Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 188,97 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix14.05.2018
ölçüsü188,97 Kb.
#43870
1   2   3   4   5   6   7

3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərin, dövlət, özəl və bələdiyyə 

mədəniyyət  təsisatlarının  hüquqlarının  qorunması  və  yaradıcılıq  fəaliyyətinin  həyata 

keçirilməsinin təmin edilməsi

3.2.3.  mədəniyyət  sahəsində  ixtisaslı  kadrların  hazırlanması  və  onların  peşəkarlıq 

səviyyəsinin artırılması; 

3.2.4.  mədəni sərvətlərin qorunması və artırılması; 

3.2.5.  mədəniyyət  fəaliyyəti  subyektlərinin  sosial  müdafiəsi  və  görkəmli  mədəniyyət 

xadimlərinin xatirəsinin əbədiləşdirilməsi; 

3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin 

inkişafına,  əhalinin  mənəvi  tələbatının  ödənilməsinə  xidmət  edən  mədəniyyət  əsərlərinin 

yaradılmasının stimullaşdırılması; 

3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və inkişafı; 

3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyektlərinin yaradılması, qorunması 

və təşviqi; 

3.2.9. milli mədəni irsin inkişafının maliyyə mənbələri ilə təmin edilməsi; 

3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılması; 

3.2.11.  şəxslər,  dövlət  orqanları,  bələdiyyələr  və  beynəlxalq  təşkilatlar  arasında 

əməkdaşlığın qurulmasının və inkişafının təmin edilməsi; 

3.2.12. mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf etdirilməsi və təşviqi

3.2.13.  mədəniyyət  sahəsində  avtomatlaşdırmanın  və  ən  qabaqcıl  rabitə,  informasiya, 

elektron idarəetmə və kommunikasiya texnologiyalarının tətbiq olunması və inkişafı; 

3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqi; 

3.2.15.  mədəniyyət,  o  cümlədən  əyləncə  sənayesinin  inkişaf  etdirilməsi,  mədəniyyətin 

müxtəlif formalarının rəqabətə davamlılığının dəstəklənməsi

3.2.16. mədəniyyət sahəsində inhisarçılığın qarşısının alınması. 

Maddə 4. Mədəniyyət sahəsində dövlət siyasətinin prinsipləri 

4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 

4.0.1.  tarazlılıq  -  mədəniyyət  sənayesi  ilə  mədəniyyət  məhsullarının  və  xidmətlərinin 

bazarları  arasında  balansın  yaradılması,  mədəniyyət  cəmiyyətlərinin  fəaliyyətinin  inkişafının 

təmin edilməsi; 

4.0.2.  bərabərlik  -  hər  kəsin  öz  mədəniyyət  və  yaradıcılıq  hüquqlarının  və  imkanlarının 

bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması; 

4.0.3.  demokratiklik  -  əhalinin  azad  düşüncə  ruhunda  tərbiyələndirilməsi,  mədəniyyət 

sahəsinin  dövlət-ictimai  əsaslarla  təşkilində  və  idarə  edilməsində  hüquq  və  azadlıqların 

genişləndirilməsi,  estetik  düşüncə  azadlığının  təmin  edilməsi,  yeni  mədəniyyət  təşkilatlarının 

yaradılmasının stimullaşdırılması; 

4.0.4.  humanistlik  -  dünyəvi  dəyərlərin,  şəxsiyyətin  azad  inkişafının,  insan  hüquqları  və 

azadlıqlarının,  sağlamlığın  və  təhlükəsizliyin,  ətraf  mühitə  və  insanlara  qayğı  və  hörmətin 

prioritet kimi qəbul olunması; 

4.0.5.  inteqrasiya  -  dünya  mədəniyyətindən  təcrid  olunmamaqla,  dünya  mədəniyyətinin 

universal  dəyərlərini  qəbul  edərək,  milli  mədəniyyətin  dünyada  tanıdılması,  zənginləşdirilməsi  

və inkişafının təmin edilməsi; 

4.0.6.  keyfiyyətlilik  -  mədəniyyət  sahəsində  məhsulların  və  xidmətlərin  ən  qabaqcıl 

standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına 

uyğunluğunun təmin olunması; 

4.0.7.  dünyəvilik  -  dünyəvi  dəyərlərin  yaradılması,  qorunması  və  inkişafının  təmin 

olunması; 

4.0.8.  səmərəlilik  -  mədəniyyət  sahəsində  yaradıcılığın  daim  inkişaf  edən,  faydalı  və  son 

nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi

4.0.9.  varislik  -  mədəni  sərvətlərin,  bu  sahədə  bilik  və  təcrübənin  sonrakı  nəsillərə 

ötürülməsi; 




4.0.10.  istedad  amili  -  fitri  istedada  malik  şəxslərin  yaradıcılıq  nailiyyətlərinin  artmasına 

xüsusi qayğının göstərilməsi. 



Maddə 5. Mədəniyyət sahəsində dövlətin vəzifələri 

5.1. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir: 

5.1.1.  mədəniyyət  sahəsində  dövlət  siyasətinin  formalaşdırılması  və  həyata  keçirilməsi,  o 

cümlədən  sahə  üzrə  normativ  hüquqi  aktların  və  standartların,  dövlət  proqramlarının,  tədbirlər 

planlarının, strategiyaların və konsepsiyaların qəbul edilməsi; 

5.1.2.  milli  mədəniyyətin  bərpa  edilməsi,  qorunması,  inkişafı  və  təşviqinə  yönəlmiş 

tədbirlərin görülməsi; 

5.1.3.  insanların  Azərbaycan  və  dünya  mədəniyyət  nümunələrinə  və  mədəni  sərvətlərə 

sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirlərin təşkili

5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi; 

5.1.5.  mədəniyyət  sahəsində  beynəlxalq  əməkdaşlığın  inkişaf  etdirilməsi  və  təcrübə 

mübadiləsinə şərait yaradılması; 

5.1.6.  beynəlxalq  tədbirlərdə  Azərbaycan  mədəniyyətinin  təqdim  edilməsi  və  təşviqini 

təmin edən tədbirlərin görülməsi; 

5.1.7.  mədəniyyət  fəaliyyətində  beynəlxalq  təşkilatların,  bələdiyyələrin,  fiziki  və  hüquqi 

şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakının dəstəklənməsi; 

5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi; 

5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması; 

5.1.10.  mədəniyyət  sahəsinin  inkişafında  xidmətlərə  və  töhfələrə  görə  mədəniyyət 

işçilərinə və yaradıcı şəxslərə həvəsləndirmə tədbirlərinin təşkili; 

5.1.11. milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki 

bazanın yaradılması və inkişaf etdirilməsi; 

5.1.12.  xarici  dövlətlərin  mədəniyyət  tədbirlərinin  keçirilməsinə  müvafiq  dəstəyin 

göstərilməsi; 

5.1.13.  xarici  dövlətlərdə  Azərbaycan  mədəniyyət  mərkəzlərinin  yaradılması,  inkişafı  və 

fəaliyyətlərinin əlaqələndirilməsi; 

5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi; 

5.1.15. mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsi. 

5.2.  Mədəniyyət  sahəsində  dövlət  siyasətinin  prioritet  istiqamətlərinin  müəyyən  edilməsi 

və  onun  əsasında  məqsədyönlü  layihələrin,  dövlət  proqramlarının,  strategiyaların  və  tədbirlər 

planlarının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata 

keçirilir.  Mədəniyyət  sahəsində  tədbirlərin  hazırlanması  və  icrası  işi  mədəniyyət  sahəsində 

fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir. 

5.3. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı fəaliyyət sahələrini əhatə edir: 

5.3.1. mədəni irs - maddi və qeyri-maddi mədəni irs

5.3.2. incəsənət fəaliyyəti; 

5.3.3. mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat, o cümlədən elektron nəşriyyat işi, 

memarlıq və dizayn, multimedia, kulinariya və reklam); 

5.3.4.  mədəniyyət  xidmətləri  (muzeylərin,    tarix  və  mədəniyyət  əhəmiyyətli  parkların  və 

qoruqların fəaliyyəti); 

5.3.5. xalq yaradıcılığı. 

  

3-CÜ FƏSİL 



MƏDƏNİYYƏT  SAHƏSİNDƏ  ƏSAS  İNSAN  VƏ  VƏTƏNDAŞ  HÜQUQ  VƏ 

AZADLIQLARI 

Maddə 6. Hüquq və azadlıqların təminatı 

6.1.  Azərbaycan  Respublikasında  hər  kəsin  mədəniyyət  sahəsində  hüquq  və  azadlıqları, 

beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin edilir. 

6.2. Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial 

vəziyyətindən, 

sosial 


mənşəyindən, 

sağlamlıq 

imkanlarından, 

ictimai 


birliklərə 


Yüklə 188,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə