Microsoft Word A. Cemil secilmis eserler temiz variant secilmis eserler 111. doc



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə50/54
tarix07.07.2018
ölçüsü1,18 Mb.
#53641
1   ...   46   47   48   49   50   51   52   53   54

 
    
Адил Ъямил
  
 
 
344
 
BİR PAYIZ GÜNÜ 
 
Meşələrdə payız gördüm – 
Göy yarpaqlar xəzəl idi. 
Altun «saçlı» zümrüd meşə 
Bir misilsiz gözəl idi. 
 
Uzaq uçuşlardan öncə 
Nəfəsini dərib quşlar. 
Yəqin ayrılıq nəğməsi 
Oxuyacaq qərib quşlar. 
 
Arılar dövrəyə alan 
Enliyarpaq cökəyə bax. 
Əzgil, zoğal aşıb-daşır – 
Çuxura bax, çökəyə bax. 
 
Cır meyvələr bala dönüb
Alma-armud saralmaqda. 
Burda meşəni meyvələr, 
Orda dağı qar almaqda… 
 
Ağaclara sığal çəkən 
Qızıl payız qışı görmür. 
Qış gələndə elə gəlir 
Sanki dağı-daşı görmür… 
 
Bu közərən yarpaqlara 
Qorxusundan qar düşərmi? 
Payız sözünü deməmiş 
Elə-belə ötüşərmi?.. 
1990 
 
 


Сечилмиш ясярляри
  
 
 
345
 
AYRILMIŞAM 
 
Əl çatmayan, 
Ün yetməyən, 
Günlərinə 
Gün yetməyən 
Ruzigardan ayrılmışam. 
 
Həsrətinin sazaqları 
Ürəyimdə buz bağlayan
Mənim sağalmaz yarama 
Duz bağlayan 
Nazlı yardan ayrılmışam. 
 
Dağlar qərib, 
Düzlər yalqız. 
Yol gözləyən 
Gözlər yalqız. 
Atam, anam, 
Sizlər yalqız – 
Bir gör hardan ayrılmışam… 
 
Təzə yuva hörmək üçün, 
Dünyada «gün görmək» üçün – 
(Gör nə üçün, gör nə üçün) 
Yoxdan, vardan ayrılmışam… 
 
1990 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
346
 
KƏLBƏCƏRDƏDİR 
 
Dumanlı-çisəkli, güllü-çiçəkli 
Dəlidağ zirvəsi Kəlbəcərdədir. 
Dağların loğmanı İstisuyun da 
Şəfalı zərrəsi Kəlbəcərdədir. 
 
Ceyrantək nazlanır «Ceyran bulağı», 
İçsən donduracaq dili-dodağı. 
Yaman əziz olur dağlar qonağı – 
Qardaşlıq süfrəsi Kəlbəcərdədir. 
 
Zirvələr haçadır, dağlar qoşadır, 
Bu yerdə gözəllik başdan-başadır. 
Sazını, sözünü Şəmşir yaşadır – 
Ələsgər bəhrəsi Kəlbəcərdədir. 
 
Məhəbbət atəşi sinələrində 
Cavanlar toy edər binələrində. 
Nağıllı-nəvəli nənələrin də 
Sehirli cəhrəsi Kəlbəcərdədir. 
 
Çəməndən çəmənə uçan arının 
Əvəzi tapılmaz şirin barının. 
Çiçəyə bənzəyən el qızlarının 
Yağ olan nehrəsi Kəlbəcərdədir. 
 
Boy atdım Tərtərin doğma səsində, 
Quş oldum dağların göy zirvəsində. 
Harda vətən seçsə, son nəfəsində 
Adilin qibləsi Kəlbəcərdədir. 
 
1979 
 


Сечилмиш ясярляри
  
 
 
347
 
ANAMA BAHAR GILEYLI MƏKTUB 
 
Mənsiz o yerlərə gəlibdir bahar, 
Tərtər məcrasına sığırmı, ana? 
Neçə sürüləri təkcə bir bahar 
Qışlaqdan yaylağa yığırmı, ana? 
 
Ay ana, bu həsrət tutub sinəmi, 
Ürəyim elə bil düşüb qəfəsə, 
Dərə ağız açıb əjdaha kimi 
Udurmu çayları bircənəfəsə? 
 
Burda gəncliyimi mən tapan gündən 
İtib uşaqlığım sıx meşələrdə. 
Arzumun ardınca at çapan gündən 
Yoluma göz dikib bənövşələr də… 
 
…Mənsiz o yerlərə gəlibdir bahar, 
Tərtər məcrasına çığırmı, ana? 
O saçaqlı buz, o gümüşü qar 
Əriyib çöllərə axırmı, ana? 
 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
348
 
YAŞIL TALADA 
 
Eşqindən alışıb olmamaqçün kül 
Lalənin bağrına şeh ələnibdir. 
Yüz əda satdıqca hər çiçək, hər gül 
Çəmənin özü də cilvələnibdir. 
 
Məclis qurulubdur yaşıl talada, 
Torağay qaldırıb zilə səsini. 
Çıxıb yamaca da, çıxıb yala da 
Çəkdim nəfəsimə gül nəfəsini. 
 
Cığırlar endirib məni zirvədən 
Söylədi: - «Bu yerdə dər nəfəsini…». 
Bir içim «su» dedi sustalmış bədən – 
Duydum buz bulağın zümzüməsini. 
 
Burda kədərlənən axı nədir, nə? 
Bənövşə nərgizlə verib baş-başa. 
Duman bir pərdədir, çəmən bir səhnə – 
Çiçəklər oynayır əsil tamaşa… 
1979 
 
 
 
 
 
 
 
 
 
 
 


Сечилмиш ясярляри
  
 
 
349
 
ADSIZ ÇAYLAR 
 
Yaşıl-yaşıl vadilərdə durulan, 
Mışıl-mışıl dərələrdə qırılan, 
Su həsrətli  səhralarda sorulan 
Adsız çaylar, 
sısqa çaylar görmüşəm… 
 
Adsız çaylar, sısqa çaylar torpağın 
Batıb-çıxan su «damarı» deməkdir. 
Adsız çaylar adlı-sanlı çayların 
Süd qoxulu südəməri deməkdir. 
 
1984 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
    
Адил Ъямил
  
 
 
350
 
TANRI DAĞLARINDA 
 
Doğma gəldi ağ çalmalı zirvələr, 
O dağlarda bizim dağlar göründü. 
Od bələkli bir üfüqün altında 
Həm yaxınlar, həm uzaqlar göründü. 
 
Sıyrılaraq göyün yeddi qatından 
Şimşək çıxdı buludların çatından. 
Halay vuran ardıcların ardından 
Yalqız qalan yalquzaqlar göründü. 
 
Günəş çıxdı – qarlı dağlar «yeridi»… 
Qar neyləsin – Gün yandıran pəridi. 
Ağ yamaclar yana-yana əridi – 
Soyuq «tonqal», buz «ocaqlar» göründü. 
 
Qara qartal şimşək kimi şaxıdı, 
Qırğız atı qırğı kimi şığıdı. 
Bir səs gəldi: - Bu Tyan-Şan dağıdı… 
Gözlərimə tərs qıpçaqlar göründü. 
 
Yer naxışlı, hava təmiz, göy təmiz
İssıkgölə baxıb dedim «göy dəniz». 
Elə bildim yerə düşüb göydən iz – 
Dalğa-dalğa göy saçaqlar göründü. 
 
Zirvəsindən boran keçən dağların, 
Bərəsindən karvan keçən dağların, 
Dövrəsindən dövran keçən dağların 
Yaddaşında ötən çağlar göründü… 
 
Qırğızıstan, 1986 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə