Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə1/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
  1   2   3   4   5   6   7   8   9   ...   91
Mead










MƏAD


(ÖLÜMDƏN SONRAKI HƏYAT)
MÜƏLLİF: AYƏTULLAH ŞƏHİD SEYYİD ƏBDÜLHÜSEYN DƏSTĞEYB
نام کتاب:............................................................معاد
مولف:............................ آیت الله سید عبدالحسین دستغب
ناشر:..............................................................طهارت
تاریخ چاپ:.......................................................1385
نوبت چاپ:...........................................................اول
تیراژ:.............................................................2000
Kitabın adı:...............................................Məad
Müəllif:.......Şəhid Əbdülhüseyn Dəstğeyb
Nəşr edən:...............................................Təharət
Çap tarixi:......................................................2006
Çap növbəsi:.........................................Birinci
Tiraj:...............................................................2000
964-95613-6-6

MÜQƏDDİMƏ


Ölüm haqqında çox danışılıb. Amma mehrab (mehrab-məsciddə namaz zamanı İmamın durduğu yer-red.) şəhidi, ilahi insan Ayətullah (Ayətullah-böyük din alimlərinə verilən ad-red.) Dəstğeybin 25 il əvvəlki söhbətləri qədər ürəyəyatımlısını xatırlamıram. Mərhum alimin Quran ayələrindən, hədislərindən, dini kitablardan o qədər əhatəli lumatı var idi ki, tam bir mübarək Ramazan ayını axirət səfəri haqqında söhbət etdi, ölümü həyatın böyük qapısı, Haqqın rəhmətliyə görüşün başlanğıcı kimi tanıtdırdı. Xalqı bərzəx (bərzəxdünyasını dəyişənlərin böyük Qiyamət gününədək müvəqqəti məkanları-red.) onun nemətlərindən şövqə gətirdi, əzabından qorxutdu. Ayə hədislər oxumaqla dinləyiciləri günahdan çəkindirib, xeyir işlərə sövq etdi.
Ruhun şad olsun, ey əxlaq ustadı!
Rəhbərin buyurduğu kimi, bir millət mürşidi idin ki, ömrün boyu xalqı bu sayaq həqiqətə doğru çağırıb, zəlalətdən uzaqlaşdırdın! Şəhadətinlə daha artıq rövnəq verdin. O əziz rəfiq (rəhbər) belə yazmışdı: “Ayətullah Dəstğeybin qanı onun bəyanından inqilab üçün daha uca, düşmən üçün daha acı oldu.”
Dəfələrlə deyirdi, fəryad çəkirdi, yazırdı ki, ölüm yox olmaq deyil, əbədiliyin başlanğıcıdır.
Şəhid ailələrinə təkrar-təkrar müjdə verirdi ki, Qurani-Kərim sizin əzizlərinizi diri adlandırmışdır (“Bəqərə” 154, “Ali-İmran” 169). həqiqi həyat kamil idrak onlara məxsus olduğundan, biz onlara nisbətən ölüyük.
Ruhun şad olsun ki, öz şəhadətinlə bu nanı daha da işıqlandırdın! İki aydan artıq deyil ki, aramızdan gedib. Ondan o qədər kəramətlər görünüb eşidilib ki, gedişi ilə hamını narahat edib. Təəssüf edirlər ki, axı niyə onu olduğu kimi tanımadıq, feyz dolu bağından şaxələr qoparmadıq!
Bu kitabın mövzusu, eləcə özünün dəfələrləşəhidlər ölmürlər”, “şəhidlər diridirlərdeməsi münasibətilə onun şəhadətinin yeddinci günü baş vermiş bir hadisəni (bu hadisədən Şirazın böyük əksəriyyəti xəbərdar oldu bu xəbər Tehranda nəşr edildi) təkrarlamaq istəyirəm.
Qəməri 1402-ci il İmam Hüseyn (əleyhissalam)-ın ərbəinin (qırxının) sübhü gündəlik məramnaməyə uyğun şəhid atamın mənzilinə getdim. Katibliyin sul işçisi məni qarşıladı. Salam, hal-əhval tutandan sonra ilk cümləsi bir ələviyyə (Həzrət Əli (əleyhissalam) soyuna mənsub) qadının yuxusu barədə lumat oldu: “Mənzili bizimlə qonşuluqda olan, hörmətli bir ələviyyə bir xanım deyir ki, dünən mərhum ağanı (Dəstğeybi) yuxuda gördüm. Buyurdu ki, bədənimin hissələrindən küçə divarının kərpicləri altında qalıb, mənə çatdırın.”
Mən əvvəlcə bu məsələyə əhəmiyyət vermədim. Xeyli lumatlar dinlədim. Adamların gəliş-gedişi iki saatadək çəkdi, adi gündəlik işlər davam edildi. Sonra fatihə (mərhumu yad etmə) məclisində iştirak etmək üçün bir dəstə adamla bayıra çıxdıq. Mərhum alimin şəhid olduğu yerə çatanda, həmin yuxunu xatırladım.
Yoldaşlarımdan zilərinə əhvalatı danışdım ki, belə bir yuxu görüblər, deyilən yerə bir nəzər salsaq, yaxşı olar. Elə ilk nəzərdən uçulmuş kərpiclərin arasında bədəndən qopmuş hissələr gördük.
Rəfiqlərimizdən ikisi qabağa düşüb, şəhidin bədənindən qopmuş hissələri iki plastik torbaya yığdılar. Xüsusən, İmam Hüseyn (əleyhissalam)-ın ərbəini münasibətilə Şirazda til olduğundan, hadisə sürətlə bütün şəhərə yayıldı. Adət üzrə cümə axşamıCameməscidində, şəhidin ildönümü Kumeylduasına xeyli əhali toplandı. Hamı əhvalatı eşitdi. Elan olundu ki, bu gecə saat onda şəhid Ayətullahın bədəninin qalan hissəsi dəfn ediləcək.
Əzadarlıq məclisi gecənin yarısınadək çəkdi. Nəhayət, rəvayətə əsasən, ərbəin günündə İmam Hüseyn (əleyhissalam)-ın bədəninin qalan hissəsinin dəfni yad edildi parça-parça olmuş əzalarla dolu iki plastik torba camaatın arasına gətirildi. Qəbri aşağı hissədən açıb qalan əzaları dəfn etdilər.
Doğrudan da, təəccüblü, maraqlı hadisə idi. Unutmuşdum deyəm, elə həmin gün dağılmış yerin axtarışından bir saat sonra ruhani libaslı möhtərəm dostlardan biri xəbər verdi ki, iki nəfər başqa şəxs dünən belə bir yuxu görüblər. Onlardan biri mərhum şəhidə yaxın adamlardandır. Hadisə ciddi şəkil aldığı üçün həmin ələviyyə xanıma xəbər göndərdim ki, gördüyü yuxunu, özünün həyat yoldaşının adlarını, həmçinin ev ünvanlarını dəqiq yazıb təqdim etsin. Onlar da bu xahişi yerinə yetirdilər. Hazırda həmin yazı qarşımdadır. Əziz oxucuların icazəsi ilə tarix üçün, indiki gələcək nəslin ibrəti üçün həmin yazıdan bir hissəsini burada nəql edirəm. Ələviyyə xanım belə yazmışdı:
Yuxu:

Böyük bir bağda idim ki, Ayətullah Dəstğeyb irəlidə gedirdi, mən onun arxasınca. Lakin onun olduğu hissə çəmənlik idi. Qəhvəyi əbası çiynində olan ağa mənə dedi: “Get, onlara de ki, ətimdən parçalar divarın layları altında qalıb.” Neçə dəfə təkrar etdi. Yuxudan ayılanda çox narahat oldum.”
İndi özünüz mülahizə edin ki, bu sadiq (doğru, ilahi) yuxu və gerçək dastan nə qədər ibrətamizdir! Böyük bir kitabdan daha ibrətamiz! Alimin dediyi “ölüm yox olmaq deyil, yeni bir həyata qapıdır”; “Şəhidlər diridir və Allah yanında onlara ruzi verilmişdir” sözləri və ya bu dünya hadisələrindən, bərzəxdə ruhların xəbərdarlıqları, ruhun cəsədə baxması barədə deyilənlər hamısı həqiqətdir. Mərhum şəhid öz əməlləri ilə sübut etdi ki, bəli, bu belədir.
Bu kitabın mətləblərinə ümumi bir nəzərdən sonra onun kiçik həcmindəki böyük dəyərlərə şahid oluruq. Müəllif axirət səfərini çox şirin bir dillə ölümdən başlayır, yaxşılar pislər üçün ölümün qismlərini sadalayır.
Canvermə (ehtizar) halını oxucu üçün elə canlandırır ki, sanki özü artıq can vermişdir.
Sonra bərzəx aləminə varid olub, ayələr hədislər əsasında bərzəx Behişti onun nemətlərindən söhbət açır. Eləcə , bərzəx Cəhənnəmi onun əzablarını açıqlayır. Tarixi hadisələri, sadiq yuxuları dediklərinə sübut kimi şahid gətirir aydın bəyanı ilə oxucunun diqqətini onun gələcək mənzilinə yönəldir.
Sonra Qiyamətin başlanğıcından, ölümdən sonrakı həyatınməadın ayə hədislərlə dəlillərindən yığcam, sadə söhbət edir.
təbər mənbələrə istinad etməklə Sirat (axirət körpüsü), Mizan (əməl tərəzisi), Behişt Cəhənnəm, nemət əzablar barədə nəzərini bildirir. Üstəlik, bu kitabda yüzlərlə maraqlı, oxumalı mətləblər oxucuya təqdim edilir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə