MəHƏMMƏD Əliyev həMİd həMİdov


downloaded from KitabYurdu.org 6  G İ R İ Ş



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   135
KY0000382

 
downloaded from KitabYurdu.org



G İ R İ Ş 
Yer üzündə bütün maddi və mənəvi mədəniyyətin, ictimai formaların yara dıcısı 
və müəyyən edicisi insandır. İnsan fiziki və mənəvi, təbii və sosial, irsi və hə yatda 
əldə edilənlərin vəhdətindən ibarət canlı bir sistemdir. İnsanı istiqa mətləndirən, onu 
iş həyatı ilə və təbii mühit ilə bağlayan onun dünya görüşü, mənəvi siması və 
təhsilidir. İnsan həyatının məqsədi və mənası sosial idealar və fəaliy yətlərlə sıx 
əlaqədardır. 
Bəşəriyyət yaranandan bu günədək insanlar maddi istehsal, təsərrüfat fəaliyyəti
əmək prosesi, mülkiyyət, əmtəə mübadiləsi, maddi nemətlərin bölgüsü, istehsalın 
idarə edilməsi və s. haqqında müəyyən biliklər əldə etmiş, onları tək- milləşdirmiş və 
inkişaf etdirmişdir. 
İstehsal münasibətləri, insani münasibətlər və maddi nemətlər, bütövlükdə 
insanlar arasında yaranan əməkdaşlıq və ya qarşılıqlı yardım, ağıl və ya tabelilik 
münasibətləri sistemidir. 
Elmi-texniki nailiyyətlər sürətləndirilir, yeni-yeni istehsal sahələri, texnoloji 
sistemlər meydana gəlir. Köhnə istehsal münasibətləri yeni məhsuldar qüvvələrin 
inkişaf səviyyəsinə uyğun gəlmir. Köhnə istehsal münasibətləri yeniləşən məhsuldar 
qüvvələrin inkişafı amilindən çıxır. 
İnsan resurslarının idarəedilməsi istiqamətində həyata keçirilən bütün 
fəaliyyətlər insanlığın inkişaf mərhələləri ilə paralel olaraq bu günə qədər öz fəallığını 
qoruyub saxlamışdır. 
İnkişaf etməkdə olan mühit, müəssisə və təşkilat rəhbərlərini gələcəkdəki 
dəyişiklikləri və qeyri müəyyən vəziyyətləri nəzərə alaraq daha tədbirli və düzqün 
qərarlar verməvə çağırır. 
Onlar indi daha çox bazar, keyfiyyət, cavabdehlik və idarəedicilik fenomeninə 
diqqət etməlidirlər. Bir çoxlarını maraqlandıran bəzi suallar vardır: Necə etməliyik?, 
Hansı yollarla fəaliyyət göstərməliyik? 
downloaded from KitabYurdu.org



Quruluşlar hal-hazırda qloballaşmanın mövcud olduğu bir dövrdə, ölkə xaricində 
və daxilində öz rəqabət güclərini artırmaq məcburiyyətindədirlər. Rəqabət gücü isə, 
istehsal səviyyəsini və keyfiyyəti artırmaq, xərcləri azaltmaqla mümkün olur. Bunları 
həyata keçirmək isə insan resurslarına bağlıdır. 
İnsan resursları müəssisə və təşkilatlarda həyata keçirilən fəaliyyətlərin istənilən 
birində çalışan fərdlərdir. Bu fərdlər müəssisə və təşkilatlar üçün həyati əhəmiyyətə 
malikdir. Ancaq bu fərdlərin müəssisə daxili effektliyini təmin etmək və onların 
ümumi 
keyfiyyətin 
yüksəldilməsinə 
doğru 
istiqamətləndirmək 
ən 
ümdə 
vəzifələrdəndir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə