Microsoft Word Adilli Ayt?kin 869M. docx



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix02.10.2017
ölçüsü0,56 Mb.
#2895
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

38 

 

ilə  bağlı  olan  çoxsaylı  layihələrdən  ibarət  idi.  Bu  məsələyə  dair  səciyyəvi  nümunə 



B.Fon Meek tərəfindən 1923- cü ildə Moskvanın «Otelye» jurnalında dərc olunmuş 

məqalədir. XIX əsrdə modanın nisbi stabilliyini və geyimdə olan kəskin sıçrayışların 

və  dəyişikliyin  olmamasını,  müəllif,  XIX  əsr  inqlabının  hər  şeydən  əvvəl  siniflərin 

siyasəti  yeni  deyil,  partiyaların  mübarizəsinin  nəticəsi  kimi  izah  edirdi.  Bu  da 

Kreyoberin və Riçardsonun təklif etdiyi kimi inandırıcı şəkildə izah edilmişdir, amma 

keçmiş yüzilliklərin qeyri- sinif və partiya xassəli inqlabının qəbul edilməsi inandırıcı 

olmadiği  üçün  gülməli  təsir  bağışlayır.  Müəllif  ardınca,  ölkələrində  geyimin  yerli 

sosial  dəyişikliklərə  göstərdiyi  təsirin  zəifliyini  və  yeni  dövrə  uyğun  kostyumların 

yaradılmasına tələbatın olduğunu qeyd edir. 1917- 1918- ci illərdə şəhər proletariatı 

və  şəhər  ətrafı  kəndlilər  Parisin  modalı  geyimlərini  geyib  yamsılayırdılar.  Qadınlar 

dizədək və yuxarı qısa yubkalar və hündür dabanlı ağ çəkmələr, şlyapaların əvəzinə 

naxışlı  papaqcıqlardan  və  kişilər  isə  qolife  və  frençdən  istifadə  edirdilər.  Bütün 

bunlar inqlabın moda sahəsindəki nailiyyətləri hesab edilirdi.  

Geyimin  istehsalına  aid  məsələlər  hələlik  nəzəriyyədə  qalır,  onun  təcrübədə 

həyata  keçməsinin  zəif  cəhəti  yəqin  ki,  indiyə  qədər  son  dərəcə  qənaətbəxş 

olmamasındadır.  Eyni  geyim  formaları  yeni  həyat  formalarına  uyğun  gəlmişdir. 

Burada istehsalın rahatlığı və ucuzluğunun məntiqi, təlabata və gözəlliyə uyğunluğu 

vacib şərtlərdəndir. 

Məlumdur  ki,  moda  mədəniyyətin  müxtəlif  sahələrində  müxtəlifcür  fəaliyyət 

göstərir, modalı dəyərlərin və obyektlərin müxtəlif cinsli olması moda iştirakçılarının 

müxtəlif  davranışına  mühüm  dərəcədə  təsir  göstərir.  Modalı  nəzəriyyə  və  modalı 

dəyər  arasında  olan  ümumilik  nədir?  Daha  çox  məlum  olan  fərq  əksər  hallarda 

modaya xas olan vahid nizamlanma mexanizminə xas olan ümumiliyi gizlədir. Buna 

görə  bu  mexanizmin  təhlili  zamanı  prinsip  etibarilə  modalı  dəyərlərin  obyektlərin 

müxtəlifliyinə  görə  onların  daxilində  cəmləşməsi məsələsindən  bir  qədər  uzaqlaşaq. 

Ehtimal  etmək  olar  ki,  bütün  obyektlər  həmişə  modalı  olmur,  buna  görə  onlara 

modanın funksiyalanması nəzər nöqtəsidən baxılması vacibdir, çünki hər bir obyekt 

müxtəlif qeyri- modalı faktorların məhsuludur. Məsələn, geyimi obyekt kimi, istehsal 

texnologiyasının  və  geyimin  dizaynı,  iqlimi  və  ya  modanı  özündən  əlavə  sosial- 



39 

 

iqtisadi  faktorların  nöqteyi-  nəzərindən  öyrənmək  olar.  Hər  hansı  geniş  yayılmış 



təsviri  sənətin  və  ya  populyar  roma  stilinin  yayılması,  onların  izah  edilməsi  moda 

terminindən  başlamır,  lakin  sonralar  belə  interpritasiyalar  lazım  ola  bilər.  Belə 

hallarda  obyektlər  arasındakı  fərq  kordinal  əhəmiyyət  kəsb  edir.  Əgər  biz  obyekti 

deyil,  davranışın  sosial  nizamlayıcısı  olan  modanı  tədqiq etsək və  obyektlər  modalı 

dəyərlərin işarəsi rolunda çıxış etsələr, onların arasındakı fərqlərin bir o qədər də çox 

olmadığını görərik. 




40 

 

FƏS LII. MODA  NNOVAS YALARI 



2.1.Modadəyərlərininnizamlamamexanizmi 

 

Modalı  standartların  və  obyektlərin  inkişafı,  funksiya  göstərməsi  və  dəyişməsi 

necə baş verir?  lk növbədə qeyd  etmək lazımdır ki, bunu eyni zamanda geyimə də 

aid  etmək  olar.  A.Kryober  və  D.Riçardson  öz  tədqiqatlarında  haqlı  olaraq  modalı 

standart  və  obyektlərin  sferasında  müxtəlif  dəyişikliklər  və  sarsıntıların  müvafiq 

mədəniyyətə və ya əsas nümunələrin sivilinə xas olan çərçivədən kənara çıxmağını və 

bunun kifayət qədər stabil olduğunu qeyd edirdilər. Çoxsaylı modalar əksər hallarda 

bu  cür  əsas  nümunələrin  yalnız  variasiyalarını  təşkiledirlər.  Ehtimal  etmək  olarki, 

mədəni  nümunələr  bu  və  ya  digər  sahələrə  aid  ümumiləşdirilmiş  bəzi  mədəni 

xassələri  özlərində  cəmləşdirmiş  və  müəyyən  dəyişikliklərə  məruz  qalmışdır.  Lakin 

ə

sas nümunələrdə həqiqi inqilabi dəyişikliklər nisbətən azdır. 



Ə

sas mədəni nümunələrin surətində müəyyən ənənələr, adətlər, stillər, sosial və 

mədəni normalar, dəyərlər və i. a. toplanmışdır. Məsələn, modanın tez- tez dəyişməsi 

və  müxtəlifliyinə  baxmayaraq  Avropa  kostyumu  uzun  müddət  ərzində  onu  digər 

regionlardan  fərqləndirən  stil  əlamətlərinin  vahidliyini  saxlamışdır.  Çoxsaylı 

müxtəlif,  eləcədə,  avtomobolin  məlum  modifikasiyalarına  baxmayaraq  onun  stil 

bazasının xassəsinin kökündən dəyişməsinə nadir hallarda baxılır. Hətta çox dəyişən 

məmulat  olan  geyim  və  avtomobil öz  əsas  xüsusiyyətlərini  stabil  saxlayırsa, demək 

buhal çox sayda digər məişət əşyalarınada aiddir. 

Beləliklə, standart və obyektlərin sferasında əsas mədəni nümunələr modada da 

bir  daimilik  (atribut  dəyərləri  ilə  yanaşı)  elementini  xarakterizə  edir.  Bununla  belə, 

modalı  standart  və  obyektlərarası  kəsilməz  hərəkətdə  olduğu  kimi  qəbul  edilir,  bu 

heçdə optiki yanlış deyildir. Real fikri aşkar etmək və modalı nizamlamanın ümumi 

sistemində modanın dəyişməsinin nizamlanma mexanizmini şərh etmək çox vacibdir. 

Modalı  dəyişikliklərin,  yeni  modalı  standart  və  obyektlərin  sahəsində  də 

yişikliklərin  iki  ölçüsü  vardır:  innovasiyalı  və  siklik.  Əvvəlcə  bunlardan  birincisinə 

müraciət edək. Modanın innovasiya prosesi zamanı birstandartın və obyektin yerinə 

digəri gəlir. 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə