Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə73/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   66   67   68   69   70   71   72   73   74

251 
 
verə  bilər.  Çünkü  insan  varlıqları  qonusunda 
müdax
ilə edən bütün amilləri doğruca və tam olaraq 
kontrol  etmək  mümkün  deyildir.  Bütün  amillər 
içində bir tək amil əksik və ya yanlış olursa, yanlış 
sonuclar ortaya çıxa bilər. Bu üzdən də tam və nəhai 
həqiqətə  varmaq  olmaz.  Yalnız  davranışlarımızda 
yüksək  düzeydə  dəqiq  olursaq,  təxmini  olaraq  ona 
yaxınlaşmaq olur.   

 
Başqalarının  düşüncələrini  kötü  özümüzünkünü 
yaxşıgörmə  çox  çirkin  alışqanlıqdır.  Bizim 
düşüncəmizi  qəbul  etməyəni  ölkə  düşməni 
adlandırmaq  xəstəlikdən  başqa  bir  şey  deyildir. 
Müxaliflərimizin  də  öz  görüşlərində  bizim  qədər 
şərafətli  olduqlarını  qəbul  etməliyik.  İddiasında 
bulunduğumuz  vətənsevərlik  duyqusunun  onlarda 
da olduğunu qəbul etməliyik.  

 
Bir çox adamların məni ümidsiz etdikləri doğrudur. 
Bir çoxları məni aldatmış və çoxlarının da yetərincə 
ləyaqətləri  olmamış.    Ancaq  onlarla  tanışlığımdan 
və  ilişkilərimdən  dolayı  peşman  deyiləm.  Çünkü 
qeyri—
əməkdaşlıq 
yolunu 
bildiyim 
kimi, 
əməkdaşlıq  yolunu  da  yaxşı  bilirəm.  İnsanların 
sözlərinə  inanmamaq  üçün  bir  səbəb  olmadıqca, 
onlara inanmaq bu dünyada 
ən  uyqun  yaşam 
yoludur.  

 
Gəlişmək 
istəyirsək, 
tarixi 
təkrarlamağa 
çalışmamalıyıq, 
yeni 
tarix 
yaratmalıyıq. 
Əcdadımızdan  bizə  miras  qalanlara  yeni  şeylər 
artırmalıyıq. Maddi dünyadakı gəlişmələr və kəşflər 
ruhi  dünyada  yenilgə  anlamına  gəlməməlidir. 
Təkrarların  və  istisnaların  artımı  ilə  yeni  qanunlar 
oluşdura  bilməzmiyik?  İnsanın  öncə  yırtıcı  heyvan 
olub, daha sonra insanlaşmasımı gərəkir? 


252 
 

 
Böyük  hədəflər  yolunda  mücadilə  aparanların 
sayılarının  bir  o  qədər  də  önəmi  yoxdur.  Önəmli 
olan  onların  qətiyətli  və  təyinedici  xasiyətləridir. 
Dünyanın  ən  böyük  insanları  yalnız  olmuşlar. 
Budda, İsa, Mohəmməd kimi böyük peyqəmbərləri 
düşünün!  Onlar  təkbaşına  hərəkətə  başlamışlar. 
Onlar, yalnız kəndilərinə və Tanrılarına inanmışlar. 
Tanrının  sürəkli  onlarla  olduğunu  düşündükləri 
üçün yalnızlıq hiss etməmişlər.  

 
Mitinqlər  və  kollektiv  örgütlər  düzənləmək  çox 
yararlı  işlərdi.  Hədəfə  çatmaq  üçün  yararlı  ola 
bilərlər. Ancaq çox qısıtlıca. Bunların hamısı keçici 
işlərdi.  Gerçəkliyi  oluşduran  yenilməz  inancdır. 
İnancın qığılcımları heç bir zaman sönməz.  

 
Hər hansı bir işi dəyərsiz sansanız da, onu ən yaxşı 
biçimdə  etməlisiniz.  ən  dəyərli  işləri  yapdığınız 
kimi, 
dəyərsiz  sandığınız  işləri  də  yapmalısınız. 
Çünkü kiçik işlərə görə insanlar sizə dəyər verərlər.  

 
Bütün həyatım mənə aydınlıq gətirməmişsə, Batıya 
baxışım  da  mənə  aydınlıq  gətirməyəcək.  Genəldə 
aydınlıq  Doğudan  parlamışdır.  Doğunun  aydınlıq 
birikimi  tükənmiş,  sönmüşsə,  Batıdan  aydınlıq  ala 
bilər.  Ancaq    aydınlıq  çürüklüyün  buxarları  deyil, 
gerçək  aydınlığın  sönüb  tükənəcəyini  sanmıram 
sanmıram.  Çocuq  olduğumda  aydınlığın  aydınlıq 
bağışlamaqla artdığını öyrəndim. Hər halda mən bu 
inanca  görə  davranmış  dədələrimin  mənəvi 
sərmayələri  ilə  işə  başlamışam.  Batıda  da  aydınlıq 
var isə, onu almama heç bir şey əngəl olmamalıdır. 
Yaln
ız  Batının  yalançı  parlaqlığının  etkisinə 
qapılmamalıyam.  Parlaqlıqla  aydınlığı  bir-birinə 
qarışdırmamalıyam.  


253 
 

 
Hər  şey  əski  isə,  daha  yaxşıdır  kimi  xürafi  bir 
inancın  tərəfdarı  deyiləm.  Öyləcə  də  hindəməxsus 
olan hər şeyin yaxşı olduğuna inanmıram.  

 
Doğruluğunu sezmədən hər əski olanın pərəstişkarı 
deyiləm.  Ən  əski  olsa  bilə,  əxlaqa  qarşı  olan  hər 
şeyi  kökündən  uçarmağa  qərarlıyam.  Yalnız  bu  işi 
çox  ehtiyatla  edərəm.  Əski  yaxşı  təsisləri  və 
yadigarları  sevdiyimi  etiraf  etməliyəm.  İnsanların 
m
odern  həyata  tələsərək  əski  olan  hər  şeyi 
aşağılamaları məni rahatsız edir.  

 
Gerçək  əxlaq  başqalarının  açdığı  yolla  getmək 
deyildir.  Gerçək  əxlaq  öz  yolumuzu  taparaq 
qorxmadan irəliləməkdir.  

 
Könüllü  anlaşılmayan  heç  bir  əməl  əxlaqi  ola 
bilməz. Davranışlarımız  makina sayağı və anlamsız 
olduqca,  əxlaqlılıq  söz  qonusu  ola  bilməz.  Bilincli 
olaraq yapılan və bir görəvin ürünü olan əməl əxlaqi 
sayıla  bilər.  Qorxu  və  ya  basqı  dolayısıyla  edilən 
əməl əxlaq özəlliklərindən yoxsun olur.  

 
Tənqid  ediləcək  şəxsi  və  ya  şəxsləri  içdən  sevə 
bilmək  şərti  ilə  insan  tənqidetmə  haqqını  və 
yetkisini  əldə  etmiş  olur.  Ayrıca,  tənqidin  qəbul 
edilməyəcəyi təqdirdə tənqidçi əsla üzülməyəcəyinə 
əmin  olmalıdır.  Hər  mövzunun  idrak  edilməsi  və 
aydınlanması 
üçün 
məhəbbətin 
gücündən 
yararlanmaq  lazım.  Böyük dözüm  və  məhəbbət 
olmazkən,  başqasını  tənqidetmə  yetkisi  əldə  edilə 
bilməz.  

 
Ya  “cinayət”  sözü  sözlüklərdən  silinməlidir,  ya  da 
hamımımız  cinayətkar  tanınmalıyıq.  Fahişə  bir 
qadının  daş-qalaq  edilməsi  üçün  “ilk  daşı  günahı 
olmayan adam atsın” söylənildiyində kimsə, fahişə 
qadına  cürət  edib  daş  ata  bilmədi.  Bir gün bir 


254 
 
məhbus  “bütün  insanlar  gizlincə  günahkar  və 
cinayətkardırlar”  demişdi.  Bu  söz  yarı  zarafata 
deyilsə də, öz içində dərin bir həqiqət daşımaqdadır. 
O zaman “cinayətkar” olaraq tanımlananların yaxşı 
insan kimi görülmələrinə imkan sağlamaq lazımdır. 
B
u sözü söyləmənin çox asan və ona əməl etmənin 
çox  çətin  olduğunu  bilirəm.  Ancaq “Qita”da 
söylənilən  əmrdir.  Əslində  bütün  dinlər  də  bunu 
tövsiyə etmişlər.  

 
İnsan  azad  olduğu  və  azadlıqdan  istifadəetmə 
yolunu  bildiyi  üçün  öz  yazqısını  yaratmaqda 
azaddır.  Ancaq  işlərinin  nəticəsini  heç  bir  zaman 
kontrol altına ala bilməz.  

 
Yaxşılıq  bilinc  və  bilgi  ilə  bir  yerdə  olmalıdır. 
Bilincsiz  və  bilgisiz  yaxşılığın  heç  bir  anlamı 
yoxdur. 
İnsan  sezgi  özəlliyini  ruhi  cəsarətlə  bir 
yerdə  özündə  qorumalıdır.  Həssas qonularda insan 
harda susub 
harda  danışacağını,  harda  əməl  edib 
etməyəcəyini  bilməlidir.  Böylə  durumlarda  əməl 
etmək və ya etməmək bir-birinə zidd olmaq yerinə 
bir-birini tamamlarlar.  

 
Tanrının  yaratdığı  canlı  və  cansız  nə  varsa, 
hamısının yaxşı və kötü olan yönləri var. Əfsanəvi 
bir quş süt qabına düşər. Boğulmamaq üçün sürəkli 
çabalayıb durar. Onun bu çabalamaları hesabına süt 
kərə yağına dönüşər və quş boğulmaqdan qurtular. 
Ağıllı  bir  insan  da  hər  sahədə  yaxşılıqları  öyrənib, 
kötülükləri buraxacaqdır.  

 
Qırx il öncə idi. Çox ağır ruhi gərginlik içində idim. 
Şübhələr  canımı  yandırıb-yaxmaqda idi. O zaman 
Tolstoyun “
Tanrının  sənin  içindəki  səltənət 
bölgəsi”  adlı  kitabını  oxudum.  Bu kitab ruhumu 
sakitləşdirirdi.  O  zamana  qədər  mən  də 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə