilərdə çoxalma 
proseslərini  düzgün 
fərqləndirir.  
 
Qıjıların öyrənilməsi 
üçün laboratoriya ava-
danlıqlarından istifadə 
qaydalarına  tam əməl et-
mir. 
Qıjıların öyrənilmə-
si üçün laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarına 
əmək edərkən bəzi 
səhvlər buraxır.  
Qıjıların öyrənilməsi 
üçün laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarına, 
əsasən, əməl edir. 
Qıjıların öyrənilməsi 
üçün laboratoriya 
avadanlıqlarından 
istifadə qaydalarına 
tam əməl edir. 


 
 
35
Dərs 11 / Mövzu 11:
 QATIRQUYRUĞULAR VƏ PLAUNLAR.  
                                  QIJIKİMİLƏRİN ƏHƏMİYYƏTİ 
 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdləri dərslikdəki müvafiq mətnlə tanış edir və 
təqdim olunan sualın müzakirəsini təşkil edir.  Bu zaman BİBÖ üsulundan istifadə etməklə 
şagirdlərin  əvvəlki biliklərini aşkarlamaq və öyrənmək istədikləri sualları müəyyən etmək 
olar. Dərsin sonunda isə bu sualların nə dərəcədə cavablandırıldığı qeyd oluna bilər.  
“Fəaliyyət” bölümündə şagirdlər işi təbii obyektlər və ya herbari nümunələri əsasında 
aparırlar. İmkan olduqda həmin işi plaun bitkisi ilə də aparmaq faydalı olardı.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq “Fasiləli oxu” və ya “İnsert” üsulları ilə aparıla 
bilər. Mətnlə tanış olduqca şagirdlərin belə bir müqayisəli cədvəl tərtib etmələri faydalı olar-
dı:  
  
Plaunlar 
Qatırquyruğular 
Zoğ 
  
 
Gövdə 
  
 
Yarpaq  
 
 
Kök  
 
 
Sporların yerləşməsi  
 
 
Əhəmiyyəti  
   
 
Müəllim tərəfindən şagirdlərə aşağıdakı əlavə məlumat da verilə bilər:  
Alt 
STANDARTLAR
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 
 Qıjıkimilərin müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
 Qatırquyruğular və plaunları    təbiətdə roluna və müalicəvi  əhə-
miyyətinə görə  qruplaşdırır. 
Qatırquyruğuların  əhəmiyyəti. Tibdə qatırquyruğunun həlimindən sidik kisəsinin xroniki iltihabı, 
şişkinliyi azaltmaq üçün sidikqovucu kimi, vərəmin müalicəsi zamanı qankəsici kimi, revmatizm 
zamanı digər preparatların təsirini gücləndirmək üçün istifadə olunur. 
Plaunların əhəmiyyəti. Plaunların sporlarında yağ çox olduğu üçün  onlardan alınan səpmə 
dərmanı yaraların sağaldılmasında və pirotexnikada istifadə olunur. 
Qıjıkimilərin əhəmiyyəti. Onlar təbii birliklərin tərkib hissəsi kimi torpaqda üzvi maddələrin 
toplanmasında böyük rol oynayır. Qıjıkimilərin bəzi növlərinin kökümsovu heyvanların qidasını 
təşkil edir. Bəzi qıjıların yaşıl yarpaqlarından və kökümsovundan qida kimi, erkək qıjının 
kökümsovundan isə tibdə güclü qurdqovucu dərman
 
kimi istifadə olunur. Dekorativ qıjıkimilərdən 
otaq bitkisi kimi, həm də çiçək kompozisiyaları yaratmaq üçün geniş istifadə edilir. 


Yüklə 27,6 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə