Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   66   67   68   69   70   71   72   73   74

243 
 
budur ki, 
biz  təcavüzdən  daha  çox  ölümdən 
qorxuruq. 
Sırf  bu  üzdən  də  bizdən  daha  güclü 
olanlara təslim oluruq. Təslim duyqusunu oluşduran 
ölüm duyqusudur. 
Bu  üzdən  bəziləri  təcavüz 
qarşısında diz çökərlər. Bəziləri rüşvət və yalana əl 
atarlar. 
Bəziləri  güclülərin  əmri  üzərinə  qarınları 
üstündə  sürünərlər.  Bəzi  qadınlar  isə,  ölmək 
istəmədikləri  üçün  bədənlərini  təslim  edərlər.  Mən 
bunları  insan  ruhunda  qüsur  aramaq  üçün 
yazmıram.  Bəşər  doğasını  təsvir  edirəm.  İngilis 
hərbçilərinin basqısı üzərinə hindlilər qorxularından 
qarınları üstündə sürünür və ya qadınlar bədənlərini 
basqı  qarşısında  təslim  edirlərsə,  bütün  bunlar 
insan
ın  həyata  bağlılığından  və  ölüm  qarşısındakı 
qorxusundan  qaynaqlanır.  Yalnız  öz  həyatından 
keçməyi  başaranlar  həyatı  qurtara  bilirlər.  Həyatı 
dəyərləndirə  bilmək  üçün  onun  aldatmacalarından 
vaz  keçmək  gərəkir.  Bu,  bizim  doğamızın  bir 
parçası olmalıdır.  
Məncə,  aqressiv  işlər  üçün  heç  bir  hazırlıq 
gərəkmir.  Bütün  hazırlıqlar  qeyri-aqressivlik üçün 
olmalıdır.  Çünkü qeyri—aqressivlik  üçün  yüksək 
əxlaqi  özəllik  və  cəsarət  gərəkməkdədir.  Qadınlar 
özlərini  savunma  araclarından  yoxsunlarsa, 
üzərlərində  silah  daşıya  bilərlər.  Bu  üzdən 
qadınların  sürəkli  “üzərimizdə  silah  olsunmu, 
olmasınmı?”  sorularının  anlamı  yox.  Insan  doğal 
biçimdə azad və müstəqil olmağı öyrənməlidir.  

 
Bu 
qonu  Amerikan  qadınlarına  özgü  olmalıdır. 
Onlar  nə  qədər  cəsur  olduqlarını  dünyaya 
göstərməlidirlər.  Amerikan  qadınları  kişilərin  boş 
vaxtlarının  əyləncə  aracları  olmamalıdırlar.  Sizlər 
azadsınız,  barışın  bəkçisi  ola  bilərsiniz.  Qərbi  və 


244 
 
dünyanı  təhlükəyə  sürükləyən  lazımsız  bilgilərə 
qarşı  çıxmalısınız.  Amerikan  qadınları  qeyri—
aqressivlik  elmini  yayqınlaşdırmalıdırlar.  Çünkü 
bağışlama  sizlərin  qadınlıq  doğanızdadır.  Kişiləri 
kor-
koranə təqlid etməklə nə kişi ola bilərsiniz, nə 
də  özünüz.  Bu  öykünmələrlə  Tanrının  verdiyi 
nitəliklərinizi  də  eyitə  bilməzsiniz.  Qeyri—
aqressivlik duyqusunu Ta
nrı  kişilərdən  daha  çox 
qadınlara  vermişdir.  Bu güc çox etkilidir. Çünkü 
səssiz  bir  gücdür.  Qadınlar  İncilin qeyri—aqressiv 
və  barışcıl  çağrılarının  uyqulayıcıları  olmalı.  Yetər 
ki,  qadınlar  öz  yüksək  pozisionlarını  dürüstcə 
anlasınlar.
*
 

 
Hind  qadınları  və  kişiləri  haqda  inancım 
sarsılmazdır. Hind qadınları və kişiləri aqressivliyə 
əl  atmadan  cəsurca,  ölümlə  qarşılaşa  bilirlər.  Hind 
qadınları  və  kişiləri  üçün  silahların  bir  anlamı 
yoxdur. 
Onlar  İngiltərənin  bütün  silahlanmalarına 
qarşı  gülüb  keçərlər.  İstiqlal  və  özgürlük  sevgisini 
silahlarla  söndürmək  olmaz.  Çox  dürüstcə,  bir 
savaşa  başlamışıq.  Bu  savaş,  yalnız  Hindistanın 
qurtuluşu  üçün  deyil,  bütün  dünyaya  xidmət 
ülküsünü 
içərməkdədir.  Bu  savaşda  qadınlar  öncül 
və  öndər  ola  bilərlər.  Çünkü  qadınlar  fədakarlığın 
və özünü fədaetmənin canlı örnəkləridir.  
 
 
 
 
 
Müxtəlif qonular 
 
                                                 
*
 
Bu qismi Amerikalı jurnalist bir qadına müsahibəsində söyləmişdir.  


245 
 

 
Gələcək haqqında bir şey söyləyə bilmərəm. Günün 
sorunları ilə uğraşmağı tərcih edirəm. Bir an sonranı 
öz  kontrolumda  tutma  gücünü  Tanrı  mənə 
verməmişdir.  

 
Məni  sadəlövh,  boş  işlərlə  uğraşan  və  axmaq 
adlandırmışlar.  Yəqin  ki,  bu  ləqəblərə  uyqunam. 
Çünkü  hara  getsəm,  yalnız  özüm  kimi  adamları 
cəzb edə bilirəm.  

 
Mənim böyüklüyümün ətrafımdakı səssiz və inanclı 
kişilərdən  və  qadınlardan  asılı  olduğunu  dünya 
bilməməkdədir.  

 
Özümü  xəstəhal  adam  kimi  tanıyıram.  Ən  sadə 
mövzuları  anlaya  bilmək  üçün  başqalarından  daha 
çox  zaman  sərf  edirəm.  Ancaq bunu özüm üçün 
sorun olaraq görmürəm. İnsanın zehni gəlişməsinin 
bi
r  həddi  var.  Yalnız  insan  könlünün  nəcib 
xasiyətlərinin gəlişməsinə sınır qoyula bilməz.  

 
Həyatımda  düşüncə gücünün ikinci dərəcədə etkisi 
olduğu  doğrudur.  Mən  etkiləyici  biri  deyiləm. 
“Tanrı  iman  əhlinə  ehtiyacları  qədər  zehni  imkan 
verər”  deyimi  mənim  üçün  keçərlidir.  Hər  zaman 
yaşlı, ağıllı—imanlı kişilərə inanmışam. Ən gerçək 
və  dərin  inancım  isə,  həqiqətə  olmuşdur.  Mənim 
yolum  nə  qədər  zahirən  çətin  görünsə  də,  özüm 
üçün asan olmuşdur.  

 
Bəzən  mənə  xitabən  edilən  nitqlərdə  uyqunsuz 
sifətlərlə məni anımsayırlar. Bu, məni üzür. Bu kimi 
sifətlərlə  məni  tanımlamaq  nə  söyləyənlər  üçün 
uyqundur,  nə  də  mənim  üçün.  Onlar  gərəksiz  yerə 
və  bilməyərəkdən  məni  aşağılayırlar.  Mən  də  bu 
sifətlərə  layiq  olmadığımı  etiraf  etmək  zorunda 
qalıram.  Ayrıca,  bəzi  sahələrdə  bu  sifətlər  doğru 
olsa  bilə,  onları  dilə  gətirmənin  bir  anlamı  yox. 


246 
 
Çünkü  bu  sözlərin  dilə  gətirilişi  mənim  içimdəki 
yaxşı  xasiyətlərin  gücünü  artırmır.  Özümə  diqqət 
etməzsəm, bu adlar və sifətlər məni yoldan çıxarıb 
kontrolumu poza bilər. Kimsə yaxşı bir iş görürsə, 
dilə  gətirilməməsi  daha  yaxşıdır.  Yaxşı  iş  görəni 
təqdir  etmənin  ən  doğru  yolu  onun  yaxşı  işlərini 
təqlid etmək, onun kimi davranmaqdır.  

 
Hədəf sürəkli bizdən qaçıb uzaqlaşar. Nə qədər çox 
gəlişsək,  bir  o  qədər  başarısızlığımızı  anlarıq. 
Önəmli  olan  hədəfə  çatmaq  deyil,  hədəf  yolunda 
çalışmalar  və  irəliləmələrdi.  Daha çox çabalamalar 
hər zaman daha çox uğrular gətirər.  

 
Əfsanəvi  şuvaliyə  qəhrəmanları    kimi,  sürəkli 
hərəkətdə  olaraq  hər  yerdə  insanların  çətinliklərini 
ç
özməyi görəvim olaraq sanmıram. Alçaqkönüllücə 
çalışmalarım  xalqa  kəndi  sorunlarını  kəndilərinin 
necə çözə biləcəklərini anlatmaqdır.  

 
Siyasətlə  uğraşmağım  qabarıqca  görünürsə, 
siyasətin  bizi  ilan  kimi  sarmasından  dolayıdır. 
Istəsək də siyasətin dışında qala bilmərik. Bu üzdən 
də bu ilanla savaşmaq istəyirəm.  

 
Toplumsal  reformlar  yolundakı  fəaliyətlərim  siyasi 
fəaliyətlərimdən heç də əksik və ya ona tabe deyil. 
Gerçək  olan  budur  ki,  siyasi  fəaliyət  olmadan 
toplumsal 
fəaliyətlərim 
bir 
sonuca 
vara 
bilməyəcəyindən,  siyasətlə  uğraşmaq  zorunda 
qalıram.  Toplumsal  işlərimə  yardım  ola  biləcək 
düzeydə  siyasətlə  uğraşmağı  tərcih  edirəm.  Bu 
açıdan toplumsal reformların və nəfsi arındırmanın 
mənim  üçün  siyasi  fəaliyətlərdən  daha  üstün 
olduğunu etiraf etməliyəm.  

 
Dörd  oğul  atasıyam.  Mümkün  olan  ən  yaxşı 
biçimdə  onları  yetişdirmişəm.  Atamdan, anamdan 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə