Məktəbqədər yaşda oyun və onun inkişafetdirici əhəmiyyəti



Yüklə 59,7 Kb.
səhifə2/4
tarix27.01.2022
ölçüsü59,7 Kb.
#83201
1   2   3   4
ink.mwhit

Süjetli-rollu oyunlar

Oyun spesifik uşaq fəaliyyəti kimi eynicinsli deyildir. Hər bir oyun növü uşağın inkişafında öz funksiyasını yerinə yetirir. Məktəbəqədər yaşlı uşaqların oyun fəaliyyəti üç böyük dərəcədə qruplaşdırılır:

1. Oyun uşağın təşəbbüsü üzrə baş verir, yəni oyun öz fəaliyyət əsasında meydana gəlir.

2. Oyun, yaşlıların təşəbbüsü üzrə həyata keçirilir, onlar təhsil və tərbiyə məqsədlərinə xidmət edir.

3. Oyun tarixi ənənələrindən, xalqın-etnosun min illər boyu qoruyub saxladığı adətlər əsasında yaranır ki, bu da əksər vaxt yaşlıların təşəbbüsü ilə tətbiq edilir.

Hər bir dərəcə (təsnifat) üzrə oyun öz növbəsindən müəyyən növlərə və yarım növlərə bölünür. Oyunun birinci dərəcəsindəki növlər aşağıdakılardan ibarətdir:

1. Eksperimental oyunlar və süjetli özfəaliyyət oyunlar.

2. Süjetli-təhsilləndirici oyunlar.

Süjetli-rollu, yaxud teatrlaşdırılmış oyunlar öz məzmununa görə uşağın idrak fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu dərəcəyə mənsub oyunlar intellektual təşəbbüslərin inkişafı üçün olduqca məhsuldar hesab olunur. Burada uşağın yaradıcılığı çox aydın şəkildə təzahür edir ki, yeni oyun vəzifələri, biri-birini əvəz edir, uşağın təkmilləşdir­mə və müəyyən vəzifələrdən baş çıxarma keyfiyyətləri inkişaf edir. Bu zaman yeni fəaliyyət növləri və motivlər yaranır.

Məhz oyun uşağın öz təşəbbüsü üzrə meydana gəlir, ətraf gerçəklik haqqında materiallar üzrə biliklər praktik formada düşünülür.Və beləliklə, uşağın təcrübi həyatında təəssürat­ları və hissləri xüsusi əhəmiyyətə malik olur. Aparıcı fəaliyyət sahəsi kimi özfəaliyyət daha aydın şəkildə görünür. Oyunda özfəaliyyətin məzmunu uşaq fəaliyyətinin digər növlərinə əsaslı təsir göstərir və yaşlılarla ünsiyyətin məzmununu dərinləşdirir və zənginləşdirir.

Süjetli-rollu oyunlar tədqiqatlarda süjet və məzmununa görə aşağıdakı kimi mənalan­dırılır:

Oyunda süjet elə bir gerçək aləmdir ki, oyun prosesində modelləşir, yenidən hasil edilir, təsviri verilir. Uşaq oyunlarının süjetinin ümumi tipologiyası məişətlə, istehsalla və sosial süjetlərlə bağlıdır. Məişətə aid olan süjetli oyunlar ailədə, uşaq bağçasında istifadə olunur. Bu oyunlarda uşağı yaxınların həyatında baş verən müxtəlif hadisələr modelləşdirilir (istirahət, gəzinti, ad günlərinin keçirilməsi, nahara hazırlıq və s).

İstehsalatla bağlı olan süjetli oyunlar istehsalat fəaliyyəti çərçivəsində cəmiyyətin sosial münasibətlər sistemində fəaliyyət istiqamətidir.İstehsalatla bağlı olan süjetli oyunlar tikinti işləri, xəstəxana, maqazin, məktəb, qatar və s. ilə əlaqədardır.

İçtimai-siyasi süjetli oyunlar ilk növbədə hərbi-tarixi mövzularda, həmçinin dövlət orqanları-Ali məclis, ekoloji məhkəmə, yol polisi və s. mövzularla bağlıdır.

Digər oyun növləri kimi süjetli oyunlarda uşaq şəxsiyyətinin inkişafında mühüm vasitələrdən biridir. Müstəqillik və təşəbbüskarlıq bu oyun növünün xarakter xüsusiy­yətidir. Süjetli-rollu oyunlar da uşaq həyatının bir hissəsidir. Oyunun bu ənənəvi növü nəsildən- nəslə ötürülmüş, özünün baza elementini-tarixiliyi qoruyub saxlaya bilmişdir.

Azərbaycanda hələ qədim dövrlərdən uşaq marağına uyğunlaşdırılmış süjetli-rollu oyunlar meydana gəlmişdir. Bu cür oyunlar içərisində “Moza-moza”, “Papaq aldı qaç”, “Xan bəzəmə”, “Hoqqabaz”, “Qurd oyunu”, “Tənbəl qardaş”,“Qodu-qodu”,“Koca-koca”,“Baca-baca”,“Əlüstə kimin əli”,“Gizlənpaç”,“Yel baba”və başqa­larını göstərmək olar.

Filologiya elmləri doktoru, professor Füzuli Bayatin tədqiqatlarından aydın olur ki, Azərbaycan oyun mədəniyyəti haqqında hələ erkən orta əsrlərə aid mənbələrdə maraq doğuran fikirlərə rast gəlmək mümkündür. IX-XII əsrlərdə yaşamış Yaxın Şərq alimlərindən Kəsvəri və Əl-Biruninin, dahi azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində xalqımızın mərasim şənlikləri, oyunları, onların mənşəyi, məzmunu barədə müəyyən məlumatlar vardır. Xalqın yaratdığı oyunlar haqqında məlumatlara, nağıl və dastanlarımızda, Avropa və Asiya səyyahlarının əsərlərində, onların gündəlik və səfər təəssüratlarında lazımi məlumatlar əldə etmək olar. Orta əsrlərdə Azərbaycana gələn səyyahlardan Övliya Cələbi, Çozefa Barbara “Hoqqabaz”, “Qurd oyunu” kimi bir çox oyunların tamaşaçısı olmuş, onlar barədə ətraflı məlumat vermişlər.

Xalq yaradıcılığında uşaq folklorunun tərkib hissəsi olan süjetli-rollu oyunlardan müasir dövrdə də istifadə olunur. Məsələn, bir çox süjetli oyunlar kimi “Qodu-qodu” oynu da bu gün uşaqların sevimli oyunlarından biridir.Bu oyun növü qədim zamanlar­dan aramsız yağan və əkinə-biçinə ziyan vuran yağışın kəsməsi üçün keçirilirdi. Oyun­da qadın formasında kuklalar düzəldilir, yağışın altında qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxunur, onu öyürdürlər.Oyunu musiqiçilər müşayət edirdilər. Adətən, Qodunu günəşin rəmzi kimi qırmızı parçaya büküb günəşin çıxmasını azulayırdılar. Bununla yağışın kəsməsini diləyirdilər.

Bir cəhəti də qeyd edək ki, folklor aləmi-insanın təbiətlə xüsusi münasibətidir. Bu münasibətlərin harmoniyası təbiətlə insanın birliyini, qarşılıqlı əlaqələrini özündə əks etdirir. Xalq bayramları, mövsümü adət-ənənələri bu işdə xüsusi əhəmiyyətə malikdir. Bayramlar uşaqların və yaşlı nəslin oyunda birgə, fəal iştirakını təmin edir, tərbiyəvi və inkişafetdirici istiqaməti ilə seçilir.“İlin fəsilləri və Azərbaycan uşaq folkloru” möv­zu­sunda süjetli-rollu oyun qurmaq üçün folklorumuzun neçə böyük imkanlara malik olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu mövzuda xalq yaradıcılığı nümunələri kifayət qədərdir.

“İlin fəsilləri və Azərbaycan folkloru” oynunu aşağıdakı silsilə ilə qurmaq olar:

Mövzu 1. Xalq ədəbiyyatında insan və təbiətin birliyi ideyası. Burada folklorda təbiət hadisələrinin canlandırılması, onlara canlı mövcudat kimi baxılması başlıca şərtdir. Bu zaman çalışmaq lazımdır ki, uşaqlar özlərini təbiətin bir hissəsi və təbii hadisələrin iştirakçısı kimi hiss etsinlər.

Mövzu 2. Bahar (Novruz) bayramları və adətlər. Bu fəsil gözəllik və xoş əhval-ruhiyyə doğuran fəsildir. Təbiətdə böyük dəyişikliklər baş verir-təbiət canlanır, torpaq isinir, ağaclar oyanır,“Novruz”(yeni gün) gəlir, gül-çiçək açır, əkin-tikinin işləri başlanır. Baharın gəlişi xalqımızın min illər boyu yaradıb yaşatdığı, mərasimlər, oyunlarla zəngindir. “Səməni”,“Papaq atma” və onlarca süjetli oyunlar uşaqlarımızın ruhunu oxşa­yır, onlarda bu oyunlarla yaşamağa həvəs, maraq oyadır.

Mövzu 3. Mifoloji yaşayışla bağlı oyunlar. Burada ilk növbədə ailə mədəniyyəti ilə bağlı mifik düşüncələr, ailə başcıları, ailənin mühafizəsi haqqında mifoloji mətnlər­dən istifadə fayda verər. Xüsusilə rituallar haqqında süjetli-rollu oyun qurmaq uşaq­la­rın mənəvi aləminin, milli hissi və düşüncəsinin inkişafına əsaslı təsir göstərə bilər.

Mövzu 4.Təsərrüfat-əkinçilik üzrə süjetli-rollu oyunlar. Bu növ oyunlar uşaqlarda əməyə düzgün münasibət formalaşdırmaqda xüsusi yerə və mövqeyə malikdir. Əkinçi­lik, heyvandarlıq haqqında şifahi xalq ədəbiyyatı nümunələri bu işdə xüsusi fayda verə bilər.

Məktəbəqədər təhsildə müasir mövzularda süjetli-rollu oyunlarda böyük əhəmiy­yət daşıyır. Bu mövzular rəngarəng, uşaqların gündəlik həyatında qarşılaşa bilcəyi mövzulardır. Müşahidə və təhlillərimiz göstərir ki, tərbiyəçi-pedaqoqlar uşaqların marağına səbəb olan və bu işə həvəslə qoşulanları nəzər alıb bu tip mövzulara xüsusi fikir verirlər. Lakin bu işdə həmişə uğur qazanıldığından danışmaq olmaz. Bu tip mövzulardan bir necəsinin təşkili, aparılması metodikasından bəhs etməyi lazım bilirik:

“Uşaq bağcası” oyunu

Məqsəd: Bağçanın həkim, tibb bacısı, paltaryuyan, yemək hazırlayan, gözətçi, süpürgəçi və başqa işçiləri haqqında uşaqların biliklərini möhkəmləndirmək. Onlarda əməyə hörmət və maraq tərbiyəsi. Yaşlıların əməyinə hörmət və onlara kömək etmək hissi tərbiyə etmək.

Oyun materialı: Kukla oyun qab-qacaqğı, tibbi “alətlər”, telefon, digər əşyalar müavin əvəzi və s.

Oyuna hazırlıq: Həkimin otağına ekskursiya “Uşaq həkimi” oyunun təşkili üçün əvəzedicilərin təqdim edilməsi. Uşaqların əməyinin təşkili, “ağların və mələfələrin” yuyulması. Kuxnaya ekskursiya. Mövzunun çəkilişi.

Oyun rolları. Həkim, tibb bacısı, tərbiyəçi, müdir, musiqi işçiləri, dayə, aşpaz.

Oyunun gedişi: Oyunun başlanğıcında tərbiyəçi qabaqcadan işlər aparır.Uşaqlarla birgə tibb kabineti, kuxna, zal, müavinin kabinetini gəzir, tibb bacısı, həkim, aşbaz, paltaryuyan, onların işi haqqında müdirlə söhbət aparır. “Bizim bağçada kim və necə işləyir”. Ekskursiya zamanı alınmış biliklər ümumiləşdirilir. “Gün rejimi”də oyunun planına daxil edilir. Həmçinin uşaqlar bağca haqqında hekayə və şerlər oxuyur və oyunun zəruri atributlarını hazırlayır: kukla, qab-qacaq, həkim üçün alətlər və digər əşyalar. Daha sonra tərbiyəçi uşaqlara müstəqil işləməyi təklif edir, əgər uşaqlarda oyuna marağın səviyyəsi yüksək deyilsə, tərbiyəçi oyunun bərabər hüquqlu iştirakcı kimi cıxış edə bilər. Oyunda birinci dərəcəli və ikinci dərəcəli məsələlər ayırd edilməsi, oyunda vaçib dəyişikliklərin aparılması və s. işlərdə tərbiyəçi-pedaqoqun vəzifə səlahəyyətinə bağlıdır. Uşaqlar arasında rollarda tərbiyəçinin təklifi əsasında ola bilər; “Həkim”, “tibb bacısı”, “tərbiyəçi”, “müdir müavini”, “musiqi işciləri”, “aşpaz”, “dayə”.

vaxtki bütün rollar bölündü, tərbiyəçi oyunun başlanmasına içazə verir.

Tərbiyəci: “İndi kuklaları oyatmaq, sonra səhər yeməyinə oturmaq lazımdır”, “Dayə kuxnaya gedib və səhər yeməyini gətirməlidir”, “Səhər yeməyindən sonra həki­min yanına gedib yoxlanmaq lazımdır”.

Yeməkdən sonra “həkim” və tibb bacısı”diqqətlə hər bir uşağa baxır və məsləhət­­lər verir.Bir uşaq xəstələnir və “tərbiyəçi”valideynlərin telefonuna zəng edir: “Sizin uşaq xəstələnmişdir, onu bağcadan götürmək lazımdır”, “Uşaqların” tibbi müayinəsin­dən sonra “musiqi məşğələləri”nə getmək lazımdır.

Oyunun gedişində tərbiyəçi sujetin düzgün inkişafını izləyir, münaqişələri aradan qaldırır, məsləhətlər verir, uşaqların arzularını dinləyir, yeni mövzuların hazırlanması işində nələrə və neçə diqqət yetirmək haqqında düşünür.

“Məktəb” oyunu

Məqsəd:Oyunun sujetini yaradıcı inkişaf etdirmək bacarıqlarının formalaşdırılması. Yaşlıların məişət və içtimai faydalı əməyinin oyunda əks etdirilməsinə uşaqların cəlb edilməsi.

Oyun materialı. Kuklalar, mebel, oyun atributları (jurnal, dəftər,qələm,karandaş), müdir müavininin əşyaları.

Oyuna hazırlıq. Məktəbə ekskursiya, I-ci sinif müəllimi ilə söhbət.Hazırlıq qrupu­nun uşaqları ilə birgə oyun. Dəsliklərdəki (siniflər üçün) məktəb haqqında mətnlərin oxusunu.

Oyun üzrə rollar: Müəllim, çagirdlər

Oyunun gedişi:Tərbiyəçi məktəbə ekskursiyanın başlandığını bildirir.Orada uşaq­lar müəllimlərlə,məktəblilərlə görüşüb onlarla söhbət edirlər.Sonra uşaqlar məktəb­lə-sinif otaqları ilə, yeməkxana, emalatxana, paltarsaxlanılan yerlə tanış olurlar. Tərbiyəçi-pedaqoq uşaqlardan kimin dərsi aparacağı, şagirdlərin kimlər olacağı və s. bu kimi vəzifə bölgüsü aparır.Tərbiyəçi həmçinin öz rollarını reallaşdırmaq(intona­siya,mimi­ka, jestlər) üçün uşaqlara kömək edir.Tərbiyəçi uşaqlarla birgə oyun üçün atributlar (müəl­lim üçün jurnal, növbətçilərin təyin edilməsi və s.)təyin olunma­sına da köməklik göstərir.

Oyuna rəhbərlik priyomları müxtəlifdir. “Müəllim” rolunun tərbiyəçi tərəfindən icra olunması da istisna deyildir.Uşaqlarla söhbətlər,həmçinin “məktəbin, sinfin” birgə qurulması da müxtəlif şəkildə ola bilər. Belə priyomlardan istifadə uşaqların oyunda müstəqil­liyini təmin edir, onların özlərinin maraq dairəsinə uyğun olan fəaliyyət sahəsi seçmələrinə imkan yaradır. Bu zaman uşaqlar riyaziyyat, bədən tərbiyəsi, oxu dərsi və digər məşğələ növlərinə həvəs göstərirlər ki, bu cür “məşğələlər” gələcək məktəblinin hazırlanmasında mühüm əhəmiyyətə malikdir. Uşaqların rollar üzrə yerinin dəyişdiril­məsi və əvəzlənməsi, oyunun korreksiya edilməsi və başqa bu kimi məsələlərə də xüsusi diqqət yetirmək lazımdır. Uşaqların bu süjetli oyun haqqında biliyini möhkəm­ləndirmək üçün yol hərəkət qaydaları ( evdən məktəbə və əksinə) haqqında məlumat vermək, oyunu yaxın mövzulu oyunla əlaqələndirmək vacibdir. Məsələ “Ailə ilə məktəb”, “Məktəbə gedən yol”, “Şəhərə səyahət” və s.

“Azərbaycan” ordusu

Məqsəd:Oyunun süjetini yaradıcı şəkildə inkişaf etdirmək bacarığının formalaş­dırıl­ması. Məktəbəqədər yaşlı uşaqlarda Ermənistan Azərbaycan münaqişəsidə (mühari­bə­sində) ordumuzun qəhrəman əsgərləri haqqında konkret faktlar əsasında məlumat ver­mək, onların Doğma Vətən adına göstəedikləri hünərlərin mənəvi mahiyyətini açıb göstər­mək.Uşaqların yaşadıqları şəhərdə,regionda qəhrəmanlıq göstərən əsgər vəzabit­­lərimiz haqqında biliklərini zənginləşdirmək. Hərbi silahlar və bölmələr haqqında uşaqların biliklərini zənginləşdirmək.Uçaqları Vətənpərvərlik və qəhrəmanlıq ruhunda, öz Vətəni uğrunda qəhrəmanlıq göstərmək hissi tərbiyə etmək.

Oyun materialı. İnşaat materialları, hərbi geyimlər, tibb bacısı üçün sumka, qum torbaları, dəbilqə papaq və s.

Oyuna hazırlıq. Qəhrəmanları xatirə yerlərinə ekskursiya. Mövzu üzrə illüstrativ materiallara, fotoşəkillərə tamaşa etmək. Ordumuzun ruhu, döyüş ənənələri haqqında şer və mahnılar dinlənilməsi. Hərbi-qəhrəmanlıq haqqında albomun yaradılması. Oyun üçün atributlar hazırlanması.Tank,təyyarə və hərbi gəmi modellərinin hazırlanması. İnşa­­at materiallarından hücum texnikalarının konstruksiyası.

Oynalınan rollar: Tankcı, əsgər, tibb baçısı, komandir.

Oyunun gedişi:Oyun müxtəlif variantlarda təqdim edilə bilər; “tankcı”,“Piyadala­rın hüçumu”, “Topcular” və s.

Oyun hazırlanarkən ilk növbədə yuxarı yaş qrupunda olan uşaqları xatirə yerləri və abidələrlə tanış etmək lazımdır. Bu xalqımızın qəhrəman-oğlanlarının ermənilərlə döyüş­lərdəgöstərdikləri igidliyə aid uşaqların biliklərini genişləndirir, onlarda Vətən uğrubda canından və qanından kecən qəhrəmanların şöhrət yoluna ehtiram his­sini güçləndirir. Oblesklər,monumental xatirə abidələri, tank xatirə abidələri, təy­yarə­lər, gəmilər və başqa xatirə vasitələri doğma torpağın azad olmasının şərəf simvol­u­dur.Ekskursiyadan sonra tərbiyəçi uşaqlara Azərbaycan Ordusu haqqında söhbət apar­malı,onlarda belə bir fikir formalaşdırılmalıdır ki,insanlarımız qəhrəmanlarımızın xatirəsini əziz tutur, onlar haqqında yazılan kitabları sevə-sevə oxuyurlar. Tərbiyəçi söhbətlər zamanı doğma şəhərin kücə və meydanlarına qəhrəmanlarımızın adlarının verildiyi haqqında söhbət aparmalı, həmin kücələrə aid uşaqları məlumatlandırmalıdır. Uşaqlar şəhid məzarlıqları ilə də tanış olmalı,əsgərlərin şüçaəti haqqında söhbətlər aparmalıdır. Uşaqlar tərbiyəçi və valideynləri ilə birlikdə şəhid əsgərlərimiz haqqında albom da düzəldə bilərlər. Bundan sonra tərbiyəçi uşaqlara tank, təyyarə, hərbi gəmi, müxtəlif növ hərbi maşınlar, binokl və s. hərbi silah növlərinin rəsmini çəkməyi təklif edə bilər. Tərbiyəçi kollektivə tank, hərbi gəmi, yaxud digər hərbi texnikalardan birinin kollektiv şəkildə maketini qurmaq üçün göstəriş verməsi də mümkündür. Bu zaman tərbiyəçi uşaq­larla birlikdə işin planını qurmalı, maket üçün vasitələr hazırlanması işinə rəh­bər­lik etməlidir.Tərbiyəçi ilə birlikdə uşaqlar, hazırlıq qrupları, oyun üçün atributlar (pilot­ka, qum torbaları, tibb baçısı üçün sumka, dəbilqə) hazırlayırlar. Tərbiyəçi-pedaqoqlar hərbi-idman oyunları da təşkil edə bilər. Uşaqlara “əsgər bacarıqları” (nişan almaq, qacmaq, sürünməyi bacarmaq) öyrətmək lazımdır. Bu məşğələni tərbiyəçi uşaq bağçasının həyətində təşkil edir. Tərbiyəçi “Komandir” rolunda çıxış edir. O, düzgün hərəkət qaydalarına əməl etməyə nəzarət edir. Uşaqların ən yaxşı rolu haqqında qeyd­lər aparır. Məşğələni təkrar etdirməklə lazımi nətiçəni almaq istəyir. Müəyyən keyfiy­yətlərin üzə çıxması, hərəkətlərin düzgün içrası ücün uşaqlardan “Əsgər” rolunu ifa etməyi tələb edir. Tibb baçıları da sürətlə hərəkət etmək, tapşırığı yerinə yetirmək bacarı­ğına malik olmalıdır.

Hər bir oyundan əvvəl tərbiyəçi-pedaqoq uşaqlarla zəruri danışıq-söhbətlər apar­malıdır. Bu söhbətlər daha cox “öz üzərinə hansı rolu götürürsən?” “Müəyyən vəziy­yətdə neçə hərəkət edəcəksən?”, “Nəyi yerinə yetirəçəksən” və s. bu kimi suallarla bağlı olmalıdır. Bu cür oyunlarda böyük miqdarda uşaq qrupu iştirak edir, buna görə də onların razılaşdırılmış fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Oyun zamanı yaşlılarla ünsiyyətləri uşaqlara hərbi-mənəvi keyfiyyətləri başa düşməyə kömək edir. Bu mənada oyuna məqsədyönlü xarakter verməli, xəritə-sxemlər hazırlamalı və onlarla uşaqlar tanış edilməlidir.

Bu oyunda tibb məntəqqəsi, gözətçilərin durduğu yer və s. məsələlər də dəqiq müəyyənləşdirilməlidir. Bundan sonra uşaqlar müstəqil şəkildə öz marşurutlarını qeyd etməli, “komandir”lə birlikdə müzakirə etməli,xəritə-plan tutulmalıdır. Xəritədə-qərər­gah, hərbi xəstəxana da olmalıdır.

Uşaqlar şəhərinin, regionun qəhrəmanlarının hərbi qəhrəmanlıqları haqqında süjetli oyun tiplərinə aid biliklərə malik olmalıdır. Bu cür oyun tiplərindən “Tankcılar şəhəri azad edir”, “Piyada qoşunlarının qəhrəmanlıqları” və s. göstərmək olar. Bu tip oyunlar qarşısında aydın məqsədlər qoyulmalıdır. Məsələn, “tankcılar” və “piyadalar” düşmən tanklarını məhv etməlidirlər. Tərbiyəçi pedaqoq söyləyir ki, bu iş cətin və təhlükəlidir. Vuruşan əsgərlər cayın üzərindən tirlər, şalbanlarla kecə bilər, sonra isə düzənliyə çıxa, ordan da təpələrin arxasına keçərək düşmən tanklarını məhv edə bilər. Tanklar o zaman məhv edilmiş sayılar ki, hədəf düz nişan alınsın, “Yaralı” əsgərlərə “Tibb baçı­ları” kömək edir.

“Əsgərlərin” qələbəsindən sonra azad olunmuş kənd və ya şəhərin əhalisi tərəfin­dən sürəkli alqışlarla, böyük şadlıqla qarşılanır.

Oyun müxtəlif variantda təkrar oluna bilər.Oyunun təşkili təkcə bağcanın həyətin­də deyil,parkda,cay kənarında,şəhər bağında da təşkil oluna bilər.Bu çəhət təbii materi­al­­lardan geniş şəkildə istifadə etməyə müxtəlif təbii maneələr qurmağa imkan yaradır. Bu növ oyunlarda yaradıcı və idman oyunlarının qarşılıqlı əlaqələrindən də istifadə olunması vacibdir.




Yüklə 59,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə