Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
1   2   3   4   5   6   7

köçürülməsi,  çoxaldılması,  onların  əsasında  suvenirlərin,  çap  məhsullarının  istehsalı  müvafiq 

icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 

22.4.  Azərbaycan  Respublikasının  milli  mədəni  irsinə  aid  sərvətlər  bank  zəmanəti  kimi 

istifadə edilə bilməz. 

22.5. Milli  mədəni  irsə  aid,  o cümlədən muzey, arxeologiya, etnoqrafiya,  kitabxana, kino 

fondlarına  və  ya  arxivlərinə  məxsus  mədəni  sərvətlərin  hüquqi  və  fiziki  şəxslər  tərəfindən 

kommersiya  və  qeyri-kommersiya  məqsədləri  üçün  istifadə  edilməsi  müvafiq  icra  hakimiyyəti 

orqanının razılığı ilə həyata keçirilir. 



Maddə 23. Dövlət mədəniyyət müəssisələrinə xüsusi statusların verilməsi  

23.1. Dövlət  mədəniyyət müəssisələrinə tarixi  və mədəni  roluna,  yaradıcılıq fəaliyyətinin 

əhəmiyyətinə,  fondlarının  zənginliyinə,  nadirliyinə,  milli  dəyərlərin  qorunması  və  təbliği 

sahəsində  nailiyyətlərinə  görə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  milli,  akademik, 

beynəlxalq və respublika əhəmiyyətini təsdiq edən status verilir. 

23.2.  Milli  statusa  malik  mədəniyyət  təsisatlarının  fondları  və  əmlakı  milli  sərvət  hesab 

olunur və xüsusi əhəmiyyətli obyektlər kimi dövlət tərəfindən qorunur. 

23.3.  Mədəniyyət  təsisatlarına  xüsusi  statusların  verilməsi  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

5-Cİ FƏSİL 



YARADICI ŞƏXSLƏR 

  

Maddə 24. Yaradıcı şəxslər 

24.1. Hər kəs peşəkar və ya həvəskar yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilər. 

24.2. Azərbaycan Respublikasında yaradıcılıq fəaliyyəti dövlət tərəfindən dəstəklənir.  

24.3. Peşəkar  yaradıcılığın  inkişafı məqsədi  ilə dövlət  tərəfindən iqtisadi  tədbirlər həyata 

keçirilir. 

24.4.  Peşəkar yaradıcılığın meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 

edilir. 

 Maddə 25. Yaradıcı şəxslərin dövlət təminatı 

25.1. Müvafiq  icra hakimiyyəti orqanı  tərəfindən mədəniyyətin inkişafında, təbliğində və 

təşviqində xüsusi xidmətləri olan yaradıcı şəxslərə, festival və müsabiqə qaliblərinə müvafiq icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  qaydada  fəxri  adlar,  təqaüdlər,  mükafatlar 

verilir. 

25.2. Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətləri olan şəxslər Azərbaycan 

Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  23-cü  bəndinə  uyğun  olaraq  orden  və 

medallarla təltif edilirlər. 

25.3.  Mədəniyyətin  inkişafında  xidmətləri  olan  mədəniyyət  işçilərinin,  yaradıcı  şəxslərin 

və  kollektivlərin  bioqrafiyası,  peşə  və  yaradıcılıq  fəaliyyətləri  barədə  məlumat  bazası  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən yaradılır. 

  

6-CI FƏSİL 

MƏDƏNİYYƏT SAHƏSİNDƏ 

DÖVLƏT TƏNZİMLƏMƏSİ 

  

Maddə 26. Mədəniyyət sahəsində dövlət reyestri sistemi 

26.1.  Azərbaycan  Respublikasının  mədəniyyət  sahəsində  dövlət  reyestri  sistemi  dedikdə, 

bu  sahədə  reyestrlər,  kataloqlar,  uçot  sistemləri,  mədəniyyət  əmlakının  siyahıları  və  məlumat 

topluları nəzərdə tutulur.  

26.2. Mədəniyyət sahəsində dövlət reyestri sistemi mədəniyyət obyektlərinin kəmiyyət və 

keyfiyyət göstəricilərindən ibarət məlumat toplusudur. 

26.3. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni 

sərvətlərin mühafizə siyahısı mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxildir. 




26.4.  Mədəni  sərvətlərin  Azərbaycan  Respublikasının  milli  mədəniyyət  əmlakının  Dövlət 

Siyahısına  və  mədəni  sərvətlərin  mühafizə  siyahısına  daxil  edilməsi  müvafiq  icra  hakimiyyəti 

orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 

Maddə 27. Mədəniyyət sahəsində dövlət monitorinqi 

27.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət monitorinqi müvafiq icra 

hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən həyata keçirilir. 

27.2.  Mədəniyyət  sahəsində  dövlət  monitorinqinin  məqsədi  mədəniyyət  sahəsində  dövlət 

siyasətinin  həyata  keçirilməsinin  cari  vəziyyətinin  öyrənilməsi,  çatışmazlıqların  və  həyata 

keçiriləcək  dövlət  mədəniyyət  siyasəti  istiqamətlərinin  və  mədəniyyət  siyasəti  tədbirlərinin 

müəyyən edilməsidir. 

27.3.  Mədəniyyət  sahəsində  dövlət  monitorinqi  mədəni  sərvətlərin  istifadəsinin  və  cari 

vəziyyətinin,  mədəniyyət  sənayesinin  vəziyyətinin,  mədəniyyət  məhsullarının  və  xidmətlərinin 

kəmiyyətinin  və  keyfiyyətinin,  maddi  və  qeyri-maddi  mədəni  irs  obyektlərinin  vəziyyətinə  və 

istifadə  qaydalarına  riayət  olunmasının,  milli  azlıqların  mədəni  müxtəlifliklərinin  vəziyyətinin, 

mədəniyyət  sahələrində  kadr,  maddi  və  texniki  təchizatın  cari  vəziyyətinin,  mədəniyyət 

sahəsində  elm  və  təhsil  müəssisələrində  təhsil  prosesinin  və  tədris  proqramlarının 

müşahidələrindən ibarətdir. 

Maddə 28. Mədəniyyət sahəsində rəsmi statistikanın aparılması 

28.1.  Mədəniyyət  sahəsində  məlumatların  obyektivliyinin  və  müqayisəliliyinin  təmin 

edilməsi məqsədi ilə rəsmi statistika aparılır. 

28.2. Azərbaycan Respublikasında mədəniyyət  sahəsində  rəsmi statistikanın  aparılması,  o 

cümlədən  məlumatların  yığılması,  işlənməsi,  bazada  yerləşdirilməsi,  ötürülməsi  və  yayılması 

"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada 

həyata keçirilir. 

Maddə 29. Mədəniyyət sahəsində elektron məlumat sistemi 

29.1. Mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət 

monitorinqinin  aparılması,  mədəniyyət  sahəsində  fəaliyyət  göstərən  subyektlər  arasında 

münasibətlərin  inkişafı  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  mədəniyyət 

sahəsində elektron məlumat sistemi yaradılır. 

29.2. Mədəniyyət sahəsində elektron məlumat sistemi dövlət orqanları, bələdiyyələr, fiziki 

və  hüquqi  şəxslər,  o  cümlədən  qeyri-hökumət  təşkilatları  arasında  mədəniyyət  sahəsində  

qarşılıqlı    əlaqələrin    qurulmasına,    mədəniyyət    fəaliyyəti    subyektləri    arasında  məlumat 

mübadiləsinin  aparılmasına  və  mədəniyyət  sahəsində  səmərəli  idarəetmənin  təmin  olunmasına 

xidmət edən kompleks proqram təminatıdır. 

29.3.  Mədəniyyət  sahəsində  elektron  məlumat  sistemi  özündə  yerli  və  mərkəzi  elektron 

məlumat sistemlərini ehtiva edir. 

29.4.  "İnformasiya  əldə  etmək  haqqında",  "İnformasiya,  informasiyalaşdırma  və 

informasiyanın  mühafizəsi  haqqında",  "Dövlət  sirri  haqqında"  və  "Fərdi  məlumatlar  haqqında" 

Azərbaycan  Respublikası  qanunlarının  tələbləri  nəzərə  alınmaqla,    mədəniyyət  sahəsində 

elektron məlumat sistemi ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan məlumatlardan 

ibarətdir. 

29.5.  Mədəniyyət  sahəsində  elektron  məlumat  sisteminin  tərkibi,  təşkili  və  idarə  olunma 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

  

7-Cİ FƏSİL 

 

MƏDƏNİ SƏRVƏTLƏR VƏ AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİ İRSİ 

  

Maddə 30. Mədəni sərvətlər 

30.1. Mədəni sərvət dedikdə, aşağıdakılar başa düşülür: 




Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə