Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə11/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   7   8   9   10   11   12   13   14   ...   184

AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



27

liderliyi göstərməsəydik, heç vaxt “Cənub” qaz dəhlizi icra edilməyə-

cəkdi. Mən vaxtilə  şəxsən Nabukko layihəsinin müzakirəsi ilə bağlı 

azı 10 beynəlxalq tədbirdə  iştirak etmişəm. Yəni orada müzakirədən 

başqa heç nə yox idi. Bəyanatlar, çıxışlar, qətnamələrin qəbul edil-

məsi, vəssalam. Ondan sonra hamı dağılır gedir, iş  də qalır kənarda. 

Mən minimum on tədbirdə iştirak etmişəm. Hər dəfə də demişəm ki, 

burada liderlik olmalıdır. Bu layihəni necə icra etmək lazımdır? Bu-

nun  əsas elementləri nədən ibarətdir? Bu o qədər də  çətin məsələ 

deyil. Amma elə mən deyirdim mən eşdirdim. Daha sonra gördük ki, 

artıq bu layihə yerində sayır. Yenə də təşəbbüs göstərmişik, TANAP 

layihəsini təklif etmişik. Adı da biz qoymuşuq, təşəbbüskarı da biz ol-

muşuq. 2012-ci ildə Türkiyə ilə bu layihəni imzaladıq. Ondan sonra 

artıq “Cənub” qaz dəhlizi üçün yol açıldı”. 

 

 

2. Neft gəlirlərinin iqtisadiyyatın prioritet sahələrinə yönəldil-



məsi istiqamətləri 

Azərbaycanda imzalanmış neft müqavilələrinin, xüsusən də “Əs-

rin müqaviləsi” üzrə  işlərin müvəffəqiyyətlə  həyata keçirilməsi, res-

publika iqtisadiyyatının bütün sahələrinin inkişafına güclü təsir göstər-

məkdə davam edir. Buna yeni iş yerlərinin açılması, neft-maşınqayır-

ma və neft avadanlıqları istehsal edən müəssisələrin, yerli tikinti təşki-

latlarının və xidmət sahələrinin yaradılması, yeni layihələrin icrasında 

yerli təşkilatların səmərəli iştirakını göstərmək olar. Bütün bunların 

nəticəsində dövlət büdcəsinə iri bonuslar və vergilər hesabına daxil-

olmalarının artması, büdcənin formalaşması və bu qəbildən olan digər 

sahələrin iqtisadi inkişafının əhəmiyyətli dərəcədə dinamik artımı hiss 

olunmaqdadır. Yaxın gələcəkdə yeni neft layihələrinin tammiqyaslı iş-

lənilməsi nəticəsində xam neftin dünya bazarına çıxarılması genişlən-

diriləcəkdir. Nəticədə əldə olunan gəlirlər hesabına Azərbaycan iqtisa-

diyyatının makroiqtisadi göstəricilərinin inkişafında müsbət meyillər 

özünü büruzə verir. 

Qeyd etmək lazımdır ki, neft gəlirlərinin vəsaitləri ölkə iqtisadiy-

yatının ümumi maraqlarını  nəzərə almaqla, başqa prioritet sahələrin 

inkişafına yönəldilməsi  ən başlıca məsələ  kimi  aktual  məsələ olaraq 

qalır. Bütün hallarda bu məsələ bir çox sayda iştirakçıların mərkəzləş-

dirilmiş, qarşılıqlı fəaliyyət mexanizmləri nəzərə alınmaqla həyata ke-

çirilməlidir. Bu da təbiidir, çünki, milli təbii ehtiyatların istifadəsindən 




Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

28



əldə olunan vəsaitlərin bölüşdürülməsi ciddi nəzarət altında saxlanıl-

malıdır ki, onların itkisinə yol verilməsin. 

Neft gəlirlərinin istifadəsinin prioritet istiqamətlərinin müəyyən 

edilməsi və bunun üçün paylanmanın mərkəzləşdirilmiş mexanizmlə-

rinin yaradılması respublikamız üçün olduqca vacib məsələlərdən biri-

dir. Neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələri-

nə yönəldilməsini, qeyri-neft sektorunda yeni istehsal müəssisələrinin 

açılması yolu ilə yeni iş yerlərinin yaradılmasını, bir sözlə,  əhalinin 

sosial müdafiə tədbirlərinin daha da gücləndirilməsini özünün iqtisadi 

siyasətində prioritet vəzifə kimi nəzərdən keçirir. Neft hasilatı Azər-

baycan üçün son məqsəd deyil, o iqtisadiyyatı inkişaf etdirmək üçün 

bir vasitədir. «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi 

inkişafı Dövlət Proqramı»nın 2014-2018-ci illər təsdiq edilməsi haq-

qında» fərmanlarında da neftdən  əldə olunan gəlirlərdən milli iqtisa-

diyyatın çoxqütblü inkişafı naminə səmərəli istifadə olunması məsələ-

sinə mühüm yer ayrılmışdır. Bu fərmanların əsas qayəsi ölkədə sahib-

karlığın inkişafını sürətləndirməklə, əmək ehtiyatlarından, təbii resurs-

lardan səmərəli istifadə etməklə yeni iş yerlərinin açılmasına, yoxsul-

luğun səviyyəsinin azaldılmasına nail olmaqdan ibarətdir. Regionların 

iqtisadi inkişafındakı  ləngliyi aradan qaldırmaq məqsədi daşıyan bu 

fərmanda iş adamlarının fəaliyyətinə mane olan bürokratik amillərin 

aradan qaldırılması müvafiq icra strukturları qarşısında əsas vəzifələr-

dən biri kimi qoyulub. Qısa müddətdə Azərbaycanda 75 mindən artıq 

yeni iş yerinin açılması  fərman və  sərəncamların, həyata keçirilən 

əməli-praktik tədbirlərin uğurlu nəticələrinin təzahürüdür. Ümumiy-

yətlə, son 11 il, yəni 2004-2014-cü illərdə  işsiz  əhalinin sayı 44%, 

yoxsul  əhalinin sayı 7,1 dəfə azalmışdır. Neft gəlirlərinin iqtisadi 

transformasiya üçün istifadə edilməsi, onun idarə olunması və ehtiyat-

larının təkrar istehsalı problemləri ilə bağlıdır. 

Neft gəlirlərinin axını ölkə iqtisadiyyatında yığılıb qalmış prob-

lemlərin kompleks həllinə yönəldilməlidir. Ölkəmizin məhdud təbii 

ehtiyatları olmasına baxmayaraq, dövlətin himayəçilik siyasəti hesabı-

na iqtisadi yüksəlişə nail olmaq olar. Dövlətin tənzimləyici rolu hesa-

bına yüksək inkişaf tempinə çatmış, Cənubi-Şərqi Asiya ölkələrindən 

fərqli olaraq, Azərbaycanda bu daha qısa müddətə öz bəhrəsini verə-

cək. Bu isə strateji məsələlərin həllinə imkan verəcək. Neft Fonduna 

pul axını zəmanətsiz pul emissiyasına şərait yaradacaq, ölkə iqtisadiy-

yatına xarici investisiyalar tələb etmədən, yeni maliyyə mənbələri ax-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



29

tarmadan, iqtisadiyyatın prioritet istiqamətlərinin inkişafına və  zəruri 

vəsaitlərin ayrılması məsələlərinin həllinə imkan verəcək. 

Neft gəlirlərinin potensial imkanları onun strateji rolu ilə qiymət-

ləndirilir. Onun sahə, ərazi, funksional məqsədlər üçün bölünməsi res-

publika iqtisadiyyatının makroiqtisadi proqnozunun səmərəli təşkili və 

həmin proqnozların reallaşmasında neft gəlirlərinin maksimal istifadə-

si istiqamətləri ilə ölçülür. 

Qeyd etmək lazımdır ki, gəlirlərin bölgüsündə səmərəlilik xüsusi 

və inteqral göstəricilər ilə  tənzimlənir. Belə ki, xüsusi səmərə 

gəlirlərin istifadəsi zamanı  hər bir sahənin rentabellik səviyyəsinin 

yüksəlməsi, yaxud regionda daxili bazarın hər hansı məhsul və xidmət 

üzrə  tələbat səviyyəsinə yüksəldilməsi meyarları ilə ölçülür. Digər 

tərəfdən gəlirlər inteqral səmərə  gətirmək qabiliyyəti kimi rifah və 

tələbatın ödənilmə  dərəcəsinin maksimumlaşdırılmasına doğru atılan 

addımlarla, yaxud artım tempi ilə ölçülür. Gəlirlərin diferensial səmə-

rəsi hər bir kontingent, yaxud bazar subyekti kimi ayrı-ayrı sahibkarlıq 

növlərinin və yaxud məhsul və xidmət növünün dəyişmə meyli ilə də 

qiymətləndirilir. 

Neft gəlirlərinin Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrinin 

inkişafı  məqsədi ilə kapital qoyuluşlarına çevrilməsi qlobal inkişaf 

meyillərinin və bazarın qorunması konsepsiyası ilə bağlıdır. 

Dövlət hal-hazırda iqtisadiyyatın hər hansı sahələrinin rekons-

truksiya edilməsi layihələrini maliyyələşdirmək üçün kifayət qədər in-

vestisiya ehtiyatlarına malik deyil. Buna görə neft gəlirlərinin səmərəli 

istifadəsi, onun perspektiv imkanlarını artırır. 

Azərbaycan müəssisələrinin səhmlərinə qoyulası xarici investisi-

yaların əhəmiyyətli dərəcədə neft gəlirlərinin dövlət proqramları əsa-

sında prioritet sahələrinə yönəlməsi optimal variant sayılır. 

Neft sektoru dövlət gəlirləri və əhali gəlirlərinin formalaşmasında 

əsas bölgü və yenidən bölgü mexanizmləri vasitəsi ilə formalaşır və də-

rinləşir. Neft gəlirləri istehlak və yığım məqsədi ilə bölündükdə təkrar 

istehsal prinsipi reallaşır. Bugünkü istehlak ilə perspektiv gəlirlər ara-

sında keçidin formaları və məzmunu, onun bölgüsü və yenidən bölgüsü 

mexanizmlərinin effektini göstərir. Neft sahəsi heç də hamını  ələ-

baxımlığa çevirməməlidir. O, ancaq perspektiv gəlirlərin yaranması 

üçün ilkin kapital rolunu oynamalıdır. Əgər Azərbaycan iqtisadiyyatın-

da istehlak sferasında neft gəlirləri istifadə olunsa, onda perspektiv gə-

lirlərin mənbəyi azala bilər. Ona görə də neft gəlirlərinin səmərəsi onun 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə