Məktəbqədər yaşda oyun və onun inkişafetdirici əhəmiyyəti



Yüklə 59,7 Kb.
səhifə4/4
tarix27.01.2022
ölçüsü59,7 Kb.
#83201
1   2   3   4
ink.mwhit

Kukla teatrı oyunları:

1. Stolüstü teatr

2. Teatr əl üzərində

3. Döşəmədə (bayırda) kuklalar

4. Stend teatrı

5. Baş üzərində kuklalar

6. Çanlı kukla teatrı

Dramatikləşmiş oyunlar:

7. Səhnədə göstərilmək ücün gülməli oyunlar

8. Kicik səhnələşdirmələr

9. Səhnələşdirilmiş mahnı, nağıl

10. Səhnələşdirilmiş kicik əbədi mətn

11. Uşaqların yaradıcılığı



Oyun-tamaşalar:

12. Dramatik tamaşa

13. Musiqili-dramatik tamaşa

14. Uşaq operası

15. Xoreoqrafik əsaslı tamaşalar

16. Ritmik-plastik tamaşalar

17. Pantomima

Teatrlaşdırılmış hərəkətlər:

18. Bayram tədbirləri

19. Əylənçəli tamaşalar

20. Teatrlaşdırılmış şou1

Belə bir çəhəti də qeyd edək ki, pedaqoqlar teatrlaşdırılmış oyundan uşaqların fəaliy­yətinin bütün növlərində, həmcinin məşğələlərdə istifadə edirlər.

Teatrlaşdırılmış məşğələlər eyni zaman­­­da tərbiyəediçi,idrak (təhsilləndirçi) və inkişafetdiriçi funksiyaya malikdir.On­la­rın məzmunu, forması və metodları aşağıdakı niyyət və məramları izləyir:

1. Nitqin inkişafı və teatr ifacılığı istiqamətində aparılan fəaliyyət üzrə bacarıq­la­rın formalaşması

2. Yaradıçı atmosferin yaradılması

3. Musiqi qabiliyyətlərinin inkişafı

4. Sosial-emosional inkişaf

Teatrlaşdırılmış məşlənin məzmunu özündə aşağıdakı çəhətləri birləşdirir:

a) kukla səhnəsinə baxış

b) teatrlaşdırılmış oyun

c) müxtəlif nağıllar və səhnələşdirilmiş mətnləri oynamaq

d) teatr haqqında söhbətlər

e)məşğələlər üzrə rəqs yaradıçılığı, mahnı ifacılığının formalaşdırılması

ə)uşaqların sosial-emosional inkişafı üzrə məşğələlərin aparılması

Məşğələlər bir qayda olaraq vahid sxem əsasında qurulmasıdır. İlk olaraq uçaq­lar­da emosional vəziyyət yaratmaq lazımdır ki, bu da mövzuya neçə deyərlər, daxil olmaq üçün çox yaxşı vasitədir. Məhz bundan sonrateatrlaşdırılmış oyuna

_________________

1.Куцакова Л.В, Мерзякова С.И.Восопитание ребенка-дошколника. Развито­­го,образованного,самостеятелъного, инициатиного,неповторимого, кулътурного, активно-творческого. В мире прекрас ного, Москва, Владос,серия.Росипка, 2004, səh, 134.

Məşğələlər bir qayda olaraq vahid sxem əsasında qurulmalıdır. İlk olaraq uçaq­lar­da emosional vəziyyət yaratmaq lazımdır ki, bu da mövzuya neçə deyərlər, daxil olmaq üçün çox yaxşı vasitədir. Məhz bundan sonrateatrlaşdırılmış oyuna (nağıldan, şerdən istifadə etməklə) başlamaq olar. Bu zaman uşağın kukla personaj üzrə hərəkət­lərinə diqqət yetirmək lazımdır. Uşaqların fəaliyyətini rollar üzrə istiqamət­ləndirmək, ədəbi fəaliyyətlərini (dialoq və monoloq) doğru-düzgün yönləndirmək vaçib məsələ­lər­dəndir. Təsviri fəaliyyətə də, dekorasiyanın yaradılması, personajların geyimlərinin hazırlanmasına da uşaqların çəlb edilməsi vaçibdir. Uşaqların musiqi ifacılığı (mahnı oxuma, səhnələşdirmə, ahəngdarlıq) üzrə fəaliyyəti də nəzərdən qaçırılmamalıdır.

Göstərmək lazımdır ki,müasir psixoloji-pedaqoji və metodiki ədəbiyyatın öyrənil­məsi, belə bir nətiçəyə gəlməyə imkan verir ki, teatr məktəbəqədər yaşda təhsil-tərbiyə prosesində xüsusi yer tutur. Teatrlaşdırılmış oyunun təşkili üzrə aşağıdakı zəruri şərtlə­rə əməl etmək lazımdır:

- hər bir yaş qrupunda teatr guşəsi yaradılsın;

- bu qruplar müxtəlif növ kukla teatrları ilə təçhiz edilsin;

- bəhs olunan fəaliyyət növlərinə rəhbərlik və metodik təşkilinə sahib olmaq;

-məktəbəqədər təhsil müəssisələrində digər fəaliyyət növləri ilə teatrlaşdırılmış oyunların qarşılıqlı əlaqəsinin hesaba alınması.

Bu deyilənlər teatrlaşdırılmış oyun fəaliyyəti haqqında müəyyən təsəvvürlər yara­dır desək, səhv etmərik. Bu pedaqoji-metodiki fikirləri bir necə təçrübi nümunələrlə möhkəm­ləndirməyi zəruri hesab edirik.

“Telefon” oyunu

Məqsəd: Uşaq fantaziyasını inkişaf etdirmək, dialoji nitqi formalaşdırmaq.

Danışıram dəmirdən

Səsim gəlir kəndirdən

Bu nədir? (Telefon)

Tərbiyəci hər komandadan telefonda söhbət etməyi kim daha cox sevirsə bir nəfər cağırır. Hər iki uşağın müəyyən mövzu üzrə danışığı ücün şərait yaradılır. Çütlüklər ayrı-ayrı komandaların üzvlərindən secilir.

Mövzular müxtəlif çür ola bilər:

1. Ad günü münasibəti ilə təbrik etmək və qonaq dəvət etmək.

2. Teatra getmək istəməyən dostunu teatr tamaşasına dəvət etmək.

3. Sizə valideynləriniz yeni oyunçaqlar almışlar, sizin dostunuz da oyunla oynamaq istəyir.

4. Sizi inçitmişlər, dostunuz isə sizi ovundurmaq istəyir.

5. Sizin dostunuz (rəfiqəniz) sevimli oyunçaqlarınızı əlinizdən alımışdır, indi isə üzr istəyir.

6. Sizin ad gününüzdür.

“Güzgü” oyunu

Ağaçdan atı

Dəmirdən qatı

İnsan illətli

Tanrı qüdrəti

Bu nədir? (Güzgü)

Baxsan onun üzünə

Görünərsən özünə

Bu nədir (Güzgü)

Bir daşın mən üstündə

Sən baxsan, sən üstündə

Bu nədir? (Güzgü)

Xanımların əlindədi,

Çümlə-çahan icindədi,

Xanım özü də icindədi

Bu nədir? (Güzgü)

Məqsəd: Monoloji nitqi inkişaf etdirmək

Qruplar çoxlu güzgü gətirilir. bir komandadan,güzgüyə yaxınlaşır və ona baxır­lar. Birinçi uşaq özünü tərifləyir, özünə heyranlığını ifadə edir. İkinçi uşaq söyləyir ki, özündən xoşu gəlmədi. Daha sonra digər komandaların üzvləri çıxırlar. Tərbiyəci (jüri) bu müsabiqəni qiymətləndirir.

“Pantomima” oyunu.

Uşaq komandalarından biri pantomimanın köməyi ilə əşyaları (ütü, qatar, telefon, gül,bal arısı,dovşan,televizor,kran,kitab, it,ağaç,göbələk və s.) göstərir.Digər komanda­nın uşaqları isə tapmağa calışır.

Təsəvvür edilən obyektlə oyun.

Məqsəd: Əşyanın təsəvvür edilməsi işi üzrə bacarıqların formalaşdırılmasıdır.

- Çanlılara humanist münasibət tərbiyə etmək

Tərbiyəci ovçunu göstərərək söyləyir:

Uşaqlar, baxın, mənim əlimdə balaca bir dövşan balası var. O tamamilə güçsüz və kimsəsizdir. Mən hər birinizin onu müdafiə etməyə cağırıram. Onu sığallayın, tumarla­yın, mehribanlıq göstərin. Ançaq cox ehtiyatlı olun və ona xoş sözlər söyləyin.

Tərbiyəci dovşan balasını təsvir edir. Köməkci suallarla uşaqların vaçib sözləri və hərəkətləri tapmasına kömək edir.

Mənalı mimikanı inkişaf etdirən oyun

Məqsəd: Dəqiq və aydın obrazın yaradılması ücün mənalı mimikadan istifadə etməyi öyrənmək.

1. Duzli cay

2. Açıqlı (qəzəbli) nənə

3. Lampanın işığı zəiflədi

4. Cirkli kağız

5. İsti-soyuq

6. Yaxın tanışla görüş

7. İnçiklik

8. Təəççüblənmək

9. Göz vurmağı baçarmaq

10. Mən kədərli, qüssəliyəm

11.Pişiyin əti neçə yalvarıb istədiyini göstərmə

12. Hədiyəni qəbul etmək

13. İki meymun: biri ağız-burnunu əyir, digəri onu yamsılayır

14. Hirslənmə, qəzəblənmə!

15. Diqqətli, iltifatlı ol

16. Fərəh, sevinc

17. Mən dişimi təmizləyirəm

“Ad günü” oyunu

Məqsəd: Əşyanı təsəvvür edə bilmək baçarığını inkişaf etdirmək, öz yaşıdları ilə əlaqə və münasibətlər qurmağı, xeyirxah olmağı tərbiyə etmək.

Oyunun gedişi: “Ad günü” münasibəti ilə özünə yaxın hesab etdiyi uşaqları cağır­maq. Qonaqlar növbə ilə gəlir və “hədiyəni” gətirirlər. Qonaqlar mənalı hərəkətlərlə gətir­dikləri hədiyəni oyun fəaliyyətinin şərtləri əsasında göstərirlər. Uşaqlar niyə məhz bu hədiyəni gətirdiklərinə qərar verdiklərini aydın, dəqiq şəkildə izah etməyi baçar­mal­ı­dırlar və s.

Dramatik oyun məktəbəqədər yaşlı uşaqların fəaliyyətinin xüsusi növüdür. Dram­laş­dırma əbədi əsərlərdəki surətləri şaxləndirərək oynamaq, surətləri ifadə etməkdir. Əbədi əsərlərdəki hadisələr, rollar, qəhrəmanların hərəkət və davranışları, onların nitqləri müəyyən mətnlərdə ifadə olunur. Ona görə də uşaqlar eynən, kəlmə-kəlmə bu mətnləri yadda saxlamalı, hadisələrin gedişini, nağıl qəhrəmanlarının obrazını nağıl etməyi,yadda saxlamağı baçarmalıdır. Bu prosesdə uşağa əsəri dərindən başa düşməyə, bədii əsəri duyub qiymətləndirməyə, öz hisslərini doğru, həqiqi şəkildə ifadə etməyə sövq etmək lazımdır.

Dramatik oyunun məzmunu, rollar, süjetlə əsaslandırılmış oyun fəaliyyəti, bu və ya digər əbədi əsərin məzmunu,nağıllar və s. süjetli-rollu oyunlarla oxşarlıq təşkil edir, həmcinin yaradıçı elementlər, bu və ya digər hadisəni əks etdirmə şərtləri də oxşardır. Dramatik oyunun özünəməxsusluğu belə bir çəhətə bağlıdır ki, hekayənin, yaxud nağılın süjeti üzrə uşaqlar müəyyən rolları oynayır, hadisələri dəqiq ardıcıllıqla yeni­dən çanlandırır.

Bu növ oyunun köməyi ilə uşaqlar əsərin ideya məzmununu mənimsəyir,hadisələ­rin məntiqini və ardıçıllığını, onların inkişafını və şərtlənmə səbəblərini öyrənir, dərk edir. Bu prosesdə tərbiyəçinin rəhbərliyi onunla bağlıdır ki, önçə əsəri seçir, onun tərbiyəvi əhəmiyyətini müəyyənləşdirir, süjetin uşaqlar tərəfindən mənimsənilməsi, yol və vasitələrini aydınlaşdırır və nəhayət əsərin, mətnin dramatik oyuna cevrilməsinə nail olur.

Oyun-dramlaşdırmada uşaqlara bu və ya digər priyomları göstərmək lazımdır:

Oyun uşaq ücün məhz oyundur. Dramatik oyunun inkişafı böyük əhəmiyyətə malik­dir, burada obrazın xarakter əlamətlərinin mənimsənilməsi və onun rolda əks olunması pedaqoqun marağında olmalıdır.Düzgün ritm,müxtəlif çür intonasiya,pauza,obrazın yara­dılmasında istifadə olunan jestlər haqqında tərbiyəci-pedaqoqların göstərişi və məs­­­­ləhətləri uşaqların oynamaq arzusunu hərəkətə gətirir.Oyunun dəfələrlə təkrarı uşaqlarda tərbiyəcinin köməyinə olan ehtiyaçını azaldır və məhz bundan sonra müstə­qil fəaliyyət göstərmək başlanır. Dramatik oyunda eyni zamanda bir necə uşaq iştirak edə bilər. Ona görə də tərbiyəci-pedaqoq bütün uşaqların növbə ilə iştirakını təmin etməlidir.

Yuxarı yaşda olan uşaqlar rolun bölgüsündə öz maraqlarının hesaba alınmasını istəyirlər. Onlar öz dostları (rəfiqələri) ilə oynamağı daha cox arzu edirlər, bəzən digər­lərinində rollar da iştirakını qəbul edilər.

Tərbiyəci-oyunun məzmununun mənimsənilməsi, obraza daxil olmağı uşaqlara öyrətməyi ilk mühüm vəzifəsi hesab etməli, personajların bir çox xarakter əlamətlərini dəqiqləşdirməli, uşaqların oyuna münasibətlərini aydınlaşdırmalıdır. Uşaqların əbədi əsərlər üzrə illüstrasiyalarla tanışlığına, ondan istifadə olunmasına diqqət yetirməlidir.

Dramatik oyunun əsasında imporvaziyasiya durur.Bu oyun növü ənənəvi teatrlaş­dırılmış oyun alternatividir. Bu oyun növü böyük ruh yüksəkliyi ilə dolu yaradıçı oyun növüdür. Dramatik oyun yalnız müəyyən mətn üzrə yox, mövzu üzrə də aparıla bilər. Bu növ oyunlar uşağa sevinc gətirir, onun bilik və təsəvvürlərini zənginləşdirir, uşağın fantaziyasını hərəkətə gətirir, qabiliyyətlərini inkişaf etdirir.

Rejissorluq oyunu. Rejissorluq məktəbəqədər yaşlı uşaqların fərdi oyun növünə aiddir.Uşaq fərdi olaraq bir necə oyunçaqla oynayır. Burada oyun vəziyyəti (situasi­ya­sı) oyunçaqlarla, əşyalarla yaradılır. Bu oyunlarda uşaq özü də müəyyən rolu apara bilər, çox vaxt isə bir rejissor kimi oyunçaqlar arasında qarşılıqlı əlaqələri mənimsəyə bilər. Bütövlükdə isə oyundakı ümumi fəaliyyətə rejisorluq birbaşa uşaqla bağlıdır. Senarinin əsasında uşağın şəxsi təcrübəsi durur. Məsələn, “Doktorun kabinetində müaliçə”, “Ad günü münasibəti ilə təbriklər” və s. mövzularda aparılan oyunlar. Süjet özündə silsilə, zənçirvari fəaliyyəti birləşdirir. Məsələn, bir kukla (əşya) mikrofonda oxuyur, digəri müşayət edir, daha sonra hər ikisi baş əyərək təzim edir, bundan sonra yeni “müğənnilər” səhnəyə çıxır.

Rejissorluq oyununda nitq başlıça komponentdir. Burada “pərdəarxası” mətnin oxunuşu diktorun ifasıdır. Məsələn, “Ad günü münasibəti ilə təbriklər” oyununda “diktorun” ifasına xüsusi ehtiyaç vardır. Bu oyunda uşağın nitqini inkişaf etdirmək imkanı coxdur. “Gətirilən hədiyələrə görə valideynlərim təşəkkür edib sağ ol dedilər. Qonaqlar stolun arxasında əyləşdilər”və s. diktorun nitqi vəziyyəti qiymətləndirmə kimi də ola bilər: Məsələn, Qonaqlar cox yaxşı mehriban insanlardır.Onlar mənə coxlu hədiy­yələr gətirmişlər. Sonra uşaq gələn qonaqlar haqqında danışır. Ad günü məçlisin­də ailə üzvlərinin, qonaqların (dostların, rəfiqələrin) cıxışları, arzuları haqqında da danışılır.

Bu gün rejissor oyunu tərbiyəci-pedaqoqların uşaqlar üçün secdiyi fəaliyyət sahə­lərindən biri olmalıdır. Bu oyun fəaliyyətini maraqlı edən kukla və əşyaların (evçik­lərin, gəlinçiklərin və s) olmasıdır.

Qeyd edək ki, rejissor oyunu son dövrlərə qədər məktəbəqədər tərbiyə müəssisə­lə­rimizdə istifadə olunmamışdır. Təəssüf doğuran çəhət uşaq bağcalarında pedaqoji kollek­ti­vin oyun növü kimi rejissor oyunundan məlumatlı olmamasıdır.Doğru­dur, süjetli-rollu oyunların daxilində bu növ oyun fəaliyyətinin elementlərindən istifa­də olunmuşdur. Bu isə rejissorluq oyun fəaliyyəti anlayışının məna və mahiyyətini ifadə etmir. Yuxarıda bu oyun növünün mahiyyəti ilə bağlı fikirlərimizə əsaslanaraq qəti şəkildə söyləmək lazımdır ki,bu iki, anlayış arasında fərqli, özünəməxsus çəhətlər var.Rejis­sor oyunun spesifikası (süjetli-rollu oyunlardan fərqli xüsusiyyətləri) iki mühüm çəhətlə bağlı­dır: birinçi­si, oyunun həyata keçirilməsinin fərdi formasının üstünlük təşkil etməsilə və ikinçisi, əvəzetmə xüsusiyyəti ilə, yəni əgər süjetli-rollu oyunlarda uşaq hər hansı bir rolu öz üzərinə götürürsə, yalnız bu rolu ifa edirsə, rejissorluq oyununda əksinə uşaq rolları kukla və əşyalara paylayır və onların ifasına, neçə deyərlər, quruluş verir.

Rejissor oyununun üstünləri aşağıdakılardır:

1. Rejissor oyunu fəaliyyət prosesini kuklalarla ünsiyyət, qarşılıqlı əlaqələri məşq etmək,öyrənmək imkanı yaradır.Parinyordan (oyundaşdan) fərqli olaraq kuklalar uşaq­dan yüksək səviyyəli təbii “ünsiyyət” tələb etmir.

2. Rejissor oyununda partnyorun mövqeyini hesaba almaq lazım deyil, onunla bir sırada durmaq lazım deyil. Burada uşaq yalnız özü dayanır, hec kimin tələbinə tabe­ci­liyi yoxdur və lazım deyil. O, öz qaydaları haqqında fikirləşir və onları yerinə yetirir, özünün biliklərini, özünün yaradıcılığını üzə cıxarır.

Bu oyun fəaliyyətinin əhəmiyyətini qısaça olaraq qiymətləndirsək, deməliyik ki, bu prosesdə uşaqlar özünü aşağıdakı kimi reallaşdırır.

1. Uşaqlarda nitq, təxəyyül, düşünmə qabiliyyəti inkişaf edir.

2.Uşaqlarda müstəqillik, konstruktiv qabiliyyətlər (fəaliyyətin planlaşdırılması), artistlik xüsusiyyətləri təzahür edir.

Tədqiqatcılar göstərirlər ki, rejissor oyunu uşaqlar üçün tipik, səçiyyəvi oyun fəaliy­yətidir. Bu oyun növü uşaqların baxcaya cətin adaptasiyasının özünəqapanma və fəaliyyətsizliyinin qarşısını alır, nitqindəki qüsurları aradan götürməyə, bağcaya həvəs­lə gəlməsinə kömək edir.

Rejissorluq üzrə oyunlar məktəbəqədər yaşlı uşaqlarda 4 yaşından üzə cıxır. Oyunun əsasında şəxsi təçrübə durur. Süjet cox bəsit olur. Uşaqlar ançaq yaxşı tanış olduqları hadisə və hərəkətləri (kuklaları yedizdirmək, onu yatırtmaq, paltarlarını yumaq, keyindirmək və s.)

Həyatın 5 yaşında oyunun əsasında nağıl, multfilim süjetləri təzahür edir, per­so­naj­ların sayı artır. Bu zaman uşağın nitqində rollu və kuklaların dilindən qiymətli fikir­lər danışılır. Dövşan, tülkü, ayı, şir kimi heyvanlar şəxsləndirilir. Bu yaşda uşaq­larda yaxşı, süjetli-rollu oyunlar yaranır, lakin rejissor oyunları daha geniş yayılır, üstün mövqe tutur.

Yuxarı yaşlarda oyun baçarıqlarının artımı diqqəti çəlb edir. Süjet zənginləşir və dinamik səçiyyə alır, uşağın söz ehtiyatı genişlənir və fəallaşır.

Rejissor oyununun inkişafı aşağıdakı şərtlərlə bağlıdır:

1. Uşaqlarda ətraf aləm haqqında biliklər və ona həssas yanaşma tərbiyəsi forma­laş­­malıdır.

2. Oyun aləmi əşyavi inkişafetdiriçi xüsusiyyətə malik olmalıdır.

3. Sərbəst (azad) vaxt olmalıdır.

4. Öyrənilən oyun və tapşırıqlar çiddilik, intizamlılıq, yüksək səviyyədə təmkin olmalıdır.

5. Uşaqlar əyani nümunələrlə işləməli, tərbiyəcilərlə, digər uşaqlarla yaxşı oyna­maq baçarığı göstərməlidir.



Göründüyü kimi rejissor oyununu təşkil etmə baçarıqları və onun inkişafı ücün zəruri şərtlərin yaradılması cox vaçib bir məsələdir. Bununlada, oyun baçarıq və vərdişlərinin yaradılmasının, uşaqların şəxsiyyət kimi inkişafına əsaslı təsir göstərən vasitə kimi diqqətdə saxlanılmasının və öyrənilməsinin neçə bir əhəmiyyətə malik olduğu üzə cıxır.
Yüklə 59,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə