MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   2   3   4   5   6   7   8   9   ...   12

etdi. Ərizəçinin iddia etdiyinə görə, müdafiə tərəfi bu müraciəti 26 və 27 iyul 1999-cu 

il tarixlərində təkrarən etdi. Hökumət iddia etdi ki, 27 iyul 1999-cu il tarixli vəsatəti 

məhkəmə yalnız 2 avqust 1999-cu ildə alıb. 

16.  27  iyul  1999-cu  ildə  məhkəmə  qərara  aldı  ki,  ərizəçinin  ruhi  sağlamlığının 

təkrar  müayinəsinə  ehtiyac  var.  O,  işi  təxirə  saldı  və  eyni  zamanda  qərara  aldı  ki, 

ərizəçi həbsdə qalmalıdır. Bu qərar üçün heç bir əsas gətirilmədi. 

17.  30  iyul  1999-cu  ildə  ərizəçinin  vəkili  birinci  instansiya  məhkəməsinin 

qərarından apellyasiya şikayəti verdi. O, birinci instansiya məhkəməsinin işin təxirə 

salınması  və  ərizəçinin  ruhi  sağlamlığının  təkrar  müayinəsi  barədə  qərarına  etiraz 

etdi, həmin qərar ərizəçinin ağır həbsxana şəraitində saxlanma müddətinin uzanması 

ilə nəticələnmişdi. O, məhkəmədən aşağıdakıları xahiş etdi: 

“Cinayət  Prosessual  Məcəlləsinin  331-ci  maddəsinə  əsasən  mən  Moskva  şəhər 

məhkəməsindən  xahiş  edirəm  ki,  Butırski  rayon  məhkəməsinin  V.V.Xudobinə  qarşı 

işin  təxirə  salınması,  ərizəçinin  əlavə  psixiatriya  müayinəsinin  təyin  olunması  və 

onun azad olunmaq barədə vəsatətinin rədd edilməsi ilə bağlı qərarını ləğv etsin”. 

Şikayət  Moskva  şəhər  məhkəməsinə  ünvanlanmışdı  və  daxili  qanunvericiliyin 

tələb etdiyi kimi, birinci instansiya məhkəməsinin dəftərxanası vasitəsilə göndərilməli 

idi.  Dəftərxana  şikayəti  4  avqust  1999-cu  ildə  almışdı.  Amma  belə  görünür  ki,  o, 

baxılmaq üçün apellyasiya məhkəməsinə heç vaxt göndərilməmişdi. 

18.  17  avqust  1999-cu  ildə  ərizəçinin  nümayəndələri  analoji  şikayət  verdilər, 

ertəsi  gün  dəftərxana  onu  aldı.  1  sentyabr  1999-cu  ildə  ərizəçinin  vəkili  birinci 

instansiya  məhkəməsinə  məktub  göndərərək  orada  30  iyul  1999-cu  il  tarixli 

apellyasiya  şikayətinin  taleyi  barədə  izahat  istədi.  O,  bu  məktuba  heç  bir  cavab 

almadı. 


19.  15  sentyabr  1999-cu  ildə  ərizəçinin  valideynləri  ərizəçinin  həbsdə 

saxlanmaqda davam etməsi ilə bağlı Moskva şəhər məhkəməsi sədrinin müavininə və 

Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət etdilər. İşin materialları arasında bu 

şikayətlərə heç bir cavab yoxdur. 

20.  17  sentyabr  1999-cu  ildə  ərizəçinin  nümayəndəsi  birinci  instansiya 

məhkəməsindən  ərizəçinin  azad  olunmasını  xahiş  etdi.  Müdafiə  tərəfi  yenidən 

ərizəçinin sağlamlıq durumunun ağır olduğuna, xüsusən son üç ayda ərizəçinin düçar 

olduğu mütəmadi pnevmoniya xəstəliyinə istinad etdi. 

21. Ərizəçi 11 noyabr 1999-cu ilədək həbsdə saxlanıldı, həmin tarixdə məhkəmə 

cinayət işinin icraatına xitam verdi (aşağıya bax) və onu azad etdi. 

 

C. Həbsdə olduğu müddətdə ərizəçinin sağlamlıq problemləri 

 

22.  1995-1997-ci  illərdən  ərizəçi  bir  çox  xroniki  xəstəliklərdən,  məsələn, 



epilepsiya,  pankreatit,  xroniki  B  və  C  hepatitindən,  habelə  müxtəlif  ruhi 

çatışmazlıqlardan əziyyət çəkirdi. 1995-ci ildə ərizəçini müayinə etmiş həkimlər onun 

ambulator  psixiatriya  nəzarəti  altında  olmasını  və  qıcolma  hallarına  qarşı  müalicə 

olunmasını  tövsiyə  etmişdilər.  Görünür,  1998-ci  ilin  oktyabrında  həbsə  alındığı  ana 

qədər ərizəçinin narkotik maddələrdən istifadə ilə, o, cümlədən heroini damara vurma 

ilə bağlı müəyyən xəstəlik tarixçəsi vardı. 

23.  30  oktyabr  1998-ci  ildə  həbsdə  saxlanma  mərkəzinə  göndərildikdən  dərhal 

sonra  ərizəçi  hərtərəfli  tibbi  müayinədən,  o  cümlədən  HIV  testindən,  narkomaniya 

testindən və psixiatriya müayinəsindən keçirildi. Narkomaniya testi aşkara çıxardı ki, 

ərizəçinin  bədəni  morfinlə  zəhərlənib.  Psixiatrlar  şurası  əvvəlki  diaqnozları  təsdiq 

etsə  də  hesab  etdi  ki,  o,  iddia  edilən  cinayətlərə  görə  məsuliyyət  daşımaq 

iqtidarındadır.  10  noyabr  1998-ci  ildə  ərizəçinin  qan  testinin  ilk  nəticələri  alındı. 




Məhkəmə  ekspertizası  laboratoriyasının  rəyinə  əsasən,  ərizəçinin  HIV  testi  müsbət 

çıxdı. 


24.  30  noyabr  1998-ci  ildə  psixiatr  ərizəçini  yenidən  müayinədən  keçirdi  və 

müəyyən  etdi  ki,  o,  cinayətə  görə  məsuliyyət  daşımaq  iqtidarındadır.  1998-ci  ilin 

dekabrında  tarixi  müəyyən  olunmayan  gündə  ibtidai  həbs  yerinin  müdiriyyəti 

ərizəçinin  həbsindən  əvvəlki  dövrlə  bağlı  tibbi  sənədlərini  aldı,  orada  müalicənin 

zəruriliyi  qeyd  olunmuşdu.  Ərizəçi  üçün  xüsusən  qıcolmalara  qarşı  (finlepsin, 

konvuleks) və hepatitə qarşı (riboksin, parsil) vasitələr tövsiyə olunmuşdu. 

25.  23  dekabr  1998-ci  ildə  ərizəçi  yeni  tibbi  müayinədən  keçdi,  bu  müayinə 

əvvəlki diaqnozları təsdiq etdi və qeyd edildi ki, ərizəçi “məhkəmə araşdırmasında və 

istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır”. 

26.  Həbsdə  olduğu  müddətdə  ərizəçi  kəskin  pnevmoniyadan,  epilepsiya 

tutmalarından,  bronxitdən,  hepatitdən,  pankreatitdən  və  digər  ciddi  xəstəliklərdən 

əziyyət  çəkirdi.  Xəstəliyi  ucbatından  ərizəçi  dəfələrlə  həbsdə  saxlanma  yerinin 

xəstəxanasının  infeksion  xəstələr  bölməsinə  yerləşdirilmişdi.  Həbsdə  saxlanma 

yerinin  müdiriyyətinin  verdiyi  məlumata  görə,  ərizəçi  1998-ci  il  dekabrın  24-dən 

1999-cu il martın 22-dək, 1999-cu il aprelin 20-dən mayın 18-dək, 1999-cu il iyulun 

19-dan  avqustun  12-dək  və  1999-cu  il  sentyabrın  17-dən  28-dək  həbsdə  saxlanma 

yerinin xəstəxanasında qalmışdı. 

27.  Müdafiə  tərəfi  ərizəçinin  ciddi  sağlamlıq  problemləri  barədə  dəfələrlə 

məhkəməyə,  həbsdə  saxlanma  yerinin  müdiriyyətinə  və  digər  dövlət  orqanlarına 

məlumat vermişdi. Belə ki, 18 yanvar 1999-cu ildə müdafiə tərəfi ərizəçinin hərtərəfli 

müayinə  olunmasını  xahiş  etmişdi.  22  yanvar  1999-cu  ildə  ərizəçinin  atası  həbsdə 

saxlanma  yerinin  müdiriyyətindən  xahiş  etmişdi  ki,  müdafiə  tərəfinin  dəvət  edəcəyi 

müstəqil  həkim  tərəfindən  ərizəçinin  yenidən  müayinə  olunması  barədə  sərəncam 

versin. Lakin həbsdə saxlanma yerinin müdiriyyəti bu xahişi rədd etdi. 

28.  Məhkəmə  araşdırması  müddətində  ərizəçinin  ruhi  sağlamlığı  üç  dəfə 

müayinədən  keçirilmişdi.  15  iyun  1999-cu  ildə  həkimlər  bu  qənaətə  gəldilər  ki, 

ərizəçi  təqsirləndirildiyi  cinayət  hərəkətlərini  törədərkən  hüquqi  cəhətdən  anlaqsız 

olmuşdur. Rəydə deyilirdi ki, ərizəçi “epilepsiya formasında xroniki ruhi xəstəlikdən, 

polimorfin  tutmalarından  və  bu  kimi  ruhi  xəstəliklərdən  əziyyət  çəkir  və  narkotik 

maddələrdən  istifadəyə  meylli  olmaqla  açıq-aydın  əqli  qüsurları  var”.  19  oktyabr 

1999-cu  il  tarixli  rəydə  təsdiq  edildi  ki,  ərizəçi  hüquqi  cəhətdən  anlaqsızdır  və 

məcburi müalicəyə ehtiyacı var. 

 

1. Ərizəçinin arqumentləri 

 

29.  26  aprel  1999-cu  ildə  təxminən  saat  22.40-da  ərizəçidə  epilepsiya  tutması 



oldu. Onun kamera yoldaşlarının imzaladığı ifadədən məlum olur ki, onlar ərizəçinin 

boğulmasının qarşısını almaq üçün onun kiplənmiş dişlərini taxta qaşıqla bir-birindən 

ayırmalı  olmuşdular.  Sonra  növbətçi  tibb  işçisi  gəldi  və  ərizəçinin  kamera 

yoldaşlarına  içərisində  naməlum  maddə  olan  iynə  verdi,  onlar  iynəni  ərizəçinin 

yanına  vurdular.  Ərizəçinin  atası  bu  fakt  barədə  həbsdə  saxlanma  yerinin 

müdiriyyətinə  şikayət  etdi,  müdiriyyət  isə  cavab  verdi  ki,  ərizəçi  “tibbi  prosedurlar 

üçün otaqda” tibbi yardım alıb. 

30.  1999-cu  ilin  mayında  ərizəçi  qızılca  və  pnevmoniya  ilə  xəstələndi.  26  iyun 

1999-cu  ildə  ərizəçidə  daha  bir  epilepsiya  tutması  oldu.  O,  həbsdə  saxlanma 

mərkəzinin psixiatriya bölməsinə köçürüldü və bir müddət ambulator nəzarət altında 

saxlandı və qıcolmalara qarşı dərmanlar qəbul etdi. Ərizəçinin atası Ombudsmana 2 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə