Microsoft Word Azf-279258. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   28   29   30   31   32   33   34   35   36

 
192
Səndən sonra deyib-gülmərəm qızım, 
Ürəyimin odun silmərəm qızım. 
 
                O, dünya var, qıl körpü var, ölüm var, 
                Bu dünyada ziyafət var zülüm var. 
                Hələlik ki, söz deməyə dilim var
                Səndən sonra deyib-gülmərəm qızım, 
                Ürəyimin odun silmərəm qızım. 
 
Firudin söyləyir ahıl yaşımda, 
Kəmalə balamın fikri başımda. 
Çimirəm gözümdən axan yaşımda, 
Səndən sonra deyib-gülmərəm qızım. 
Ürəyimin odun silmərəm qızım. 
 
                 Bir doyunca danışmadım gülmədim, 
                 İmkan tapıb göz yaşını silmədim. 
                 Balam niyə səndən qabaq ölmədim, 
                 Səndən sonra deyib-gülmərəm qızım. 
                 Ürəyimin odun silmərəm qızım. 
 
 
 
 
 
 
 
 
 


 
193
Yasın qara gəldi Kəmalə qızım 
 
Ömrün otuz səkkizində, 
Yasın qara gəldi qızım. 
İkimin on üçüncü ilin sonunda, 
Yaşın qara gəldi Kəmalə qızım. 
 
 
Şaxta vurdu vaxtından tez sovuldun
 Bu 
xoşbəxt dünyadan niyə qovuldun? 
 Qara 
bəxtlər cərgəsinə qoşuldun, 
               Yaşın qara gəldi Kəmalə qızım. 
 
Çevirdin günümü illərə mənim, 
Tuş etdin gözümü millərə mənim. 
Saldın dastanımı dillərə mənim, 
Yaşın qara gəldi Kəmalə qızım. 
 
Ruhum Məcnun kimi düşüb dağlara, 
Bülbüllərdə həsrət qalıb bağlara. 
Rast gəlməzlər Firudin tək ağlara
Yaşın qara gəldi Kəmalə qızım. 
 
 
 
 
 
 
 


 
194
Göz yaşım sellənir yada düşəndə 
 
İldırımlar çaxır başımın üstə, 
Göz yaşım sellənir yada düşəndə. 
Vaxtsız yaş gəlinir yaşımın üstə, 
Göz yaşım sellənir yada düşəndə. 
 
Zimistana dönür baharım da yazım da, 
Qəm üstə köklənir simli sazım da. 
Fikrimdə, dilimdə, hər avazımda, 
               Göz yaşım sellənir yada düşəndə. 
 
Ey məzar balamı aldın əlimdən, 
Fələk kəmənd atıb vurdu belimdən. 
Deyəndəki mən qorxmuram ölümdən, 
Göz yaşım sellənir yada düşəndə. 
 
Firdunam dözməyə taqət qalmayıb, 
Varlığımda şad günlərim olmayıb. 
Balamın qırx yaşı tamam olmayıb, 
               Göz yaşım sellənir yada düşəndə. 
 
 
 
 
 
 
 
 


 
195
VI BÖLÜM 
 
Bayatılar 
 
Əzizinəm hər ayı, 
Hər həftəni, hər ayı. 
Yolçunu yoldan eylər, 
Emilyanın harayı. 
 
Əzizim dağdan aşdı, 
Səbirim  dolub daşdı. 
Kəmalə küsüb getdi, 
Mən qaldım gözü yaşlı. 
 
Əzizim ağı qaldı, 
Gözümün ağı qaldı. 
Ürəyimin başında, 
Kəmalə dağı qaldı.  
 
Əzizim, qaşa neynim, 
Gözümdə yaşa neynim. 
Mənim sevimli balam, 
Dönübdü daşa neynim. 
 
Gülşəni sar alıbdı, 
Yarpaqlar saralıbdı. 
Balam əkdiyi güllər, 
Bəs niyə qaralıbdı?! 
 


 
196
Əzizim qaşı yaxşı, 
Kipriyi qaşı yaxşı. 
Qızım yatan məzarın, 
Torpağı daşı yaxşı. 
 
Hey yandım, alışmadım, 
Ölməyə çalışmadım. 
Balam getdi əlimdən, 
Bəs niyə alışmadım. 
 
Əzizim layla deyim
Qəm yeyim layla deyim. 
Balam yatıb məzarda, 
Mən ona layla deyim. 
 
Nə yaman ağladıbsan, 
Sinəmi dağladıbsan. 
Üzünü görəmmədim, 
Gözlərim bağladıbsan. 
 
Əzizinəm bayramı, 
Bu gün yığışıb hamı. 
Sənsiz axı mən necə, 
De, keçirim bayramı ?
 
 
Əzizinəm oyadan, 
Səs çıxarmı qayadan. 
Dərin yuxuya gedib, 
Yox balamı oyadan. 


 
197
 
Əzizinəm dağlıyam, 
Yaralıyam dağlıyam. 
Taqətim də qalmayıb, 
Bir doyunca ağlıyam. 
 
Dəmlənib bayram aşı, 
Axır gözümün yaşı. 
Ay qızım ahı-naləm, 
Yandırar dağı-daşı. 
 
Əzizim yanıma gəl, 
Susama qanıma, gəl. 
Qızım təvəqqəm budur, 
Qalxaraq yanıma gəl. 
 
Əzizim od ələndi, 
Dünyam yasa bələndi. 
Kəmaləm ölən günü
Başıma od ələndi. 
 
Əzizim adı qaldı, 
Ağzımda dadı qaldı. 
Balamın bişirdiyi, 
Xörəyin dadı qaldı. 
 
Fələk məni çaşırdı, 
Üstümə qəm aşırdı. 
Mənim sevimli balam, 


 
198
Güllərə yaraşırdı. 
 
Əzizinəm oyubdu, 
Yaş gözümü oyubdu. 
Kəmaləm küsüb gedib, 
Məni yetim qoyubdu. 
 
Əzizim dolanaydı, 
Saç belə dolanaydı. 
Qızım cüt balasıyla, 
Məhlədə dolanaydı. 
 
Əzizim oldu getdi, 
Güllərim soldu getdi. 
Yaradana neynədim, 
Mən yazığa zülm etdi. 
 
Əzizim kədərlidi, 
Yaxınlar kədərlidi. 
Balama nə olubki, 
Gözləri kədərlidi. 
 
Əzizim qəm içində
Ətrafım qəm içində. 
Atan ölə bilməyir, 
Qovrulur qəm içində. 
 
Qəmə batan atandı, 
Qoynunda mar yatandı. 


 
199
Qızım məzarın üstə, 
Odsuz yatan atandı. 
 
Əzizim daşlar ağlar, 
Ağarmış başlar ağlar. 
Atanın naləsindən, 
Ətrafda daşlar ağlar. 
 
Əzizim kainata, 
Üz tutub kainata. 
Qızım atan dərd-qəmdən
Sığmayır kainata. 
 
Dağları dələr naləm, 
Oyanar bütün aləm. 
Qızım  sənin atanın, 
Qəlbini dəlir ələm. 
 
Əzizim qaralıbdı, 
Dağları qar alıbdı. 
Əziz balam, atanın, 
Ağ günü qaralıbdı. 
 
Əzizim ovulubdu, 
Bağ-bağçam sovulubdu. 
Qızım sən gedən gündən, 
Xoş günün qovulubdu. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə