Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб


CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ



Yüklə 1,5 Mb.
səhifə7/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   2   3   4   5   6   7   8   9   10   ...   91
Mead

CAN VERMƏNİN ASANLIĞI VƏ ÇƏTİNLİYİ


Hədis və rəvayətlərdə ruhun, canın çıxarılmasının çətinliyi, ağırlığı açıqlanmışdır. Bə᾽zi hədislərdə bu halı diri şəxsin dərisinin soyulmasına oxşatmışlar. Başqa bir yerdə isə belədir: “Əgər dəyirman daşı Qala qapısı mıxı ilə gözə otursa və hərəkətə gəlsə, o hal canvermədən (səkərat) daha asandır. Bir qisim rəvayətlərdə isə ruhun çıxarılmasının çətinliyi bədənin tikə-tikə qayçılanmasına, mişarlanmasına bənzədilib. Hətta bə᾽zilərinin can verməsi son dərəcə narahatlıqla olur ki, deyiləsi mümkün deyil. Bə᾽ziləri üçün isə ölmək ən ətirli çiçəyi qoxulamaq kimidir. (16-cı surə, 32-ci ayə)
Rəvayətlərdə bu sayaq oxşatmalar da vardır: Çirkli paltarın yenisi ilə əvəz olunması, bədənin buxov və qandallardan azad olması. Yə”ni, ölüm təbiət aləmi zindanından bir növ xilas olmaqdır.

ÇƏTİN CAN VERMƏ MÖ᾽MİNİN GÜNAHLARININ ƏVƏZİDİR (KƏFFARƏSİDİR)


Ümumiyyətlə bu iki növ canvermənin heç birinin küliyyəti yoxdur. “Bütün imanlı adamlar (mö᾽minlər) asan can verir”, deyilməsi doğru deyildir. Çoxlu mö᾽minlər var ki, günahlarının bə᾽zisi çətin can verməklə silinir. Bu hal Allah-Taalanın mö᾽minlərə göstərdiyi lütfün sayəsindədir. Mö᾿min dünyadan pak getməli olduğuna görə, onu islah edirlər. Ağır canvermə mö᾽minlər üçün islah, kafirlər üçünsə əzabın müqəddiməsidir. (47-ci surə, 27-ci ayə)

KAFİRİN ASAN CANVERMƏSİ ETDİYİ YAXŞILIQLARA GÖRƏDİR


Bə᾽zən də belə olur ki, kafir və günahkar şəxs asan can verir. Bu şəxs əzab (Cəhənnəm) əhlidir. Amma ömründə qismən də olsa, yaxşı işlər görmüşdür. Belə şəxs asan can verir ki, onun hesabı elə oradaca təmizləsin. Məsələn, kafir adam sədəqə vermiş, bir məzluma yardım etmişsə, bu yaxşılıqlar müqabilində asan can verir ki, artıq axirətdə heç bir tələbi olmasın. Eləcə də mö᾽min şəxs günahdan pak olmaq üçün çətin can verir. Əslində isə istər asan, istərsə çətin, kafir üçün canvermə halı bədbəxtliyinin başlanğıcıdır. Həmçinin mö᾽min üçün canvermə səadətdir, istər asan, istərsə də çətin. Buna əsasən kafir və mö᾽minə, əməlisaleh və bədəmələ nisbətən asan, yaxud çətin canvermə külli bir qanun deyildir.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə