Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə15/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   11   12   13   14   15   16   17   18   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

36



Azərbaycanın kimya sənayesinin çox gəlirli istiqamətlərindən biri 

də karbomid və ammiak gübrələrinin istehsalıdır. Karbamid azot güb-

rəsi kimi respublikanın kənd təsərrüfatı  məhsullarının, pambıq, taxıl, 

tərəvəz və s. sahələrin inkişafı üçün əsas sayılır. Eyni zamanda dünya 

bazarında və xüsusən Asiya ölkələrində karbamidə  tələbat hər il art-

maqdadır. Karbomid və ammiak gübrələrinin istehsalının  əsas xam-

malı yerli təbii qaz olduğunu və respublikada yeni qaz yataqlarının 

istismar olacağını nəzərə alsaq, bu layihənin əlverişli və iqtisadi cəhət-

dən səmərəli hesab etmək olar. 

Respublikada hələ ki, gübrə istehsalı, fosforlu gübrələr istisna 

olmaqla, mövcud deyil. Onlar üçün xammal Rusiyanın ucqar rayon-

larından gətirilir.Bunun üçün karbomid və ammiak gübrələrinin isteh-

salı üçün Şirvan səhərində zavodun tikilməsi məqsədəuyğundur. Za-

vodun layihə gücü, karbomid üzrə - ildə 500 min ton, ammiak üzrə -

330 min ton təşkil edir. Layihənin dəyəri 3100 milyon ABS dollarıdır. 

Azərbaycanda kaustuk soda və yod-brom məhsullarının istehsa-

lında Neftçalanın yeraltı sularının duzlarından istifadə etmək imkanla-

rı vardır. Bu sahədə istehsal olunan 180-200 min ton duz və kaustuk 

soda yeyinti sənayesinin və respublikanın tələbatını ödəyə bilər. Bu-

nunla əlaqədar Naxçıvan dağ mədənlərində çıxarılan duzlardan istifa-

dəni fəallaşdırmaq tələb olunur. Mütəxəssis və alimlər qrupunun rəyi-

nə əsasən bunun üçün zavodu modernləşdirmək lazımdır. 

Bundan  əlavə, Neftçala Yod-Brom Zavodunda istehsal olunan 

yod və brom əsasında dərman preparatlarının istehsalının təşkil edil-

məsi nəzərdə tutulur ki, bu da respublikamızda həmin məhsula olan 

tələbatın ödənilməsi üçün vacibdir. Bundan başqa, bu duzların tərki-

bində ağır metallar az olduğundan onlardan elektroliz prosesində isti-

fadə oluna bilər. Bu gəlirli istehsalatın inkişafı xammal ixracı proble-

mini həll etməyə kömək edər və respublika iqtisadiyyatının inkişafına 

öz töhfəsini verərdi. 

Qeyd etmək lazımdır ki, neft gəlirlərinin sahələr üzrə prioritetləri-

nin seçilməsi hər bir sahənin sosial-iqtisadi effekti ilə ölçülür. Ona 

görə  də neft gəlirləri, həmçinin mülkiyyət münasibətlərindən asılı 

olmayaraq qeyri-dövlət sektoruna, kreditlər və maliyyə lizinqi, yaxud 

lizinq formasında istifadə oluna bilər. Maliyyə lizinqini neft gəlirləri 

hesabına iqtisadi fəaliyyəti stimullaşdıran xidmət sferası təşkil etmək 

yolu ilə inkişaf etdirmək olar. O cümlədən, sahibkarlığa kömək məq-

sədi ilə ünvanlı kredit, ayrı-ayrı regionların iqtisadi potensialını istifa-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



37

də etmək üçün lokal proqramlar və biznes planların səmərəsinə uyğun 

neft gəlirləri istifadə edilə bilər. Həmçinin turizmin inkişafı, yeni apa-

ratların alınması, müalicə-profilaktika tədbirləri üçün kreditlər veril-

məlidir. 

Qeyd etmək lazımdır ki, neft sənayesinin perspektivi neft emalı 

və onun səmərəli təşkili üsullarının səmərəsi ilə də formalaşır. Struk-

tur dəyişmələr, neft hasilatı və istifadəsi tsikilində olan modernləşdir-

mə stimulları və reallaşma mərhələlərinin hər birinin xüsusi effekti və 

kompleks effekti ilə  ölçülür.  Bu  baxımdan struktur səmərə ardıcıl 

olaraq sahədaxili proporsiyaların uzlaşması, istehsal, emal və satış 

arasında gəlirlərin bölgüsü və kapital qoyuluşunda biri-birini tamam-

layan vahid səmərə siyasəti keçirilməlidir. 

Bu gün Azərbaycan iqtisadiyyatına investisiya qoyan strateji in-

vestorlar yalnız xammal mənbələrinə maraq göstərirlər. Onlardan heç 

biri emal müəssisələrinin yenidən qurulmasına maraq göstərmirlər. Bu 

isə gələcəkdə həmin investorların inhisar niyyətinə gətirib çıxara bilər. 

Bu baxımdan neft sektoru klassik nümunə ola bilər. Neft konsorsiu-

munın iştirakçılarından heç biri hələ bu günə kimi neft emalı müəssi-

sələrinin tikintisinə  və yaxud yenidən quraşdırılması haqqında öz 

arzularını bildirməmişdir. Azərbaycan iqtisadiyyatının neft sektorunda 

inhisar niyyətinə yol verməmək üçün yalnız ölkənin milli emaletmə 

sənayesini bərpa etmək lazımdır. Neft gəlirlərinin yarıdan çoxunun bu 

sahəyə yönəldilməsi məqsədəuyğundur. Biz belə hesab edirik ki, idxa-

lı  əvəz edən və ixracayönümlü sənaye sahələrinin inkişafının təmin 

edilməsi üçün neft gəlirlərinin prioritet müəssisələr arasında müsabiqə 

yolu ilə paylanması lazımdır. Müsabiqədə  iştirak edən müəssisələr, 

məsələn, istehsal etdikləri məhsulun çox hissəsini xarici bazarlarda 

realizə etməli, yerli xammal ehtiyatlarından maxsimum istifadə etmə-

lidir. Bütün sahələrin inkişafı  və  əhalinin istehlak tələbatının ödənil-

məsi qaz sənayesinin perspektivi ilə bağlıdır. 

Azərbaycan iqtisadiyyatının aparıcı qollarından biri də qaz səna-

yesidir. Qaz - ən ucuz və  ən təmiz yanacaq növü olaraq respublika-

mızda istilikenergetika sisteminin formalaşmasinda başlıca yer tutur. 

Azərbaycanda çox böyük təbii qaz yatağları vardır. Bunlardan ən 

böyüyü 1999-cu ildə dənizdə kəşf olunmus Şahdəniz yatağıdır. Bunun 

ehtiyatı, xarici ekspertlərin fikrincə, 1.4mld ton neft vahididir. Ümu-

miyyətlə, Azərbaycanda təbii qaz ehtiyatı 1.0-1.1 trilyon m3 miqda-




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

38



rında, proqnoz 1,7-2.5trilyon m3-dir. Azərbaycan iqtisadiyyatının gə-

ləcək sabit inkişafı üçün qaz sənayesinin yenidən qurulması  və  kəşf 

olunan yataqların istismarına başlamaq lazımdır. Bu işlərə lazım olan 

vəsaiti Neft Fondunun gəlirləri hesabına etmək olar. Gələcəkdə bu qa-

zın dünyanın müxtəlif bazarlarında satışından gələn gəlir hesabina 

ölkə büdcəsini sabit inkişafına öz müsbət təsirini göstərəcəkdir. 

Belə ki, bu gün Avropa Birliyinə daxil olan 15 ölkənin bazarla-

rında qaza olan tələbat 223 mln ton neft vahidi təşkil edir. 

Xarici ticarət balansı malların ixracı, xidmət sektorunun dövriy-

yəsi, digər xidmətlərdə neft sektorunun rolu qiymətləndirilir. Neft sek-

toru respublikada multiplikasiya effekti rolunu oynamaqla ümumi 

tarazlı və perspektiv inkişaf üçün əsas yaradır. Neft gəlirlərinin proq-

nozlaşdırılması uzunmüddətli dövr üçün daha adekvatdır. Proqnozlar 

respublika daxili və xarici amilləri nəzərə almaqla reallaşır. 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə