Microsoft Word 09 Drilling eia final az



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
səhifə8/19
tarix21.04.2018
ölçüsü0,52 Mb.
#39778
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/14 


Yekun variant

 

 



Hesab olunur ki, təsirlər mövcud nəzarət tədbirlərinin həyata keçirilməsi vasitəsilə praktiki 

baxımdan mümkün və  zəruri olduğu qədər minimuma endirilir və  əlavə heç bir təsirazaldıcı 

tədbir tələb olunmur. 

 

9.4 Dəniz mühitinə təsirlər 

 

9.4.1 Sualtı səs-küy və vibrasiya 

9.4.1.1 Hadisənin miqyası 

 

Təsviri 

 

Sualtı  səs-küy Fəsil 5 Bölmə 5.4-də göstərilən qazma, tamamlama və müdaxilə  fəaliyyətləri 



zamanı  ŞD2 geotexniki lülələrin, quyuların qazılması  və  gəmilərin hərəkəti nəticəsində 

meydana çıxacaq və  dəniz mühitindəki bioloji/ekoloji reseptorlara (xüsusən də, suitilərə  və 

balıqlara) təsir göstərmək potensialına malikdir.  

 

Qiymətləndirmə 



 

Dənizdə yaşayan növlərinə hansı məsafələrdə müxtəlif akustik təsirlər olacağını hesablamaq 

məqsədilə qazma və gəmi fəaliyyətlərinə görə sualtı səs-küyün yayılması modelləşdirilmiş və 

bir sıra akustik təsir meyarları tətbiq olunmuşdur. ETOPO1 məlumat bazasındakı batimetriya 

məlumatlarından istifadə etməklə,  ŞD2 quyularının yaxınlığındakı  dəniz dibinin batimetriyası 

qurulmuş və Əlavə 9C-də təqdim olunduğu kimi, modelləşdirilmənin aparılması üçün istifadə 

edilmişdir

4

.  



 

Modelləşdirmənin qiymətləndirilməsində  (Əlavə 9C) təsvir olunduğu kimi, impulsiv səs 

təzyiqinin səviyyələrinə  əsasən aparılan eksperiment vasitəsilə müxtəlif növlər üçün dəniz 

heyvanlarının ölümü və fiziki xəsarəti üzrə son hədd göstəriciləri işlənib hazırlanmışdır. 

Mövcud məlumatlara əsasən, qiymətləndirmədə konservativ yanaşmadan istifadə olunmaqla 

həm suitilər, həm də balıqlar üçün eyni son hədd göstəriciləri nəzərə alınmışdır. 

 

Akustik təsirlə bağlı son hədd göstəriciləri səs-küy səviyyəsinin bir funksiyasıdır və müxtəlif 



növlər üçün fərqlidir. Nəzərə alaraq ki, bir çox növlərə, o cümlədən Xəzərə xas növlərə dair 

məlumatlar mövcud deyil, nümunəvi növlərə  əsasən suitilər və balıqlar (geniş  ərazidə 

yayılmış və ya xüsusi növ kimi tanınan balıqların eşitməsi, bioloji quruluşlarından asılı olaraq 

üzmə qovuğu olan və olmayan və üzmə qovuğu və daxili qulaq arasında fizioloji əlaqəsi olan 

və olmayan) üçün audioloji xəsarət və davranışla bağlı nümunəvi son hədd göstəricilərini 

hazırlamaq üçün ümumi audioqramma yanaşması qəbul edilmişdir

5

. ŞD Müqavilə Sahəsinin 



yaxınlığında və Xəzər dənizinə yaxın ərazilərdə mövcud olan və üzmə qovuğuna malik olan 

balıqlar Fəsil 6, Bölmə 6.7.2.4, Cədvəl 6.27-də göstərilir. Bunlara nərə, kilkə, siyənək və 

xulbalığının bəzi növləri daxildir.  Kürəkayaqlılar üçün audioloji təsir üzrə ölüm; fiziki xəsarət o 

cümlədən karlıq; və davranışa təsirləri əhatə edən son hədd göstəriciləri mövcuddur, balıqlar 

üçün isə bu son hədd göstəriciləri yalnız ölüm və davranışa təsirləri əhatə edir.  

 

Təhlillərin nəticələri Şəkil 9.5-də xülasə şəklində göstərilir.  



 

                                                      

4

 Amante, C. və B. W. Eakins,(2009), ETOPO1 1 Arc-dəqiqə Qlobal Relyef Modeli:  Prosedurlar, məlumat mənbələri 



və təhlillər DOA İ Texniki Memorandum NESDIS NGDC-24, 19 pp., mart 2009. 

5

 Harland E. J., "Sualtı səs-küyün ölçülməsi: Perils And Pitfalls", Akustika İnstitutunun apardığı tədqiqatlar, Cild 30, Pt 



5, 2008. 


Şahdəniz 2 Layihəsi 

Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin 

Qiymətləndirilməsi 

Fəsil 9 


Qazma və tamamlama işləri üzrə ətraf 

mühitə təsirin qiymətləndirilməsi, 

azaldılması və monitorinqi 

 

Noyabr 2013-cü il 



 

9/15 


Yekun variant

 

Şəkil 9.5 



Audioloji xəsarət və davranışla bağlı son hədd göstəricilərinə nisbətən 

sualtı qazma və gəmilərin səs-küy təsirinin xülasəsi 

 

 



Qazma fəaliyyətləri ilə mənbə səviyyəsi ölümcül xəsarət, daimi karlıq, müvəqqəti karlıq və ya 

audioloji xəsarətin baş verə biləcəyi səviyyələrdən aşağıdır. Şəkil 9.5-də göstərildiyi kimi, 

davranış reaksiyalarını  nəzərə alsaq (dBht təsir meyarına  əsasən) üzmə qovuğuna malik 

olmayan geniş yayılmış balıqlar 16 m-dək məsafədə, üzmə qovuğuna malik olan xüsusi növ 

balıqlar 27 m-dək məsafədə qazma fəaliyyətlərinin səs-küyünə qarşı zəif uzaqlaşma nümayiş 

etdirə bilər. Kürəkayaqlıların bu son hədd göstəricisi səviyyəsinə davranış reaksiyaları 

nümayiş etdirməsi gözlənilmir.  

 

Gəmilərin səs-küyü ilə bağlı  təhlillər göstərdi ki, SDQQ-nun qazma fəaliyyətləri zamanı 



istifadə ediləcək gəmilərlə  əlaqədar mənbə  səviyyəsi həm ölümcül xəsarət, həm də birbaşa 

fiziki xəsarətin baş verə biləcəyi səviyyədən aşağıdır. Davranış təsirləri ilə əlaqədar nəticələr 

göstərir ki, üzmə qovuğuna malik olmayan geniş yayılmış balıqlar gəmidən 1,4m məsafədə 

güclü uzaqlaşma reaksiyaları göstərə bilərlər.  Üzmə qovuğuna malik olan xüsusi növ balıqlar 

eyni reaksiyalara 11m məsafədə, kürəkayaqlılar isə 13m məsafədə  məruz qalırlar. Üzmə 

qovuğuna malik olmayan geniş yayılmış balıqlar 8 m-dək məsafədə, üzmə qovuğuna malik 

xüsusi növ balıqlar mənbədən 59 m-dək məsafədə, kürəkayaqlılar isə 72 m-dək məsafədə 

gəminin səs-küyünə qarşı zəif uzaqlaşma nümayiş etdirə bilər. 

 

Mövsümi dəyişkənliklərlə bağlı narahatlıq yaradan məsafələrdəki fərqlərə  səbəb ondan 



ibarətdir ki, qış aylarında sualtı səs səthin bilavasitə altında dar qatda tutulmuş olur ki, bu da 

optimal yayılma şəraiti yaradır və ona görə də səs daha uzağa hərəkət edir. Yayda səs dəniz 

dibinə doğru istiqamətlənməyə meylli olur ki, burada səsin əhəmiyyətli dərəcədə itirilməsi baş 

verir. Təsir diapazonunun nisbətən qısa məsafələrə yayıldığını nəzərə alaraq, onlar mövsüm 

dəyişkənliyinə qarşı həssas deyillər.  

 



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə