MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   2   3   4   5   6   7   8   9   ...   12

tərəfinin  sözlərinə  görə  Rusiya  qanunvericiliyi  hər  hansı  formada  təhrikçiliyi  və  ya 

provokasiyanı  qadağan  edir;  yalnız  konkret  cinayət  hazırlandıqda  hər  hansı  gizli 

əməliyyat  həyata  keçirilə  bilər.  Lakin  bu  işdə  polis  “şərti  alışı”  planlaşdırarkən 

ərizəçinin narkotik maddə alverində iştirakına dair heç bir sübuta malik deyildi. 

48. Müdafiə tərəfi daha sonra vurğuladı ki, ərizəçinin etirafı narkotik maddənin 

təsiri altında və hüquqi yardım olmadan baş verib. Nəhayət, müdafiə tərəfi müsadirə 

olunan  və  ərizəçi  tərəfindən  xanım  T.-yə  satıldığı  iddia  edilən  maddənin  heroin 

olduğunu  bildirən  məhkəmə  ekspertizası  müayinəsinin  rəyinin  etibarlılığını  şübhə 

altına  aldı.  Müdafiə  tərəfi  ərizəçinin  15  oktyabr  1999-cu  ildə  imzaladığı  ərizəyə 

istinad etdi, orada ərizəçi bildirirdi ki, onun etirafı zor gücünə alınıb. 

49. 11 noyabr 1999-cu il tarixli iclasda xanım T. ərizəçiyə qarşı sübutlar təqdim 

etdi. O, ifadə verdi ki, polisə könüllü yardım edib. O, izah etdi ki, “ruhən mərhəmətli 

olduğuna  görə”  ərizəçini  polisə  təhvil  verib.  O,  həmçinin  aşağıdakıları  bildirdi: 

“Həmin  vaxt  mən  bilmirdim  ki,  haradan  heroin  tapım,  buna  görə  də  ərizəçiyə  zəng 

vurdum, çünki o, vaxtı ilə mənim üçün heroin tapmışdı”. 

50. Məhkəmə eyni zamanda ərizəçi həbs olunan anda onun yanında olmuş cənab 

M.-i də dinlədi və o, xanım T.-nin faktlara dair dediklərini prinsipcə təsdiq etdi. Lakin 

o dedi ki, araşdırılan hadisələrdən əvvəl özü başqa bir mənbədən narkotik maddələr 

alıb.  Nəhayət,  məhkəmə  ərizəçinin  anasını  dindirdi,  o,  ərizəçinin  xarakterini  təsvir 

etdi.  O,  ifadə  verdi  ki,  oğlunun  nə  vaxt  narkotik  maddələr  qəbul  etməyə 

başlamasından xəbərsiz olub. 

51.  Rayon  məhkəməsi  işin  materialları  arasındakı  sənədləri,  maddi  sübutları  və 

ekspert rəylərini yoxladı. O, xüsusən “şərti alışın” təsvir edildiyi polis hesabatını və 

psixiatriya müayinəsinin nəticələrini yoxladı. 

52.  Elə  həmin  gün  Butırski  rayon  məhkəməsi  ərizəçini  28  oktyabr  1998-ci  ildə 

xanım T.-yə heroin satmaqda təqsirkar hesab etdi. Eyni zamanda, o, 19 oktyabr 1999-

cu il tarixli psixiatr rəyinə istinadən qərara aldı ki, ərizəçi cinayəti anlaqsız vəziyyətdə 

törədib və buna görə də cinayətə məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə cinayət 

prosesini dayandırdı və ərizəçinin evdə məcburi tibbi müalicəsi barədə qərar çıxardı. 

Ərizəçi həbsdən azad edildi. 

53.  Ərizəçinin  nümayəndəsi  qərardan  apellyasiya  şikayəti  verərək  bildirdi  ki, 

ərizəçi  təqsirkar  deyil  və  digər  məsələlərlə  yanaşı  iddia  etdi  ki,  cinayəti  polis 

quraşdırıb.  Konkret  olaraq,  heç  bir  mötəbər  sübut  yoxdur  ki,  ərizəçi  həbs  olunduğu 

anda  polis  onun  narkotik  maddələrin  alveri  ilə  məşğul  olmasından  şübhələnirdi. 

Üstəlik,  ərizəçi  bu  əqddən  heç  bir  maliyyə  mənfəəti  qazanmamışdı,  belə  ki,  o, 

bağlamaya görə xanım T.-dən aldığı bütün pulu cənab G.-yə vermişdi. Bundan başqa, 

məhkəmə bir neçə əsas şahidi, o cümlədən ərizəçini həbs etmiş iki polis əməkdaşını 

onun  həbsinin  iki  hal  şahidini  və  narkotik  maddəni  ərizəçiyə  satmış  cənab  G.-ni 

dindirməmişdi.  Nəhayət,  ərizəçinin  nümayəndələri  iddia  etdilər  ki,  ərizəçinin  etirafı 

ondan zor gücünə alınıb. 

54.  11  yanvar  2000-ci  ildə  Moskva  şəhər  məhkəməsi  şikayəti  rədd  etdi. 

Apellyasiya  prosesində  ərizəçi  iştirak  etmirdi,  amma  onun  vəkili  və  nümayəndələri 

iştirak edirdilər. 

55. 12 aprel 2004-cü ildə Moskvanın Butırski rayon məhkəməsi Moskva şəhər 19 

saylı psixonevroloji xəstəxanasının vəsatəti ilə ərizəçinin məcburi tibbi müalicəsinin 

dayandırılması barədə qərar çıxardı. 

 

II. AVROPA ŞURASININ MÜVAFİQ SƏNƏDLƏRİ 

 



56.  İşgəncələrin,  qeyri-insani  və  ya  ləyaqəti  alçaldan  rəftarın  və  ya  cəzanın 

qarşısının alınması üzrə Avropa Komitəsinin (İşgəncələrə qarşı Komitə  – İQK) 3-cü 

Ümumi Məruzəsinin [CPT/Inf (93) 12] müvafiq hissələrində deyilir: 

 

“a. Həkimə müraciət imkanı 

...35. Həbsxananın tibbi yardım xidməti ən azı mütəmadi ambulator məsləhətləri və 

təxirəsalınmaz  müalicəni  təmin  edə  bilməlidir  (əlbəttə,  bundan  əlavə,  orada  çox  vaxt 

çarpayıları  olan  xəstəxana  tipli  bölmə  ola  bilər).  ...  Bundan  başqa,  həbsxana  həkimləri 

mütəxəssis xidmətlərinə müraciət etmək imkanına malik olmalıdırlar. ... 

Ambulator  müalicəyə lazımi hallarda tibbi  personal tərəfindən nəzarət edilməlidir, 

bir çox hallarda məhbusun təşəbbüsündən asılı olaraq tibbi yardımın göstərilməsi kifayət 

deyil. 

36.  Ya  mülki  xəstəxanada,  ya  da  həbsxana  xəstəxanasında  tam  təchiz  edilmiş 



xəstəxana xidməti tərəfindən birbaşa yardımın göstərilməsi mümkün olmalıdır. ... 

37.  Məhbusların  xəstəxanada  müalicə  olunmasına  və  ya  mütəxəssis  tərəfindən 

xəstəxanada  müayinə  olunmasına  ehtiyac  duyulan  bütün  hallarda  onlar  səhhətlərinin 

imkan verdiyi üsulla dərhal xəstəxanaya aparılmalıdırlar”. 

 

“b. Ekvivalent tibbi yardım 

 

38.  Həbsxananın  tibbi  yardım  xidməti  həbsxanadan  kənardakı  cəmiyyətdə 



pasiyentlərin  istifadə  etdikləri  ilə  müqayisə  oluna  bilən  tibbi  müalicəni  və  sanitar 

qulluğu, habelə müvafiq pəhrizləri, fizioterapiyanı, reabilitasiyanı və ya hər hansı digər 

zəruri vasitələri təmin edə bilməlidir. Tibbi, sanitar və texniki personalla, habelə binalar, 

qurğular və avadanlıqlarla təchizat müvafiq qaydada təmin olunmalıdır. 

Əczaxanaya  və  dərmanların  paylanmasına  müvafiq  qaydada  nəzarət  olunmalıdır. 

Bundan  əlavə,  dərmanların  hazırlanması  həmişə  ixtisaslı  personala  (əczaçıya,  tibb 

bacısına və s.) həvalə olunmalıdır. 

39.  Hər  bir  pasiyent  üçün  xəstəlik  tarixçəsi  tərtib  olunmalı,  orada  diaqnostika 

məlumatları,  habelə  xəstənin  vəziyyətindəki  dəyişikliklər  və  onun  məruz  qaldığı  hər 

hansı xüsusi müayinələr barədə məlumatlar olmalıdır. Məhbus başqa yerə köçürüldükdə 

həmin tarixçə onu qəbul edən qurumun həkimlərinə göndərilməlidir. 

Bundan  başqa,  tibbi  personal  tərəfindən  gündəlik  qeydiyyat  kitabları  aparılmalı, 

orada  pasiyentlərlə  bağlı  konkret  insidentlər  qeyd  olunmalıdır.  Belə  kitablar  ona  görə 

faydalıdır  ki,  onlar  həbsxanada  tibbi  yardımla  bağlı  vəziyyəti  ümumən 

qiymətləndirməyə  imkan  verir,  eyni  zamanda  baş  verə  biləcək  konkret  problemləri 

diqqətə çatdırır. 

40. Tibbi  yardım xidmətinin sabit fəaliyyəti tibbi xidmətə görə cavabdeh olan baş 

həkimin  rəhbərliyi  altında  həkimlərin  və  sanitar  personalın  mütəmadi  görüşə  və  işçi 

kollektivi formalaşdıra bilməsini nəzərdə tutur”. 

 

III. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK 

 

A. Narkotik maddələrin alverinə görə cinayət məsuliyyəti 

 

57. Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci bəndi narkotik maddələrin satış 



niyyəti olmadan qanunsuz əldə edilməsini cəzalandırır. 228-ci maddənin 4-cü bəndi 

narkotik maddələrin külli miqdarda qanunsuz satışını cəzalandırır. 

58.  Cinayət  Məcəlləsinin  21-ci  maddəsinə  (“Anlaqsızlıq”)  əsasən,  ictimai 

təhlükəli  əməl  törədərkən  xroniki  və  ya  müvəqqəti  ruhi  pozuntunun,  ruhi 

çatışmazlığın  və  ya  hər  hansı  digər  ruhi  vəziyyətin  nəticəsində  anlaqsız  vəziyyətdə 

olan şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Bu halda məhkəmə qərardad vasitəsilə 

icraatı  dayandırır,  müttəhimi  cinayət  məsuliyyətindən  və  ya  cəzadan  azad  edir  və 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə