19
ifaçısına bir növ ansamblın
qeyri-formal lideri rolu ayrılır:
məhz
violino ifaçısı bədən, alət və kaman hərəkəti ilə ifanın
başlanğıcını göstərir, ansamblı idarə edir.
Qeyd
edildiyi kimi, artıq qədim Misir və Assuriya
barelyeflərində bir qrup musiqiçilərin və onlara əlində əsa
ilə
rəhbərlik edən insanın şəkillərinə rast gəlmək olur. Həmçinin
Qədim Yunan teatrında tamaşanı müşayət edən xoru
koriféy
adlanan rəhbər idarə edirdi. O, ayağına geyindiyi altı dəmirlə
nallanmış ayaqqabı-sandaliya ilə musiqinin ritmini
vurğulayırdı. Orta əsrlərdə kilsə dirijorları böyük nüfuz və
hörmət sahibi idilər. Onlar əllərində musiqi
səlahiyyətlərinin
rəmzini - ağır, gözəl naxışlarla bəzədilmiş əsa tuturdular.
Sonralar ansambl ifaçılarının daha dəqiq ritmik təşkilinə
tələbat yaranır. XVIII əsr operasında dirijor italyanca
“battúta”
adlanan əsa ilə musiqiçiləri idarə edirdi.
Battuta əvvəllər yekə,
uzunluğu 1 metr 80 santimetr olan və kifayət qədər ağır əsa
şəklində olub; ansambl rəhbəri – dirijor onu yerə vuraraq
xanəni nişanlayırdı. Bu səbəbdən XVIII əsr opera dirijorunu
zarafatla “odunyaran”, “odundoğrayan” adlandırırdılar. Qeyd
etmək lazımdır ki, bu tərzdə dirijorluq heç də təhlükəsiz
deyildi. Belə ki, məşhur “Kralın 16 violinosu” orkestrinin
rəhbəri Jan Batist Lülli dirijorluq edərkən battutanın ucu ilə öz
ayağını yaralamış və bu yara onun ölümünə səbəb olmuşdur.
Eyni zamanda artıq XVII əsrdə italyan operasında daha
səssiz, daha mütərəqqi dirijorluq üslubu da mövcud idi. Belə
ki, italyan operasında tamaşanı iki dirijor idarə edirdi: klavesin
ifaçısı - müğənniləri, orkestr ifaçılarından
biri isə - adətən
violinoçu -
kaman ilə və başının işarələri ilə orkestrə rəhbərlik
edirdi. Bu adət violino kamanının transformasiyası nəticəsində
müasir dirijor çubuğunun əmələ gəlməsini bir daha təsdiqləyir.
Həmçinin bu adət bu gün müasir ansamblda violino ifaçısının
qeyri-rəsmi aparıcı rolunun da məntiqi izahıdır.
20
Müasir ansambl orkestrdən təkcə tərkibinin azlığı ilə
deyil, həmçinin musiqiyə rəsmən dirijorluq edən rəhbərin
olmaması ilə də fərqlənir.
XVII əsrin əvvəlində instrumental ansamblların hər hansı
müəyyən olunmuş
daimi tipi, daimi tərkibi hələ də
formalaşmamışdı - demək olar ki, hər bir əsərin özünəməxsus
instrumental tərkibi olurdu. Lakin tədricən
iki violino və bas-
dan ibarət ansambl tərkibi üstünlük əldə edir. Bəm səs
klavesin
və ya
orqan alətində ifa olunur, bəzən
violonçel və ya
faqot
aləti ilə təkrar edilirdi. Bu vaxt
klavesin (
orqan) partiyası
xüsusi üsulla –
rəqəmlənən bas (general-bas, və ya
basso
continuo) üsulu ilə yazılırdı.
Rəqəmlənən bas – müşaiyyətin xüsusi yazı üsuludur.
Rəqəmlənən və ya general bas tam olmayan, qısaldılmış
şəkildə, yalnız onların əsasında götürülməli akkordları
göstərən rəqəmlərlə nişanlanmış (rəqəmlənmiş) bəm səslərlə
yazılır.
O vaxtlar bütün bəstəkarlar və ifaçılar rəqəmlənən
basın yazısı və ifa şərhini bacarırdı. Bu növ not yazı üsuli
ifaçının istəyindən, ixtiyarından asılı olaraq müşayiətin
müxtəlif variantlar ilə oxunmasına imkan verir.
XVII əsrdə ansambl
musiqisi bütün Qərbi Avropa
bəstəkarlarının yaradıcılığı nəticəsində inkişaf edirdi. Lakin bu
prosesin önündə İtaliya bəstəkarları dururdu, çünki məhz
İtaliyada violino alətinin təkmilləşməsi baş verir, XVI əsrin
ikinci yarısından başlayaraq burada böyük violino ustaları
meydana gəlir.
XVI-XVIII əsrlərdə İtaliyanın Breş, Kremona
şəhərlərində fəaliyyət göstərən violino ustaları məktəblərində:
Breş şəhərində
Qasparo de Salò (1540-1609),
Covanni Paolo
Macini (1580-1632), Kremona şəhərində
Andrea Amàti (1520-
1580) və
Nikkolo Amàti (1596-1684),
Antonio Stradivàri
(1644-1737),
Cuzeppe Qvarneri-del Cezu (1698-1744) kimi
ustaların emalatxanalarında klassik violinonun quruluşu, onun
21
spesifik səs tembri və sair xüsusiyyətləri formalaşır.
Bununla
da kamanlı alətlər, ələlxüsus violino istehsalı sənəti ən yüksək
zirvələrə çatır.
Həmçinin məhz bu dövrdə kübar cəmiyyətin
sevimlisi olan mülayim, alicənab səsli violalar və güclü zil
səsinə görə xalq arasında daha çox bəyənilən violino alətləri
arasında gedən “savaş” violinonun qalibiyyəti ilə tamamlanır.
Bu
səbəbdən XVII əsr violino tarixində “qızıl dövr” adlanır.
Italyan violino musiqisinin klassiki, müasirləri tərəfindən
“Musiqinin Kolumbu” adlandırılan
Arkancelo Korelli (1653-
1713) bəstəkar olaraq violinonun aparıcı rol oynadığı
instrumental musiqi janrlarında işləyir, əsasən
trio-sonatalar və
concerto grosso (it. konç
é
rto qr
ó
sso
)-lar bəstələyir. Məhz
Arkancelo Korellinin yaradıcılığında bu janrlar öz mükəmməl
klassik formasını əldə edir.
Trio-sonata üç instrumental partiya: iki – soprano və bir
bas – bəm tessituralı alətlər üçün bəstələnmiş əsərdir. Lakin
trio-sonatanı faktiki olaraq dörd iştirakçı ifa edirdi, çünki bəm
səs
general-bas sistemi ilə həmçinin
orqan və ya
klavesində
ifa edilirdi.
Adətən
trio–nun tərkibi
iki violino və violonçeldən,
bəzən – fleyta, qoboy və faqotdan ibarət olurdu.
T
rio-sonatanın iki növü mövcud idi: evdə, otaqda ifa
edilməsi nəzərdə tutulan
kamera trio-sonatası və ifası yalnız
kilsədə nəzərdə tutulan
kilsə trio-sonatası. Bunların arasında
fərq ondan ibarət idi ki,
kilsə trio-sonatasının musiqisi
kamera
trio-sanatasının musiqisinə nisbətən daha təntənəli xasiyyətli
idi və burada orqan alətinin iştirakı mütləq idi.
Kamera trio-sonatası forma etibarilə ənənəvi rəqs
süitasını təşkil edir,
kilsə trio-sonatası isə gələcəyin sonata-
simfonik silsiləsini qabaql
ayır, ona sələflik edirdi.
Concerto grosso (it. konç
é
rto qr
ó
sso,
hərfi mənada
“böyük konsert”) –
concertino (konçert
í
no) adlanan solo alətlər