Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə30/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   26   27   28   29   30   31   32   33   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
93 
 
məzmunlu  materialları  əhatə  edir.  Belə  jurnallarda  istehsal  tema-
tikasına  aid  olan  məlumatlar,  metodik  məsləhətlər,  yeni  texniki 
həll yolları, texnologiyalar haqqında informasiya dərc olunur. 
Təcrübi xarakterli elmi jurnalların təyinatı müxtəlif peĢələr-
dən olan mütəxəssislərə praktiki məsələlərin həllinə və onların ix-
tisasını artırmasına yardım etməkdən ibarətdir.  
Elmi-texniki jurnallar müstəqil qrup təĢkil edir. Bu jurnalla-
rın  profili  texniki  elmlərlə  bağlıdır.  Meydana  gəlməsi  və  inkiĢafı 
təbiət elmlərinə, texnikanın və isthesalın müxtəlif sahələrindən əl-
də  olunan  empirik  biliklərə  istinadlanan  texniki  elmlər  vasitəsilə 
elm  bilavasitə  məhsuldar  qüvvəyə  çevrilir.  Məhz  buna  görə  də, 
elmi-texniki  jurnallar  cəmiyyətin  sivilizasiyasına  mühüm  təsir 
göstərən nəĢrlərə aiddir. Bu jurnalların məqsəd təyinatı elmin tex-
nika ilə əlaqəsinin konkret məsələləri ilə bağlıdır
111

Elmi  jurnallar  elmi  ictimaiyyət  üçün  daha  çox  əhəmiyyət 
kəsb etdiyindən, onlardan daha ətraflı bəhs etməyi məqsədəuyğun 
hesab edirik. Mətbəənin icadından 200 il sonra 1665-ci ildə ilk el-
mi  jurnallar  nəĢr  olunmağa  baĢlamıĢdır.  Ġlk  elmi  jurnal  Parisdə 
nəĢr olunan “Journal  de Scavans” hesab olunur
112
.  Elmi  jurnallar 
XVII əsrdən etibarən nəĢr olunmağa baĢlasa da, yalnız XIX əsrdə 
elmi tələblərə tam cavab verəcək Ģəkildə nəĢr edilmiĢdir. XX əsrdə 
isə  müasir  standartlar  əsasında  elmi  jurnalların  nəĢri  geniĢ  vüsət 
almıĢdır.     
Türkiyədə iĢıq üzü görən ilk elmi jurnal “Cəmiyyəti- Elmiy-
yeyi-Osmaniyyə”  adlı  qurum  tərəfindən  nəĢr  olunan  “Ülum  və 
maarif, Ticarət və sənayə dair Məcmueyi-fünun”dur.  
                                                           
111
  Соловьев  В.И.Рябинина  Н.З.Редакторская  подготовка  периодических 
изданий: Учебное пособие. - М.: 1993.   
http://www.hi-edu.ru/e-books2/RedPodgotPeriodIzd/index.htm 
112
  Ağır  A.  Elektronik  akademik  dergi  yayıncılığı  ve  bir  model  çalıĢması. 
Marmara  Üniversitesi,  SBE,  Qazetecilik  anabilim  dalı.  Yüksek  lisans  tezi, 
Ġstanbul, 1997, s. 31. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
94 
 
Azərbaycanda ilk elmi jurnal Bakı Dövlət Universitetinin or-
qanı  olan  və  1921-ci  ildən  nəĢr  olunmağa  baĢlayan  “Azərbaycan 
Universiteti xəbərləri” hesab olunur
113
.  
Ənənəvi olaraq, elmi jurnalların nəĢri prosesini 4 mərhələyə 
ayırırlar: 

 
hazırlıq – məqalə müəllifi məqaləsini jurnal redaksiyasına 
göndərir; 

 
məqalənin dəyərləndirilməsi – redaksiya heyətindəki rəyçi-
lər  tərəfindən  məqalənin  qiymətləndirilməsi,  qəbul  olun-
ması,  uyğun  görülməməsi;  düzəliĢlərin  aparılması  üçün 
müəllifə göndərilməsi; 

 
jurnalın nəĢr və abunəçilərə göndərilməsi

 
arxivləmə  və  indeksləĢmə  -  kitabxanalar  jurnalın  əvvəlki 
saylarını  arxivlərinə  göndərirlər.  Xülasələndirmə  və  in-
deksləĢmə ilə məĢğul olan qurumlar isə əvvəllki nömrələri 
indekslərinə qoyurlar
114
.   
Qeyd olunan ikinci və üçüncü mərhələnin müddəti 6-18 aydır.   
Beləliklə, demək olar ki, dövri nəĢrlərin növlərinin diapazo-
nu  geniĢ  və  çoxcəhətlidir:  gündəlik  kütləvi  qəzetdən  illik  kütləvi 
təqvimədək; kütləvi jurnaldan peĢəkarlara ünvanlanmıĢ xüsusi jur-
nala qədər. 
Jurnal janrları 
 
Jurnallarda  nəĢrin  forması  məsələsi, informasiyanın çatdı-
rılması dövi nəĢrlərin informativlik məsələləri ilə birbaĢa bağlıdır. 
Janrın  təĢəkkülü  hər  Ģeydən  öncə  məzmunun  hansı    yaradıcılıq 
metodları və vasitələrlə ifadə olunmasından asılıdır, bu isə öz növ-
                                                           
113
 Bax: Bakı Dövlət Darülfünunun təsisi (sənədlər toplusu). Tərtib edəni və ön 
sözün  müəllifi  S.Ġbrahimov.  –  Bakı:  Azərbaycan  Universitetinin  NəĢriyyatı, 
1989,  88  s.;  Алимирзоев  Х.  О.  Азербайджанский  Государственный  Уни-
верситет за 50 лет: Исторический очерк. – Баку: Азернешр, 1969, 467 с.  
114
 Denning P. The ACM Electronic Publishing plan. 1994. www.acm.org  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
95 
 
bəsində aparılan iĢin məqsədi və yaxud əsərin  məqsəd təyinatı ilə 
Ģərtlənir. 
Beləliklə, janr haqqında nəinki əsərin formasını, habelə onun  
təĢəkkülünün  ilkin    Ģərtlərini    nəzərdə  tutaraq,  bu  zaman  janrın  
hansı  istiqamətə  (analitik-təhlil, informativ, publisistik, bədii  və  
yaxud hər hansı bir qarıĢıq istiqamətə) mənsub olması  mövqeyin-
dən    nəzərdən    keçirərək  bəhs    etmək    olar.    Bütövlükdə    jurnal 
nəĢrlərində  jurnalistikada,  elmi  və  ədəbi-bədii    yaradıcılıq-da 
istifadə  olunan təqribən bütün  janrlar  tətbiq  edilir. 
Nəzəriyyədə janrların  təsnifatı onların 3 qrupa bölünməsini 
nəzərdə tutur: informativ, analitik, bədii-publisistik. 
İnformativ janr xronika, qeyd, müsahibə, reportaj,  informa-
siya, hesabat kimi növlərə ayrılır. Ġnformativ  materialların ümumi 
məqsədi – fakt, hadisə, hal, haqqında  məlumat verməkdir. Ġnfor-
mativ janrlar, bir qayda olaraq, dərin təhlilə varmadan, sadə, ilkin 
informasiyadan  istifadə  edirlər.  Operativlik,  aktuallıq,  informativ 
janrlara münasibətdə irəli sürülən ümumi tələblərdir. Lakin infor-
masiya  üçün əsas götürülmüĢ fakt əsassız ola bilməz. Jurnallarda 
informativ janrlar peĢəkar informasiyanın lakoniklik tələbinin ger-
çəkləĢdirilməsini təmin edir. Mütəxəssislər tematikası sahənin ak-
tual  istiqamətlərini  əks  etdirən  ən    mühüm  peĢəkar  tədbirlər  – 
konfranslar,  simpoziumlar,  seminarlar  haqqında  məlumat  alırlar. 
Ən  lakonik  (qısa  və  aydın)  informativ  janr  məhz  informasiyanın 
özüdür.  O,  bir  qayda  olaraq  “xronika”,  “informasiya”  rubrikaları 
ilə  təqdim  edilir.  Bu  janrın  baĢlıca  fərqləndirici    cəhəti  ondan 
ibarətdir ki, onun məqsəd təyinatı 3 sualla  məhdudlaĢır: Nə? Ha-
rada? Nə zaman?  
Bu xarakterli jurnallarda informasiyanın məzmunu  müxtəlif 
xarakterli olur: ümumdövlət və bölgə (regional) əhəmiyyətli  təd-
birlər, hər hansı bir obyektin istifadəyə verilməsi, baxıĢların  keçi-
rilməsi, ictimai  komissiyaların  yaradılması  və  s. 
Hesabat  hadisələri  ciddi  ardıcıllıqla  nəzərdən  keçirən  hər 
hansı bir tədbir haqqında məlumat verən informativ janrdır. Hesa-


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə