Firudin Zeynallı
Ölüm haqdı,
belə də yox
BAKI-2014
2
Redaktoru və
ön sözün müəllifi. Vaqif Nəsir
Professor, şair-publisist
Azərbaycan Yazıçılar
Birliyinin üzvü
Firudin Zeynallı. “Ölüm haqdı, belə də yox”.
BAKI-2014. 220 səh
3
Redaktordan
Dərddən süzülən misralar
Atalar “ölüm gözlə qaş arasındadır” desələr də
qəzadan gələn qəfil ölüm çox gözlənilməz və dəhşətli
olur. Firudin müəllimin ailəsində baş verən agır itki
bizim hamımızı─onun yaxınlarını, dostlarını, qohum-
larını sarsıtdı. O, özünün sevimli balasını, 38 yaşlı
həkim qızını qəza nəticəsində itirdi. Zəhmətkeş bir
insan, gözəl müəllim, müdrik ağsaqqalın Göyçə dər-
dinin üstünə böyük bir dərd də gəldi. Göyçə dərdin-
dən, doğma yurd nisgilindən yazan Firudin müəllim
yenidən qələmə sarılaraq vərəqlərə köçürməyə
başladı. Qarşımda olan bu kitabın ərsəyə gəlməsinin
səbəbi də elə budur. Kitabın əlyazmasını oxuyanda
məni dəhşət bürüdü. Bu kitab dogrudan da özünün
ahıl yaşlarını yaşayan, bircə qız övladını qəfildən
itirən atanın fəryadı, harayıdır. Ədəbiyyatımızda
dünyasını dəyişən yaxınlarına şeirlər, əsərlər həsr
edən sənətkarlarımız olub. Firudin müəllim də öz ürək
yanğısını söndürmək, toxtaqlıq tapmaq, bu dərdini də
yaxınları ilə bölüşmək üçün qələmə sarılmış,
poeziyaya müraciət etmişdir. Məhz buna görə də o,
“kağızlara köçürürəm dərdimi, için-için ağlayıram,
neynəyim”- deyir. Dərdini bölüşəndə azalır, sevinci
bölüşəndə isə artır.
Firudin müəllim mərhum qızına “dişinlə
dırnağınla yurd-yuva düzəltmişdin, mənim Kəmalə
qızım, ay mənim makam balam” deyib ah- nalə çəkir.
Daha sonra isə dərdin əlində əsir olan ata necə de-
4
yərlər əlini hər yerə atır və sonda övladının qəfil ölü-
mündə özünü müqəssir sayır və “balamı odlara atan
mənəmmiş” deyir.
Yazılan şeirlər də çox təsirli məqamlar var:
Dedim sən ağla məni
Qısa et məsafəni;
Məndən alıb kəfəni
Balam tərk etdi məni...
Həyat davam edir Firudin müəllim. Sən mər-
hum qızına müraciət edib “Sənin əvəzini mən hardan
tapım” deyə soruşursan. Bu itki çox ağır olsa da, bu
faciənin az da olsa təsəllisi Nəcəf var, Orxan var! Bu
nəvələrdən Kəmalə qızının qoxusunu alacaqsan. Bu-
nun üçün səbrli olmaq, özünü qorumaq, həmin nəvə-
lərin xatirinə yaşamaq lazımdır. Allah da səbr edəni
özünə dost tutur.
Deyirlər ki, ilham pərisi əsasən iki halda qəmli-
kədərli və sevincli-nəşəli halda qələni sahibinə qonaq
olur. Firudin müəllimin şeirlərini oxuduqca, buna bir
daha əmin olursan. Onun son zamanlar yazdığı şeirlər
məhz ailəsində baş verən faciə ilə bağlıdır. Yeganə
qızını itirən Firudin müəllim özünün dünya boyda
dərd-qəmini nəzmə çəkərək haray salır, fəryad
qoparır. Halal müəllim çörəyi ilə boya-başa yetirdiyi
Kəmalə balasının faciəli ölümü onu yandırır və həmin
yanğım o, insan düşüncələrinin ən yığcam ifadəsi olan
şeirin dili ilə oxucularına çatdırır.
Firudin
Zeynallı poeziyaya hələ keçən əsrin 90-
cı illərinin sonlarında gəlmişdir. O, öz qələmini “XXI
5
əsr” müstəqil ictimai-siyasi qəzetin redaktoru kimi,
sonralar AZTV-nin əməkdaşı kimi sınamışdır. Firudin
müəllim ilk poeziya nümunələrini Respublika
qəzetlərində çap etdirərək öz imzasını oxuculara
tanıtmışdır. Əlbəttə Köyçə mahalında, Aşıq Ələsgər
torpağında dünyaya göz açan bir insan şeirə,
poeziyaya biganə qala bilməzdi. Məhz bu faktor onun
poeziyasının meydana gəlməsində mühüm rol
oynamışdır. İlk vaxtlar o, düşmən tapdağı altında olan
doğma yurddan, torpaq həsrətindən, böyüyüb boya-
başa yetdiyi diyarın gözəlliyindən və ürəyində olan
nisgildən yazırdı. Onun o vaxt vətən həsrəti ilə
yazdığı şeirləri qızının ölümü münasibətilə yazdığı
şeirlərlə müqayisə etdikdə görürsən ki, hər iki faciə
Firudin müəllimi eyni dərəcədə ağrıtmış, əzab vermiş,
yuxusuz gecələr bəxş etmişdir. Ana torpaq və övlad
itkisi ömrünün yetkin çağında olan bir insan üçün çox
ağır dərd olsa da, Firudin müəllim çox gözəl bilir ki,
insan tanrının ona verdiyi ömür payını yaşayır və
buna görə də o, “tale yazısını pozmağa qadir deyiləm,
Allahın işlərini yazmağa qadir deyiləm-deyir. Sevimli
qızının faciəli ölümü onun dərdinin üstünə dərd
gətirdi. Onun fəryadı o qədər güclü oldu ki, qızı
Kəmalənin ölümü bir ailənin deyil, elin-obanın
dərdinə çevrildi. Özünün yazdığı kimi
Ətrafımı cin-şəyatin alsa da,
Ömrümə bir həftə, bir gün qalsa da.
Firudin
nə qədər haray salsa da,
Kəmalə bir daha qayıtmayacaq.
Dostları ilə paylaş: |