Microsoft Word Azerb Iqtisadiiyati es doc



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə12/184
tarix27.03.2018
ölçüsü3,87 Mb.
#35003
1   ...   8   9   10   11   12   13   14   15   ...   184

Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev  

 

30



perspektiv gəlirlərdə rolu ilə ölçülür. Bu gün Azərbaycanda neft gəlir-

ləri dövlət büdcəsinin Sosial Müdafiə Fondunun qaçqınlar və köçkünlər 

üçün birdəfəlik xərc kimi, yaxud müntəzəm maliyyə mənbəyinin oyna-

dığı kimi onun özünün sahə kimi təkrar istehsalı bölgü sistemində 

qlobal və  məhəlli proporsiyaları yaradır. Xarici və daxili investtisiya-

ların dəyişmə meyli gəlirlərin bölgüsünün xarakterini müəyyən edir. 

Neft gəlirlərinin istifadəsindən  əvvəl onun həcmini və artımını 

nəzərə almaqla qorunması üsullarının səmərəli variantlarını  tərtib et-

mək metodologiyasını hazırlamaq vacibdir. Neft gəlirlərinin həcmi və 

onun məqsədli istifadəsi ölkə iqtisadiyyatının kompleks inkişafı  və 

strateji məqsədlərinin  əsasında özünün spesifik xüsusiyyətlərini kəsb 

edir. Onun artım tempinə uyğun olaraq istifadə tempini artırmaq və 

onun istifadəsi zamanı əldə edilən effektini dünya banklarında saxla-

maqdan əldə edilən gəlirlərdən çox olması məqamlarını da qiymətlən-

dirmək vacibdir. Bu gün respublikada kredit resursu kimi həmin vəsai-

tin istifadəsi mümkün ola bilər. Amma qərarlaşmamış bazar münasi-

bətləri  şəraitində  və mövcud bazar seqmentlərində özünün əmtəə  və 

xidmət təklifini formalaşdırmamaq  şəraitində bu vəsaitin istifadəsi, 

fikrimizcə, riskli bir addım ola bilər. Ona görə də neft gəlirlərinin böl-

güsü meyar kimi qəbul edilə bilər. Neft gəlirlərinin istifadəsinin ilkin 

amili onun istehsal həcminin maksimumlaşdırılmasıdır. 

Neft məhsullarının istifadəsi istiqamətləri, onun gəlirlərinin artı-

mına səbəb olur. Belə ki, istifadə marketinq strukturu, kommersiya 

mənfəəti baxımından müxtəlif gəlirlər gətirir. Belə ki, enerji resursla-

rının alınması və onlara olan tələbatın artması neft məhsullarının ener-

ji hasilatı üçün təyinatını artırır. Bu da onun istifadəsindən maksimal 

gəlir gətirən sahələrin seçilməsi variantlarını axtarmağa imkan verir. 

Azərbaycan Respublikasında mazutun enerji alınması üçün istifadəsi, 

onun satılıb, başqa ölkələrdən qaz almaqla enerji tələbatını ödəmək-

dən baha başa gəlir. Ona görə də sahibkarlığın inkişafında neft və neft 

məhsullarının istifadəsi istiqamətinin müəyyən edilməsi, onun təşəb-

büsü və  həmçinin təsərrüfatçılıq fəaliyyətinin səmərəli təşkili forma-

sından xeyli asılıdır. 

Neft gəlirləri digər sahələrin gəlirləri kimi dövlət gəlirlərinin tər-

kib hissəsidir, onun formalaşması və istifadəsində bölgü prinsiplərinin 

seçilməsi, dövlət ehtiyaclarını ödəmək, ölkənin davamlı iqtisadi inki-

şafını təmin etmək, həmçinin özünün iqtisadi potensialını və sahə ehti-

yatlarını ödəmək vəzifələri durur. Ona görə də neft gəlirlərinin mənbə-




AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər 

 

 



31

yi və onun istifadəsi heç də kommersiya gəlirləri deyil, onun yaranma-

sı və istifadəsi ümummilli strateji məqsəd olduğu üçün, onun istifadə-

sində sosial ədalət və cari tələblərlə perspektiv tələblər arasında opti-

mal nisbətlər tənzimlənməlidir. Qeyd etmək lazımdır ki, ümumi daxili 

məhsulun formalaşmasında ölkə iqtisadiyyatının sahə quruluşu  əsas 

rol oynadığı kimi, neft sektoru sənaye məhsulu və hasilat sənayesi 

kimi ölkənin maliyyə potensialının formalaşmasında aparıcı rol oyna-

yır. Neft gəlirləri dövlət büdcəsinin tərkib hissəsi olmaqla vergi, sosial 

ödəmələr və  əməkhaqqı mexanizmləri vasitəsi ilə bölgü və yenidən 

bölgü sistemində iştirak edir. Neft sahəsinin vergi gəlirləri əlavə dəyər 

vergisi, mənfəət vergisi və  həmçinin  əmlak vergisi verməklə dövlət 

büdcəsinin mərkəzləşdirilmiş  gəlirlərinin  əsas tərkib hissəsini təşkil 

edir. Neft fondunun idarə edilməsi onun istifadəsinin potensial imkan-

larını yaradır. Neft gəlirlərinin bir hissəsi  əməkhaqqı sistemində öz 

subyektini dəyişməklə  işləyənlərin  əməyinin dəyərinə verilir. Xarici 

firmalarda yerli əhalinin iş qüvvəsindən istifadə etməklə  əməkhaqqı 

verilməsi həmin gəlirlərin əhali vasitəsi ilə respublika maliyyə balan-

sına daxil olmağa səbəb olur. Ona görə də respublika ərazisində neft 

gəlirləri, respublika mülkiyyətində olan potensialdan və həmçinin isti-

fadə üçün verilən xarici ölkələrin payından daxilolmalar ilə müəyyən-

ləşir. Respublikada alıcılıq qabiliyyəti məhz həmin gəlirlərin respub-

likada xərclənən hissəsi ilə ölçülür. 

Neft gəlirlərinin sosial mahiyyəti orada işləyənlərin həyat səviy-

yəsi və hər bir nəfərə düşən neft gəlirlərinin miqdarı ilə ölçülür. Bu rə-

qəm, əlbəttə, heç də ələbaxımlıq və istehlak tələbatını ödəməklə digər 

sahələrin inkişafını dayandırmamalıdır. Ona görə də onun istifadəsin-

də yığım və istehlak arasında optimal nisbət tədqiq olunmalıdır. Əgər 

neft gəlirlərinin investisiya məqsədi ilə istifadəsi, onun müəyyən po-

tensial mənimsənilməsi dövründən sonra iqtisadi artımını  təmin edə-

cəksə, təbii ki, bu meyillər proqnozlaşdırmada və bölgü prinsipində öz 

yerini saxlamalıdır. Daha çox üstünlük, məhz səmərəli investisiya 

istiqamətlərinə verilməlidir. İstehlak əhəmiyyətli istiqamətlərdə gəlir-

lərin istifadəsini sosial infrastruktur sahələrinə qoyulan kapital qoyu-

luşu ilə daha səmərəli hesab etmək olar. Digər əsas istiqamət, əhalinin 

aztəminatlı  və yoxsul təbəqələrinin minimum yaşayış  səviyyəsi həc-

mində istehlak tələbatını ödəmək üçün xərcləmək istiqaməti ola bilər. 

Neft gəlirləri istehsal sahəsində və neft məhsullarının reallaşması, 

həmçinin neft hasilatında iştirak edən şirkətlərin və sahələrin ödəmələ-



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə