Məhəmməd Əmin Rəsulzadə



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə20/51
tarix20.09.2018
ölçüsü1,14 Mb.
#69924
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

42 
 
etməmiĢ,  fəhlə  və  köylü  məsələlərinə  son  dərəcə  əhəmiyyət  vermiĢ  və  onları 
sosialist  internasionalistlərin  ayaqlarını  havada  mayallaq  tutacaq  qədər  radikal  bir 
Ģəkildə həll etmiĢdir. 
Bu  sosial  məsələləri  ihmal  etməyən  milliyyətçi  proqramı  ilə  idi  ki, 
«Müsavat»  Bakı  kimi  ixtilal  (inqilab)  yuvası  «internasional  bir  fəhlə  Ģəhərində» 
türk fəhləsinin tək bir səsini türk sosialistlərinə belə qapdırmamıĢ və Qızıl ordunun 
siyasi hiylə və üstün qüvvətlə edilən istilasına qədər bolĢevik olan müsəlman fəhlə 
və qeyri fəhləsi sayının bütün Azərbaycanda 300-ü keçməməsinə səbəb olmuĢdu. 
«Əsasları»ı sosial məsələlərdə radikal bulanların yanında bir də mövsümsüz 
bulanlar  vardır.  Məmləkət  istila  altındadır  -  deyirlər:  hamımız  vətən  ayrısı  və 
mühacirətdəyik.  Bizi  burada  ancaq  bir  qayə,  bir  ideal  birləĢdirir  -  təkrar  vətənə 
dönmək və istiqlalımızı geri almaq. Toplayıcı bu milli və siyasi Ģüar, yanına hankı 
sosial  maddəni  əlavə  edərsiniz,  istiqlalçılar  cəbhəsinə  ikilik  gətirirsiniz  ki,  bu  da 
milli  qurtuluĢ  hərəkatını  iĢğal  edər.  Bu  Ģəkildə  düĢünənlərin  -  düĢüncələrində 
səmimi isələr - baĢlıca bir xətaları vardır: bir görüĢ xətası. Milli qurtuluĢ hərəkatını 
sadəcə  vətən  ayrısı  mühacirlərə  təhsis  (aid)  etmək  və  milli  istiqlal  mücadiləsinin 
taktika  və  strategiyalarını  ancaq  bu  mühitdəki  münasibət  və  əlaqələrlə  ölçmək  - 
böyük davanın Ģümul dairəsini çox kiçiltmək deməkdir. 
Mühacirət,  orada  baĢlanan  bir  davanın  buradakı  təmsilçiləridir.  Bu  dava 
orada  baĢlamıĢ,  orada  davam  edir  və  orada  dəxi  həll  olunacaqdır.  Təmsilçilik 
rolunu  həqiqi  surətdə  edə  bilmək  üçün  siyasi  mühacirət  [istilaha  diqqət  edilsin: 
siyasi mühacirət deyirik və bunu sıradan mühacirətdən ayırırıq] orada cərəyan edən 
hadisələri,  dəyiĢən  reallıqları  və  doğan  yeni  münasibət  və  Ģərtləri  daim  təqib  və 
tədqiq  etməli  və  buna  görə  nəbzini  əlində  bulundurmaq  vəzifəsində  olduğu 
potensial  milli  hərəkatın  həqiqi  ehtiyaclarına  görə,  mücadilə  taktika  və 
proqramlarını tənzim etməlidir. 
Bu mühacirət, bilxassə bu mühacirətin ön sırasında gedən milli Azərbaycan 
davasının  tarixi  rəhbərliyini  içəridən  aldığı  bir  missiya  ilə  üzərində  daĢıyan 
«Müsavat  mühacirəti»  bütün  dünyadakı  hərb  sonu  ruhu  ilə  indiki  ruh  arasındakı 
fərqi  və  o  zamankı  real  Ģəraitlə  bu  zamandakı  Ģərtlər  arasındakı  baĢqalığı  öz 
vəzifəsinə sadiq və missiyasına layiq qaldıqca ihmal edə bilməz! 
O  zaman  dünya  çətin  bir  hərb  yaĢamıĢ,  millətlər  öz  aralarındakı  qanlı 
döyüĢlərdən  bizar  olaraq  çıxmıĢlar;  bir  ləhzə  (az)  nəfəs  almaq  üçün  özlərini 
Vilsonun  ağzı  ilə  xülasə  edilən  14  maddəyə,  sonra  da  Rusiyada  partlayan 
kommunist inqilabının aldadıcı Ģüarlarına qapdırmıĢdılar. 
O  zamankı  «Müsavat»  proqramı  əsasda  milliyyətçi,  istiqlalçı  bir  proqram 
olmaqla  bərabər  sosial  məsələlərdə  bəzən  hətta  firqənin  əsil  qayəsini  təĢkil  edən 
milli ümdələrlə (prinsiplərlə) təzad təĢkil edən ifratlara belə qapılmıĢdır. Zamanın 
ruhuna bac verilmiĢdir. Milləti siniflərdən ibarət olaraq almaq, əskərliyi deyil, əsas 
olaraq  milis  təĢkilatını  idealizə  etmək,  zəruri  ehtiyacların  ucuzlanması  üçün 
gömrüklərin  əskəri  (ən  aĢağı)  dərəcəyə  endirilməsini  istəmək,  milli  sənayenin 


43 
 
təĢkilində  məhzuri  müsəlləm  (əngəllər  törədəcək)  olan  mütərəqqi  gəlir  vergisini 
qəbul  etmək  kimi  maddələrin  o  zamankı  proqramda  yer  alması,  bax  bu  ruhiyyət 
haləti yə o dövrün havasını dolduran ideyaların məhsuludur. 
O  zaman  daha  sahiblərinin  əlində  və  mülkündə  olan  torpaqların  dövlət 
tərəfindən  müsadirə  olunaraq,  havayı  köylülər  arasında  bölüĢdürülməsi  tələb 
olunurdu.  Hadisələrin  hüsula  gətirdiyi  torpaq  inqilabından  sonra  təbiidir  ki,  bu 
tələbin Ģəkli dəyiĢəcək, artıq xüsusi malikanələrin deyil, bolĢevik kolxozlarının nə 
ediləcəyinə cavab veriləcəkdi. 
Torpaqların  altındakı  dəfinə  və  mədənlərin  dövlətə  aid  olduğunu  vaxtilə 
qəbul və mütərəqqi gəlir vergisilə böyük  sərmayə məhsulu sənaye müəssisələrinin 
dövlət  əlinə  keçməsini  ideal  olaraq  arzu  edən  bir  firqənin,  indi  sənayenin 
dövlətləĢdirilmiĢ  bir  vaqeəsi  qarĢısında  və  milli  dövlət  mənafeyi  namına  milli 
totalitar  rejimlərdə  misalı  varkən,  hadisələrə  göz  yumub,  bu  məsələnin  üstündən 
keçməsi necə qəbul olur?... 
O  zaman  bir  tərəfdən  liberalizm,  digər  tərəfdən  də  internasional  sosializm 
cərəyanlarının  zamana  hakim  təsirlərinə  rəğmən,  milliyyətçi  qalmağı  bacaran 
«Müsavat»  üçün  indiki  ümumi  ruhdan  mülhəm  olaraq  daha  milli  bir  siyasət  və 
daha təsanüdçü sosial bir sistem təsbit etmək qeyri-mümkün idi... 
Bütün  bu  söylədiklərimizə  bir  xülasə  verərək,  müqəddimədə  qoyulan 
suallara aĢağıdakı kimi cavab verə bilirik: 
Milli istiqlal mücadiləsinin müvəffəqiyyəti və onun bir kütlə hərəkatı olaraq 
Ģümulluğu  üçün  milliyyətçilərə  sosial  məsələlərlə  məĢğul  olmaq  zərurət  və  bu 
məsələləri milli davanın faydası namına həll etmək isə borcdur! 
Sadə, istiqlal Ģüarı məmləkətin geniĢ xalq kütlələrini toplayaraq mücadiləyə 
çəkmək  üçün  kafi  deyildir.  Uğrunda  mücadilə  edilən  «istiqlal»ın  daĢıdığı  sosial 
mənanı  da  açmalıdır  ki,  milli  hərəkat  düĢmənlərinə  kütləni  çaĢdırmaq  üçün 
demaqogiyaya imkan qalmasın!... 
Məmləkətimizi istilası altında tutan bolĢevizm, «Müsavatizm»ə qarĢı etdiyi 
demaqogik  propaqandasında  «milli  istiqlal  demənin  əski  bəy,  xan  və  ağalar 
dövrünün  iadəsi  (qaytarılması)  demək  olduğunu»  deyib  durmaqdadır.  Bu 
demaqogiya  qarĢısında  milli  hərəkat  proqramında  geniĢ  xalq  kütlələrilə  əməkçi 
təbəqələrin  haqları  təsrih  (açıq  deyilməz)  edilməz  və  bilxassə  köylü  və  fəhlə 
məsələlərində  bütün  qavislər  (düyünlər)  açılmazsa,  düĢmənin  iĢini  qolaylaĢdırır, 
hər  türlü  iğfal  (yalan)  və  demaqogiyaya  meydan  verilmiĢ  olur.  Buna  meydan 
verməmək və sadə, bu deyil, öz tərəfdarlarına təsəvvür etdiyi milli dövlət rejiminin 
sosial  bazalarını  indidən  bildirmək  və  onları  içinə  hər  türlü  sosial  məna  soxulan 
mücərrəd  bir  məfhum  deyil,  tarixin  bu  çətin  ideologiyalar  mücadiləsi  dövrü 
deyiləcək  zamanında  hər  türlü  yabancı  və  düĢmən  təsirlərə  dayana  biləcək  mətin 
bir  ideya  sistemi  verə  bilmək  üçün,  milli  mücadilə  partiyası  müdafiə  etdiyi  milli 
istiqlal davasının sosial proqramını da mütləq verməlidir!... 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə