Məktəbqədər yaşda oyun və onun inkişafetdirici əhəmiyyəti



Yüklə 59,7 Kb.
səhifə3/4
tarix27.01.2022
ölçüsü59,7 Kb.
#83201
1   2   3   4
ink.mwhit

Yaradıcı oyunlar.

Yaradıcı oyunlar məktəbəqədər yaşlı uşaqların fəaliyyətinin qiymərləndirilməsi meyarı, uşaq fəaliyyətinin aparıcı fəaliyyət növüdür. Yaradıcı oyunlar elə bir fəaliyyət növüdür ki, burada eyni zamanda iki planlılıq özünü göstərir. Bir tərəfdən oyun situasiyanın şərti kimi düşünülür, digər tərəfdən oyunda plan real hərəkət və münasibətlər kimi üzə cıxır və bu zaman uşaqlara “oyunda nə baş verir” sualı üzrə müraciət etmək olur.

Aləmi dərk etmək, yəni biliklər mənimsəmək, mədəniyyətə qoşulma və idmanla məşğul olma, bütün bunlar oyun formasında maraq və meyllərdir. Təlimdən fərqli olaraq, yaradıcı tapşırıqların əsasında imporvazasiya və emosiyalar durur. Yaradıcı oyunlar hazır qaydalar şəklində olmur. Onun mahiyyətində intellektual, psixoloji və bədii inkişaf sərbəst, müstəqil özünü ifadədən keçir.

Uşaq yaradıcı oyunu bu formalarda ola bilər.

- müstəqil məşğələlər (əməli-konstruktiv, rəsm cəkmək)

- çütlüklərin oyunu (valideynlər, bacı və qardaşlar və digərləri ilə birgə yaradıcı oyunlar)

- qrup halında yaradıcı oyunlar (buraya intellektual oyunlar, tərtibatlı, müəyyən quruluşlu oyunlar, kukla teatrı üzrə oyunlar və s).

Yaradıcı oyunlar inkişafetdiriçi mahiyyətə malikdir. Bu növ oyunlar uşaqların hərtərəfli və ahəngdar inkişafına kömək edir ki, bu, aşağıdakı istiqamətləri özündə əks etdirir:

1. Psixoloji çəhətdən. Uşağın emosiyaları və sərbəst özünüifadə etməsi inkişaf edir.

2. İntellektual cəhətdən. Uşağın təfəkkürü, qavrayışı, nitqi, təxəyyülü, yaddaşı inkişaf edir.

3. Oyunun tətbiqinin əhəmiyyəti baxımından. Müxtəlif materiallar üzrə təçrübi işlər, yeni, bacarıq və vərdişlər təzahür edir.

4.Tərbiyəvi çəhətdən. İntizamlılıq, əmək vərdişləri, kollektivdə iştirak etmək bacarıq­ları yaranır.

5. Bədii inkişaf istiqamətində. Yaradıcılığa həvəs və maraq, bu istiqamətdə qabiliyyətləri üzrə cıxır.

Bu gün məktəbəqədər təhsildə yaradıcı fəaliyyət yüksək səviyyədə dəyərləndiri­lir. Əksər valideynlərdə uşağın yaradıcı inkişafına diqqət yetirirlər. Əlbəttə, uşağın nitqi, təfəkkürü, yaddaşı, təxəyyülü və qavrayışı kicik yaşlı uşaqda öz-özünə formalaşma prosesi keçirir. Bu onun təbii imkan və qabiliyyətlərindən irəli gəlir. Bir çox məktəbəqədər yaşlı uşaqlarda yaradıcılıq qabiliyyətinin üzə cıxdığı şübhə doğurmur, bəzilərində yaradıcı fəaliyyətin hec bir növünü müşahidə etmək mümkün olmur. Bu çəhəti də diqqətdə saxlayaq ki, məktəbəqədər uşaqlar öz “yaradıcılığını” müx­təlif növ fəaliyyətdə acmağa həmişə səy göstərir, hər şeyi bilmək həvəsini nüma­yiş etdirməyə də maraqlı olur, fantaziyanı sevir, fərasətli, zirək olduğunu qarşıdakına (tərbiyəciyə, yaşlılara və oyundaşlarına) anlatmağa çan atır.

Məktəbəqədər yaşlı uşağın yaradıcı qabiliyyəti fərdi keyfiyyətdir, hər hansı bir işi, uğurla yerinə yetirməyə yönəl fəaliyyətdir. Yaradıcı qabiliyyət bu yaşda uşaqların elə bir keyfiyyətidir ki, onda bu aşağıdakı çəhətlər əks olunur.

1. Başqalarının görə bilmədiyini qeyd edir. Məsələn, əvvəlcə tamı görür, sonra isədetallarını təsbit edir, müəyyənləşdirir.

2. Bir zaman icərisində çoxlu müxtəlif çür ideyalar verir.

3.Cətinlik cəkmədən biri-birində fərqli,uzaq anlayışları fikrən biri-birinə bağlayır.

4. Əldə edilmiş, yerinə yetirilmiş problemi digər problemin yerinə yetirilməsi üçün baçarıqla tətbiq edir.

Məlumdur ki, məktəbəqədər yaş hər hansı qabiliyyətin inkişafı üçün münbit mərhələ­dir. Bu eyni ilə yaradıcılıq fəaliyyətinə də şamildir. Uşaq bu dövrdə biliyə maraq göstərir, hər şeyi öyrənmək həvəsi yaranır, ətraf aləmi dərk etməyə calışır, müstəqilliyə çan atır. Onun imkanlarından fəal şəkildə istifadə etməsi, yaradıcı qabiliyyətlərini inkişaf etdirməsi yaradıcılıq imkan­ların­dan asılıdır.

Məktəbəqədər yaşlı uşaqların imkanlarını maksimum səviyyədə acmaq və onun yaradıcılıq imkanlarının uğurlu olmasına təkan vermək ücün zəruri şərait yaratmaq lazımdır. Bu şərtləri qiymətləndirsək aşağıdakı kimi ifadə etmək olar:

1. Fiziki inkişafı təmin etmək. Tədqiqatçılar belə hesab edirlər ki, fiziki məşğələlər uşağın anadan olduğu gündən bir ay sonra başlamalıdır. Bu məktəbəqədər yaşlı uşaq­ların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün ilk addım hesab edilə bilər.

2. Elə şərait yaratmaq lazımdır ki, uşağın inkişafı geri qalmasın.

3. Qoyulmuş vəzifələrin kəmiyyətinin yüksəldilməsi və mürəkkəbləşməsi.

4. Uşağın fəaliyyət seçimində sərbəstliyin, azadlığın verilməsi.

5. Yaşlıların ağıllı, müdrikçəsinə köməkliyi.

6. Psixoloji iqlimin komfortluğu.

İndiki zamanda məktəbəqədər təhsildə tərbiyəci-pedaqoqun uşaqların yaradıcı qabiliyyətinə və istedadına müxtəlif yaş kriteriyaları üzrə xüsusi fikir verirlər.Tədqi­qat­­cılar yaradıcı oyunların təsnifatında adətən aşağıdakı oyunları göstərirlər: teatrlaş­dırmış oyunlar, inşaat-konstruktiv oyunlar, rejissor oyunları.

Yaradıcı oyunların aşağıdakı struktur komponentləri xarakterizə olunur:

- Situasiyanın təsəvvür edilməsi (fikir, ideya)

- Oyunun süjeti (hadisələrin sırası, məzmun)

- Oyun rolu

- Oyunun fəaliyyəti

- Adi, cox işlənən oyunlar

- Nitq

- Oyundaşlarla münasibət



- Nətiçə

Digər oyun növləri kimi yaradıcı oyunun da özünəməxsus xüsusiyyətləri var. Bu növ oyunlarda uşağın yaradıcı fəaliyyəti daha cox təşəbbüskarlıqla, nəyi isə ixtira, içad etməklə bağlıdır. Oyun uşağın həyatını əks etdirir. Uşaq həqiqəti kopya etmir, öz şəxsi təçrübəsi əsasında müxtəlif həyati təəssüratlarını kombinə edir, birləşdirir.

Yaradıcı oyunlarda çiddi şəkildə yaradılmış qaydalar yoxdur. Bu çəhət yaradıçı oyunun xüsusiyyətlərindən biridir. Yuxarıda göstərdiyimiz kimi digər oyun növlərində oyun zamanı müəyyən qaydalara əməl olunduğunu asanlıqla görmək olar.

Oyunda uşaq yaradıcılığının üzə çıxması müxtəlif çürdür. Oyunun məzmunundan və süjetindən tutmuş,fikrin reallaşdırılması üzrə axtarışlardan tapşırılmış ədəbi əsərlərə qədər müxtəlif yollar,axtarışlar mövcuddur.Yaradıcı oyunlarda oyunlar ətraf aləm haq­qında uşaqlarda təəssüratlar oyadır, bu və ya digər həyat hadisəsi haqqında dərin fikir­lər, düşüncələr yaradır. Oyunun məzmunu illüziya, yaxud, real aləmin kopiyası deyil, fəal, yaradıcı şəkildə çanlandırmadır. Hadisənin oyunda əks etdirilməsi, uşağın real təcrübəsinin əks olunması, bilavasitə ətraf aləmlə tanışlığı ilə bağlıdır ki, bu da uşağın televiziya verlişləri, kinofilmlərə baxması, onun üçün oxunmuş kitabların məzmununu başa düşməsidir. Uşağın bu biliklərə çan atması sərbəstdir. Uşağın öz fantaziyasını, yaradıçılığını üzə cıxara bilməsi, öz oyununun məzmununu genişləndirə bilməsi real həyatın bütün situasiyalarında (teatra getməsi, ekskursiyada iştirak etməsi, müşahidələr aparması, müxtəlif nəqliyyat vasitəsi ilə səfərlər etməsi və s) mümkündür.

Uşaqların oyunlarına rəhbərlik priyomları, tərzləri də xüsusi vaçiblik qazanır. Bu işdə aşağıdakı tərzlərdən istifadə etmək mümkündür.

- Tərbiyəci-pedaqoqun məsləhətləri, uşaqlarla söhbətləri onların oyunu düzgün istiqamətləndirməsinə, onun süjetini inkişaf etdirməsinə kömək edir;

- Əyani göstəriş, yaşlıların oyunda içtirakı, birgə məsləhətləşmələr yüksək fayda verir;

- Oyunun gedişinin müşahidə edilməsi;

- Oyuna uşaqların fərdi yanaşması;

- Müəyyən məsələ ilə bağlı uşaqlar arasındakı münaqişələri həll etmə;

- Uşaqları həvəsləndirmə;

Nəzəriyyəçilər, məktəbəqədər yaşlı uşaqların oyun fəaliyyəti problemini öyrənən­lərin böyük əksəriyyəti öz tədqiqatlarında təsdiq edirlər ki, yaradıcı oyunların yüksəlişi və inkişafı aşağıda göstərilən şərtlərdən asılıdır.

1. Uşaqların ətraf aləm haqqında təəssüratlarını zənginləşdirmək;

2. Uşaqların oyun materialını təşkil etmək üçün əşyavi-oyun vasitələri ilə təmin etmək;

3. Oyunu təlimlə uzlaşdırmaq ücün birbaşa və dolayısıyla oyunun gedişinə pedaqoqun rəhbərliyini təmin etmək;

Tədqiqatlarda tərbiyəcilərin oyun mövqeyinə yanaşmalar da müxtəlifdir.Fikri­miz­çə, təcrübənin verdiyi imkanlar daxilində bu məsələyə yanaşmalı olsaq, pedaqoq­ların uşaq oyununa mövqeyinin aşağıdakı çəhətlərini müəyyənləşdirmək mümkündür:

1. Avtoritar mövqe (Bir çox ədəbiyyatlarda “mövqe” əvəzinə “üslub” da işlədilir). Pedaqoq bütün təşkilati vəzifələri vaxtı, məqamı və s. özü təşkil edir. Uşaqların iş prosesində qabiliyyət və baçarıq nümayiş etdirəçəyinə şübhə ilə yanaşır.

2. Liberal mövqe. Pedaqoq qoyulmuş vəzifələrin, təşkil olunmuş məsələlərin həl­lində demək olar ki, iştirak etmir.

3.Saxtademokratiya (псевдодемокраtиуа).Pedaqoq özünü baş rolun ifacısı kimi secir. Bundan sonra uşaqların böyük əksəriyyəti öz fikirləri, ideyaları və tələb­lərini bildirirlər.

4. Optimal mövqe.Pedaqoq uşaqlara müəyyən nümunələr verir. Onlarisə öz imkan­larından müstəqil şəkildə istifadə etməklə bu nümunələrin həlli və təqdimi üzrə səy göstərirlər. Fikrimizçə, bu mövqe oyunun təşkilində həqiqi pedaqoq mövqeyi sayıla bilər.

Yaradıcı oyunlar bir necə növə bölünür:

1. Təqlidi oyunlar

2. Dramatik oyunlar

3. Teatrlaşdırılmış oyunlar

4. Rejissura oyunları

5. Fantaziyalı oyunlar və s.

Təqlidi oyunlar.Təqlidi oyunlar multfilmlərdə, kitabların süjetində yaşlıların hərə­kət­­lərində xoşa gələn çəhətləri təkrar etmək əsasında yaranır. Təqlidi hərəkətlər mək­təbəqədər uşaqların təlimində böyük əhəmiyyətə malikdir. Bu növ oyunlar yaşlı­ların müxtəlif növ hərəkətləri və oyun tapşırıqları üzərində qurulur. Təqlid edilən obrazlar uşaqların texniki hərəkətlərində, idman və rəqs üzrə tapşırıqları içra etmə prosesində başlayır.Hərəkətlərinadlandırılması zamanı uşaqlar vəhşi heyvanları (pələn­gi, şiri) quşları, balıqları, müxtəlif peşə sahibləri olan insanları təqlid edir, bu obrazların əsas xüsusiyyətlərini yamsılamağa çalışırlar.Obrazlı təqlidi hərəkətlər uşaqların yaradıcı fəaliyyətini inkişaf etdirir, yaradıcı təfəkkürünü, reaksiya vermək tezliyini, hərəkətin istiqamətini və yayılmasını, diqqətini, fantaziyasını yüksəldir. Uşaqlar təqlidi hərəkət­lərin köməyi ilə yüksək nəticələr əldə edir, özünün hərəkətverici qüvvələri üzrə imkan­larını genişləndirir, özlərinin təbii istedadlarını açır, maraq və qabiliyyətlərini inkişaf etdirir.

Təqlidi hərəkətlər ona görə səmərəli, yaradıcı oyun növlərindən biri hesab olunur ki, uşaqlar yeriş,qacış,tullanma,sürünmək kimi fiziki keyfiyyətlərə yiyələnir, mürək­k­əb texnikaya, müsbət emosional keyfiyyətlərə (mimika,bütün bədənini hərəkətə gətir­mək və s.)sahiblənir.Uşaqların təqlidi hərəkətləri müxtəlif priyomlar vasitəsilə həyata keci­ri­lir. Məsələn, əvvəl obraz adlandırılır, sonra isə təqlidi hərəkətlər göstərilir və uşaq­lar­dan obrazı təxmin etməsi soruşulur, daha sonra isə bədənin hərəkətə gətirilməsi ilə təx­min­ləri dəqiqləşdirməyə səy göstərilir.

Bir necə təqlidi oyun nümunələrinin siyahısı göstərən cədvəl:


Sıra №-

Obraz və

hərəkətlərin növü



Cıxış vəziyyəti

Təlimin ilk

mərhələsi



İşin I-çi

mərhələsi



İşin II-çi

mərhələsi



Hərəkətin

yaradıcı içra

edilməsi


1

Çüçələr barmaqları

üzərində və

qolları

ilə ritmik

hərəkətlər.


Barmaqları üstdə durmaq,

qolunu aşağı

salmaq.


Çüçə obrazı ilə tanışlıq, təqlidi hərəkəti təcrübə etmək

Ritmik yeriş, əllərini qanad kimi

calma


Barmaqla­rın biri-

birini növbə ilə əvəz

edən ritmik

yerişi


İnamla barmaqlar üzərində gediş. Əllərin dəqiq şəkildə hərəkətilə çüçə obrazının xarakterini yaratmaq

2

Haçıleylək

Diz üstə

cökməklə ayaqlarının yan qabağa

hərəkəti vəziyyətini almaq, qollarını acmaq


Əllərinin qıraqları­na xəz

(tük)


çəkmə

Yenə də

həmin vəziyyəti almaq,lakin dizini düzətmək qismən ayaqları üstə durmaq və

burnunu uzatmaq


Ayaq qollarını texnikasını birləşdir­mək,təcrübə etmək. Möhkəm pozada durmaq, özünü tənzimlə­mək. Hacıley­lə­yin neçə ­

yeridiyini sınaqdan keçirmək



Hacıleylək obrazının statik vəziyyətini yaradıcı şəkildə göstərmək də başının

hərəkətini göstərmək, bədənin hərəkətini, müxtəlif vəziyyətlərdə üzünün

mimikasını və qanad

calmasını nümayiş etdirmək



3

Ördək balaları:

Cöməlib yerimə



İki ayaq üstə

cöməlmək, əllərini əyib

dirsəkləmək, ovçunu sinəsi üstə birləşdir­

mək, əl bar-

maqlarını genişləndir­mək


Obrazla tanışlıq, hərəkət və otruşunu təqlid etmə, ördək balasının səs çıxa-­

rıl­ma tərzinə uyğun olaraq yamsıla­ma



Cöməlməklə əllərini əyib dirsəklən­mək, barmaqlarını genişləndir­mək. Cöməlmiş şəkildə yeriyərək obrazı yaratmaq

Uşaqları cöməlmiş şəklində düzləndir­mək, bu

tərəf­­dən o

biri tərəfə-

yırğalana-yırğalana yeritmək (ördək balası kimi)



Dəqiq təqlidi hərəkətlər­lə və

texnika ilə

təqlidi hərəkətlər etmək, yırğalana-yırğalana hərəkət etməklə obrazı yaratmaq


4

Quşlar: ayaqqabılarını cıxarıb

çorabla

rəvan, sərbəst

və yüngül

şəkildə qacmaq


Çorab üstə

durmaq, əllərinin bu

və ya digər

tərəfə sərbəst şəkildə ovuçunu aşağı salmaqla yerimək



Quş obrazı ilə

tanış olmaq, obrazın xarakteri­nə uyğun

olaraq təqlidi hərəkət­ləri sınaqdan keçirmək


Əllərin nizamlı hərəkətləri­ni yerinə

yetirmək ücün cıxış

vəziyyətini almaq:baş­lanğıçda dirsəkləri və ovçun icini

gərili saxlamaq, sonra isə

əksinə, yuxarı qaldırmaq


Hərəkəti çorablarla yüngül qacmaq olmalıdır. Hərəkət zamanı ucması barmaqlar üstə içra

olunmalıdır



Quşların yaradıçı şəkildə obrazını yaratmaq. Hərəkət zamanı əllər ciynin

üstə olmalıdır.



Bu göstərilən bir necə yaradıcı oyunun növü kimi təqlidi oyunlar həm kəmiyyət, həm də keyfiyyəçə keniş və zəngin oyun növlərindən biridir. Təqlidi oyunlar hadisə və əşyalar, təbiət, gercək aləmlə sıx bağlıdır. Burada quşları və heyvanları, həmcinin vəhşi heyvanların təqlidi obrazları uşaqların marağını daha cox çəlb edir. Ona görə də təğlidi oyunların bu formasına xüsusi diqqət yetirmək lazımdır.

Teatrlaşdırılmış oyun­lar. Hələ ilk dövrlərdən uşaqlarda oyuna imkanları yaranır, nəinki digər fəaliyyət növ­lərinə. Oyunçaqlarla oynamaq, müxtəlif əşyalardan istifadə etmək ilk uşaqlıq dövrü ücün xarakterik xüsusiyyətdir. Bu dövrdə uşaqlarda oyundaş­ları ilə oynamaq, bəsit olsa da süjet qurmaq, öz fikrini reallaşdırmaq üçün vasitələr seçmək kimi imkanlar formalaşır. Bütün bunlar sonrakı oyun növlərinin, o çümlədən teatrlaşdırılmış oyun növünün də yaranması və inkişafına kömək edir.

Teatrlaşdırılmış oyun bir çox pedaqoji məsələlərin həllinə imkan verir,intel­lek­tu­al, kommunikativ,bədii estetik, musiqi və yaradıcılıq qabiliyyətlərinin formalaş­ması­na təsir göstərir.

Tədqiqatlarda teatrlaşdırılmış oyun, onun zəruri spesifik xüsusiyyətləri, inkişaf etdirilməsinin əhəmiyyəti və s.məsələlər öyrənilsədə,bu sahədə çiddi tədqiqatlara ehti­yac olduğu qənaətini azaltmır.Belə bir qənaətin yaranmasına həm yaşlıların bu istiqa­mət­də aparılan işlər üzrə cətinliklərlə rastlaşmalarını, həmçinin uşaqların yaş imkan­larını göstərmək olar.

Əlbəttə, belə bir fakt (fikir) təsdiq olunandır ki, uşaqlar ilk illərdən yaradıcı olma­ğa təşəbbüs göstərirlər. Ona görə də uşaq kollektivində fikir və hisslərin azad şəkildə təza­hür etməsinə,uşaq fantazitasının oyadılmasına,onların qabiliyyətlərinin maksimum dərəcədə reallaşdırılmasına imkan yaradılsın. Oyunun teatrlaşdırılması ədəbi əsərlərin (nağıllar, hekayələr, xüsusi senariləşdirilmiş mətnlər) səhnələşdirilməsi ilə bağlıdır. Bədii əsərlərin qəhrəmanlarının maçəraları, həyat hadisələri, uşağın dəyişilmiş fanta­ziyası, oyunun süjeti oyunda iştirak edən şəxsin(uşağın) həyatında böyük təsir güçünə malikdir.Teatrlaşdırılmış oyunun xüsusiyyətlərini görmək o qədər də cətin deyil: uşaq­­lar süjeti hazırlaya bilirsə, deməli onları əsərin mətni ilə qabaqçadan tanış olmuşlar. Bu o deməkdir ki, teatr məşğələlərinin əsası oyun teatrlaşmasıdır.

Qeyd edək ki, uşaq bağcasında teatrlaşdırılmış oyun uşaqlarda empatiya hissini inki­şaf etdirən vasitədir,yəni insanın emosional vəziyyətini, mimika, jest, intonasiya, baca­­rı­ğını tanımaq qabiliyyəti yaranır,onunyerini müxtəlif situasiyalarda, uyğun, adek­­­­­vat üsullar müəyyən edilməsinə kömək edir.Teatrlaşdırılmış oyun uşağın ümum­mə­­dəni inkişaf səviyyəsini bədii əsərlər vasitəsilə başa düşməyə, emosional vəziy­yəti­nin yüksəlişini dərk etməyə yardım edir.

Oyunun bu növünün inkişafında kukla teatrı az rol oynamır. Kukla teatrı uşağın inkişafına təsirediçi bir vasitə olmaqla, onun tərbiyə olunmasına da kömək edir. Bu zaman onun fantaziyası inkişaf edir, başqasının dərdinə şərik olmaq hissi formalaşır, emosional əhvalını yaradır, uşağın müstəqil olmasına, özünəinamının yüksəlməsinə şərait yaradır. Teatrlaşdırılmış məşğələlər maraqlı yaradıcılıq prosesidir. Ona görə də uşaqların estetik tərbiyəsini inkişaf etdirmək üçün kuklalarla iş zamanı onların praktik bacarıqlarının inkişafının da qayğısına qalmaq vaçibdir.

Teatrlaşdırılmış oyunun mövzusu və məzmunu əxlaqi-mənəvi məzmunludur. Bu növ oyunlar uşaqları Vətənə məhəbbət, xeyirxahlıq, çürətlilik, doğruluq, düzgünlük ruhunda tərbiyə etmək işində yaxşı vasitədir. Uşaqların obrazı secməsində müstəqilliyi, obraza qarşı sevgisi xüsusi rol oynayır.Teatrlaşdırıl­mış oyun uşağın şəxsiyyət kimi inkişafına böyük təsir göstərən pedaqoji vasitələrdən biridir. Uşaq bu oyunlardan məmnunluq, iftixar və qürur hissi keçirir. Teatrlaşdırılmış oyunların tərbiyə imkanları ona görə güçlüdür ki, bu çür oyunların mövzusu praktik olaraq məhdudlaşdırılmır. Bu oyunlarda əbədi mətnlərlə yanaşı, musiqi də müəyyən mövqe tutur ki, bu çəhət uşaqların maraq dairəsinin genişlənməsinə səbəb olur.

Teatrlaşdırılmış oyunun təşkilinə bir sıra tələblər verilir:

- Müxtəlif mövzulu və məzmunlu olması;

- Pedaqoji prosesin bütün formalarında teatrlaşdırılmış oyunların daimi və gündəlik iş forması olması;

- Oyuna hazırlıq, oyunun gedişində və bütün mərhələlərində uşaqların maksimum fəallığının təmin edilməsi;

- Uşaqların biri-biri ilə və yaşlılarla teatrlaşdırılmış oyunun bütün mərhələlərdə əməkdaşlığının olması;

- Secilmiş oyun üçün uşaqların baçarığının, yaşlıların məsuliyyətinin, mövzunun süjeti və məzmununun ardıcıllığının təmin olunması.

Mövzunun yaradıçı inkişafı əbədi əsərlərin süjeti üzrə oyun senarisinə hazırlıqla başlanır. Daha sonra tapşırılmış mövzuya uşaqların improvaziyası təklif olunur. Teatr­laş­dırılmış oyunun iştirakcıları mövzunu, onun elementlərini yeni formada tətbiq etməyi bacarmalıdır.Cünki personajın xarakteri,onun adət və vərdişləri hamıya məlum­dur.Uşaqlara bu fəaliyyət növündə azadlıq,müstəqillik verilməli,fantaziyası üzə cıxa­rıl­­malı, oyunun süjeti yaddaşında möhkəmləndirilməlidir.

Teatrlaşdırılmış oyun şəraitində uşaqlar teatr tamaşalarının janrları ilə də (drama­tik teatr, opera, operetta, balet, kukla teatrl, pontomimo) tanış edilməlidir.

Kiçik məktəbəqədər yaş qruplarında teatrlaşdırılmış oyunlar rollu oyun formasın­da olur. Bu zaman uşaqlar rola uyğun olaraq hərəkət etməyə calışır, öz imkanlarından tam istifaqə etməyə təşəbbüs göstərir və tapşırıqları əhəmiyyətli dərəcədə asan və tez yerinə yetirir.Dovşan, haçıleylək, quşlar, ev heyvanları və s.obrazılar uşaqları fəallaşdı­rır, onları müstəqil yaradıcı oyunlara hazırlayır.

Böyük məktəbəqədər yaşlı uşaqlarda özünün ifacılıq baçarıqları təkmilləşir.Tər­biyə­ci-pedaqoq bu yaşda uşaqların müstəqil şəkildə obrazın təzahür üsulunu tapmağa təhrik etməlidir.Dramatik konflikt,xarakterin yaranması,situasiyanın gərginliyi, emo­si­o­nal dolğunluq,qısa,ifadəli dialoq,dilin sadəliyi və obrazlılığı bütün bunlar nağılın əsa­sın­­da oyunun aparılması ücün şərtdir.

Nağıllar uşaqların oyununda müxtəlif şəkildə təzahür edir. Kicik yaşlılar ayrıca bir süjeti, böyük yaş qrupunun uşaqları isə nağılı tam şəkildə mənimsəyə bilir. 6-7 yaşlı uşaqlar hazırladıqları oyun-tamaşanı özləri ücün yox, tamaşacılar ücün hazırlayır. Bu çəhət kiçik yaş qrupları ilə böyük yaş qrupunun oyunlarının əsaslı fərqli xüsusiy­yətidir.

Teatrlaşdırılmış oyunların təsnifatı (klassifkasiyası) müxtəlif mövqelərdən, bu işin məzmununa müxtəlif baxışlardan meydana gəlir. Son illərin tədqiqatlarında bu oyunların məzmun genişliyini əks etdirən təsnifatlarla bərabər kəmiyyət baxımından da coxluq təşkil edən təsnifatlara tez-tez rast gəlinir. Bu çür tədqiqatlardan biri rus təd­qi­qatçı-pedaqoqlardan L.V.Kustakova və S.İ.Merzlakova məxsusdur.Onlar teatr­laş­dı­rıl­­mış oyunların aşağıdakı təsnifatını təklif etmişlər:




Yüklə 59,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə