9 noyabr 2017-ci il, bazar Elmira Əmrahqızının “Mən jurnalistəm!” deməyə haqqı var idi



Yüklə 85,52 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü85,52 Kb.
#50278


19 noyabr 2017-ci il, bazar

6

Elmira Əmrahqızının “Mən 

jurnalistəm!” deməyə haqqı var idi...

 

ˆ

“Mən jurnalistəm…”. Bu sözlər görkəmli 



jurnalist, “Qızıl qələm”, H.Zərdabi yaradıcılıq 

mükafatları laureatı Elmira Əmrahqızının o qədər də 

uzun olmayan ömür yolunun leytmotivi kimi səslənir. 

1974-cü ildə Bakı Dövlət 

Universitetinin jurnalistika 

fakültəsini bitirəndən sonra 

Azərbaycan Teleradio Verilişləri 

Komitəsində çalışan, “Bakı” və 

“Baku” qəzetlərində, “Ulduz”, 

“Azərbaycan qadını” jurnalla-

rında və digər mətbu orqanlarda 

bir-birindən maraqlı yazılarla 

çıxış edən mərhum jurnalistin 

həyatının son illəri “Azadlıq” 

radiosu ilə bağlı olub. Ötən 

əsrin 80-ci illərinin sonları və 

90-cı illərində xalqımızın azad-

lıq uğrunda apardığı mübarizə, 

bu yolda üzləşdiyi faciələr, 

müstəqillik yolunda atdığı 

addımlar - ölkəmizin ictimai-

siyasi həyatının rəngarəng pa-

litrası bütün çalarları ilə Elmira 

Əmrahqızının radio reportajları 

vasitəsilə dünyaya yayılırdı.

Bu fikirlər noyabrın 18-də 

Azərbaycan Dövlət İnformasiya 

Agentliyinin (AZƏRTAC-ın) 

akt zalında istedadlı qələm 

sahibi Elmira Əmrahqızının 

“Mən jurnalistəm…”  kitabının 

təqdimat mərasimində səslənib.

Mərasimin əvvəlində 

iştirakçılar mərhum jurnalistin 

həyatının ayrı-ayrı məqamlarını 

əks etdirən videoçarxı izlədilər. 

Tədbirdə çıxış edən Milli 

Məclisin deputatı, yazıçı-

publisist Elmira Axundova 

həmkarı Elmira Əmrahqızı 

ilə 30 ildən artıq davam edən 

dostluq münasibətlərindən, 

onun jurnalist kimi yara-

dıcılıq keyfiyyətlərindən, 

vətəndaş mövqeyindən və 

səmimiyyətindən danışaraq 

dedi: “Elmira xanım gənc 

nəslə, yeni jurnalist kadrlara 

örnək ola biləcək ömür yaşa-

yıb, jurnalistika naminə çox 

böyük fədakarlıqlar edib. O, 

həm peşəkar jurnalist, həm də 

səmimi dost idi. Mən adaşımın 

xarakterinin bir cəhətini də 

xüsusi qeyd etmək istəyirəm. 

Elmira çox cəsarətli xanım 

idi. Biz onun xarakterinin 

bu cəhətinə qanlı 20 Yanvar 

günlərində bir daha şahid olduq. 

Elmira həmin hadisələr haq-

qında dünyaya car çəkən qələm 

sahiblərinin birincilərindən idi. 

Onun xatirəsinə həsr olunmuş 

“Mən jurnalistəm” kitabı unu-

dulmaz həmkarımızı sevənlərə 

dəyərli töhfədir”.

Elmira Əmrahqızının tələbə 

yoldaşları Sədaqət Kərimova, 

İsaq Əmənullayev, həmkarları 

Vasif Səmədov, Yaşar Quluzadə, 

iş yoldaşı Aynur Bəşirli çıxış 

edərək onun müxbir, reportyor 

və rəhbər kimi məziyyətlərindən 

danışıb, yazdığı məqalələrin, 

hazırladığı reportajların bədii-

publisistik keyfiyyətlərindən, 

sosial əhəmiyyətindən və ən 

nəhayət, narahat vətəndaş 

mövqeyindən danışdılar, 

xatirələrini bölüşdülər.

“Mən jurnalistəm…” kitabı 

barədə danışanlar xüsusi qeyd 

etdilər ki, xalqımızın ümummilli 

lideri Heydər Əliyev Moskvada 

SSRİ rəhbərliyindən uzaqlaş-

dırılandan sonra güclü təqib və 

təzyiqə məruz qaldığı dövrdə ilk 

dəfə Ulu Öndərdən müsahibə 

alan Elmira Əmrahqızı olub. 

Həmin müsahibənin tam mətni 

“Mən jurnalistəm…” kitabında 

dərc olunub. Bununla yanaşı, 

kitabda Elmira Əmrahqızının 

həmkarlarının, qələm dostları-

nın, yaxınlarının onun barəsində 

xatirələri, mərhum jurnalistin 

ayrı-ayrı vaxtlarda qəzet və jur-

nallarda dərc olunmuş müsahibə 

və məqalələri, efirdə səslənən 

seçilmiş reportajları, eləcə də 

onunla bağlı xatirələr və ömrü-

nün müxtəlif məqamlarını əks 

etdirən fotoşəkillər yer alıb.

AZƏRTAC-ın Baş direk-

toru Aslan Aslanov Elmira 

Əmrahqızının etibarlı dost, qay-

ğıkeş yol yoldaşı və öz işinin 

peşəkarı olduğunu vurğuladı, 

mərhum həmkarı barədə maraq-

lı xatirələrini bölüşdü. 

Mərhum jurnalist Elmi-

ra Əmrahqızının oğlu Ab-

dulla Abdullayev anasının 

xatirəsinə həsr olunmuş “Mən 

jurnalistəm…” kitabının ərsəyə 

gəlməsinə və tədbirin təşkilinə 

görə AZƏRTAC-ın rəhbərliyinə 

və iştirakçılara ailə üzvləri adın-

dan dərin təşəkkürünü bildirdi. 

“Mən jurnalistəm…” kitabı-

nın nüsxələri tədbir iştirakçıları-

na paylanıldı. 



AZƏRTAC

Şəhidlik zirvəsi şərəf, qürur və hünər simvoludur

 

ˆ

Qəhrəmanlıq bir anın bəhrəsi deyil. 



Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə 

olunan keyfiyyətdir. O, elə bir xüsusiyyətdir ki, onun 

mahiyyətində təsadüfi heç nə yoxdur. Vətənpərvərliyin 

ən ali məqamı isə şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər, 

qeyrət simvoludur. 

Bu ucalığa yüksələnlərin 

ömür yolu qısa olsa da, şərəfli 

və örnək sayılır. Belə şərəfli 

ömür sahiblərindən biri də 

43-cü ad günü onsuz keçirilən, 

şəhidliyinin 23 ili tamam olan 

Elgün Dağbəyi oğlu İsmayılov-

dur.

Murov dağın zirvəsində 



şəhidlik məqamına yüksələn 

Elgün İsmayılovun əziz və unu-

dulmaz xatirəsi yalnız dünyaya 

göz açdığı ailədə, oxuduğu 

məktəbdə deyil, həm də çalışdığı 

“Azərbaycan” qəzeti redaksiya-

sında daim anılır, ehtiramla yad 

edilir.


AZƏRTAC “Azərbaycan” 

qəzetinə istinadla xəbər verir ki, 

noyabrın 18-də bu mətbu orqa-

nın redaksiyasında şəhid Elgün 

İsmayılovun xatirəsinə həsr 

edilən yaradıcılıq müsabiqəsinə 

yekun vurulub.

Qarabağda, eləcə də 

Vətənimizin digər guşələrində 

işğal olunmuş torpaqlarımızın 

azad edilməsi uğrunda aparılan 

müharibədə igid oğullarımız 

hünər və qeyrətlərini silaha 

çevirib döyüşlərə yollandılar. 

Onların arasında əməlinin və 

hünərinin ucalığında daya-

nan Elgün adlı bir gənc də 

var idi. 1974-cü ildə Bakı 

şəhərində anadan olan, çalışdığı 

“Azərbaycan” qəzetində qısa 

müddət ərzində hörmət qaza-

nan, torpaqlarımızın mənfur 

ermənilər tərəfindən işğalına 

dözməyən Elgün 1993-cü ildə 

həqiqi hərbi xidmətə çağırıldı. 

O, həmin ilin oktyabrında “N” 

saylı hərbi briqadanın tərkibində 

cəbhə bölgəsinə - Füzuli ra-

yonuna göndərildi. Horadizin 

düşməndən azad edilməsi uğrun-

da döyüşlərdə göstərdiyi şücaətə 

görə komandanlıq tərəfindən 

mükafatlandırıldı. 1994-cü ilin 

yanvarında hərbi briqadanın 

yeri Kəlbəcər ərazisinə, Murov 

dağına dəyişdirildi. Döyüşçü 

dostları Elgünü igid və qorxmaz 

əsgər kimi tanıyırdılar. Koman-

danlığın onun barəsində verdiyi 

arayışda göstərilir ki, Elgün 

İsmayılov mürəkkəb relyefə 

malik Murov dağında bölüyün 

keçirdiyi 20 əməliyyatdan 16-

da iştirak etmişdir. 1994-cü il 

aprelin axırlarında keçirilmiş 

hərbi əməliyyata görə Elgün 

İsmayılov komandanlığın fəxri 

fərmanına layiq görülmüşdür. 

Həmin il mayın 25-dən 26-na 

keçən gecə Murovun Ömər 

yüksəkliyində düşmən arxası-

na keçərək vacib məlumatları 

gətirməyə gedən 4 nəfərlik 

kəşfiyyat dəstəsinin tərkibində 

Elgün də var idi. Cəsur əsgər 

burada düşmən hücumuna 

məruz qalaraq qızğın döyüşlərdə 

şəhidlik zirvəsinə yüksəldi.

İş yoldaşları Elgünün 

xatirəsini həmişə əziz tuturlar. 

Hər il doğum günündə redaksiya 

kollektivinin onun xatirəsinə 

həsr etdiyi tədbir İkinci Şəhidlər 

xiyabanındakı müqəddəs 

məzarını ziyarətlə başlayır. Bu il 

də Elgünün xatirəsi ona doğma 

olan kollektivi tərəfindən ehti-

ramla yad edildi. Şəhidin məzarı 

üzərinə tər çiçək dəstələri düzül-

dü və ruhuna dualar oxundu.

Sonra anım mərasimi 

redaksiyada davam etdirildi. 

Anım tədbirini “Azərbaycan” 

qəzetinin baş redaktoru, Milli 

Məclisin deputatı Bəxtiyar Sa-

dıqov açaraq bildirdi ki, Vətən 

uğrunda canından keçən hər bir 

insan şəhiddir və əlçatmaz zirvə 

sahibidir. Tarixi ərazilərimiz, 

dədə-baba yurdumuz olan 

Qarabağ uğrunda müharibə 

başlayanda torpağa Ana deyib 

onun uğrunda ölüm-dirim sava-

şına atılaraq şəhidlik zirvəsinə 

yüksələnlər heç zaman unudul-

murlar. Qarabağ döyüşlərində 

qəhrəmancasına şəhid olmuş El-

gün İsmayılovun anadan olduğu 

gün isə onu tanıyanların hər biri 

üçün qürur doğuran tarixdir.

Şəhid Elgünün çox qısa, 

lakin mənalı həyat və döyüş yo-

lundan, Azərbaycan dövlətinin 

müstəqillik tarixinin şərəfli 

və kəşməkəşli olduğundan 

söz açan baş redaktor onu da 

xüsusi vurğuladı ki, 2003-cü 

ildən başlayaraq hər il redaksi-

yada şəhid Elgün İsmayılovun 

xatirəsinə həsr edilmiş ənənəvi 

yaradıcılıq müsabiqəsi keçiri-

lir. Müsabiqəyə təqdim olunan 

yazılar bir neçə aspektdən 

dəyərləndirilir. Eyni zaman-

da, müsabiqə həm də qəzet 

əməkdaşlarını vətənpərvərliyə, 

torpağa məhəbbət mövzu-

sunda yazmağa ruhlandırır. 

“Azərbaycan” qəzetinin 

səhifələrində belə yazıların 

mütəmadi işıq üzü görməsini 

kollektiv vacib sayır. Bu cür 

müsabiqələrin keçirilməsinin 

əhəmiyyəti həm də ondadır 

ki, yaradıcılığa geniş meydan 

verilir. “Azərbaycan” qəzetində 

çalışan peşəkarların bu mövzuda 

publisist baxışları maraqlı oldu-

ğu qədər də əhəmiyyətlidir.

Sonra Bəxtiyar Sadıqov bil-

dirdi ki, müsabiqədə qəzetin 15 

əməkdaşı iştirak edib. Münsiflər 

heyəti 2 mərhələdə yazıları 

qiymətləndirib. 

Baş redaktor müsabiqənin 

qaliblərini elan etdi. Builki 

müsabiqənin yekunlarına görə 

redaksiyanın 3 əməkdaşı - Rəşad 

Baxşəliyev, Rəşad Cəfərli və El-

çin Cəfərov fəxri diplom və pul 

mükafatları ilə təltif olundular.

Komanda-qərargah hərb oyunlarının növbəti 

mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib

 

ˆ

Silahlı Qüvvələr miqyasında davam edən 



komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi 

Hərbi Dəniz Qüvvələrində keçirilib.

Müdafiə Nazirliyi-

nin mətbuat xidmətindən 

bildiriblər ki, nazirliyin rəhbər 

heyəti komanda idarəetmə 

məntəqəsindən dəniz poli-

qonunda təlim tapşırıqlarını 

yerinə yetirən qüvvə və 

vasitələrin manevrlərini, eləcə 

də döyüş atışlarını izləyib.

Ssenariyə əsasən 

Azərbaycanın Xəzər 

dənizindəki ərazi sularında 

olan enerji infrastrukturlarının 

mühafizəsi üzrə Hərbi Dəniz 

Qüvvələrinin gəmi qrupunun 

əməliyyatlarının planlaşdırıl-

ması, aviasiyanın dəstəyi ilə 

şərti düşmənin terror-diversiya 

qrupunun zərərsizləşdirilməsi 

və onların müvəqqəti bazası-

nın məhv edilməsi üzrə döyüş 

atışlı təlim tapşırıqları yerinə 

yetirilib.

Xüsusi təyinatlıların şəxsi 

heyəti, döyüş gəmiləri, katerlər 

və helikopterlərin cəlb olun-

ması ilə keçirilən təlimlərdə 

şərti düşmənin hədəfləri məhv 

edilərək qarşıya qoyulan tapşı-

rıqlar uğurla icra olunub.

Müdafiə naziri, general-

polkovnik Zakir Həsənov 

bölmələrin döyüş qabiliyyətini, 

praktiki fəaliyyətini və 

mənəvi-psixoloji hazırlı-

ğının səviyyəsini yüksək 

qiymətləndirib.



AZƏRTAC

Qazax:

 “ordumuz qürurumuz, 

xalqımız dayağımızdır”

Düşmənlə 168 kilometr sərhəddə 

yerləşən Qazax Vətənin müdafiəsi 

yolunda 283 şəhid verib. Onlardan 7 

nəfəri Azərbaycanın Milli Qəhrəmanı 

adına layiq görülüb. Qazaxın 7 

kəndi bu gün də erməni işğalçıları

-

nın tapdağı altındadır. Qazax rayo

-

nu görkəmli sənətkarların beşiyi, 

qəhrəmanlar diyarıdır. “Rus artille

-

riyasının Allahı” adlandırılan Əliağa 

Şıxlinski, ilk azərbaycanlı general-

topoqraf İbrahim ağa Vəkilov, ilk 

hərbi təyyarəçi Fərrux ağa Qayıbov, 

Sovet İttifaqı Qəhrəmanı Müseyib 

Allahverdiyev, Azərbaycanın Milli 

qəhrəmanları Rafiq Alıcanov, Əjdər 

Babayev, Şamoy Çobanov, Aqil 

Musayev, Alı Mustafayev, Mərifət 

Nəsibov, Firuddin Şamoyev və neçə-

neçə qəhrəman Qazax rayonundan 

pərvazlanıb. Qazax oğulları nəinki 

bu bölgədə, eləcə də Ağdərə, Tərtər, 

Ağdam, Goranboy, Füzuli, Cəbrayıl, 

Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, 

Şuşa və digər rayonlar uğrunda da 

əsl fədakarlıq göstəriblər. 

Məhz buna görə rayonda hərbi 

vətənpərvərlik tərbiyəsinin yeni forma 

və metodlarından istifadə etmək və bu işi 

daim nəzarətdə saxlamaq zərurəti yaranır. 

Bu günlərdə rayonda Azərbaycan Respub-

likasının Müdafiə Nazirliyi və rayon icra 

hakimiyyətinin birgə təşkilatçılığı ilə “Or-

dumuz qürurumuz, xalqımız dayağımızdır” 

devizi altında ölkəmizdə ilk dəfə keçirilən 

kütləvi hərbi vətənpərvərlik tədbiri də bu 

məqsədi daşıyırdı. 

Həmin gün tədbirin keçirildiyi Heydər 

Əliyev parkına minlərlə rayon sakini top-

laşmışdı. Tədbir iştirakçıları əvvəlcə “Fəxri 

qazaxlılar” parkına gəlmiş, daha sonra 

Şəhidlər xiyabanına gedərək, Xatirə lövhəsi 

önünə gül dəstələri qoymuşlar. Heydər 

Əliyev parkında ulu öndərin abidəsi önünə 

də gül- çiçək dəstələri düzülmüşdür 

Müdafiə nazirinin müşaviri Ab-

dulla Qurbani tədbirin məqsəd və 

əhəmiyyətindən danışaraq tədbiri açıq elan 

etmişdir.

Ümummilli lider Heydər Əliyevin və 

şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad 

olunmuş və Dövlət himni səsləndirilmişdir. 

Azərbaycan Respublikasının Prezi-

denti İlham Əliyevin Qazax və qazax-

lılar haqqında çıxışı monitor vasitəsilə 

nümayiş etdirilmişdir. Qazax Rayon İcra 

Hakimiyyətinin başçısı Rəcəb Babaşov 

tədbirdə çıxış edərək demişdir ki, gələn il 

100 illiyini dövlət səviyyəsində, ümumxalq 

bayramı kimi qeyd edəcəyimiz Azərbaycan 

Ordusu yarandığı gündən erməni-daşnak-

bolşevik qüvvələrinə qarşı mübarizə apar-

mış, fədakarlıq göstərmişdir. Bu ordu ağır 

sınaqlardan daim üzüağ çıxmış, neçə-neçə 

şəhid vermişdir. Bugünkü ordumuz Şərqdə 

ilk demokratik dövlət olan Azərbaycan 

Xalq Cümhuriyyəti Ordusunun varisidir və 

bu varislik ənənələrinə həmişə sadiqdir. An-

caq hər kəs etiraf edər ki, bugünkü müasir 

Azərbaycan Ordusunun əsl qurucusu, me-

marı Azərbaycan dövlətinin müstəqilliyini 

bərpa etməsinə və onun inkişafına misilsiz 

töhfələr vermiş, xalqımızın ümummilli 

lideri Heydər Əliyevdir.

Siyasi fəaliyyəti və təkrarolunmaz 

həyat yolu ilə yaddaşlarda əbədiyyət qazan-

mış ulu öndərimiz bütün sahələrdə olduğu 

kimi Azərbaycanın ordu quruculuğunda 

da yeni mərhələlərin əsasını qoymuşdur. 

Uzaqgörən dahi rəhbərimizin hələ ötən 

əsrin 70-ci illərində sovet sisteminin o za-

mankı tələbləri ilə uyğunlaşmayan təşəbbüs 

irəli sürərək indiki Cəmşid Naxçıvanski adı-

na Hərbi Liseyi yaratması tarixi hadisədir. 

Azərbaycan öz müstəqilliyini bərpa 

etdikdən sonra, ölkəmiz yenidən erməni 

təcavüzü ilə üzləşəndə analoqsuz bu xüsusi 

təyinatlı təhsil ocağının nə qədər böyük 

əhəmiyyət kəsb etdiyini, düşünülmüş bir 

siyasət olduğunu hamı dərk etdi. Həqiqətən, 

ulu öndərimizin yaratdığı bu məktəb olma-

saydı, mütəşəkkil Milli Ordumuz haqqında 

danışmaq mümkün deyildi.

Azərbaycan Respublikasının Preziden-

ti, Silahlı Qüvvələrin Ali Baş Komandanı 

cənab İlham Əliyev haqlı olaraq demişdir 

ki, müasir mütəşəkkil ordunu yaratmaq 

Heydər Əliyevin Azərbaycan xalqı qarşısın-

da ən böyük xidmətlərindən biri olmuşdur. 

Bu gün Azərbaycanın güclü ordusu vardır. 

Azərbaycan Silahlı Qüvvələri qarşısında 

duran bütün vəzifələri həll etməyə qadir 

ordudur.


Ulu öndərimiz dönə-dönə deyərdi 

ki, Azərbaycan Respublikasının 

təhlükəsizliyini və müdafiəsini təmin etmək 

kimi müqəddəs vəzifəni yerinə yetirən 

Milli Ordu bütün xalqın övladıdır və onun 

formalaşmasına, inkişafına müntəzəm qayğı 

və diqqət göstərmək dövlət təşkilatlarının, 

yerli orqanların, özəl qurumların hər bir 

Azərbaycan vətəndaşının borcudur.

Rayon icra hakimiyyətinin başçı-

sı demişdir ki, Qazaxın müdafiəsində 

dayanan igid oğullarımız, bütün xalqımız 

kimi hər bir qazaxlı da sizinlə fəxr edir: 

“Siz gecəli- gündüzlü torpaqlarımızın 

keşiyində ayıq-sayıq dayanırsınız. Düşmən 

təxribatlarının qarşısını mərdliklə alır, 

qətiyyətli hərəkətlərinizlə düşmənin layiqli 

dərsini verirsiniz. Sizin sayənizdə bölgədə 

sakitlikdir, əmin-amanlıqdır. İnsanlar 

qurub-yaradır, əkin sahələri əkilib -becərilir, 

başqa sözlə, həyat öz axarı ilə davam edir. 

Hətta düşmənin beş metrliyində, daim atəş 

altında yaşadıqlarına baxmayaraq, heç kim 

öz yurd-yuvasını tərk etmir. Qazaxlılar 

öz ordusuna inandıqları, ona güvəndikləri 

kimi, əziz əsgərlər, siz də arxanızda 

möhkəm dayanan xalqı görüb, daha da 

ruhlanır, fərəhlənirsiniz. Bunu biz bilirik və 

yüksək dəyərləndiririk.”

Daha sonra qeyd olunmuşdur ki, 

qazaxlılar son illər ordu quruculuğunda 

uğurla aparılan islahatları diqqətlə izləyir 

və hər bir yenilik, hər bir uğurlu addım 

onları ruhlandırır. Bəlkə də heç vaxt ordu 

ilə xalq indiki kimi həmrəy, sarsılmaz 

olmamışdır. Xalqla ordunun birliyi isə həm 

xalqın qüdrətini artırır, həm də ordunu daha 

da qüvvətli edir. Əminik ki, bu həmrəylik 

bundan sonra da davam etdiriləcəkdir.

2016-cı ilin aprel döyüşləri qazaxlılara 

da əsl qələbə sevincini yaşadıb. Həqiqətən 

də aprel döyüşləri dövlətimizin, ordumuzun 

gücünü, xalqımızın birliyini, həmrəyliyini, 

vətənpərvərliyini göstərdi. Bu döyüşlər 

zamanı təkcə Qazax rayonu 3 şəhid verdi. 

Xalq şəhidlərini böyük izdihamla son 

mənzilə yola saldı. 

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji 

Hazırlıq və İctimaiyyətlə Əlaqələr 

İdarəsinin rəisi, general-mayor Rasim 

Əliyev çıxış edərək Azərbaycan Ordusu-

nun qüdrətindən, Silahlı Qüvvələrimizin 

dünyanın müasir texnika ilə təmin olunmuş 

ordularından biri olduğunu qeyd etdi. Bil-

dirdi ki, bu gün ordumuz işğal altında olan 

torpaqlarımızı azad etməyə hər an hazırdır 

və buna qadirdir. 

R.Əliyev müdafiə nazirinin əmri ilə 

təltif olunmuş bir qrup Qazax sakininə 

xatirə mükafatlarını təqdim etdi. Müka-

fatlar Qazax Rayon İcra Hakimiyyətinin 

başçısı Rəcəb Babaşova, sərbəst güləş 

üzrə Azərbaycan yığma komandasının baş 

məşqçisi Firdovsi Umudova, Azərbaycan 

Yazıçılar Birliyi Qazax zona filialının sədri, 

Əməkdar incəsənət xadimi, şair Barat Vüsa-

la, Əməkdar müəllim Xatın Hüseynxanova-

ya, hərbi hissə komandiri Fuad Ələkbərova 

təqdim olundu. 

Sonra meydana çıxan xüsusi 

təyinatlılar nəyə qadir olduqlarını nümayiş 

etdirdilər. Silahlı Qüvvələrin mahnı və rəqs 

ansamblının ifasında nümayiş olunan ədəbi-

bədii xoreoqrafik kompozisiya tədbirə 

toplaşanlar tərəfindən alqışlarla qarşılandı. 

Hərbiçilərin oxuduğu “Ordumuz qüru-

rumuz, xalqımız dayağımızdır” mahnısı 

tamaşaçılarda böyük qürur hissi oyatdı.  

“Ali Baş Komandanın hər bir əmrinə hər 

an hazırıq” kompozisiyası öz mübarizliyi 

və vətənpərvərlik hisslərinin aşılanması 

nöqteyi-nəzərindən fərqləndi. 

Qazaxlı milli qəhrəmanların meydana 

gəlişi tamaşaçılarda kədər qarışıq bir qürur 

hissi oyatdı. Aktyorların ifasında canlandı-

rılan milli qəhrəmanlardan Rafiq Alıcanov, 

Əjdər Babayev, Şamoy Çobanov, Alı Mus-

tafayev, Firuddin Şamoyev, Aqil Musayev, 

Mərifət Nəsibov səhnəyə gəldilər. Qaratel 

Hacımahmudova səhnəyə çıxaraq igidləri 

düşmən tapdağı altında olan Vətən torpaqla-

rını azad etməyə səslədi. Şair Barat Vüsal 

“Yarama torpaq tökün” şeirini ifa etdi. 

Hərbiçilərin ifasında səslənən “İlhamla 

gedirik gələcəyə biz” mahnısı tədbir iştirak-

çıları tərəfindən alqışlarla qarşılandı. 

Şəhid atasının dediyi “Lazım gələrsə, 

döyüşə birinci mən gedərəm” sözləri izdi-

hamda böyük bir coşqu yaratdı. “Dalğalanır 

ulu bayraq” mahnısının sədaları altında 

Qazaxdakı N saylı hərbi hissənin yaranma-

sının 25 illiyi qeyd olundu. Bu münasibətlə 

xidmətdə fərqlənən bir qrup əsgər və zabitə 

Qazax Rayon İcra Hakimiyyətinin təsis 

etdiyi “Qazaxın müdafiəsində xidmətlərinə 

görə” medalları təqdim olundu. 

Sonra Rəcəb Babaşov “Qazax – xidmət 

etdiyim diyar” kitabının ilk nüsxəsini gene-

ral-mayor Rasim Əliyevə təqdim etdi. Qeyd 

olundu ki, bu kitab Qazaxda hərbi xidmətdə 

olan əsgərlərə veriləcəkdir. 

Sonra Ali Baş Komandan, Prezident 

İlham Əliyevin Aprel döyüşləri ilə əlaqədar 

çıxışı monitor vasitəsilə təqdim olundu. 

Tədbir Silahlı Qüvvələrin mahnı 

ansamblının ifasında səslənən “Biz gedirik 

Qarabağa” mahnısı ilə başa çatdı. 

Tədbirdə Milli Məclisin deputatları 

Ülviyyə Ağayeva, Xanhüseyn Kazımov, is-

tefada olan hərbçi, general-mayor Mahmud 

Həmzəyev və başqaları iştirak etmişlər. 

Hamlet QASIMOV,  

“Xalq qəzeti”nin bölgə müxbiri

ZAQATALA:

 

ölkəmizdə ilk Fındıq festivalı 

 

ˆ

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, 



Azərbaycan fındıq istehsalı üzrə dünyada dördüncü ölkədir. Respublikamızda ildə 

təqribən 35 min ton fındıq istehsal olunur. Azərbaycanda fındıq istehsalının böyük bir 

hissəsi Zaqatala rayonunun payına düşür. Fındıqçılıq rayonun kənd əhalisinin əsas 

qazanc mənbələrindən biri hesab olunur. 

Rayonun kənd təsərrüfatı üçün ənənəvi 

sahələrdən olan fındıqçılığın daha geniş təbliğ 

edilməsi məqsədilə noyabrın 18-də Zaqatala rayo-

nunda ilk dəfə Fındıq festivalı keçirilmişdir. 

Rayon icra hakimiyyətinin təşkilatçılığı, 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 

reallaşan festivalda respublikamızda fəaliyyət 

göstərən xarici ölkə səfirliklərinin təmsilçiləri, o 

cümlədən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki 

Katori, təşkilatçı qurumların rəsmiləri, Milli 

Məclisin deputatları, həmçinin fındıq istehsalçıları 

və ixracatçıları, rayon sakinləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider 

Heydər Əliyevin mədəniyyət və istirahət parkın-

da ucaldılan abidəsi önünə gül dəstələri düzüb, 

xatirəsini ehtiramla anmışlar.

Dədə Qorqud meydanında keçirilən festival-

da qonaqlar bal şərbətindən və fındıqlı çörəkdən 

dadmışlar.

Festivalın rəsmi açılış mərasimində Zaqa-

tala Rayon İcra Hakimiyyətinin başçısı Müba-

riz Əhmədzadə çıxış edərək, rayon sakinlərini 

əlamətdar bayram münasibətilə təbrik etmişdir. 

Bildirmişdir ki, Zaqatala bu gün respublikamız-

da ən sürətlə inkişaf edən rayonlardan biridir. 

Rayonda fındıqçılığın çox böyük potensialı var. 

Fındıqçılıq ötən əsrin ortalarından başlayaraq 

rayonun kənd təsərrüfatında ənənəvi sahələrdən 

birinə çevrilmişdir. Hələ 1929-cu ildə rayonda 

keçmiş SSRİ məkanında yeganə olan fındıq emalı 

zavodu fəaliyyətə başlamışdır. Zavodda istehsal 

olunan fındıq və konserv məhsulları SSRİ-nin 

bütün respublikalarına, həmçinin bir sıra Avropa 

ölkələrinə ixrac edilirdi. 1932-ci ildə isə Zaqatala-

da ilk fındıqçılıq sovxozu yaradılmışdır.

Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin 

kənd təsərrüfatının ixrac potensialı yüksək 

sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi 

ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək 

məqsədi ilə son illər Zaqatala rayonunda da yeni 

fındıq bağlarının salınması istiqamətində davamlı 

iş aparılır. Son iki ildə fındıq bağlarının ümumi 

sahəsi 9 min 575 hektardan 17 min hektara çatdı-

rılmışdır. Ötən il Zaqatalanın emal müəssisələri 

tərəfindən 91 milyon manat dəyərində fındıq 

məhsulu ixrac olunub. Cari ildə isə fındıq ixracının 

120 milyon manata çatacağı gözlənilir. 2017-ci ilin 

10 ayı ərzində isə xarici ölkələrə 95 milyon manat 

dəyərində fındıq məhsulu göndərilmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin turizm 

şöbəsinin müdiri Aydın İsmiyev çıxış edərək, 

respublikamızın müxtəlif bölgələrində ənənəvi 

keçirilən belə festivalların rayonların turizm poten-

sialının təbliği baxımından mühüm rol oynadığını 

diqqətə çatdırmışdır. 

Sonra festival iştirakçıları bayramsayağı 

bəzədilmiş meydanda fındıqdan hazırlanmış geniş 

çeşiddə məhsulların sərgisi ilə tanış olmuşlar. Ən 

gözəl fındıq xonçası, fındıqdan hazırlanmış əl işi, 

ən gözəl fındıq geyimi, fındıqla bağlı ən zəngin 

məlumat lövhəsi, fındıq ləpəsinin qısa müddətdə 

ipə düzülməsi, ən qısa müddətdə fındığın qırıl-

ması, ləpənin təmizlənməsi və digər müsabiqələr 

festival iştirakçıları tərəfindən böyük maraqla 

qarşılanmışdır.



İlqar HƏSƏNOV, 

“Xalq qəzeti”nin bölgə müxbiri

Yüklə 85,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə