Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/44
Cədvəl 5.18 Dəniz obyektlərinin tikinti və istismara verilməsi ilə bağlı tullantıların
proqnozu
Klassifikasiya
Fiziki forması
Tullantı axınının adı
Hesablanmış miqdarı (ton)
Təhlükəsiz
tullantılar
Bərk tullantılar
Məişət/ofis tullantıları 10,234
Şırnaqlı dənəvər təmizləmə materialı
1,989
Metallar – yonqar
7,813
Kağız və karton
81
Plastik maddələr
30
Taxta 890
Maye tullantılar Yağ - Mətbəx yağı
49
Cəmi (təhlükəsiz) 21,085
Təhlükəli
tullantılar
Bərk tullantılar
Akkumulyatorlar - sulu bölmələr 7
Tibbi tullantılar 5
Çirklənmiş materiallar
82
Çirklənmiş torpaq
3
Süzgəc korpusu
0.2
Lampalar 16.8
Yağlı əskilər 2
Təzyiq altında
olan qablar
6
Toner və ya printer kartriclər 5
Maye tullantılar
Yağlar – yanacaq
23
Yağlar - sürtgəc yağı 64
Rənglər və örtüklər 420
Çirkab suları - təmizlənməmiş 1,484
Çirkab şlamı 4,523
Həlledicilər, yağ təmizləyici vasitələr və
durulducular
169
Su - hidravlik sınaq suyu
22
Su - yağlı 1,140
Ümumi (Təhlükəlilər) 7,972
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/45
5.7 Platformanın dənizdə quraşdırılması, nizamlanması və istismara
verilməsi
5.7.1 Quraşdırmadan əvvəl keçirilən tədqiqat və dəniz dibində aparılan işlər
Hər hansı quraşdırma
işlərinə başlamazdan əvvəl, köməkçi gəmidən nəzarət edilən,
məsafədən idarəolunan aparatdan (MİA) istifadə etməklə dəniz dibinin tədqiqatı həyata
keçiriləcək. Tədqiqat çox-şüalı sonardan və video təsvirlərdən istifadə edəcək. Bununla,
platformanın yerləşdiyi zonada maneələrin olmadığı təsdiqlənəcək. Gözlənilməsə də, hər
hansı maneə mövcud olarsa, həmin maneələr dalğıc gəmisindən istifadə etməklə aradan
qaldırılacaq. Həmçinin dayaq blokunun tutucu domkratları və dayaq payaları qoyulan sahəni
hazırlamaq üçün lokallaşdırılmış qazma işləri tələb olunacaq.
5.7.2 Dayaq
bloku
Qrafik üzrə təqribən 49 gün davam edəcəyi nəzərdə tutulan ŞDB dayaq bloklarının
quraşdırılması əvvəlki AÇG layihələri üçün istifadə olunmuş oxşar metodlara uyğun şəkildə
həyata keçiriləcək. İki dayaq bloku eyni zamanda eyni metodla quraşdırılacaq. Dayaq
blokunun suya endirilməsi və öz mövqeyinə yerləşdirilməsi prosesi Şəkil 5.14-də
göstərilmişdir. Ballastlama və dayaq bloku pontonlarından istifadə dayaq blokunun dəqiq
yerləşdirilməsinə imkan yaradacaq.
Şəkil 5.14 Dayaq blokunun quraşdırılması
Öz mövqeyinə yerləşdirildikdən sonra dayaq bloku lövbərdə dayanan “Azərbaycan”
gəmisinin
kranına birləşdirilərək əvvəlcədən quraşdırılmış boru payalar üzərinə qoyulacaq.
14
Daimi
payaların vurulması başa çatanadək dayaq blokunu hidravlik tutucu domkratlar bərkidəcək.
Boru payalar əsas payalar quraşdırılıb bərkidilənə qədər hər bir dayaq borusu üçün
müvəqqəti özül kimi qoyulacaq. Hər paya 140m uzunluqdadır və yedəklə sahəyə daşınaraq
DBA barjının köməyi ilə quraşdırılacaq. Payalar öz ağırlığı altında torpağa daxil olmasa, DBA
hər payanın başını müvəqqəti olaraq gəminin yan hissəsindən saxlayacaq və vibro-çəkic
payaları nəzarət edilən qaydada möhkəm qum laylarından keçirəcək. Paya lazımi dərinliyə
daxil olduqdan sonra DBA payadan ayrılacaq və sonra hidravlik çəkicdən
istifadə edərək paya
nəzərdə tutulmuş təxminən 100m dərinliyə yeridiləcək. Sonra hər payanın qalıq ~37m
uzunluğu dəniz dibində kəsiləcək və çıxarılacaq.
14
Azərbaycan kran gəmisinin yedək sistemi 8 yedəkdən ibarətdir və hər bir yedək elektriklə çalışan hidravlik
yedəkləmə bucurqadlarına birləşdirilib. Dayaq blokunun və üst tikilinin quraşdırılması zamanı Azərbaycan kran
gəmisinin yedəklənməsi üçün 3-ə qədər gəminin cəlb edilməsi planlaşdırılır.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 5
Layihənin təsviri
Noyabr 2013-cü il
Yekun variant
5/46
Nəzərdən keçirilən alternativ üsul daha böyük çəkicdən istifadə edərək payanı ~138m
dərinliyə yeritməkdir ki, bu, sualtında kəsmənin qarşısını alacaq.
Bütün boru payalar
quraşdırıldıqdan sonra hər bir tikilməkdə olan dayaq bloku daxilində boru payaların düzgün
yerləşdiyini təmin etmək üçün tam ölçülü tədqiqat aparılmalıdır.
Pontonlar dəniz suyu ilə ballastlama və “Azərbaycan” gəmisinin kranı ilə daldırılma vasitəsilə
kənarlaşdırılacaq, boşaldılacaq və təkrar istifadə üçün yenidən sahildəki tikinti-quraşdırma
sahəsinə gətiriləcək. ŞDB-HR pontonlarının təmizlənmiş suyu təxminən 8 saat müddətində
dənizə boşaldılacaq.
Dayaq bloklarının hər biri 12 əsas özül payası ilə bərkidiləcək. Payalar sualtı hidravlik
çəkicdən istifadə etməklə vurulacaq və dayaq blokundakı paya yuvalarına sementlənəcək.
Sement məhlulu “Azərbaycan” kran gəmisindən elastik şlanqlar vasitəsilə dayaq blokunun
kənarında yerləşən sement məhlulu üçün manifold panelinə təchiz olunacaq və nasosla paya
ilə paya yuvası arasındakı fəzaya vurulacaq. PaSQK mexaniki kipkəc
sement məhlulunun
paya yuvasının həlqəvi fəzası daxilində qalmasını təmin edəcək. Sementləmə əməliyyatı
üçün yüksək möhkəmliyə malik sementdən istifadə olunacaq. Artıq qalan sement atqısı
mümkün olduğu qədər minimuma endiriləcək. Bununla belə, hər bir dayaq bloku üçün
sementləmə əməliyyatı yerinə yetirilərkən təxminən 50m
3
artıq sement atqısı baş verə bilər.
5.7.3 Üst
tikililər
Üst tikililərin konstruksiyası əvvəlki AÇG Fazaları üçün istifadə olunmuş gəmidən dayaq bloku
üzərinə oturdulma metodu ilə quraşdırılmaq üçün nəzərdə tutulmuşdur. Hər bir üst tikili üçün
STB-01 nəqliyyat barjı dayaq blokunun iki qülləsi arasında
elə manevr edir ki, üst tikililər Şəkil
5.15-də təsvir olunmuş qaydada dayaq blokunun üstündə nəzərdə tutulmuş quraşdırma
mövqeyi üzərində yerləşdirilmiş olsun. Üst tikililərin dayaq bloku üzərinə oturdulması(yəni üst
tikilinin dayaq blokuna birləşdirilməsi) əməliyyatı barjın ballastlaşdırlması ilə həyata keçirilir.
Bu, elə yerinə yetirilir ki, üst tikililər dayaq blokunun ayaqlarındakı amortizatorlara keçirilir və
yük ötürülür. Bundan sonra polad səthlər qovuşanadək və qaynaq üçün hazır olanadək üst
tikililərin endirilməsi üçün qum domkratlarından istifadə olunur. Ehtimal olunur ki,
sözügedən
proses ərzində həmin 8 qum domkratından təxminən 35m
3
qum dağılacaq və dənizə
töküləcək. ŞDB-YBTT platforması üçün üst tikililərin quraşdırılması (körpünün quraşdırılması
daxil olmaqla) 15 günə, ŞDB-HR platforması üçün isə 20 günə planlaşdırılır.