Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə29/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   25   26   27   28   29   30   31   32   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
90 
 
hətdən  bağlı  olduğu  əvvəlki   nəĢrlərin  davamı  kimi  nəzərdən  
keçirilir.  Dövri  nəĢrin  tematik  profilinin,  mövzu  dairəsinin  çərçi-
vələri ilə müəyyənləĢdirilmiĢ informasiyanın xarakteri onun oxucu 
ünvanı  ilə  də  bağlıdır.  Ġnformasiyanın  xarakteri  və  oxucu  ünvanı 
sərlövhəyə, tərtibatın xarakterinə və nəĢrin dövriliyinə təsir edir.  
Dövri nəĢrlər gündəlik, həftəlik, aylıq, rüblük kimi zaman in-
tervalında çap olunur. Dövri nəĢrlərin aĢağıdakı növləri vardır: 
Qəzet -  müəyyən edilmiĢ vaxt intervalı ilə çıxan, rəsmi  ma-
terialı əhatə edən aktual, siyasi, elmi və operativ dövri  nəĢrdir. Ti-
pindən  və təyinatından  asılı  olaraq,  nəĢr  həftədə 1-7 dəfə müx-
təlif tiraj və formatda çıxır. Qəzetlərin  xüsusi buraxılıĢları olur. 
Bülleten – hər hansı bir təĢkilatın rəsmi materiallarını  əhatə 
edir.  Dövri  bülletenlərin  daimi  rubrikasiyası  olur.    Bülletenlərin 
normativ, soraq, reklam, bülleten - xronika, bülleten-cədvəl, statis-
tik  növləri var. 
Təqvim  –  müxtəlifliyi  ilə  seçilir.  Dövriliyinə  görə    həftəlik, 
aylıq,  illik  ola  bilər.  Bundan  əlavə,  kəsilən,  aĢırma    və  kitab  tipli 
təqvimlər var. 
Referatda hər hansı bir problem yazılı, yaxud kütləvi Ģəkildə 
məruzə ilə qısa Ģərh olunur. 
Ekspress informasiya  –  cari aktual məqalələrin referatını  və 
analoji hadisələri özündə əks etdirən operativ məlumat nəĢridir. 
 
Jurnal  ictimai,  siyasi,  elmi  və  digər  məsələlərə  dair    məqalə 
və  referatları  əhatə  edən,  daimi  rubrikasiyası  olan  rəsmi  təsdiq-
lənmiş dövri nəşrdir. 
Müasir  nəĢriyyat  praktikasında  jurnalları  aĢağıdakı  növlərə 
ayırırlar:  elmi,  elmi-kütləvi,  istehsalat-praktiki,  kütləvi,  ədəbi-
bədii, referativ. 
Jurnalların oxucu ünvanı geniĢdir. Bu, oxucunun peĢəsindən, 
fəaliyyət  sahəsindən,  ixtisasından,  yaĢından,  cinsindən,  ümumi 
mədəni səviyyəsindən  asılıdır. 
 Oxucu ünvanına görə jurnallar iki qismə bölünür: 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
91 
 
1.
 
Kütləvi oxuculara istiqamətlənmiş jurnallar 
2.
 
Mütəxəssislərə yönəldilmiş xüsusi ixtisas jurnalları. 
Kütləvi  jurnallara  elmi-kütləvi,  ictimai-siyasi,  ədəbi-bədii 
jurnalları aid edirlər. Prinsipcə, onların kifayət qədər  geniĢ ünvanı 
konkret oxucu qrupları üzrə, məsələn, yaĢ, cins və hər hansı baĢqa 
əlamətlər  nəzərə  alınmaqla  fərqləndirilə  bilər.  Lakin  kütləvi  jur-
nalların oxucularını həmiĢə belə bir cəhət birləĢdirir ki, onlar jur-
nalın məzmununa münasibətdə mütəxəssis olmurlar
110
.   
Elmi-kütləvi  jurnallar  elm,  mədəniyyət  və  təcrübi  fəaliyyət 
sahələrində nəzəri və ya eksperimental araĢdırmalar haqqında mə-
qalə  və  materialları  əhatə  edir.  Bu  tip  jurnalların  funksional  təyi-
natı  elmi  dünyagörüĢünün  təĢəkkülünə  təkan  vermək,  oxucunun 
bilik  səviyyəsini    geniĢləndirmək,  elmin,  texnikanın,  mədəniyyə-
tin,  incəsənətin  nailiyyətlərini  kütləviləĢdirməkdir.  Elmi-kütləvi 
jurnallarda  praktik, əyləncə və ədəbi-bədii  xarakterli  materiallar  
da nəĢr olunur. 
Kütləvi jurnallar elmi-kütləvi jurnalara yaxındır. Kütləvi jur-
nallarda idman, məiĢət, mədəniyyət və s. məsələlərə dair material-
lar verilir və geniĢ oxucu auditoriyası üçün nəzərdə tutulur. Bu tip 
jurnallar həyatın müxtəlif sahələrini əhatə edir və tematikası geniĢ 
məsələlər dairəsini əks etdirir. 
İctmai-siyasi jurnal aktual ictimai-siyasi tematikalı  material 
və məqalələri əhatə edir. GeniĢ oxucu kütləsi üçün nəzərdə  tutu-
lur.  Bu jurnallarda satirik və yumoristik əsərlər, habelə müəyyən 
sahələrə  aid  olan  məlumatlar,  elmi-kütləvi  informasiya  da  dərc 
oluna bilər.  
                                                           
110
  Соловьев  В.И.,  Рябинина  Н.З.Редакторская  подготовка  периодических 
изданий: Учебное пособие. - М.: 1993.   
http://www.hi-edu.ru/e-books2/RedPodgotPeriodIzd/index.htm 
 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
92 
 
Ədəbi-bədii  jurnallarda  əsasən  müxtəlif  janrlara  aid  olan 
bədii ədəbiyyat əsərləri, publisistik və tənqidi məqalə və material-
lara yer alır. 
Kütləvi  jurnalların  təsvir  olunmuĢ  növləri  nəinki  kütləvi 
oxucunun  müxtəlifliyi  baxımından,  habelə  regional,  milli  təsisatı, 
həm  də nəĢr edən təĢkilatın mənsubiyyət  əlamətləri  üzrə fərqlən-
dirilə bilər. 
Mütəxəssislərə yönəldilmiĢ xüsusi (ixtisas) jurnallarının da-
irəsi  geniĢ  deyil.  Bu  cür  jurnalların  tipoloji  sərhədlərinin  müəy-
yənləĢdirilməsi  növlərin  yayğınlığının  qeyri-müəyyənliyi    üzün-
dən  mühüm  çətinliklər  ortaya  çıxır.  Xüsusi  rəsmi  informasiyanı 
yaymaq bu jurnalların məqsədini təĢ-kil edir.  
Xüsusi  jurnal  qrupunda  elmi  jurnallar  ayrıca  fərqləndirilir. 
Elmi jurnallar nəzəri tədqiqatlar haqqında məqalə və materialları, 
eləcə də, elmi iĢçilər üçün nəzərdə tutulmuĢ tətbiqi xarakterli ma-
terialları əhatə edir. 
Məqsəd təyinatından asılı olaraq, elmi jurnallar elmi-nəzəri, 
elmi-praktik və elmi-texniki növlərə ayrılır. 
Elmi-nəzəri jurnallar fundamental və tətbiqi elmlərin ən ye-
ni  nailiyyətlərini  əks  etdirir.  Bunlar  MEA-nın,  onun  filiallarının, 
sahə akademiyalarının, akademik elmi-tədqiqat qurumlarının, elmi 
cəmiyyətlərinin,  ali  təhsil  müəssisələrinin  jurnallarıdır.  Onların 
tərkibinə özündə ümumelmi, fundamental xarakterli informasiyanı 
əhatə edən jurnallar, müxtəlif sinifləri təĢkil edən çoxsaylı jurnal-
lar  da  daxildir.  Demək  olar    ki,  bütövlükdə  jurnalların  bu  qrupu-
nun  oxucuları  baĢlıca  olaraq  alimlər  və  yüksək  ixtisaslı  mütəxəs-
sislərdir. 
Elmi-praktik  jurnal  elmi  jurnalların  xüsusi  növünü  təĢkil 
edir.  Bu  jurnallar  peĢəkar  fəaliyyəti  elmi  araĢdırmaların  nəticələ-
rinə istinadlanan mütəxəssislər üçün nəzərdə tutulur, praktik təcrü-
bənin nəzəri səviyyədə anlaĢılmasını tələb edir və elmi nailiyyətlə-
rin  praktikaya  tətbiqi  ilə  bağlıdır.  Sözügedən  jurnallar  özlərində 
həm  də  tətbiqi  səciyyəli  nəzəri  materialları,  həm  də  sırf  təcrübi 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə