Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə11/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   7   8   9   10   11   12   13   14   ...   91
Mead

İLAHİ LÜTF VƏ ƏN᾽AM


Neçə illər bir sultana xidmət etmiş şəxsə xəbər gətirirlər ki, hansısa bir vaxtda sənə lütf göstərib, xidmətlərinin əvəzini, ən”am verəcəklər. Sözsüz ki, bu adam həmin xəbərdən fərəhlənir, lakin daha artıq ən”am almaq üçün, sultanın xoşladığı əməlləri daha artıq icra etmək üçün həmin vaxtın gec gəlməsini istəyir–bəli, mö᾽min kəs ölüm xəbərini belə gözləməlidir! Mö᾽min savab evinə yetişmək üçün bir əsl olan ölümdən fərəhlənməli, daha artıq bəndəlik etmək üçün ölümün yubanmasını istəməlidir. Eyni halda, Allah onun ölümünü istədiyi zaman, Allahla hüsnü-zənn əsasında, Onun dostları Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Onun ailəsi (əleyhimussalam) ilə görüşdən razı qalmalıdır.

CANVERMƏ ZAMANI ƏHLİ-BEYT (ƏLEYHİMÜSSALAM)-IN İŞTİRAKI


Çox rəvayətlərdə zikr olunmuşdur ki, Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və Əli (əleyhissalam) (bə᾽zi digər rəvayətlərdə Fatimə, Həsən və Hüseyn (əleyhimussalam), bə᾽zilərində isə 14 mə”sum) mö᾽minin ölümü zamanı onun başı üstə hazır olarlar. Əlbəttə, onların nur surətləri və misali cisimləri nəzərdə tutulur. (Bu məsələ sonra aydınlaşacaq.)
Həzrət İmam Riza (əleyhissalam)-ın yaxın adamlarından biri can üstəydi. Həzrət onun görüşünə getdi. Həmin şəxs canvermə halında, gözlərini yummuş halda dedi: “İndi Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm), Əli (əleyhissalam), Fatimə (əleyha salam), Həsən (əleyhissalam) və Hüseyn (əleyhissalam), ta İmam Kazim (əleyhissalam)-adək mə”sumları görürəm.”
Həmçinin, “sizin də nurlu surətiniz görünür” dedi.
Bir sözlə, aydındır ki, hər kəs ölüm zamanı Əhli-Beyt (əleyhimussalam)-ı görsə, onlara mə᾽rifəti, məhəbbəti qədər bəhrə aparar.
Haris Həmdanidən məşhur bir hədisdə nəql olunub ki, Əmirəl-mö᾽minin Əli (əleyhissalam) buyurur: “Hər kəs ölüm zamanı bizi görəcəkdir; istər mö᾽min olsun, istərsə də kafir.”
Bəli, bu görüş mö᾽minlər üçün ne᾽mətdir. Onun dilruba camalını görmək bütün ləzzətlərdən ləzizdir. Amma bu görüş kafirlər və riyakarlar üçün Yaradanın qəzəbindəndir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə