Microsoft Word Azf-279258. doc


Fələyin işindən necə küsməyim?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34148
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

 
151
Fələyin işindən necə küsməyim? 
 
Ayaq üstə məhv olmağa məhkum olan da mənəm
Vaxtaşırı bulud tək boşalıb dolan da mənəm, 
Balam gedib əbədi yetim qalan da mənəm. 
Fələyin yarıtmaz işindən necə küsməyim. 
 
         Tale yazısını pozmağa qadir deyiləm, 
         Allahın işlərini yozmağa qadir deyiləm. 
         Gəl deyirəm gəlmir ölüm mən ki, nadir deyiləm
          Fələyin yarıtmaz işindən necə küsməyim. 
 
 
Qocaya zülüm verib yatağlarda süründürür, 
Hərdən bir gözünə ölümünü göründürür, 
Cavanı vaxtından tez kəfənə büründürür, 
Fələyin yarıtmaz işindən necə küsməyim. 
 
          Ey məzar niyə aldın əlimdən tək qızımı. 
          Döndərdin zimistana baharımı yazımı, 
          Qəmə kökləndirib sinəmdə telli sazımı, 
          Fələyin yarıtmaz işindən necə küsməyim? 
 
 
 
 
 
 


 
152
Dilərəm ki, yaşasın arzu istəklərdə balam 
 
Xudam əsirgəməsin səndən öz behişt bağını, 
Çəksən də atanın qəlbinə cəhənnəm dağını, 
Kaş yedirəydim qızıma gözlərimin yağını, 
Yaşamaqçün həmişə arzu diləklərdə balam. 
 
Gül əndamı balamın bürünmüş idi kəfənə, 
Bədbəxtlik gətirdi həm anaya, həm də mənə, 
Qapımızdan bir daha boylanacaqdırmı yenə, 
Yoxsa yaşayacaq ancaq ürəklərdə balam. 
 
Haqqında deyilən təriflər vermədi uzun bir ömür
İlahidən dilədilər ataya ancaq səbir, 
Lakin təsəllimiz ola biləcəkdi qəbir, 
Gedərəm ki, yaşasın arzu istəklərdə balam. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
153
Dərd əlindən qopmaram daha 
 
Ümid eləyirdim üzünü bir də görəm mən
Bundan belə sənsiz yaşamaq istəmirəm mən. 
Çəkilməyəcək ömrüm boyu gözlərimdəki nəm 
Onu silməyə qolumda taqət tapmaram daha. 
 
Almış başımın üstünü zülmət kimi bir dərd, 
Niyə qəsd elədi balama hansısa namərd 
Tapsam deyərəm ona özüm kimi həmdərd 
Mən qızıma toy məclisləri yapmaram daha. 
 
De məzar, de sənmi çəkdin sinənə nakamımı, 
Aldın əlimdən niyə sən dinimi, həm imanmı, 
Niyə söndürdün gözəlik nurumu öldürüb ilhamımı. 
Fəryadımı unudub dərd əlindən qopmaram daha. 
 
 
 
 
 
 
 
 
 
 
 


 
154
Haqqadır  gümanım  bəlkə   
ondan  imdad  ola 
 
Keçdi dövran daha düşübdü taqətdən canım, 
Haqqadır gümanım bəlkə ondan imdad ola. 
Quruyub dil-dodağım, həm də damarlarda qanım, 
Haqqadır gümanım bəlkə ondan imdad ola. 
 
 
Ağlım bir şey kəsmir daha bütün əzalardan
 Olmuşam məhrum vallah dildən və dodaqdan. 
 Ölümüm 
mənə xoşdur belə dərdli yaşamaqdan, 
 Haqqadır gümanım bəlkə ondan imdad ola. 
 
Artıq geri dönməz o gözəl günlərim bir də, 
Dərdlərimə çarə tapılar ancaq qəbirdə. 
Dözmək diləyir hər dəqiqə gələn səbir də, 
Haqqadır gümanım bəlkə ondan imdad ola. 
 
 
Qələmdən söz axır, incilər ağlar gözümdən
 
Bütün kainat ağlayır mənim həqiqi sözümdən. 
         Hərdən də şoka düşüb getmək istərəm özümdən, 
 Haqqadır gümanım bəlkə ondan imdad ola. 
 
Susuz qalıb gözümün içmək istəsən yaşını, 
Firdunam gələndə öpürəm baş daşını. 
İstərəm qeyd eləyəm qızım natamam yaşını, 
Haqqadır gümanım bəlkə ondan imdad ola. 
 
 


 
155
Mənim gül  balamı  ayırma  bizdən 
 
Amandı əl saxla, rəhm et Əzrayıl, 
Mənim gül balamı ayırma bizdən. 
Əlimdə qələmdir dildə həmayıl, 
Mənim gül balamı ayırma bizdən. 
 
 
 
 
Gözlərimdən axan yaş yox, leysandır, 
 
 
Ürəyimdən axan qap-qara qandır;  
 
 
Qızıma tor quran yəqin şeytandır, 
 
 
Mənim gül balamı ayırma bizdən. 
 
Həyatın dadını dadmayıb hələ, 
İmkan olmadı ki, sevinib gülə. 
Firudinun anı dönübdü ilə, 
Mənim gül balamı ayırma bizdən. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
156
Qəmli  gözlərinin  qurbanı olum 
 
Üzündə gözündə kədərlə qəm var, 
Qəmli gözlərinin qurbanı olum. 
Dünyanı başıma eyləmisən dar, 
Qəmli gözlərinin qurbanı olum. 
Şirin sözlərinin qurbanı olum. 
 
 
 
Sənsiz darıxıram hər səhər axşam
 
 
Gözümdən yaş axır eyləyəndə şam, 
 
 
Niyə sifətini bürüyüb duman, 
 
 
Qəmli gözlərinin qurbanı olum. 
Şirin sözlərinin qurbanı olum. 
 
Yoluma gül-çiçək yığıb sərərdin, 
Dərdimi hamıdan öncə bilərdin. 
Bu nə bəd xəbərdi mənə göndərdin?! 
Qəmli gözlərinin qurbanı olum. 
Şirin sözlərinin qurbanı olum. 
 
 
 
Xəyallanıb uşaqlığa gedərdin, 
 
 
Başına güllərdən çələng hörərdin, 
  Atan 
Firudinə qulluq edərdin, 
 
 
Qəmli gözlərinin qurbanı olum. 
Şirin sözlərinin qurbanı olum. 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə