Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə72/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   66   67   68   69   70   71   72   73   74

247 
 
və  öyrətmənlərimdən  söz  dinləyən  biri  olmuşam. 
Evladlığın  önəmli  görəv  olduğunu  yaxşı  bilirəm. 
Ancaq  Tanrı  qarşısındakı  görəvliliyi  hər  şeydən 
üstün bilirəm.  

 
Mən  xəyalcı  bir  adam  deyiləm.  Haqqımda  ortaya 
atılmış  müqəddəslik  dedi-qodularının  heç  birini 
qəbul etmirəm. Göylərdən gəlmiş biri deyiləm. Yer 
adamları kimi, mən də fani biriyəm. Mən də sizlər 
kimi,  bir  çox  əksik  yönləri  olan  adamam.  Ancaq 
mən  dünyanı  görmüşəm.  Açıq  və  görər  gözlərimlə 
dünyada  yaşamışam.  Bir  adamın  sərgüzəşti  olacaq 
ən çətin sınavları başımdan keçirmiş və özüm üçün 
dəmir disiplinlər oluşdurmuşam.  

 
Öz  görüşlərimdə  boşuna  israrcı  olmaq  istəmirəm. 
Mən  doğruluq  yandaşıyam.  Dəyişik  pozisionlarda, 
ancaq  doğru  bildiyim  nədirsə,  onu  edərəm.  Bu 
qonuda  daha  öncə  söylədiklərimi  nəzərə  almaq 
istəmirəm.  Gündəlik  təcrübələrimdə  görüşlərim 
aydınlığa qovuşur. Bilərək və anlayaraq dəyişdiyim 
yönlərim  açıqca  görünməkdədir.  Ancaq  görünməz 
dəyişiklikləri görə bilmək üçün yaxşıca və dəqiqcə 
sezə bilən gözlər gərəkir.  

 
Öz  görüşlərimdə  israrcı  olduğumu,  ya  da 
olmadığımı  təsəvvür  edənlər  mənim  üçün  önəmli 
deyil. 
Kəndim üçün həqiqətin yolunu seçmişəm. Bu 
yolda  çox  kərə  bir  çox  düşüncələrimi  ləğv  etmiş, 
etibarsızlaşdırmışam. 
Böyləcə, 
çox 
şeylər 
öyrənmişəm.  Çox  yaşlanmama  baxmayaraq,  iç 
evrilişimin, iç gəlişməmin durduğunu sanmıram. İç 
evrilişimin  ölümlə  də  bitməyəcəyinə  inanıram. 
Mənim üçün önəmli olan Tanrım sayılan həqiqətin 
çağrılarını hər an dinləyə bilməkdir.  


248 
 

 
Bir şey yazarkən, daha öncə nə yazdığım haqda əsla 
düşünmürəm.  Bir  qonu  haqda  yazmaq  istərkən, 
Görüşlərimi  daha  öncəki  düşüncələrimlə  uyumlu 
etmək  kimi,  amac  söz  qonusu  olamaz.  Görüşlərim 
daha öncəki düşüncələrimlə deyil, o ankı həqiqətlə 
uyum içində olmalıdır. Bu durum sürəkli olaraq bir 
həqiqətdən başqa yeni həqiqətə adlayışla sonuclanır. 
Hafizəmi  rahat  buraxıb  ona  basqı  uyqulamıram. 
Ayrıca,  indiki  yazımla  əlli  il  öncəki  yazımı 
qiyaslamaq  istərkən,  aralarında  uyumsuzluq 
olmadığını  görürəm.  Kimsə  mənim  yazılarımda 
uyumsuzluq  görərsə,  ən  son  yazılarımdakı 
düşüncələrimə  diqqət  etsə,  daha  yaxşı  olar.  Kimsə 
də  mənim  daha  əski  yazılarımla  öz  görüşlərini 
örtüşmüş  olaraq  görüb  onu  qəbul  edə  bilər.  Böylə 
bir  seçim  yapmadan  öncə  diqqət  etməlisiniz  ki, 
zahirən fərqli görünən yazılar arasında bir iç uyum 
var, yoxsa yox? 

 
Sözcük  qullanaraq  könülsüz  dua  etməkdənsə,  söz 
qullanmadan  könüllə  və  içdən  dua  etmək  daha 
yaxşıdır.  

 
Qeyri—
əməkdaşlıq mücadiləmin arxasında ən kötü 
düşmənlərimlə  bilə,  əməkdaşlıq  etmək  düşüncəsi 
saxlıdır. əksik və qüsurlu yaradılış olan və Tanrıdan 
sürəkli mərhəmət diləyən mən böylə düşünürəm ki, 
islah və ruhi qurtuluşa hər kəs vara bilər.  

 
Mənim  qeyri—əməkdaşlıq  mücadilə  yöntəmim 
nifrət 
və 
kindən 
deyil, 
məhəbbətdən 
qaynaqlanmaqdadır. Şəxsi məzhəbim nifrət etməmi 
önləyir. Kim olursa olsun, ən kötü adama bilə, nifrət 
etmək  mənim  şəxsi  məzhəbimin  ilkələrinə  ziddir. 
Mən bu sadə nəzəriyəni 12 yaşımda ikən, ilk oxulda 
oxuduğumda  bir  dərslik  kitabımdan  öyrəndim.  O 


249 
 
gündən indiyə qədər bu inanc içimdə gündən-günə 
sarsılmaz  olmuş.  Hər  gün  ruhumu  sararaq  içimdə 
mutluluq  qaynağına  dönüşmüş.  Bir  fərd  üçün 
keçərli  olan,  bir  millət  üçün  də  keçərlidir. 
Bağışlama  duyqusu  nə  qədər  geniş  ölçüdə  olursa 
olsun,  yenə  də  çox  deyil.  Hər  zaman  bağışlama 
düşüncəsini ağlımızda daşımalıyıq. Zəif, iradəsiz və 
kinli bir insan heç 
bir zaman bağışlamanın necə bir 
nemət olduğunu anlaya bilməz. Bağışlamanın insan 
ruhunda  doğurduğu  mutluluqdan  xəbərdar  olamaz. 
Bağışlama,  böyük  və  güclü  insanlaraməxsus  bir 
işdir, zəiflərin işi deyildir.  

 
Əzabçəkmənin bir sınırı var. Əzabçəkmə ağıllıca və 
ya axmaqca ola bilər. Əzabçəkmə həddini aşdığında 
ağıllıca  deyil,  axmaqca  olur.  Axmaqlığın  zirvəsinə 
çatdırar.  Həqiqət  altundan,  qorxmazlıq  şəhrətdən, 
məhəbbət  və  sevgi  məncillikdən  daha  artıq  dəyər 
qazandığında  bir  millət  ruhani  millət  ola  bilər. 
Evlərimizi,  saraylarımızı,  məbədlərimizi  zənginlik 
görüntülərindən  təmizləyərək,  yerinə  əxlaqi 
görünüm  yerləşdirdiyimizdə  hərbi  düzənin 
xərclərinə ehtiyac qalmadan hər tür düşmən güclərə 
qarşı çıxa bilərik.  

 
Hindistanın  tarixdən  silinməsini  istərəm,  ancaq 
onun az
adlığını  həqiqətin  fəda  edilməsi  qarşısında 
istəmərəm.  

 
Şən  təbiətim  və  zarafatcıl  yönüm  olmasaydı,  çox 
öncələr intihar etməli idim.  

 
Mənim  fəlsəfəmə  görə  (fəlsəfə  adlandırmaq 
mümkünsə) heç bir dış etkən bizim amacımıza zərər 
verə  bilməz.  Amacın  özü  yanlış  olduğunda  zərər 
görərik. Ya da hədəf doğru olsa da, bu hədəfə doğru 


250 
 
yürüyüşümüzdə dürüst olmaz, kinli olursaq, yenə də 
zərər görərik.  

 
Bütün  sahələrdə  bəşər  toplumunun  ən  şərif  və  ən 
nəcib duyqularına xitab etmək istəyirəm. Bu üzdən 
Tanrıya  və  insan  doğasına  olan  inancımı  qoruya 
bilirəm.  

 
Mən  istədiyim  kimi  olsaydım,  kimsə  ilə  ilətişimə, 
dialoqa  ehtiyacım  qalmazdı.  Bu  durumda  mənim 
söylədiklərim  birbaşa  qəbul  edilərdi.  Qonuşma  və 
dialoqa  da  ehtiyacım  qalmazdı.  İradəm  bəklənilən 
sonucu doğura bilərdi. Ancaq mən böyük təəssüf və 
kədərlə  əksik  yönlərimin  olduğunu  etiraf 
etməliyəm.  

 
Ağıl  və  məntiq  yanlıları  təqdirə  layiqdirlər.  Ancaq 
ağıl  yanlısı  olan  məktəb  mütləq  qüdrət  sahibi 
olduğunu iddia edərsə, o zaman qorxunc bir kabusa 
dönüşər. Ağıla mütləq güc imkanları tanımaq da bir 
tür  bütpərəstlikdir.  Bu,  bir  parça  daşı  Tanrı  sayıb 
sitayiş etməyə bənzər. Mən ağlı yox etmək fikrində 
deyiləm.  Ağlı  qutsalca  və  təmizcə  yönləndirən 
vücudumuzdakı 
olağanüstü 
gücü 
tanıtmaq 
istəyirəm.  

 
Bütün  sahələrdəki  reformlarda  şəxs  geniş 
araşdırmalarla  çalışmalıdır.  Bu  yolla  öz  işində 
uzmanlığa vara bilər. Doğruluğu qəbul edilmiş olan 
bütün  islahatçı  hərəkətlərdə  aymazlıq  (cəhalət)  ya 
nisbi  yenilgiyə,  ya  da  tam  uğura  səbəb  olmuşdur. 
Çünkü pərdələr arxasında gizlənən yalançı və adını 
isl
ahatçı  qoyan  hər  hansı  plan  bu  ada  layiq  ola 
bilməz.  

 
İnsan  varlıqları  ilə  bir  işlər  yapmaq  istədiyimizdə 
quru  müqayisəli  yöntəmlər  bizi  yanlış  məntiqlərə 
sürükləməklə yetinməz, bəzən də çox ağır nəticələr 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə