Microsoft Word \300Z?RB\300YC\300n dovl?T iqtis\300d universiteti struktur maq doc



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə15/30
tarix07.12.2017
ölçüsü0,76 Mb.
#14277
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 

43 


 

deyil, həmçinin yenidənqurma illərində buraxılmış ciddi səhvlərlə də bağlıdır. Belə 

ki,  müttəfiq  respublikaların  yerində  yaranmış  suveren  milli  dövlətlər  onilliklər 

ə

rzində  SSRI-nin  vahid  xalq  təsərrüfatı  kompleksi  adlandırılan  çərçivədə  xalq 



formalaşmış,  əvvəlcə  birgə  tənəzzülə  və  böhrana,  sonra  durğunluğa  düçar 

olmuşdular. 

Onların  hər  birində  tam  dövlət  və  kooperativ  mülkiyyəti,  həddindən  artıq 

inhisarlaşmış  iqtisadiyyat,  qeyri-sağlam  struktur,  təsərrüfat  rəhbərlərində  himayə-

darlıq  əhval-ruhiyyəsi,  istehsalın  iqtisadi-sosial  nəticələrində  məsuliyyətsizlik, 

işçilərdə  xroniki  əmək  passivliyi,  sahiblik  hissinin  olmaması  və  s.  mövcuddur. 

Adları  çəkilən  əlamətlərlə  yanaşı,  gərginliyi  artıran  digər  pozucu  münasibətlərin, 

artmaqda  olan  inflyasiyanın,  dövlət  büdcəsində  kəsirliliyin,əhalinin  maddi  rifah 

halının minimum yaşayış səviyyəsindən aşağı düşməsi də nəzərə alınmalıdır. 

Belə  bir  vəziyyətdə  qarşıda  yeni  sistemin  və  bazar  iqtisadiyyatının  yaradıl-

ması,  beynəlxalq  əmək bölgüsünə  üzvi surətdə inteqrasiya  olunmaq  kimi  mühüm 

proqram vəzifələr durur. 

Lakin bu heç də o demək deyildir ki, bütün dövlətlərdə bazara keçid eyni cür 

olacaq.  Əksinə,  fərqlər  labüddür.  Fərqlər  ilk  növbədə  yerli  şəraitin  xüsusiyyətləri 

və iqtisadi-sosial inkişafın qeyri-bərabər olması ilə bağlıdır. Formalaşma prosesinə, 

həmçinin,  hər  bir  respublikanın  milli,  tarixi  və  mədəni  ənənələri  də  öz  təsirini 

göstərir. 

Iqtisadi-sosial  inkişaf  sahəsində  tərəqqi  və  başlıca  məqsəd  iqtisadi  amillərin 

maddi, mənəvi və sosial tələbatların uyğun nisbətini tələb edir. Buna görə də onlar, 

bu  və  ya  digər  ölkələrin  istehlak  standartı  əsasında  deyil,  hər  bir  milli  dövlətin 

inkişafının  iqtisadi-sosial  tələbi  nəzərə  alınmаqlа  formalaşmalıdır.  Sadəcə  olaraq, 

hər bir ölkənin istehlak standartını digər ölkəyə şamil etmək düzgün deyil. 

Qarışıq mülkiyyətin bazar iqtisadiyyatına keçidi bir аndа bаş vermir, milli və 

xаrici  amillərlə  şərtlənən  uzun  sürən  prosesdir.  Bunun  üçün  müasir  infrastruktur, 

kadr hazırlığı, ictimai mentalitet, nəhayət, ən başlıcası isə, milli təsərrüfatın rəqabət 

qabiliyyəti  olmalıdır.  Keçid  dövründə,  ilk  növbədə,  milli  iqtisadiyyatı  qorumaq 

tədbirləri həyata keçirilməlidir. 



 

44 


 

Respublikada  yaranan  şərait,  bazar  münasibətlərinin  formalaşması,  xalq 

təsərrüfatının  müqəddəs  strukturla  yenidən  qurulması  vəhdət  halında  həyata 

keçirilməlidir.  Təkcə  istehsalı  inhisarsızlaşdırmaq  deyil,  rəqabətin  inkişafına  və 

azad sahibkarlığa təsir göstərə bilən obyektiv şərait yaradılmalıdır. 

Maddi-texniki  və  təbii  resursların  istehsalçılarının  əsiri  vəziyyətində 

Azərbaycan  çox  qala  bilməz.  Ona  görə  ki,  belə  vəziyyət  iqtisadi  və  sosial 

suverenliyi böyük şübhə altına salır. Azərbaycan real müstəqillik qazanmaq üçün 

bütün  əsaslı,  kardinal  məsələlərin  həlli  yollarında  sərbəst  seçmə  imkanına  malik 

olmalıdır. 

Respublikanın  xalq  təsərrüfatının  perspektivdə  nəzərdə  tutulan  struktur 

dəyişiklikləri əsas strateji məqsədi təşkil etməli, gələcəkdə yüksək iqtisadi inkişaf 

səviyyəsini  təmin  edə  biləcək  fəaliyyət  sahələrinə  maksimum  dərəcədə  fikir 

verilməlidir. 

Xalq  təsərrüfatı  strukturunun  müasir  vəziyyətini  aşağıdakı  qaydada  təsvir 

etmək olar: 

- istehsalın  strukturu  son  dərəcə  deformasiyaya  uğrayıb,  istehlak  məhsulları 

istehsalı və xidmət sferasının zəif inkişafı ilə investisiya sferasının uzlaşmaması; 

- iqtisadiyyatın  məsrəf  xarakterliliyi,  texnologiyanın  aşağı  səviyyəsi  və 

resursların birbaşa itkisi, ətraf mühitə həddən artıq təzyiqi şərtləndirir; iqtisadiyyat 

xeyli dərəcədə idxaldan asılıdır, onun ixrac potensialı çox zəifləyib. 

Buna  görə  də  bu  gün  struktur  siyasətinin  əsas  vəzifəsi  resursların 

iqtisаdiyyatın istehlak bölməsinin xeyrinə yenidən bölüşdürülməsi, texnologiyanın 

keyfiyyətcə  yeniləşdirilməsi  və  uzunmüddətli  inkişаfа  təsir  göstərə  biləcək 

mənbələrin yaradılmasından ibarətdir: 

-  keçid  dövründə  struktur  dəyişiklikləri,  struktur  yenidənqurulmasının  həlli 

yalnız bazar mexanizmi vasitəsilə mümkündür. Bununla belə, indi dövlət struktur-

investisiya siyasətindən imtina etmək olmaz. 

-  dövlətin  struktur  manevrlərinin  yaxın  (yəni  1,5-2,5),  оrtа  (3-5)  və 

uzunınüddətli perspektiv dövrdə məqsəd, vəzifə və mexanizmlərini fərqləndirmək 

lazımdır. 



 

45 


 

Yaxın 1-2%-lə, yəni hazırlıq (keçid) dövründə artıq, izafi istehsal güclərinin 

çıxarılması  və  hal-hazırda  azad  və  istifadə  olunmаyan  resursların  istehsala  cəlb 

olunması məqsədəuyğundur. 

Orta  müddətin  sonunadək  bazar  infrastrukturunun  formalaşmasını  başa 

çatdırmaq və əsas nisbətlərdə iqtisadiyyatın balanslaşdırılmış strukturunu yaratmaq 

qаrşıdа bir vəzifə kimi durur. 

Uzunmüddətli  prespektiv  dövrün  vəzifəsi  isə  digərləri  ilə  bərabər 

texnologiyanın  da  köklü  surətdə  yeniləşməsi,  ekoloji  cəhətdən  mühafizə  olunan 

inkişaf tempinə keçirilməsidir. 

Təbii  ki,  qısa  müddətdə  yeni  iri  əmtəə  təklifi  mənbələri  qeyri-mümkündür. 

Tələbə təsir göstərmək, onu ciddi surətdə tənzimləmək zəruridir. 

Ictimai  tələbin  ixtisarı  artıq  dövlət  xərclərinin,  qeyri-səmərəli  istehsalın, 

iqtisadiyyatın hipertonik inkişaf etmiş sahələri hesabına baş verməlidir. Bu ixtisar, 

ilk  əvvəl,  inzibati  qərarlarla  əlaqədar  hərbi-sənaye  kompleksi,  investisiya 

sferası,ənənəvi  geoloji-kəşfiyyat  işlərinin,  cari  və  əsaslı  təmirinin  və  resursları 

qeyri-səmərəli istifadə edən digər sferalarda həyata keçirilməsi məqsədəuyğundur. 

Yaxın,  orta  və  uzaq  məqsədli  struktur  siyasətinin  həyata  keçirilməsi  üçün 

dövlət  və  müəssisələr  tərəfindən  investisiyalara  tələbin  balanslaşdırılması,  onun 

investisiya  kompleksinin  resurs  imkanlarına  uyğunlaşdırılmasının  əhəmiyyəti  az 

deyil. 

Yeni  investisiya  siyasətinin  əsasında  belə  bir  fakt  durmаlıdır  ki,  hal-hazırda 



həyаtа  keçirilən  istehsаl  tikintisinin  xeyli  həm  xаlq  təsərrüfаtı  tələbаtının  sоn 

nəticələri  baxımından,  həm  də  resursların  səmərəli  istifadə  olunması  baxımından 

özünü  doğrultmur.  Istehsal  təyinatlı  obyektlərin  böyük  həcmi  işləri  inşaat  gücləri 

və  resurslаrla  təmin olunmadığına görə  tikintinin  müddəıi 2-3  dəfə uzanır, nəticə 

etibarilə xalq təsərrüfatı resurslarının çoxmilyardlı məsrəflərinə səbəb olur. 

Işə salınan və tikilməkdə olan istesal güclərinin strukturu xammal, material və 

istehsal-texniki təyinatlı istehsal sahələrinin genişləndirilməsinə yönəldilmişdir. Bu 

şə

raitdə  eyni  vaxtda  aparılan  tikintilərin  və  istehsala  əsaslı  vəsait  qoyuluşlarının 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə