Microsoft Word Agr?l? dusunc?l?rim Kitab Publisistika 2015 docx



Yüklə 442,85 Kb.
Pdf görüntüsü
səhifə16/91
tarix30.09.2017
ölçüsü442,85 Kb.
#2496
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

66
 
 
mənimdir”, “Mən olum, uşaqlarım olsun, bir də qapımızı tez-
tez açan “dolu əllər” prinsipilə idarəetmə aparatında özlərini 
“əbədi” möhkəmləndirənlər indi bu aparatdan uzaqlaşdırılır.” 
Bu “ağıl”, düşüncə sahibləri etdikləri  əməlləri ilə milli 
ocaqlarımızı demək olar ki, tamamilə söndürmək təhlükəsi 
qarşısında qoymuşdular. İndi gec də olsa, bu ocaqları yenidən 
şölələndirmək bu günün təxirəsalınmaz işi olmalıdır. Onsuzda 
hər işimizdə həmişə gecikirik... 
 
 
 
 
 
 
 
 
 Bakı, 1993-cü il. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


67
 
 
 
Özümüzə qayıtmalı, özümüzü 
dərk  etməliyik! 
 
  Nə vaxtsa özümüz olmuşuq, öz “mən”imiz olub. İllər ötdükcə 
unutmuşuq özümüz-özümüzü. Daha doğrusu, özümüzü 
unutdurmağa, öz soy kökümüzdən uzaq düşməyə    məcbur 
ediblər. Milli dəyərlərimizə uzanan yad əllər öz “iç mən”imizi 
unutdurmağa çalışıblar bizə. Bunun nəticəsində iç dünyamıza 
“özgə  mən”lər hakim kəsilib. Və bizi indiyə kimi “özgə 
mən”lər idarə etməyə başlayıblar. Uzun illərdir ki,bu “özgə 
mən”lər yaddaşımızı silməyə çalışıblar, özümüz  haqqında 
düşünməyi yasaq ediblər bizə.Özgə “mən”lər öz “mən”imizi öz 
iç dünyamızdan didərgin salıblar. Bir müddət keçəndən sonra 
daha doğmalar bir-birini tanımadılar, bir-birinə yad oldular. 
Özümüzü-özümüzə  qənim kəsildik! Öz soy kökümüzə 
özümüzünkülər vasitəsilə balta çalmağa məcbur etdilər. Bəs 
görəsən, nəyin müqabilində?! Sadəcə bir kreslo xatirinə  hər 
şeyi inkar etməyə, hər  şeyimizi qurban verməyə hazır olan 
yaltaqlar, dayazdüşüncəlilər, xəyanətkarlar tapıldı. Doğrudan 
da biz azərilər pulu həmişə  hər  şeydən üstün tuturuq. Bundan 
sonra fikirl və düşüncələrimizdə    cırlaşma başladı, sözümüz 
kəsərdən düşdü... 
  Nə vaxtsa qanımız təmiz olub, biri-birimizə qan vermişik, 
qan-qardaşı olmuşuq. Sonra isə yad əllər bilərəkdən, qəsdən 
genimizi dəyişdirməyə çalışdılar, qanımızı qarışdırdılar. Bu 
gün isə biz öz irsi təmizliyimizi yad ünsürlərdən 
qoruyubsaxlamağa çalışmalıyıq! 
 Nə üçün biz bir-birimizi başa düşmürük və ya başa düşmək 
istəmirik? Nə üçün bir-birimizə hörmət etməyi bacarmırıq? Nə 
üçün görkəmli  şəxsiyyətlərimizi qiymətləndirə bilmirik? Nə 
üçün bir-birimizin irəli getməsinə mane oluruq? Nə üçün 


68
 
 
özümüzə  bu qədər laqeyd və biganə olmuşuq? Nə üçün 
özümüzə qarşı olan məsuliyyət hissini itirmişik? Nə üçün 
özümüzə olan inamımız itib? və s. Bütün bu “nə üçün” lərin 
cavabı birdir. Ona görə ki, biz öz “real mən” imizdən uzaq 
düşmüşük, öz milli kökümüzün nüvəsindən uzaqlaşmışıq, onun 
orbitindən çıxmışıq... “Özünü” axtarış ovuna çıxmışıq indi. 
      Bəli, bu gün biz həmin “real mən”i yenidən özümüzdə kəşf 
etməli və özümüzə qayıtmalıyıq! 
      Qədim  əxlaq nəzəriyyəçiləri demişlər:  İç dünyan  sırf 
sənə  məxsusdur, çalış orada təmizlik işləri apar və  səliqə 
yarat!” 
      Biz  indi  öz  iç  dünyamızda həqiqətən də  səliqə-sahman 
yaratmalı, daxilimizdəki və  şüurumuzdakı  hər cür çirkabları, 
yad düşüncə tərzini, yad fikirləri təmizləməyə qadir olmalıyıq! 
Bunun üçün biz hökmən özümüzə qayıtmalı və özümüzü dərk 
etməliyik! Gələcəyə gedən yolumuz da məhz, özünüdərkdən 
başlamalıdır! 
      Hər bir insanın xüsusi bir mikroaləm olması gerçək bir 
faktdır.  İnsan özünün həm obyekti, həm də subyektidir. O öz 
tarix dramasının həm müəllifi, həm də aktyorudur. İnsan yer 
üzərində yeganə varlıqdır ki, özünü şüurlu surətdə 
təkmilləşdirməyə çalışır. Bu təkmilləşmənin müxtəlif vasitə və 
üsullarından biri də insanın öz daxilinə müntəzəm nəzər 
salması və müntəzəm baxa bilməsidir. 
      Öz  daxili  mənəvi aləminə  nəzər salmaq əxlaqi  şüurun, 
özünü dərketmənin müqəddəm, ilkin şərtlərindən biridir. 
      Hər bir adam sözün əsl mənasında öz daxili dünyasının 
bilicisi, müdrik və cəsur səyyahı olmalıdır. 
      Bu cəhətdən yazıçı Cəmil Əlibəyovun “Özümü axtarıram” 
kitabında müəllif öz qəhrəmanlarından birinin dili ilə 
deyir:Səhvlərimi müttəhimlər kürsüsündə oturduram. 
Onları bir-bir dindirir, şahidlərə söz verirəm. Gah ittihamçı, 
gah müttəhim oluram. Özümü bağışlayıram, özüm-özümü 
məhkum edirəm.” 


69
 
 
      Bəli, özünü axtarış, özünü aramaq məhz belə çox çətin, 
daşlı-kəkəsli, enişli-yoxuşlu yollarla gedir. 
Öz daxilinə  səyahət, iç dünyasını görə bilmək, insana özünü 
düzgün dərk etməyə, mənəvi cəhətcə saflaşmağa, həmişə 
ülviliyə doğru meyl göstərməyə, özünə  nəzarət etməyə imkan 
verir. Axı, müəyyən bir çirki, ayna üzərinə qonan tozu görə 
bilmək lazımdır ki, onu təmizləyə biləsən. 
Dahi şairimiz Nizami hələ səkkiz əsr bundan əvvəl deyirdi: 
 
Dəmiri ayna tək parladan insan 
Pası silməlidir öz vicdanından! 
 
 Biz  ətrafımızda baş verən dəyişikliklərdən doğru, düzgün 
nəticə  çıxartmaq, hadisələrə obyektiv qiymət verməyə 
çalışırıqsa, bu zaman biz əvvəlcə özümüzü dərk etməliyik. 
Bu cəhətdən görkəmli rus yazıçısı M.M. Prişvin çox  haqlı 
olaraq öz gündəliyində qeyd etmişdir; Təbiət haqqında yalnız 
o zaman danışmaq olar ki, özünü  nəsə  məlum bir şey kimi 
tapasan, kəşf edəsən və anlayasan.” Bu doğrudan da belədir. 
Əgər insan özünü tapmamışsa, özünü dərk etməmişsə, özünü 
anlayıb başa düşməmişsə onun dünyanın dərindən dərk edib 
anlamasına və baş verən hadisələri obyektiv görə bilib, onları 
qiymətləndirməsinə inanmaq çətindir. Çünki insanın dünyanı 
dərk etməsi, özünü dərk etməsi ilə bütöv bir vəhdət halındadır. 
Məlumdur ki, hər bir adam yaşının bütün mərhələlərində özünü 
kamilləşdirmək iddiasında olmur. Bunun üçün o, əvvəlcə 
özünü dərk etməlidir. Özünü təhlil etməyi bacarmalıdır. 
Həyata, müxtəlif insanlara, öz vəzifəsinə, düşüncəli davranış 
planına malik olmalıdır. Bu isə insanın daxili aləminin, şüur və 
düşüncəsinin kifayət qədər inkişaf etməsini tələb edir. 
Hər bir adam öz-özünə “kənardan” baxmağı, öz hərəkətlərini 
başqalarının nöqteyi- nəzəri ilə qiymətləndirməyi bacarmalıdır. 
  Elə bu cəhəti nəzərə alaraq xalqının görkəmli maarifpərvəri 
A. Bakıxanov özünün “Təhzibi-əxlaq” adlı  əsərində yazırdı: 


Yüklə 442,85 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə