MəHƏMMƏD Əliyev həMİd həMİdov


Şəxsdən asılı olan səbəblər



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   125   126   127   128   129   130   131   132   ...   135
KY0000382

Şəxsdən asılı olan səbəblər
- Özünə inamsızlıq 
- Tərəddüd içində olmaq 
- Yaşlanmaq 
downloaded from KitabYurdu.org


195 
- Ailədə yaşanan problemlər 
Yuxarıda sadalanan amillər stresin yaranmasına səbəb olur. 
Spirtli içki içmək və sərxoş halda işini icra etmək: 
Şəxslərin spirtli içkilərə olan meylləri onların sağlamlığı üçün real təhlükə 
yaradır. Sərxoş halda işlərin icra edən işçilər çox vaxt qəza və xəsarət hallarının baş 
verməsinə səbəb olurlar. Spirtli içkilər işçinin düşünmə qabiliyyətini zəiflədir, əmək 
məhsuldarlığına mənfı təsir göstərir, işə davamiyyəti zəiflədir. İşçilərin bəzi 
xoşagəlməz hallara səbəb olan spirtli içkilərə olan maraq və meyllərinə maneə 
törətmək üçün müəssisə daxilində bəzi şərtlər mövcuddur. Məsələn: Sərxoş halda işini 
icra edən şəxslər tənbeh edilir, lazım gəldikdə işdən azad edilərlər. 
Narkotik maddələrdən istifadə etmək: 
Bu gün bütün ölkələrdə ən çox rastlaşılan problemlərdən biri insanların 
narkotik və uyuşduruğu maddələrə olan meylləridir. Narkotik maddələrə qarşı 
mübarizə tədbirlərini ölkənin hüquq mühafizə orqanları və təşkilatlar birlikdə həyata 
keçirirlər. 
TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ 
İş yerlərində təhlükəsizlikdən bəhs edildiyi vaxt insanın ağlına gələn ilk şey 
işdəki qəza hallarıdır. Qəzalar: gözlənilmədən baş verən, həm işçilər, həm də 
işəgötürən tərəf baxımından arzu edilməyən nəticələrə səbəb olan hadisələrdir. İş 
yerində baş vermiş qəzalardan zərər çəkmiş işçilərin mənafeləri qorunmalı, onlara 
sosial, maddi və mənəvi yardımlar edilməlidir. Qəzaların baş verməməsinə zəmin 
yaradan təhlükəli işlər: 
- Ağac kəsilməsi, 
- Təyyarədə pilot, 
- Enerii obyektlərində icra edilən işlər, 
-Ağır metallurgiya sənayesində icra edilən işlər, 
- Yük maşınlarının sürücüləri, buldozer sürücüsü və s.lərdir. 
downloaded from KitabYurdu.org


196 
Bəzi texniki avadanlıqların mürəkkəb işləmə tərzi qəzaların meydana 
gəlməsinə səbəb olur. Belə avadanlıqlarda işləyən vaxt cüzi bir diqqətsizlik böyük 
qəza və ya bədbəxt hadisəylə nəticələnə bilər. Şəxsin eşitmə, görmə kimi hiss 
orqanlarında qüsurlar da qəzaların yaranmasına səbəb olur. 
Bundan başqa işçilərin sıxıntı keçirməsi, hirsli olması, diq- qətsizliyi, 
təcrübəsizliyi qəzalara zəmin yaradır. . 
Qəza və bədbəxt hadisələrə səbəb olan amillər aşağıda göstərilmişdir: 
- İşə ciddi yanaşmamaq 
- Diqqətsizlik 
- Tədbirsizlik 
-Səbirsizlik 
- Savadsızlıq 
- Təcrübəsizlik 
- Fiziki və zehni yorğunluq 
- Təchizatdan düzgün istifadə edilməməsi 
-Təhsil və ixtisaslaşmanın lazımi səviyyədə olmaması 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə