Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə26/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   22   23   24   25   26   27   28   29   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
80 
 
XV əsrdə yazıb-yaratmıĢ ġahi Səbzəvarinin “Divan”ının el-
mi-tənqidi  mətni  f.e.d. Kamil  Allahyarov tərəfindən hazırlanaraq, 
2007-ci  ildə  nəĢr  olunmuĢdur.  Belə  ki,  ġahi  “Divan”ının  dörd  əl-
yazma nüsxəsi hələ onun həyatda olduğu dövrdə yazılmıĢdır. ġahi 
divanının  elmi-tənqidi  mətninin  hazırlanmasında  bu  nüsxələrdən 
ikisi tədqiqata cəlb olunmuĢdur. Ümumiyyətlə isə, mətnin tərtibin-
də  on  bir  əlyazma  nüsxəsi  və  iki  çap  nüsxəsindən  istifadə  edil-
miĢdir. Ġstifadə olunmuĢ əlyazmaların bir-biri ilə müqayisəsindən 
və alınmıĢ nəticələrin təhlilindən aydın olmuĢdur ki, Ģeirlərin ço-
xunda ayrı-ayrı ifadələr və misralar müəllif tərəfindən sonralar bir 
daha təshih edilmiĢ, onlara yeni mənalar verilmiĢdir. Bunun nəti-
cəsində müxtəlif əlyazmalar müxtəlif müəllif düzəliĢlərini əks et-
dirirlər.  
Tənqidi  mətnin  tərtibinə  cəlb  olunmuĢ  əlyazmalar  müəllif 
düzəliĢləri əsasında qruplaĢdırılmıĢ, mətn ilkin redaksiya əsasında 
tərtib edilmiĢ, sonrakı redaksiyalar isə xəttatların səhvlərindən və 
düzəliĢlərindən  ayrılmıĢdır.  Beləliklə,  ġahi  “Divan”ının  elmi-tən-
qidi  mətnində  istifadə  olunan  bütün  nüsxələr  müəllif  redaksiyası 
əsasında 2 qrupa bölünmüĢdür: 
1.
 
Ġlkin müəllif mətnini əhatə edən əlyazmalar
2.
 
Sonrakı  redaksiyaları  əhatə  edən  əlyazmalar  və  Ġstanbul 
daĢbasma nüsxəsi.    
Məhəmməd  Füzuli  “Divan”ının  elmi-tənqidi  mətni  f.e.n. 
Hacı Mail Əliyev tərəfindən doqquz əlyazma nüsxəsi və iki qədim 
çap kitabının tekstoloji araĢdırılması və müqayisəsi yolu ilə hazır-
lanmıĢ  və  1996-cı  ildə  “ġərq-Qərb”  nəĢriyyatında  çap  olunmuĢ-
dur.  Kitabın  elmi  redaktorları  akademik  H.Araslı,  prof.  C.Qəhrə-
manov və f.e.d. M.Adilovdur.  
Füzuli  “Divan”ının  elmi-tənqidi  mətninin  hazırlanması  za-
manı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitututunda 
mühafizə olunan M – 236 Ģifrəli əlyazma nüsxəsi və Ġstanbul Uni-
versiteti kitabxanasında saxlanılan 5465 Ģifrəli əlyazma əsas götü-
rülmüĢdür.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
81 
 
Dahi Azərbaycan Ģairi Füzulinin “Leyli və Məcnun” əsərinin 
elmi-tənqidi  mətni  Ayna  Babayeva  tərəfindən  hazırlanmıĢ  və 
1996-cı ildə “ġərq-Qərb” nəĢriyyatında iĢıq üzü görmüĢdür. Kita-
bın redaktoru f.e.n. Hacı Mail Əliyevdir.  
Füzulinin  500  illik  yubileyi  münasibətilə  “Leyli  və  Məc-
nun”  elmi-tənqidi  mətni  ilk  dəfə  əski  əlifbada  oxuculara  təqdim 
olunmuĢdur. Elmi-tənqidi mətnin hazırlanması zamanı doqquz əl-
yazma  nüsxəsi  (Bakı,  Sankt-Peterburq,  London,  DaĢkənd  nüsxə-
ləri) və iki çap kitabından (1890-cı il Ġstanbul nəĢri və 1958-ci il 
Bakı nəĢri) istifadə olunmuĢdur. Tədqiqata cəlb olunmuĢ əlyazma 
mətnlərini müqayisə etdikdən sonra məlum olmuĢdur ki, bunların 
arasında Sankt-Peterburq nüsxəsinin mətni orijinala daha yaxındır. 
Ona görə də bu əlyazma nüsxəsi əsas nüsxə kimi qəbul edilmiĢ və 
elmi-tənqidi mətn onun əsasında tərtib olunmuĢdur.   
Süleyman Çələbi Bursalının  (?-1422) 1409-cu ildə tamam-
ladığı “Vəsilətün-nicat” adlı əsəri Yaxın və Orta ġərqdə, xüsusilə 
vətəni  Türkiyədə  ən  çox  sevilən,  oxunan  əsərlərdən  biri  sayılır. 
ġairin  AMEA  Əlyazmalar  Ġnstitutunda  mühafizə  olunan  onlarla 
əlyazması bu abidənin Azərbaycanda da geniĢ yayıldığını təsdiqlə-
yir.  Süleyman  Çələbinin  “Vəsilətün-nicat”  əsərinin  elmi-tənqidi 
mətni f.e.n. L.Süleymanova tərəfindən hazırlanmıĢ və 2006-cı ildə 
iĢıq üzü görmüĢdür. Əsərin elmi-tənqidi mətni doqquz nüsxə əsa-
sında  hazırlanmıĢdır.  Əsas  götürülmüĢ  əlyazma  ilə  müqayisədə 
baĢqa nüsxələrdəki  fərqlər, söz, ifadə, misra, beyt  fərqləri və on-
ların  yerdəyiĢmələri,  hər  səhifənin  sonundakı  çıxarıĢlarda  veril-
miĢdir.  Mətnin  ümumi  səhifələnməsindən  baĢqa,  əsərin  bölümlə-
rindəki beytlər ayrı-ayrılıqda nömrələnmiĢdir.   
Əlyazmalar Ġnstitutunda klassik abidələrimizin tədqiqi, elmi-
təndqiqi  mətnlərinin  hazırlanması  və  nəĢri  məsələləri  bu  gün  də 
davam etdirilməkdədir. Əlyazmalar Ġnstitutunun əməkdaĢları tərə-
findən  1950-ci  ildən  indiyə  kimi  nəĢr  olunmuĢ  əsərlər  haqqında 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
82 
 
məlumat  almaq  üçün  nəĢrlərin  biblioqrafiyasına  nəzər  salmaq  ki-
fayətdir
107

Əlyazmalar  Ġnstitutunda  nəĢr  olunmuĢ  monoqrafiyalar,  tər-
cümə  abidələri,  kataloq  və  biblioqrafiyalar,  transfoneliterasiyalar 
klassik irsimizin öyrənilməsinə qiymətli töhfədir. Bunların arasın-
da son illərdə nəĢr olunmuĢ f.e.d. M.Adilovun “Azərbaycan paleo-
qrafiyası”  (2010),  prof.  A.Musayevanın  “Əlyazma  kitabı  və  XV-
XVI  əsrlər  Azərbaycan  ədəbiyyatı”  (2002),  “Türkiyədə  yaranan 
Azərbaycan  ədəbiyyatı  və  Xəlilinin  “Firqətmanə”si”  (2010), 
“Bağdadda  yaranan  Azərbaycan  ədəbiyyatı  və  Ruhi  Bağdadi  di-
vanı” (2011), f.e.d. N.GöyüĢovun “Füzuli: düĢüncə və ruhun poe-
tikası”  (2012),  prof.  M.Nağısoylunun  “XVI  əsr  Azərbaycan  tər-
cümə  abidəsi  “ġühədənamə”  (2003),  “Əhmədinin  “Əsrarnamə” 
tərcüməsi” (2005), “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvami-
lüt-təbir” (2011), f.e.d. C.Nağıyevanın “Əbdürrəhman Cami əsər-
lərinin  Bakı  əlyazmaları”  (2009),  f.e.n.  P.Kərimovun  “XVII  əsr 
anadilli  Azərbaycan  lirikası”  (2011),  “XVII  əsr  anadilli  Azər-
baycan poeziyası” (2012) kimi çox dəyərli kitabların adlarını çək-
mək  mümkündür.  Qeyd  olunanlardan  əlavə  Əlyazmalar  Ġnstitutu-
nun əməkdaĢları tərəfindən müxtəlif əlyazmalar tərcümə və trans-
foneliterasiya olunaraq çap edilmiĢdir.  Bu  kitablardan  “ġeyx Səfi 
təzkirəsi”ni  (2006),  Mürtəzaqulu  xan  ġamlunun  “Divan”ını 
(2006), “Təsir Təbrizinin türkcə Ģeirləri”ni (2011), Sadiq bəy Əf-
Ģarın  “Türkcə  məktublar”ını  (2012),  “Kitabi-Battal  Qazi”  (2009) 
və digərlərini qeyd etmək olar.  
AMEA  Z.Bünyadov  adına  ġərqĢünaslıq  Ġnstitutunun  “Mən-
bəĢünaslıq və mətnĢünaslıq” Ģöbəsində yazılı abidələrinin öyrənil-
məsi, tərcüməsi və nəĢri sahəsində ciddi və məqsədyönlü tədqiqat 
iĢləri yerinə yetirilmiĢdir. Bu Ģöbədə mətnĢünaslıq sahəsində fun-
                                                           
107
 Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar Ġnstitutu nəĢrlərinin 
biblioqrafiyası (1950-2006). Bakı, 2007; Azərbaycan MEA Məhəmməd Füzuli 
adına Əlyazmalar ĠnstitutunəĢrlərinin biblioqrafiyası (1950-2010).  
www.elyazmalarinstitutu.com. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə