Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 9
Qazma və tamamlama
işləri üzrə ətraf
mühitə təsirin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
9/16
Yekun variant
Quyu sahələrinin yaxınlığında fəaliyyətlərin səbəb olduğu kumulyativ təsirlərin hər bir səs-küy
mənbəyinin nisbətən kiçik akustik əhatə dairəsinə malik olması səbəbindən
meydana
çıxacağı güman edilmir.
Cədvəl 9.8-də Orta Vəziyyət Miqyasını əks etdirən 8 qiymətinin təyin olunması əsaslandırılır.
Cədvəl 9.8 Hadisənin miqyası
Parametr
İzahı
Qiymətləndirmə
Dərəcə/miqyas
Sualtı səs emissiyalarının səs-küy mənbəyinin 13m xaricində yerləşən
balıqların/suitilərin böyük uzaqlaşma reaksiyası ilə nəticələnəcəyi güman
edilmir.
1
Tezlik
Sualtı səs emissiyaları qazma proqramı ərzində davamlı olaraq baş verəcək.
3
Davametmə
müddəti
Sualtı səs emissiyaları bir həftədən artıq davam edəcək (hər quyu üzrə
müəyyən edilmiş orta 265 günlük qazma proqramı ).
3
İntensivlik
Sualtı mühitdə səsin konsentrasiyası, akkumulyasiyası və dayanıqlığını
nəzərə alaraq hesab olunur ki, bu, az intensivliyə malik hadisədir.
1
Cəmi
8
9.4.1.2 Reseptorun həssaslığı
Sualtı səs-küyə münasibətdə müvafiq bioloji reseptorlar yalnız suitilər və balıqlardır
6
. Ən son
məlumatlar göstərir ki, nəsli kəsilmək təhlükəsi altında olan Xəzər suitiləri ŞD Müqavilə
Sahəsindən keçərək miqrasiya edir (Fəsil 6 Bölmə 6.7.2.5 və Əlavə 6D-yə istinad edin).
Onların sayı il ərzində dəyişir və yay ayları ərzində Müqavilə Sahəsindən keçərək miqrasiya
edən suitilərin sayı maksimuma çataraq 4000-dək fərd təşkil edir və qış ayları ərzində
suitilərin sayı əhəmiyyətli dərəcədə azalır.
Nəsli kəsilmək təhlükəsi altında olan digər bir növ hesab edilən nərə balığının mart/aprel
aylarında və sentyabr ayından noyabr ayınadək ŞD Müqavilə Sahəsindən keçərək miqrasiya
etdiyi məlumdur, lakin bu geniş yayılmış hal deyil və onlar müstəsna olaraq sözügedən
sahədən istifadə etmir (6-cı Fəslin 6.7.2.4-ci Bölməsi və Əlavə 6C-yə istinad edin). Payız
mövsümündə siyənək də Müqavilə sahəsindən keçərək miqrasiya edir. İl boyunca Mərkəzi və
Cənubi Xəzər hövzəsində, o cümlədən Müqavilə sahəsində xulbalığı növləri mövcud olur,
lakin qış ayları ərzində birbaşa Müqavilə sahəsində kilkə və kefal kimi yarım-köçəri balıq
növləri də mövcud olur. Heç bir balıq növü Müqavilə sahəsi daxilində müstəsna şəkildə
mövcud deyil.
Cədvəl 9.9-da Aşağı Reseptor Həssaslığını əks etdirən 2 qiymətinin təyin olunması
əsaslandırılır.
6
Plankton əmələ gələn az tezlikli səsi hiss edə bilmir, çünki dalğanın uzunluğu orqanizmdən uzundur və bentik
onurğasızlar xüsusi səs hiss etmə aparatına malik deyillər.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 9
Qazma və tamamlama işləri üzrə ətraf
mühitə təsirin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
9/17
Yekun variant
Cədvəl 9.9 Reseptorların həssaslığı (suitilər və balıqlar)
Parametr
İzahı
Qiymətləndirmə
Davamlılıq
Növlərin qazma işlərindən və gəmilərdən yaranan sualtı səs-küyün təsirinə
müvəqqəti məruz qalması mümkündür, lakin həmin təsir qısamüddətli və
məhduddur və ekoloji funksionallıq qorunub saxlanılacaq.
1
Mövcudluq
Həm balıqların, həm də suitilərin ŞD Müqavilə Sahəsində məhdud dövrlərdə
mövcud olacağı ehtimal edilir. Lakin ŞD Müqavilə Sahəsi bu növlər tərəfindən
müstəsna şəkildə istifadə edilmir.
1
Cəmi
2
9.4.1.3 Təsirin əhəmiyyəti
Cədvəl 9.10-də qazma işləri və gəmilərin hərəkəti ilə əlaqədar suitilərə və balıqlara olan
təsirlərin xülasəsi verilir.
Cədvəl 9.10 Təsirin əhəmiyyəti
Hadisə
Hadisənin
miqyası
Reseptorun
həssaslığı
Təsirin əhəmiyyəti
Qazma işləri və gəmilərin hərəkəti
Orta
(Suitilər və
balıqlar) Aşağı
Cüzi mənfi
Yuxarıdakı qiymətləndirmə göstərir ki, qazma işləri və gəmilərin hərəkəti nəticəsində suitilərə
və balıqlara cüzi mənfi təsir proqnozlaşdırılır. Bu, konservativ qiymətləndirmə kimi nəzərdə
tutulur, çünki modelləşdirmə göstərir ki, sualtı səs-küy emissiyaları çətin ki, mənbədən 98m
məsafədə olan balıqların/suitilərin yayınma reaksiyası ilə nəticələnsin.
Hesab olunur ki, təsirlər praktiki baxımdan mümkün və zəruri olduğu qədər minimuma endirilir
və heç bir əlavə təsirazaldıcı tədbir tələb olunmur.
9.4.2 Qazma
işləri ilə bağlı atqılar
Su əsaslı qazma məhlulu (SƏQM) və şlamların atqılarının ŞD və AÇG-nin mövcud qazma
təcrübələri ilə uyğun olması planlaşdırılır. Fəsil 5 Bölmə 5.4.1-də qeyd edildiyi kimi,
quyulardan 12-si aşağıdakı cinahlar daxilində yerləşəcək:
WS
cinahı – təxminən 390-470
m dərinlikdə dörd quyu;
ES
cinahı - təxminən 490-530 m dərinlikdə dörd quyu; və
EN
cinahı - təxminən 395-480 m dərinlikdə dörd quyu.
Son dörd quyunun yerləri hələ təsdiq edilməmişdir və bu cinahlar daxilində və ya NF və ya
WF cinahları daxilində olacaq. Şəkil 9.1-də nəzərdə tutulan qazma proqramı göstərilmişdir.
9.4.2.1 Təsirlərin azaldılması
Qazma işləri üzrə atqılar ilə əlaqədar mövcud nəzarət tədbirlərinə aşağıdakılar daxildir:
HPBS-nin
tətbiq olunan tələblərinə uyğun olaraq, SƏQM “İstiqlal” və “Heydər Əliyev”
adına qazma qurğularından dəniz səviyyəsindən aşağıda atılacaq. Alternativ olaraq,
SDQQ-dan SƏQM SDQQ-nun şlam novuna təchiz edilmiş şlanqdan istifadə edilməklə
birbaşa dəniz dibinə axıdıla bilər;
ATMNƏQM və alçaq çalanın qazılması üçün istifadə olunan əlaqədar şlamlar SDQQ-yə
qaytarılacaq və ayrılacaq. Ayrılmış ATMNƏQM lazım gəldikdə təkrar istifadə olunacaq