Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə22/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   ...   18   19   20   21   22   23   24   25   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
68 
 
Ģərhlər; 
qeyd; 
göstəricilər (Ģəxs adları, coğrafi adlar, terminlər və s.); 
lüğət; 
biblioqrafiya və s. 
Bəzən  kütləvi  nəĢrlər  ümumi  məqalələrlə,  yazıçıya  aid  bib-
lioqrafik oçerklərlə, publisistik giriĢlərlə və s. bu tipli materiallarla 
müĢayiət  olunmaqdadır  ki,  bunların  da  birbaĢa  mətnlərin  nəĢrinə 
aidiyyatı yoxdur.  
Arxeoqrafik  giriş  -  burada  əsərin  müəllifinin  qısaca  həyatı, 
yaradıcılığı və əsəri haqqında məlumat verilir, əsərin tədqiq tarixi-
nə nəzər salınır. Tədqiqata cəlb olunmuĢ əsərin əlyazmasının elmi 
paleoqrafik  təsviri  yer  alır.  Bundan  əlavə,  birinci  nəĢr  haqqında 
məlumat verilir.  
Mətnşünaslıq tədqiqatı  
Mətnin təqdimi qaydası - D.Lixaçov mətnin təqdimi qaydası-
nın hər bir nəĢrdə verilməsinin vacib olduğunu qeyd edir
100
. Mətn 
yığcam,  aydın  və  məlumat  almaq  üçün  əlveriĢli,  rahat  olmalıdır. 
Ayrıca  əsərlərin  nəĢrində  onların  arxeoqrafik  giriĢlə  birləĢdiril-
məsinə üstünlük verilir. Hər əsər üçün ayrıca arxeoqrafik giriĢlərin 
nəĢr  edildiyi  külliyyatların  nəĢrlərində  isə  mətnin  təqdimi  üçün 
qaydalar  məlumat  almaq  üçün  əlveriĢli  və  bütün  nəĢr  üçün  vahid 
olmalıdır
101

F.e.n. P.Kərimov Əlican Qövsi Təbrizinin “Divan”ının elmi-
tənqidi mətnini hansı prinsiplər əsasında tərtib etdiyini bu Ģəkildə 
təqdim edir
102

1. “Divan”ın hər bir nüsxəsinin orijinalıının hazırda saxlanıl-
dığı  yerə müvafiq  olaraq Tiflis nüsxəsi  T, London nüsxəsi  L,  Ġs-
tanbul nüsxəsi Y hərfləri ilə Ģərti iĢarələnmiĢdir.  
                                                           
100
 Лихачев Д. Текстология (краткий очерк). - Москва: 1964, с. 95. 
101
 Musabəyli A. Mətn bilgisi – mətnĢünaslıq. - Bakı: 2005, s. 94. 
102
  Kərimov  P.  Əlican  Qövsi  Təbrizi  “Divan”ının  tekstoloji  tədqiqi.  -  Bakı: 
2006, s. 102-103. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
69 
 
2. Nüsxələr arasındakı fərqləri göstərən izahat aparatı hər bir 
Ģeirin  altında  “Divan”ın  yazıldığı  dildə  (Azərbaycan  dilində)  və 
qrafikada (əski qrafikada) verilmiĢdir.  
3. Əgər müəyyən Ģeir hansı nüsxədə yoxdursa, həmin Ģeirin 
ilk  misrası  üzərində 
*
  (ulduz)  iĢarəsi  qoyulmuĢ,  çıxarıĢda  Ģeirin 
hansı nüsxədə olmaması qeyd olunmuĢdur.  
4. Əgər müəyyən beyt, misra, ifadə və ya söz hansı nüsxədə-
sə  yoxdursa  və  ya  baĢqa  cür  yazılmıĢdırsa,  həmin  beytin,  misra-
nın, ifadə və ya sözün üzərində əski yazıya müvafiq ərəb rəqəmlə-
ri qoyulmuĢ, çıxarıĢda münasib izahat verilmiĢdir. 
5.  Əgər  Ģeirin  ilk  beyti  hər  hansı  nüsxədə  yoxdursa  və  ilk 
misra və ya beyt ayrı-ayrı nüsxələrdə fərqlənirsə, birinci beytin so-
nunda 
*
  (ulduz)  iĢarəsi,  misranın  əvvəlində  isə  nüsxə  fərqlərini 
göstərmək  üçün  müvafiq  rəqəm  qoyulmuĢdur,  sonrakı  beyt  və 
misralarda da buna analogiya qorunmuĢdur. 
6.  Hər  bir  Ģeirin  əvvəlində  onun  təfiləsinin  göstərilməsinə 
cəhd edilmiĢ və bəzən qaranlıq məqamların tekstoloji konyektura-
sında həmin təfilələrə əsaslanılmıĢdır. 
7. Bir neçə oxunmamıĢ söz, ifadə və misranın yerində nöqtə-
lər düzülmüĢdür. 
Şərhlər. ġərhlər tekstoloji, dilçilik, tarixi-ədəbi, real (biblio-
qrafik,  tarixi  və  s.)  ola  bilər.  Ġstifadəni  asanlaĢdırmaq  məqsədilə 
müxtəlif  tipli  Ģərhlərin  birləĢdirilməsi  də  mümkün  sayılır.  ġərhin 
tipinin seçilməsi  ilk növbədə  əsərin səciyyəsindən, nəĢrin məqsə-
dindən asılıdır. 
ġərhlərin nisbətən mürəkkəb tipi – mətnĢünaslıq baxımından 
olanlardır.  Əgər  mətnin  tarixi  nisbətən  sadədirsə,  bu  zaman  onu 
tekstoloji  Ģərhlərlə  birləĢdirə  bilərik.  Ümumiyyətlə,  Ģərhlərin,  ar-
xeoqrafik  giriĢ  və tekstoloji  tədqiqatla  birləĢdirilməsi  və  ya ayrıl-
ması materialın xarakterindən, nəĢr tipləri və naĢirin səliqəsindən 
asılıdır.  Bundan  baĢqa  mətnĢünaslıq  Ģərhləri  qədim  abidələrin 
nəĢrlərində  adətən  səhifələrin  aĢağısındakı  nüsxə  fərqləri  bölü-
mündə verilə bilər. 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
70 
 
Qədim  və  orta  çağ  müəlliflərinin  külliyyatlarında  bütün  bu 
müĢayiətedici material tipləri vahid mətnĢünaslıq Ģərhində birləĢ-
dirilir və aĢağıdakı bölmələrə ayrılır: 

 
Bütün  əlyazma  və  nəĢr  nüsxələrinin  siyahısı  və  onların  sə-
ciyyəsi;  

 
Əsərin mətninin tarixi;  

 
Əsasa  qoyulmuĢ  mətn  və  onun  seçilməsinin  əsaslandırıl-
ması;  

 
Nüsxə fərqləri, təshihlər və düzəliĢlərin göstəriciləri. 
Tarixi-ədəbi Ģərh giriĢ məqaləsini təkrar və ya əvəz etməmə-
lidir.  ġərh  konkret  və  oxucuya  əsərin  ideya-bədii  tərəflərini  baĢa 
düĢməyə yardımçı olmalı, köməklik göstərməlidir. 
Tədqiqat Ģərhlərinin tərtibi asan iĢ deyil və yalnız mütəxəssi-
sə həvalə oluna bilər. YaxĢı  tədqiqat  Ģərhi ifadəcə aydın,  istifadə 
üçün rahat, əlveriĢli olmalıdır. ġərhin ayrı – ayrı məqalələri zahi-
rən  vahid  vəhdətlə  qurulmalıdır.  ġərhlərə  ümumi  ensiklopedik 
lüğətlər, dilçilik lüğətləri və sorğu kitablarında asan tapılan məlu-
matlar salınmamalıdır. ġərhlərdə təkrarlar olmamalıdır. Əgər mət-
nin  tez-tez  təkrar  olunan  yerləri  Ģərh  edilirsə,  Ģərhlər  əlifba  sırası 
ilə düzülməlidir. ġərhlərin ən böyük çatıĢmazlığı – Ģərh olunan ye-
rin  düzgün  seçilməməsidir.  Əksərən  asanlıqla  bərpa  oluna  bilən 
yerlər  də  Ģərh  edilir.  Lakin  mətnin  Ģərhçisinin  izah  etməyə  gücü 
yetməyən  yerlərinin  üzərindən  sükutla  keçilir.  Əgər  mətnin  hər 
hansı  bir  yeri  izaha  gəlmirsə,  bu  haqda  Ģərhdə  açıqca  bildirilmə-
lidir. 
Elmi nəĢrə yazılmıĢ Ģərhlər tədqiqi səciyyə daĢımalıdır. Az-
çox məlum əlamətlərin, xüsusiyyətlərin Ģərhinə və təqdiminə yal-
nız elmi-kütləvi nəĢrlərdə yol verilə bilər. 
ġərh  materialları  əksərən  abidənin  mətninin  ardıcıllığı  ilə 
yerləĢdirilir. ġərh olunan yerləri nəĢrlərin səhifə və sətirlərini gös-
tərməklə ayrıca baĢlıq altında vermək daha əlveriĢlidir
103

                                                           
103
 Musabəyli A. Mətn bilgisi – MətnĢünaslıq. – Bakı: 2005, s. 96. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə