Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə188/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   ...   184   185   186   187   188   189   190   191   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
Titanın sənaye
α+β
ərintiləri birfazalı ərintilərə nisbətən xeyli möhkəm olub, yaxşı
döyəclənir, ştamplanır və termiki emal olunurlar. Titan ərintiləri üçün termiki emal o qədər də
səmərəli olmadığından onları yalnız
α+β
strukturu saxlamaq şərtilə legriləməklə möhkəmlən-
dirirlər. Sənaye titan ərintilərinin kimyəvi tərkibi
cədvəl 5-
də verilmişdir.
BT5
ərintisi yaxşı deformasiya və qaynaq olunmaqla bərabər, həm də yaxşı korrozi-
yaya dözümlülüyə malikdir.Bu ərinti hidrogen kövrəkliyinə meyillidir və onu əlavə olaraq qa-
lay ilə legrilədikdə mexaniki və texnoloji xassələri yaxşılaşır.
BT6
ərintisi yaxşı mexaniki və
texnoloji xassələrə malik olub, termiki emaldan sonra möhkəmlənirlər.
BT14
ərintisindən qay-
naq konstruksiyalarını hazırlayırlar.Bu ərintinin tərkibində alüminiumun miqdarı
5,5%
-dən
aşağı olur.
BT14
ərintisindən ağır yüklənmiş və həmçinin
400
0
C
-də uzun müddət,
500
0
C
-də isə
qısa müddət işləyən hissələri hazırlayırlar.
BT8
ərintisi izotermiki yumşaltmadan sonra tətbiq edilir. Bu ərinti sürtünməyə qarşı
yüksək müqavimətə və uzun müddətli möhkəmliyə malik olduğundan
450-500
0
C
temperatur-
da odadvamlı material kimi istifadə edilir.
BT8
ərintisi pis qaynaq olunur və əsasən ştampla-ma
və döyəcləmə pəstahı kimi istifadə olunur.
Titan və onun ərintilərindən hazırlanmış hissələr yüksək xüsusi möhkəmlik və korro-
ziyaya davamlılıq tələb olunan yerlərdə tətbiq olunurlar.
Titan ərintilərindən təyyarələrin gövdəsini oradakı komprosserların dairəvi lövhələri-
ni, pərlərini, raket texnikasında mühərriklərin gövdələrini, sıxılmış və maye qaz balonlarını,
xlor və azot turşusu mühitlərdə işləyən avadanlıqları və s. hissələr hazırlayırlar.



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə