MəHKƏMƏ QƏrari strasburq



Yüklə 314,66 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix14.04.2018
ölçüsü314,66 Kb.
#38489
1   2   3   4   5   6   7   8   9   ...   12

avqust 1999-cu il tarixli məktubunda qeyd edirdi ki, 6 iyul 1999-cu ildə ərizəçi daha 

bir epilepsiya tutması keçirib, amma heç bir tibbi yardım almayıb. 

31.  15  iyul  1999-cu  ildə  ərizəçi  bronxo-pnevmoniya  (bronxların  sətəlcəmi)  ilə 

xəstələndi.  Ərizəçinin  atasının  sözlərinə  görə,  həbsdə  saxlanma  yerinin  həkimləri 

xəstəliyin simptomları göründükdən yalnız on gün sonra müalicəyə başlamışdılar. 

32. 17 iyul 1999-cu ildə ərizəçi həbsdə saxlanma yerinin xəstəxanasında iradəsi 

əleyhinə  qan  testindən  keçirildi.  Onun  atası  həbsdə  saxlanma  yerinin  müdiriyyətinə 

bu  barədə  şikayət  etdi.  Həbsdə  saxlanma  yerinin  müdiriyyəti  16  avqust  1999-cu  il 

tarixli  məktubunda  cavab  verdi  ki,  qan  nümunəsi  birdəfəlik  iynədən  istifadə 

edilməklə götürülüb. 

33.  21  iyul  1999-cu  ildə  ərizəçinin  atası  ədliyyə  nazirinə  oğlunun  həbsdə 

saxlanma  şəraitindən  və  müvafiq  tibbi  müalicə  almamasından  şikayət  etdi.  27  iyul 

1999-cu  ildə  o,  Butırski  rayon  məhkəməsinə  analoji  şikayət  verdi  və  həmçinin 

oğlunun  azad  olunmasını  xahiş  etdi.  Ərizəçinin  atasının  sözlərinə  görə  ərizəçinin 

yüksək  hərarəti  (40˚C)  olmasına  baxmayaraq,  o,  dəfələrlə  bir  kameradan  digərinə 

köçürülmüş və pnevmoniyaya qarşı adekvat müalicə almamışdı. O, üç gün kamerada 

irinli xəstələrlə keçirmiş və yataq yerlərinin çatmaması ucbatından döşəmədə yatmalı 

olmuşdu.  Həbsdə  saxlanma  yerinin  həkimləri  ərizəçinin  immunoloji  və  biokimyəvi 

durumunu,  habelə  onun  daim  qızdırmalı  olmasının  səbəblərini  müəyyən 

etməmişdilər. Ərizəçinin atası ona poli-vitamin dərman vermək istəmiş, amma həbsdə 

saxlanma yerinin müdiriyyəti onu qəbul etməkdən imtina etmişdi. 

34. Bu arada məhkəmə ərizəçinin azad olunması barədə vəsatəti rədd etdi. Eyni 

gündə prokurorun vəsatəti əsasında məhkəmə ərizəçinin ruhi sağlamlığı ilə bağlı yeni 

ekspert müayinəsi keçirilməsi barədə qərar çıxardı və belə əsas gətirdi ki, ərizəçinin 

hüquqi  cəhətdən  anlaqlı  olduğunu  təsdiq  edən  əvvəlki  müayinədə  ərizəçinin  ruhi 

sağlamlıq durumunun məcburi tibbi müalicə tələb edib-etməməsi göstərilməyib. 

35.  1999-cu  ilin  avqustunda  ərizəçinin  anası  ərizəçinin  həbsdə  saxlanma 

şəraitindən və xüsusən adekvat tibbi yardımın olmamasından ədliyyə nazirinə şikayət 

etdi. 

 

2. Hökumətin arqumentləri 



 

36. Hökumətin bildirdiyinə görə, 1999-cu il aprelin 20-dən mayın 18-dək ərizəçi 

həbsdə  saxlanma  yerinin  xəstəxanasında  ambulator  müalicə  alıb.  O,  “növbətçi 

həkimin” nəzarəti altında olub və “ümumi bərpaedici müalicə və vitamin terapiyası” 

alıb.  Ərizəçinin  saxlandığı  735  saylı  kamera  altı  yataq  yeri,  tualet,  isti  və  soyuq  su 

kranları və ventilyasiya ilə təchiz edilib. Ərizəçi yataq ləvazimatları ilə, qalaylı qab-

qacaqla, gündə üç dəfə yeməklə və şəxsi gigiyena əşyaları ilə təmin edilib. Kamerada 

saxlananların sayı heç vaxt yataq yerlərinin sayından artıq olmayıb. 

37.  Hökumət  təsdiq  etdi  ki,  26  aprel  1999-cu  ildə  təxminən  saat  22.40-da 

ərizəçinin tutması olub. Bundan dərhal sonra həkim ərizəçini müayinə edib, nəbzini 

yoxlayıb,  ürək  döyüntülərinə  qulaq  asıb,  qan  təzyiqini  ölçüb,  əlləri  ilə  qarın 

boşluğunu yoxlayıb və əzələdaxili aminazin iynəsi təyin edib. Ertəsi gün ərizəçi əlavə 

tibbi müayinədən keçib. 

38.  Ərizəçi  səhhəti  qənaətbəxş  vəziyyətdə  olmaqla  xəstəxanadan  buraxılıb.  26 

iyun  1999-cu  ildə  ərizəçi  həbsxana  xəstəxanasının  psixiatriya  bölməsində  353  saylı 

kameraya yerləşdirilib. O, həkimin nəzarəti altında olub və “preventiv tibbi yardım” 

alıb. Bu kamera da lazımi ləvazimatlarla təchiz olunub və orada qalanların sayı çox 

olmayıb. 




39. Tibbi bölmənin müdir müavininin 23 aprel 2004-cü il tarixli arayışına əsasən, 

həbsxana  xəstəxanasının  psixiatriya  bölməsində  qaldığı  müddətdə  ərizəçidə 

epilepsiya tutmaları olmayıb. Həbsxana xəstəxanasında ona qıcolmalara qarşı müalicə 

təyin olunub. 

40. Hökumət 29 yanvar, 25 fevral və 27 aprel 1999-cu il tarixli üç tibbi arayışın 

surətlərini təqdim etdi. Orada bu məsələ ilə bağlı aşağıdakı qeydlər vardır. 

41. Birinci arayışda deyilirdi ki, ərizəçi HIV daşıyıcısıdır, epilepsiyadan əziyyət 

çəkir  və  həbsdə  saxlanma  yerinin  xəstəxanasında  qaldığı  müddətdə  onda  bir 

epilepsiya  tutması  olub.  Ərizəçinin  sağlamlıq  durumu  “qənaətbəxş”  kimi 

qiymətləndirildi.  Hər  hansı  əlavə  tibbi  müayinələrin  keçirilməsi  üçün  istintaq 

orqanlarının qərarı olmalıdır. 

42.  25  fevral  1999-cu  il  tarixli  ikinci  arayışda  deyilirdi  ki,  ərizəçi  HIV 

daşıyıcısıdır,  xroniki  B  və  C  hepatitindən  və  epilepsiyadan  əziyyət  çəkir.  Bundan 

başqa, 1998-ci il oktyabrın 30-dan 31-dək hər hansı epilepsiya tutması barədə heç bir 

qeyd  yox  idi.  18  fevral  1999-cu  ildə  ərizəçini  psixiatr  və  nevroloq  müayinə  etdi.  O, 

cinayət  təqibi  orqanlarının  müraciəti  əsasında,  səhhəti  “qənaətbəxş”  vəziyyətdə 

olmaqla,  xəstəxanadan  buraxıldı,  belə  ki,  səhhəti  onun  məhkəmə  prosesində  iştirak 

etməsinə mane olmurdu. 

43.  27  aprel  1999-cu  il  tarixli  üçüncü  arayışda  qeyd  edilirdi  ki,  ərizəçi  HIV 

daşıyıcısıdır, qızılcadan və epilepsiyadan əziyyət çəkir. Orada daha sonra deyilirdi ki, 

“hazırda ərizəçinin sağlamlıq durumu nisbətən  qənaətbəxşdir” və ərizəçinin 1999-cu 

ilin mayında məhkəmə prosesində iştirak etməsinə imkan verir. 

44.  Hökumət  həmçinin  sənədlər  toplusunu  təqdim  etdi,  belə  görünür  ki,  bunlar 

ərizəçinin  xəstəlik  tarixçəsindəki  qeydlərdən  çıxarışlar  idi.  Səhifələrin  çoxu 

oxunmurdu.  Oxuna  bilən  səhifələrdə  ərizəçinin  diaqnozları  sadalanır,  lakin  həbsdə 

saxlanma yerinin xəstəxanasında ərizəçiyə təyin olunmuş müalicənin xarakteri barədə 

məlumat verilmirdi. 

 

D. Ərizəçinin işinə mahiyyəti üzrə baxılması 

 

45.  30  dekabr  1998-ci  ildə  Butırski  rayon  məhkəməsi  prokurordan  işin 



materiallarını  qəbul  etdi.  Birinci  hazırlıq  iclası  13  yanvar  1999-cu  ildə  keçirildi. 

Sonrakı  aylarda  məhkəmə  bir  neçə  iclas  keçirdi  ki,  orada  müxtəlif  prosessual 

məsələlər həll olundu. Belə ki, 17 mart 1999-cu ildə məhkəmə ərizəçinin sağlamlıq 

durumunun yeni tibbi müayinəsinin keçirilməsini təyin etdi və işi təxirə saldı. Ekspert 

rəyi  15  iyun  1999-cu  ildə  hazır  oldu;  orada  müəyyən  edilirdi  ki,  ərizəçi  anlaqlıdır, 

amma hər hansı mümkün məcburi tibbi müalicə barədə orada heç bir tövsiyə yox idi. 

27  iyul  1999-cu  ildə  məhkəmə  ərizəçinin  daha  bir  psixiatriya  müayinəsinin 

keçirilməsini təyin etdi və işə baxılmasını təxirə saldı. 

46. İşin mahiyyəti üzrə birinci iclas 11 noyabr 1999-cu ildə ərizəçinin vəkilinin 

iştirakı ilə keçirildi. İclasda ərizəçi iştirak etmirdi. Vəkilin xahişi əsasında məhkəmə 

ərizəçinin nümayəndələri qismində bir neçə şəxsin, o cümlədən xanım Kostrominanın 

prosesdə  iştirak  etməsinə  razılıq  verdi.  İşin  materiallarını  oxumaq  üçün  onlara  otuz 

dəqiqə vaxt verildi. Ərizəçinin vəkili məhkəmə iclasının təxirə salınmasını xahiş etdi, 

çünki  bir  neçə  şahid,  o  cümlədən  ərizəçiyə  heroin  satmış  G.,  habelə  əməliyyatda 

iştirak etmiş iki polis əməkdaşı S. və R. iclasa gəlməmişdilər. Lakin məhkəmə iclası 

davam etdirməyi qərarı aldı. 

47.  Müdafiə  tərəfinin  birinci  instansiya  məhkəməsindəki  arqumentlərini 

aşağıdakı  kimi  ümumiləşdirmək  olar.  Müdafiə  tərəfi  iddia  etdi  ki,  ərizəçi  cinayət 

əməli törətməyə polisin maraqları naminə hərəkət edən xanım T. təhrik edib. Müdafiə 



Yüklə 314,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə