Microsoft Word 2011 teqvim son doc



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə129/141
tarix24.12.2017
ölçüsü3,38 Mb.
#17747
1   ...   125   126   127   128   129   130   131   132   ...   141

399 

Afət (İnan), Sabiha (Gökçen), Fikriyə, Ülkü, Nebile, 

Ruqiyə, Zəhra adlı  qızları  və Mustafa adlı çoban 

oğlanı  mənəvi övladlığa götürmüş,  Əbdürrəhim və 

İhsan adlı iki uşağı isə himayəsinə almışdır. 

Mustafa Kamala “Atatürk” soyadı Türkiyədə fa-

miliya  qəbulu ilə bağlı olaraq 24 noyabr 1934-cü ildə 

TBMM tərəfindən verilmişdir. 

Fransız və alman dillərini bilirdi. Ümummilli 

liderimiz Heydər  Əliyevin müxtəlif münasibətlərlə 

dəfələrlə qeyd etdiyi kimi, “Atatürkü XX əsrin 

əvvəllərindən fəaliyyət göstərmiş müsəlman dünyası 

siyasi-ictimai xadimlərindən fərqləndirən  əsas cəhət, 

ondan ibarətdir ki, o yalnız proqressiv ideyalar irəli 

sürməklə kifayətlənməmiş, həmin ideyaları  həyata 

keçirmiş, bununla da kifayətlənməyərək qurmuş 

olduğu dövlətin inkişaf edib möhkəmlənməsi üçün 

tarixi stimullar müəyyən etmiş, zəngin ideya qay-

naqları aşkara çıxarmışdır”. 

Böyük Atatürkün əziz xatirəsi Azərbaycanda da 

həmişə ehtiramla yad edilir. Azərbaycan xalqının dahi 

oğlu Heydər  Əliyev özünün müvafiq çıxışlarında  

Atatürkə yüksək qiymət 

vermişdir. Ümummilli lider 

Heydər  Əliyevin 2001-ci il 

9 mart tarixli Sərəncamı ilə 

Azərbaycanda Atatürk mər-

kəzi yaradılmışdır. Azər-

baycan Respublikasında 

Atatürk irsinin araşdırılma-

sına böyük maraq göstərilir. 

Mustafa Kamal Atatürk 

10 noyabr 1938-ci ildə 

tutulduğu sirroz xəstəliyin-

dən İstanbulda,  Dolmabax-

ça Sarayında vəfat etmişdir. 

Cənazəsi 21 noyabr 1938-ci 

ildə müvəqqəti olaraq An-

kara Etnoqrafiya Muzeyin-

də dəfn edilmiş, Mavzoleyi 

tikildikdən sonra 10 noyabr 

1953-cü ildə oraya köçürül-

müşdür.  

 

Ədəbiyyat 

Əhmədli, N. Mustafa Kamal Atatürk: (portret cizgiləri) /N.Əhmədli.- Bakı: 

AzAtaM, 2002.- 218 s. 

Əli, A. Böyük ömrün anları: Mustafa Kamal Atatürkün və Heydər  Əliyevin 

şərəfli ömür yolundan bəhs edən fəlsəfi-publisistik foto-illüstrativ esse /Akif  Əli.- 

Bakı: Təhsil, 2004.-220 s.  

Mustafa Kamal Atatürk və türkçülük (Elmi konfransın materialları) /tərt. ed. 

Osman Musayev.- Bakı, 2006.- 74 s. 

Nəzərli, S. Heydər Əliyev Atatürk haqqında /S.Nəzərli.- Bakı: AzAtaM, 2003.-  

80 s. 


İnternetdə 

www.anl.az                                                                                        

www.ataturkiye.com 

www.az.wikipedia.org 



 

Nailə Alışova 


400 

 

   Hüseyn  Məmməd oğlu  Ərəblinski 

(Hüseynbala Xələfov) 1881-ci ildə 

Bakıda doğulmuşdur. Azərbaycan 

romantik aktyor məktəbinin banisi 

sayılan Hüseyn, ilk təhsilini mol-

laxanada aldıqdan sonra, 1893-cü 

ildə rus-tatar məktəbində oxumuş-

dur. Məktəb illərində teatr dərnə-

yinin qoyduğu tamaşalarda həvəslə oynayan Hüseyn, 

qohumlarının və yaxınlarının etirazlarına baxmayaraq 

həyatını teatra bağlamaq qərarına gəlmişdir. 

Rus dilini və  ədəbiyyatını mükəmməl öyrənən 

aktyor, 1900-cü ildə hərbi məktəbə daxil olmaq üçün 

Tiflisə getmiş, ancaq nəslən hərbi qulluqçu ol-

madığına və özünün həmin sahədə müəyyən iş 

stajının yoxluğuna görə onu məktəbə  qəbul etmə-

mişlər. 


Hüseyn  Ərəblinski ilk dəfə  səhnəyə 1897-ci ildə 

Mirzə  Fətəli Axundovun “Lənkəran xanının vəziri” 

komediyasında Mehtər Kərim rolunda çıxmışdır. 

1905-ci ildə  Lənkəran qastrolu zamanı  Nəcəf bəy 

Vəzirovun “Müsibəti Fəxrəddin” tamaşasında oyna-

dığı Fəxrəddin obrazı Hüseynə şöhrət qazandırmışdır. 

1906-cı ildə  Ərəblinski “Nicat” cəmiyyəti nəz-

dindəki teatr truppasına daxil olmuş və 1913-cü ilədək 

bu truppa ilə tamaşalarda iştirak etmişdir. Sonralar o, 

“Səfa” cəmiyyətinin truppasına keçmiş, 1918-ci ildən 

isə Zülfüqar və Üzeyir Hacıbəyli qardaşlarının teatr 

truppasında işləməyə başlamışdır.  

 

 

Bu müddət  ərzində o, 



həm də rejissor kimi fəaliy-

yət göstərmiş  və teatra baş 

rejissor təyin olunmuşdur.  

H.Ərəblinski Azərbay-

canın ilk peşəkar rejissoru 

hesab edilir. Obrazın daxili 

aləmini dərindən duymaq 

və açmaq, əsərin səciyyəvi 

xüsusiyyətlərini incə detal-

larla verə bilmək qabiliy-

yəti  Ərəblinskinin rejis-

sorluq sənətinin  əsas mə-

ziyyətlərindən olmuşdur. 

Onun hazırladığı tamaşalar 

böyük maraqla qarşılanırdı. 

Azərbaycan teatrının re-

pertuarına Azərbaycan ta-

rixi və milli müstəqillik uğ-

runda hərəkatla bağlı səhnə 

əsərlərinin daxil edilməsin-

də  Ərəblinskinin böyük ro-

lu olmuşdur. 

Ərəblinskinin aktyor tə-

biətinə faciəvilik və roman-

tik pafos daha yaxın olmuş-

dur. O, S.Lanskoyun “Qə-

zavat”  əsərində  Əhmədbəy 

Şamxal, Ş.Şaminin “Dəmir-

çi Gavə”  əsərində Gavə, 

 

2011 



 

130 illiyi 

Hüseyn  Ərəblinski  

  1881-1919 

 

 

 



 

Aktyor 



401 

Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz çavan”ında 

Fərhad, N.Nərimanovun “Nadir şah”  əsərində Nadir 

şah və s. rolları yüksək sənətkarlıqla oynamışdır. 

Yaradıcılığında milli teatr ənənələri ilə klassik 

Avropa teatr mədəniyyətini üzvi surətdə birləşdirən 

Ərəblinski müxtəlif janrlı  əsərlərdə inandırıcı  və 

parlaq obrazlar yaratmışdır. 1910-cu ildə V.Şekspirin 

“Otello”  əsərində yaratdığı Otello obrazı  Ərəblinski 

yaradıcılığının zirvəsi sayılır. 

Ərəblinski musiqili teatr səhnəsində  də  fəaliyyət 

göstərmişdir. Azərbaycan operasının birinci və  ən 

məşhur tamaşası olan Üzeyir Hacıbəylinin “Leyli və 

Məcnun” operası 1908-ci ildə H.Ərəblinski tərəfindən 

tamaşaya qoyulmuşdur. Bundan sonra Ü.Hacıbəylinin 

“Əsli və Kərəm”, “O olmasın , bu olsun”, “Şah Abbas 

və Xurşidbanu”, “Aşıq Qərib”, “Evliykən subay”, 

“Əlli yaşında cavan” və s. əsərlərinin quruluşçu re-

jissoru olmuşdur. 

Azərbaycanda peşəkar səhnə ustalarının yetiş-

dirilməsində  Ərəblinskinin böyük xidməti olmuşdur. 

O, Azərbaycan dramaturgiyası  və teatrının fəal 

təbliğatçısı olmuş  və bu işdən ötrü Cənubi Qafqaz, 

Şimali Qafqaz, Volqaboyu, Orta Asiya və Krım  şə-

hərlərinə qastrol səfərləri etmişdir. 

Azərbaycanda kino sənətinin yaradılmasında da 

Ərəblinskinin rolu olmuşdur. 1916-cı ildə “Neft və 

milyonlar səltənətində” adli ilk Azərbaycan bədii fil-

mində  Ərəblinski baş rolda 

– Lütfəli bəy rolunda çə-

kilmişdir. Azərbaycan teat-

rını dünya səviyyəsində 

təbliğ etmək, ölkədə kino 

sənətini inkişaf etdirmək 

kimi böyük arzularla yaşa-

yan Hüseyn Ərəblinskinin 

həyatına xaincəsinə sui-

qəsd edilmişdir. Qohumla-

rından birisi onların nəslin-

dən aktyor olmayacağını 

bildirərək  Ərəblinskini hə-

dələmiş, ondan peşəsini də-

yişməyi tələb etmişdir.  Hər 

dəfə rədd cavabı alan dayısı 

oğlu Əbdülxalıq  1919-cu il 

martın 17-də  Ərəblinskini 

öldürmüşdür. 

Hüseyn 


Ərəblinskinin 

məzarı Fəxri Xiyabandadır. 

Sumqayıt Dövlət Musiqili 

Dram Teatrı  və Bakı küçə-

lərinin biri görkəmli sənət-

karın adını daşıyır. Sabit 

Rəhmanın “Son faciə” po-

vesti ona həsr olunmuşdur. 

 

Ədəbiyyat 

 

Əhmədov, S. Hüseyn Ərəblinski /S.Əhmədov //Azərbaycan tarixindən yüz 

şəxsiyyət.- Bakı, 2006.- S.142-143. 

Məhərrəmova, T. Bir aktyorun faciəsi: görkəmli aktyor və rejissor Hüseyn 

Ərəblinski haq. /T.Məhərrəmova //Kaspi.- 2006.- 17 mart.- S.6. 

Rəhimli, İ. Hüseyn Ərəblinski /İ.Rəhimli //Azərbaycan teatr tarixi.- Bakı, 2005.- 

S.157-162. 

İnternetdə 

www.anl.az 

www.az.wikipedia.org 

 

                                                    Səmayə Quliyeva 




Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə