Metallurgiya və metalşÜnasliq kafedrasi fənn haqqinda məlumat. Metallarin



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə2/196
tarix26.12.2022
ölçüsü5,37 Mb.
#97902
1   2   3   4   5   6   7   8   9   ...   196
Materialşünaslıq Me ( 1 hissə)

METALLARIN TƏSNİFATI
Metallar çoxlu miqdarda xırda və bir-birlərinə nisbətən müxtəlif istiqamətlərdə yer-
ləşmiş kristallardan ibarətdir.Parlaqlığı olan ,döyülə bilən istiliyi və elektriki yaxşı keçirən
maddələrə metal deyilir.Bu xüsusiyyətlərinə görə də metallar qeyri-metallardan (kömür, şüşə və
s.) fərqlənirlər.Metallrda xarici elektronların nüvə ilə əlqəsi möhkəm deyildir.Buna səbəb onla-
rın xarici elektron təbəqələrində
1-2
elektronun
olmasıdır.Qeyri metalların xarici elektron
təbəqələrində isə
5-8
elektron olur. Ona görə də metallar. qeyri-metallarla reaksiyaya girərkən
öz xarici valentlik elektronlarını asanlıqla verə bilir.Hər bir metal biri-birindən quruluş və xas-
sələrinə görə fərqlənir.Metalları əsasən iki böyük qrupa ayırırlar:
-
qara metallar
-
əlvan metallar.
Qara metallar
bozumtul qara rəngdə olub, yüksək sıxlığa (qələvi torpaq metalla-
rından başqa) yüksək ərimə temperaturuna , nisbətən yüksək bərkliyə və əksər hallarda allot-
ropik çevrilmə qabiliyyətinə malikdir.Qara metalların tipik nümayəndəsi dəmirdir.
Qara metallar aşağıdakı yarımqruplara bölünür:
1).
Dəmir metalları qrupu -
Fe,Co,Ni
( ferromaqnit metallar).
2)
Yüksək ərimə temperaturlu metallar - bura ərimə temperaturu dəmirin ərimə temperatu-
rundan yuxarı olan metallar daxildir
. W,V,Nb, Zr,Cr
və s.
3).
Uran qrupu metalları – aktinoidlər.Bunlar atom energetikasında istifadə edilirlər.


METALLURGİYA VƏ METALŞÜNASLIQ KAFEDRASI
4.Az tapılan metallar qrupu - bura lantanoidlər ( La,Cz və s.)
5.Torpaq qələvi metallar - xüsusi hallardan başqa sərbəst metallik halında tətbiq olunmurlar.
Əlvan metallar adətən qırmızı, sarı və ağ rəngdə olub, yüksək plastikliyə, kiçik bərk-
liyə və aşağı ərimə temperaturuna malikdirlər.Onların nümayəndəsi mis-dir.
Əlvan metallara aşağıdakılar aiddirlər:
1). Yüngül metallar.Bura Be, Mg və Al aiddir.
2). Nəcib metallar Bu qrupa Ag ,Au,Pl və s. aid edilir.
3).Tezəriyən metallar.Bu qrupa Cu,Sn Pb və elementlər aid edilir.

Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə