Mədəniyyət mərkəzlərinin layihələndirilməsi



Yüklə 7,4 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix08.09.2018
ölçüsü7,4 Mb.
#67680
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

103


104
“Döşəməyə diqqət edin: Bax bura 
sarıma dəzgahı üçündür, döşəmənin 
qalan hissəsi isə 6-7 millimetr qalınlıqda 
metal lövhələr ilə üzlənmişdi. Həmin 
metal təbəqənin altındakı döşəmə isə 
zədəli idi. Onu möhkəmləndirmək üçün 
aralarını yapışqanla doldurdular və 
sonra dəzgah ilə cilaladılar. Bu çox ağır 
iş oldu, çünki döşəmə tamam sıradan 
çıxmışdı. Onlar bu döşəməni cilalamağa 
xeyli zaman sərf etdilər. Döşəmənin 
üzərinə sadəcə MDF lövhələr çəkərək 
qalın boya ilə rəngləmək daha asan 
olardı.
Məsələnin bu yolla həlli isə nəinki 
köhnə döşəməni, habelə binanın 
tarixini də qoruyub saxlayır. Bu çirkin 
görünüşün özü də çox vacibdir, çünki 
bura onların iri dəzgahlarla işlədiyi 
və döşəməni sıradan çıxartdığı yerdir. 
Bizim bura gəlib döşəməni tamamilə 
dəyişdirməyimiz, gözəlləşdirməyimiz 
düzgün olmazdı. Biz tarixin bu hissəsini 
itirmiş olardıq. Bu estetik baxımdan o 
qədər də gözəl görünmür, lakin tarix 
nöqteyi-nəzərindən həqiqidir.
Lemmit Kaplinski
Binanın hər qarışının öz tarixi var. Hətta öz 
dövründə diqqətə layiq olmayan... divarlar, 
tavanlar, qapı cəftələri, su boruları və ildırımötürən 
belə yaddaşlardan artıq silinmiş şöhrətin 
şahidləridir. Bu əşyaların açıq nümayiş etdirilməsi 
onları necə qoruyacağınızdan asılıdır.
47
tarixi qatlar
“Creative Centre Carnation” Mədəniyyət Mərkəzi, Tartu şəhəri


105


106
“Binada bizim heç bir köhnə kabel 
dəzgahımız yoxdur, – onlar ya satılıb, 
ya başqa yerə daşınıb və ya zibilə 
atılıb – buna baxmayaraq, insanlar 
məndən tez-tez kabel dəzgahlarımızın 
harada olduğunu soruşur. Bizdə heç 
biri də qalmayıb. Lakin sonuncu iki 
elevator təmir olunandan sonra, bu 
hissələri götürdük. Bu köhnə elevator 
mühərrikidir və zənnimcə, ötüb keçən 
adamların 90 faizi bunun kabel dəzgahı 
olduğunu düşünür!”
Stuba Nikula
Hər bir sərgilənən texniki avadanlığın yaşı 20-dən 
yuxarıdırsa, avtomatik olaraq əsl sərvət sayılır.
48
saxta sərvət
Kaapelitehdas, Helsinki


107


108
“Bu bina şou, görüşlər, iclaslar və sair 
bu kimi tədbirlər üçün istifadə olunub. 
Təxminən 90-cı illərdə, damının asbestlə 
dolu olduğu bilinəndən sonra bağlandı. 
Binanın bərpası, yenidən istifadəyə 
yararlı hala gətirilməsi 20 il çəkdi. Bina 
yenidən istifadəyə hazır olanda yerli 
hakimiyyət bütün təşkilati işləri icra 
edəcək assosiasiya və ya özəl şirkət 
tapmaq üçün açıq tender elan etdi. Biz 
tenderdə iştirak etdik və qalib gəldik.
Avadanlıqlar üçün kiçik büdcə 
ayrılmasına dair yerli hakimiyyətin 
ideyası əla idi. Onlar açıq tender elan 
etdi və yalnız hansı assosiasiyanın qalib 
gəldiyini biləndən sonra avadanlıq 
üçün büdcə ayırdı. Təbii ki, əgər 
musiqi yönümlü assosiasiyamız olsaydı 
və musiqiyə üstünlük versəydik hər 
şey daha fərqli olardı. Bizimsə teatr 
şirkətimiz vardı və bütün marağımızı 
teatra cəmləşdirdiyimizə görə səhnə 
üçün müraciət elədik.”
Federika Roççi
Yerli hakimiyyət ərazini işlətmək üçün şirkət 
seçiminə dair tender elan edib. Tenderdə qalib gələn 
tərəf binanın bərpasına dair təkliflər vermək imkanı 
əldə edəcək.
49
yenilənmə və rəqabət
“DOM”, Bolonya


109


110
“Pekarna mədəniyyət mərkəzinin 
fəaliyyəti ilə bağlı bərpa prosesində 
peşəkar məşvərətçi kimi xidmət edəcək 
komitə yaratmışıq. Biz şəhərdə hələ 
də mövcud olmayan, amma zərurət 
duyulan fəaliyyət növləri və onların 
ehtiyac duyduqları yerlər haqqında 
bir araşdırma apardıq. Biz sonra bütün 
məlumatları bir yerə topladıq və bu, 
memarların istinad edə biləcəyi bir 
başlanğıc nöqtəsi oldu. Biz nəyin baş 
verməsi, niyə baş verməsi və nələrdən 
çəkinmək lazım olması barədə xülasə 
hazırladıq və onlar bunun əsasında öz 
fikirlərini formalaşdırdılar.
Birinci bina ilə bağlı işlər tamam səhv 
yöndə getdi.
Sonra isə o qədər də pis olmadı. İşlər 
Pekarna mədəniyyət mərkəzinin 
tədbirlərinin iştirakçıları, Maribordan 
olan memarlar tərəfindən icra edilib, 
onlar səhnəni tanıyır və nəyə ehtiyac 
olduğunu bilirdilər.”
Borut Venzel
50
bərpa komitəsi
“Pekarna magdalenske mreže” mədəniyyət mərkəzi, Maribor, Slovakiya


111


112
Bərpa işləri yerli hakimiyyətlə 
əməkdaşlıq edən struktur fondlarının 
vəsaiti hesabına başlanıb. Bu cür 
qrantın tələblərinə uyğun olaraq tender 
elan edilməli və hər bir iş peşəkar 
podratçı tərəfindən görülməlidir. 
Bütün qaydalara riayət olunur. Siz 
ancaq təhlükəsizlik dəbilqəsini və 
reflektiv jilet geyindikdən sonra tikinti 
meydançasında gəzə bilərsiniz.
“Mən üç həftə burada olmamışam və 
burada böyük dəyişiklik var. Hər dəfə 
burada gələndə heyran oluram. Bax! 
Orada balaca eyvan var! O yenidir!”
Aqata Etmanoviç
İxtisaslaşmış şirkət tərəfindən görülən bütün tikinti 
işlərini maliyyələşdirmək üçün kifayət qədər vəsaitin 
olması müstəsna haldır.
51
əsas təchizatçı
“Fabryka Sztuki” İncəsənət Mərkəzi, Lodz şəhəri


Yüklə 7,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə