Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə17/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 

49 


 

2.2. Respublikanın iqtisadi strukturun müasir vəziyyətinin təhlili 

 

Bazаr  iqtisadiyyatına  keçid  ilk  növbədə  struktur  dəyişiklikləri  ilə  bağlıdır. 



Struktur  dəyişikliyi,  ilk  növbədə,  mülkiyyət  formasının  dəyişilməsi  ilə  bağlı  ölkə 

iqtisadiyyatı  subyektlərinin  fəaliyyət  xarakterinin  dəyişilməsi,  istehsal  prosesinin 

və  əmək  münasibətlərinin  əsaslı  şəkildə  yenidən  təşkili  kimi  başa  düşülür.  Lakin 

onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  struktur  dəyişikliklərini  həmişə  mülkiyyət 

formasının  dəyişilməsilə  bağlamaq  düzgün  olmazdı.  Belə  ki,  iqtisadi  inkişafın 

gedişatında  iqisadiyyatın  müxtəlif  sahələri  dəyişikliklərə  uğrayır  ki,  bu  da,  ilk 

növbədə  onların  inkişafının  qeyri-bərabər  tempinin  təsiri  altında  həyata  keçirilir. 

Müasir  mərhələdə  ekstensiv  inkişaf  amillərinin  bitməsi  təkrar  istehsalın 

intesivləşdirilməsinin,  onun  effektivliyinin  artırılmasının  əsas  istiqaməti  kimi 

struktur dəyişikliklərinin əhəmiyyətini аrtırır. 

Struktur  dəyişikliklərinin  miqyasına  və  tempinə  ilk  növbədə,  texniki  tərəqqi 

və cəmiyyətin həyat şəraiti ilə şərtlənən bütün istehlak dinamikası təsir edir. Eyni 

zamanda,  ETT  bu  tələbatların  ödənilməsi,  onların  təkmilləşdirilməsi  və  inkişafi 

üçün yeni imkanlar yaradır. 

Hər  bir  ölkənin  iqtisadiyyatının  keyfiyyət  xarakteristikasına  struktur 

dəyişikliklərinin aşağıdakı ümumi qanunauyğunluqları həlledici təsir edir. 

- xalq təsərrüfatının yeni sahələrinin formalaşmasında və inkişafında ETT-nin 

rolunun artması; 

- əmək  vasitələrinin  və  iş  qüvvəsinin  kənd  təsərrüfatı  və  sənaye  arasında 

effektiv  yerdəyişməsi,  onların  payının  və  eləcə  də  xidmət  sferasının  xeyrinə 

dəyişilməsi; 

-  yeni  sahələrin  əmələ  gəlməsi  və  inkişafi  ilə  əlaqədar  sənayenin  sahə 

strukturundakı dəyişikliklər; 

- daha mükəmməl və effektiv struktura malik iqtisadiyyatın formalaşmasında 

xırda və orta müəssisələrin rolunun və əhəmiyyətinin güclənməsi. 

Struktur  dəyişikliklərinin  göstərilən  qanunauyğunluqlarının,  onların  iqtisadi 

praktikada  fəal  təzahür  etməsinin  öyrənilməsi  cəmiyyətin  məcmu  tələbatlarının 



 

50 


 

effektiv öyrənilməsinə yönəldilən xalq təsərrüfatının müasir, effektiv strukturunun 

yaradılmasına imkan verir. 

Struktur dəyişikliklərinə təsir edən əsas amil ETT hesab edilir. Bu da ki, bir 

qayda olaraq, tələbаtların ödənilməsinin əvvəlki üsullarının əməliyyatının azalması 

ilə,  bir  sıra  hallarda  isə  yoxa  çıxması  ilə  müqayisə  оlunur.  Bu,  bir  tərəfdən, 

dəyişikliyə  səbəb  olur.  Bunun  da  ki,  mahiyyəti  –  yeni  kəşflərin,  yeni  növ 

məhsulların  və  texnologiyaların  tətbiq  edilməsi,  istehsalın  strukturundаkı  xarici 

iqtisadi  əlаqələrdəki  dəyişikliklər  hesab  edilir.  Digər  tərəfdən  bu  proseslərin 

nəticəsi  insanların  tələbatlarındakı,  "istehlak  modeli"ndəki,  dəyərlər  sistemindəki, 

həmçinin, cəmiyyətin öz tələbatlarının slrukturundakı dəyişikliklər hesab edilir. 

Struktur  dəyişikliklərinin  mühüm  amillərindən  biri  iqtisadiyyat  sahələrində 

məşğul olanların ixtisas səviyyəsi hesab edilir. Ixtisas səviyyəsi texniki tərəqqinin 

inkişafına  təsir  edir,  müasir  texnika  və  texnoloji  məsələlərin  tətbiqi  isə  işçilərin 

ixtisasının  yüksək  səviyyəsini  tələb  edir.  Məhz  ixtisasın  belə  səviyyəsi  işçilərə 

həyata  keçirilən  texniki-texnoloji  prosesləri  qiymətləndirməyə,  yeni  texnikanın 

yaradılmasına  və  bu  sferadakı  təcrübədən  hasil  edilən  faydaları  reallaşdırmağa 

imkan verir. 

Onu da qeyd etmək lazımdır ki, struktur dəyişikliklərinin vacib amillərindən 

biri  də  beynəlxalq  əmək  bölgüsü  hesab  edilir.  Bu  da  ki,  rəqabətlə  əlaqədar  bu 

prosesin  iştirakçıları  arasında  faydanın  bölüşdürülməsində  dəyişikliklərə  səbəb 

olur. 


Beynəlxalq  əmək  bölgüsündə  baş  verən  dəyişikliklər,  bir  tərəfdən,  rəqabət 

qabiliyyətli  və  yüksək  məhsuldarlığa  malik  ixracatçıları  özünə  cəlb  edir,  digər 

tərəfdən  isə,  başqa  ixracatçıların  əvvəlki  mövqelərini  sarsıdır.  Bu,  bir 

qanunauyğunluqdur. 

Struktur  dəyişiklikləri  elə  bir  dinamik  prosesdir  ki,  bunun  istiqamət  və 

sürətini bütün hallarda qabaqcadan görmək mümkün deyil. Bununla yanaşı, dünya 

ölkələrinin  təcrübəsində  struktur  dəyişikliklərin  müxtəlif  variantlarının  mövcud 

olduğu  sübut  edilmişdir.  Almaniyanın  və  digər  inkişaf  etmiş  ölkələrin  timsalında 

görürük ki, xalq təsərrüfatı sahələrində sektorial dəyişikliklərin əsas istiqaməti bu 



 

51 


 

hipotezin  proqnozu  ilə  uyğunlaşır,  özü  də  ki,  üç  sektor  tərəfindən  uyğunlaşmaya 

nail  olunması  və  ya  nail  olunmaması  bir  o  qədər  də  vacib  deyildir.  Struktur 

hissələri  üçün  heç  bir  nəzəri  və  normativ  cəhətdən  əsaslandırılmıs  smeta  yoxdur. 

Müəyyən  edilmişdir  ki,  60-70-ci  illərə  nisbətən  Almaniyada  son  illər  üçüncü 

dərəcəli  sektordan  axsamalar  daha  açıq  özünü  göstərir.  Struktur  dəyişikliklərinin 

tədqiqi  göstərir  ki;  əgər  peşəkar  fəaliyyət  yenidən  qiymətləndirilərsə,  xidmət 

sferasının  əhəmiyyəti  daha  artmış  olar.  Bütövlükdə  götürsək,  xidmət  sferasının 

funksiyalarının xüsusi çəkisi xeyli artmışdır. 

Iqtisadiyyatın  həm  ümumi  xarakteri,  həm  də  təşkilindəki  dəyişiklikləri 

sektorial  dəyişmədən  çox  introsektorial  dəyişmə  mənası  kəsb  edir.  Əgər  nəzərə 

alsaq ki, struktur dəyişikliyinin bu cür formaları indikinə nisbətən gələcəkdə böyük 

ə

həmiyyət  kəsb  edəcək,  оnda  belə  bir  sual  meydana  çıxır:  sektоriаl  struktur 



dəyişməsi üçün buradan nə nəticə çıxır? 

Bir  neçə  il  ərzində  sektorial  struktur  dəyişmə  problemləri  ilə  daha  intensiv 

məşğul  olmaq  lazımdır.  Sektorial  dəyişmələrin  güclənməsi  müəyyən  istehsal 

funksiyalarının  geri  qalmasına  səbəb  olur  ki,  bu  da  sahələrin  artımındakı  böyük 

fərqlərdə təzahür edir. 

Son  illərdə  müşahidə  olunan  struktur  dəyişiklik  nümunəsi  xüsusən  bazar 

iqtisadiyyatına keçid ölkələrində istehsal olunmuş məhsulun qeyri-mərkəzləşdirmə 

meylinin  artmasıdır.  Qeyri-mərkəzləşdirmə  dedikdə,  iri  konsernin  ayrı-ayrı 

müəssisələrə  bölünməsi  başa  düşülür.  Əvvəlki  struktur  dəyişikliyin  inkişaf 

istiqaməti  xarici  iqtisadi  təsirlə  müəyyən  olunurdu.  Müasir  informasiya  və 

kommunikasiya  şəbəkələrinin  təkmilləşməsi  bazarın  şəffaflığını  artırmaqla 

beynəlxalq əmək bölgüsünün intensivləşməsi prosesinin ilkin şərtlərinə çevrilirlər. 

Bir  çox  inkişaf  etməkdə  olan  ölkələr  məhsulların  istehsalçıları  kimi  çıxış  edir  və 

ə

nənəvi  sənaye  ölkələrinin  istehsalçıları  ilə  rəqabət  aparırlar.  Eyni  zamanda, 



inkişaf etməkdə olan ölkələrin tələbi də yüksəlir. Bu o deməkdir ki, dünya ticarəti 

artır  və  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrin  yeni  satış  imkanları  da  yüksəlir. 

Beynəlxalq əmək bölgüsünün genişlənməsini nəzərdə tutan istehsal tsiklindən irəli 

gələn  təkliflər  inkişaf  etmiş  ölkələrin  sənayeləşməsi  ilə  əlaqədardır.  Əvvəl  qeyd 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə