8
insanların əməyi, bacarığı, ixtiraçılığı və
yaradıcılığı
sayəsində məhz bu yerlərdə
yaranıb. Fəhlə hərəkatlarının əsaslandığı
prinsiplər, eləcə də bərabərlik, həmrəylik
və beynəlxalq şəbəkə ideyaları məhz bu
məkanlarda yaranıb və özünə yer edib.
Eynilə, işçilərin və onların ailələrinin
sosial və mədəni həyatı da, insan üçün
əsas olan fərdi və ictimai özünüifadə
tələbatı və şəxsi, məhrəm münasibətlər,
yeni məhəllələrin salınması və məişət
rahatlığının yaradılması ilə birlikdə
bu sənaye qovşaqlarının ətrafında
cərəyan edirdi. Təxminən iki əsrə yaxın
bu məhəllələr istehsalat binalarının
yaxınlığında salınırdılar və bu yaxınlıq
artıq şəhərlərin və onların sakinlərinin
genlərində özünə dərin kök salıb.
Keçən əsrin 60-cı və 70-ci
illərində
böyük istehsal əsri başa çatdıqdan sonra
sənayeləşmə dövrünə aid binalar da tərk
edildi.
Ancaq bu binalar, onların istifadəsi
ilə əlaqədar tamamilə fərqli ideyaları
olan gənc nəsli özünə cəlb etməyə
başladı. Təsadüfi deyil ki, köhnədən
yeniyə doğru ilk rəmzi dəyişikliyə məhz
Fabrik adı verildi. Bu, əlbəttə ki, Endi
Uorholun 1962-ci ildə Manhettendə,
47-cü küçədəki 231 nömrəli binada
yaratdığı studiyanın adı idi. Nyu
Yorkun həmin dövrə aid fotoşəkillərinə
baxsanız şəhər memarlığının
sənaye
binalarında yerləşən incəsənət ya da
mədəniyyət mərkəzlərinin ruhunu
kərpic divarlar, polad konstruksiyalar,
“Trans Europe Halles” (TEH) müstəqil
mədəniyyət mərkəzləri şəbəkəsini təsis
edildiyi tarixdən indiyədək köhnə fabrik
binaları ilə əlaqələndirirlər. Hətta bu
gün də TEH üzvlüyünün şərtlərindən
biri mərkəzlərin köhnə kommersiya və
ya sənaye müəssisəsində yaradılmasına
üstünlük verilməsidir. Fəal gənclərin bu
cür köhnə binaları
boş olduğuna görə
qanunsuz olaraq zəbt etməsi ya da ucuz
olduğuna görə icarəyə götürməsi başa
düşülən olsa da, onları həmin məkanlara
məcburiyyətdən başqa daha nəyin cəlb
etdiyini müəyyənləşdirmək bir qədər
çətin məsələdir. İlk baxışda bu yarıuçuq,
soyuq və funksionallığını çoxdan itirmiş
binaların seçilməsinin səbəbi digər
variantların olmaması ilə izah edilə
bilər, əlbəttə ki, imkan olsa idi hər kəs
rahat, yeni və istismara yararlı binalarda
yerləşməyə üstünlük verərdi.
Bəs onda
bunun bir prinsipə çevrilməsinin səbəbi
nədir?
Bəlkə də bu sualın cavabını həmin
məkanların tarixində axtarmaq
lazımdır. Bizim sənaye mirasımız eyni
zamanda həm icmaların, həm də xalq
hərəkatlarının tarixidir. Bir çoxlarımızın
nəsil şəcərəsinin yaxın keçmişi sənaye
inqilabları, fabriklər və depolar, kütləvi
istehsal zavodları və topdansatış
müəssisələrinin anbarları ilə bağlıdır.
Yaxınlarımızın həyatı məhz bu binalarda
və onların ətrafındakı evlərdə keçib.
Onlar bu yerlər üçün vuruşub, yeni
cəmiyyətin təməlini məhz bu yerlərdə
qoyublar. Bizim müasir şəhərlər çalışqan
2
mədəniyyət fabrikləri
9
onlar da Qərbdəki binaların məruz
qaldığı transformasiya dövründən keçir.
“Trans Europe Halles” şəbəkəsi bu
tendensiyanı
elə ilk gündən aşkarlayaraq
ona qoşuldu. Onun üzvləri tərk edilmiş
bağlı bazarlarda, köhnə zavodlarda
və oxşar məkanlarda yerləşdilər.
Yeni mədəni hərəkatların pionerləri
həm də köhnə sənaye obyektlərini
mühafizə edir, onların qorunub
saxlanmasına çalışırdı. Bu miras müasir
cəmiyyətimizin banisi olan insanların
timsalıdır. Həmin insanların xatirəsinə
heç bir abidə ucaldılmasa da bugünkü
rifah səviyyəmizə nail olmaq, gələcək
nəsillər
üçün yeni imkanlar yaratmaq
məqsədi ilə gecə-gündüz tər tökənlərin
ruhunu məhz həmin binalar təmsil
edir. İsveçin Lund şəhərindəki Mejeriet
mədəniyyət mərkəzinin yerləşdiyi sadə,
lakin gözəl arxitekturalı köhnə yağ
zavodu, Kaapelitehdas (kabel zavodu)
mərkəzinin yerləşdiyi və kafedral
kilsənin nəhəng interyerini xatırladan,
əvvəllər transatlantik kommunikasiya
xətləri üçün kabellərin istehsal edildiyi
zavod kimi köhnə sənaye obyektlərinin
özünəməxsus cazibəsi var. Onların bizə
nəql etdiyi tarix kitablarda yazılmayıb
və tanımadığımız insanların həyat
tarixçələrindən ibarətdir. Ayrı-ayrı
siniflərin konyunktur maraqlarından
uzaq, mədəniyyət üçün mübarizəni
davam etdirən gənclik isə bu tarixi
yaşatmağa nail olmuşdur. Belə
mədəniyyət
və incəsənət mərkəzlərinə
və bu cür binalara bütün Avropa
ölkələrində rast gəlmək mümkündür.
Sizə qalan isə gedib onları kəşf etməkdir.
Sendi Fitscerald
divarların və yolların üstü ilə gedən
boru xətləri, dəmir qutular və çox sayda
dayaq sütunları ilə necə əks etdirdiyini
görərsiniz.. Uorholun valideynləri
fəhlə sinfinin nümayəndələri idi.
Bəlkə də buna görə o hesab edir ki,
kamilliyin, hətta nəcabətin halal əməkdə
axtarılması sələflərimizin xatirəsinin uca
tutulmasıdır.
1960-cı illərdən başlayaraq Avropada
yeni gənclər hərəkatları belə bir ideyanı
geniş yaymağa başladılar ki, mədəniyyət
ancaq hakim zümrənin inhisarında
deyil və
hər bir kəsin mədəni sahədə
öz sözünü deməsi üçün başqaları ilə
bərabər hüququ var.
Bu ideyanı həyata keçirmək üçün yeni
məkanlara ehtiyac vardı, çünki mövcud
konyunktura “inqilabçıları” öz büllur
saraylarında görmək istəmirdi. Atılmış
sənaye müəssisələri bu dəfə tamam
fərqli funksiya ilə, “mədəniyyət zavodu”
kimi istismara qaytarıldı. Köhnə sənaye
istehsalı müəssisələri musiqinin, rəqsin,
səhnə sənətinin, təsviri incəsənətin
yeni formalarının və ümumiyyətlə,
özündə dəyişikliyi, azadlığı
əks etdirən
bütün növ innovasiyaların vüsət aldığı
məkanlara çevrildi.
Bu gün kontr-mədəniyyət hərəkatından
pank hərəkatına, icmalardan ekologiya
qruplarına, məhəllə mərkəzlərindən
anarxist qruplara qədər bütün
səviyyələrdə sənaye dövrünün mirasının
həyata qaytarılması davam edir. 1989-cu
ildə “dəmir pərdə” qalxandan sonra
dünyaya açılmış yeni məkanda da köhnə
binalara münasibət dəyişdi. Hal-hazırda