30.1.1. hər bir xalqın mədəni irsi üçün əhəmiyyəti olan daşınar və ya daşınmaz sərvətlər
(memarlıq, incəsənət və ya tarixi, dini və ya dünyəvi abidələr; arxeoloji qazıntı yerləri; tarixi və
ya bədii əhəmiyyət kəsb edən memarlıq ansamblları; incəsənət əsərləri; bədii, tarixi və ya
arxeoloji əhəmiyyəti olan əlyazmalar, kitablar və digər əşyalar; elmi kolleksiyalar; kitab və arxiv
materiallarının, yaxud yuxarıda göstərilən sərvətlərin reproduksiyalarının mühüm kolleksiyaları);
30.1.2. Bu qanunun 30.1.1-ci maddəsində göstərilmiş, əsas məqsədi daşınar mədəni
sərvətlərin saxlanması və ya sərgilənməsi olan binalar (muzeylər, kitabxanalar, arxivlər, habelə
daşınar mədəni sərvətləri silahlı münaqişə zamanı saxlamaq üçün istifadə olunan sığınacaqlar);
30.1.3. Bu qanunun 30.1.1-ci və 30.1.2-ci maddələrdə qeyd olunmuş mədəni sərvətlərin
cəmləşdiyi mərkəzlər.
30.2. Mədəni sərvətlərə aşağıdakılar aiddir:
30.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravürlər, estamplar,
litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;
30.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və
fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;
30.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat
materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv
sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;
30.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli
daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatı;
30.2.5. səhnə və ekran əlbisələri, dekorları, butaforiya və rekvizitləri;
30.2.6. qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar
(o cümlədən mebel, musiqi alətləri və s.);
30.2.7. şifahi xalq yaradıcılığı nümunələri;
30.2.8. arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar;
30.2.9. memarlıq abidələri, tikili nümunələri, xatirə yerləri və məqbərələr;
30.2.10. park və təbii landşaft obyektləri;
30.2.11. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya
baxımından maraqlı muzey əşyaları.
30.3. Mədəni sərvətlər dövlətin, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin, qeyri-hökumət
təşkilatlarının, o cümlədən ictimai və yaradıcılıq birliklərinin mülkiyyətində ola bilər.
30.4. Mədəniyyət nümunələrinin Azərbaycan Respublikasında milli mədəni sərvətlərə aid
edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən ekspertiza yolu ilə müəyyən edilir. Milli
mədəni sərvətin mülkiyyətçisi onun lazımi saxlanılmasını və mühafizəsini təmin etməyə
borcludur.
30.5. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəniyyət nümunələri
Azərbaycan Respublikasının milli mədəni sərvətlərinin tərkib hissəsidir.
30.6. Azərbaycan Respublikasında yaşayan milli azlıqların mədəni sərvətləri dövlət
tərəfindən qorunur.
Maddə 31. Milli mədəni arxivlər
31.1. Kitabxana, muzey, foto, kino və digər arxiv və fondların yaradılması və mühafizəsi
bu qanunun 20.2-ci maddəsinə və "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
31.2. Milli kitabxana, muzey, foto, kino arxiv və fondlarının vahidliyi və toxunulmazlığı
dövlət tərəfindən təmin edilir.
31.3. Dövlət mülkiyyətinə aid, bu qanunun 31-ci maddəsində nəzərdə tutulmuş arxivlərin
(fondların) özgəninkiləşdirilməsi qadağandır.
Maddə 32. Mədəni irs nümunələri
32.1. Milli mədəni irsə muzey, incəsənət, audiovizual, (o cümlədən kino), teatr, kitabxana,
əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri
və tarix-mədəniyyət qoruqları aiddir.
32.2. Azərbaycan Respublikasında mədəni irs nümunələrinin qorunması, bərpası və
istifadəsi bu qanunun 20.2-ci maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 33. Daşınmaz mədəni irs
33.1. Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi və ya inşa
olunduğu məkanlarda qorunur.
33.2. Azərbaycan Respublikasında daşınmaz mədəni irsə aşağıdakılar aiddir:
33.2.1. milli mədəni irs üçün önəmli olan memarlıq, arxeoloji, mədəniyyət və tarixi, dini
və dünyəvi abidələr, o cümlədən tarixi və bədii maraq kəsb edən arxeoloji, təbii ərazilər və
arxitektura kompleksləri, incəsənət əsərləri;
33.2.2. daşınar mədəni sərvətlərin qorunması və ya nümayişini həyata keçirən bina və
tikililər, muzeylər, kitabxanalar və arxivlər, müharibə şəraitində mədəni sərvətlərin mühafizəsini
təmin edən sığınacaqlar;
33.2.3. mədəni sərvətlərin toplandığı yerlər.
33.3. Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin siyahılara daxil edilən mədəni irs
abidələrinin və qoruqların mühafizə zonaları və qoruqların sərhədləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə 34. Sualtı mədəni irs
34.1. Azərbaycan Respublikasının ərazi sularında sualtı mədəni sərvətlərin sualtı mədəni
irs nümunələrinə aid edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
34.2. Sualtı mədəni irsə öz təbii və arxeoloji mühiti ilə birgə suyun altında olan
aşağıdakılar aiddir:
34.2.1. obyektlər, tikililər və onların qalıqları, artefaktlar və paleontoloji qalıqlar;
34.2.2. gəmilər, uçuş və nəqliyyat vasitələri və ya onların hissələri, onların yükü və
içindəki digər əşyalar;
34.2.3. qədim tarixi əşyalar.
34.3. Sualtı mədəni irs nümunələrindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 35. Milli mədəni irs obyektləri
35.1. Nadir tarixi, arxeoloji, bədii, elmi, estetik dəyərlərə malik olan və Azərbaycan xalqı
üçün xüsusi əhəmiyyət daşıyan mədəni irs obyektlərinin müəyyən edilməsi və qorunması bu
qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarına uyğun
olaraq tənzimlənir.
35.2. Xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektlərinin milli mədəni irs obyektlərinə aid
edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
35.3. Azərbaycan Respublikasının milli mədəni irs obyektləri başqa dövlətlər tərəfindən
mənimsənilə bilməz.
Maddə 36. Qeyri-maddi mədəni irs
36.1. Azərbaycan Respublikasında qeyri-maddi mədəni irs nümunələri dövlət tərəfindən
qorunur.
36.2. Qeyri-maddi mədəni irs nümunələrinin qorunması özündə eyniləşdirmə,
sistemləşdirmə, saxlanma, mühafizə, yaxşılaşdırma, nəsildən-nəslə ötürülmə daxil olmaqla
mədəni irsin müxtəlif aspektlərinin bərpası istiqamətində keçirilən fəaliyyətlərlə təmin edilir.
36.3. Qeyri-maddi mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və təşviqi məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən mədəniyyət sahəsində dövlət reyestri sisteminə daxil
olan, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri aparılır.
36.4. Qeyri-maddi mədəni irs özündə aşağıdakıları ehtiva edir:
36.4.1. diyarşünaslıq (adət və ənənələr, bayram və mərasimlər, tarixi rəmz nümunələri və
sirlər);