Anar – 75
11
rən Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından
bi
ri olmuşdur. O, Gəncədə ilk müstəqil Azərbaycan Cümhuriy-
yəti qurulan zaman Fətəli xan Xoyskinin hökumətində ilk səhiy-
yə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzi-
fəsinə təyin edilmişdir. Nigar xanımın ulu babası Əliəkbər bəy
Rəfibəyli Azərbaycanın ilk siyasi partiyası olan “Difai” partiya-
sının yaradıcılarından biridir. Anar ata tərəfdən isə Bayat boyu,
Şahsevən tayfasından olan Məmmədxanlılar nəslindəndir. Azər-
baycan tarixin
də önəmli rol oynamış nəsillərin davamçısı oldu-
ğunu Anar öz yaradıcılığı, ictimai fəaliyyəti ilə daim təsdiqlə-
mişdir. Bu önəmli fəaliyyəti Ulu öndərimiz Heydər Əliyev belə
qiy
mətləndirir: “Repressiya qurbanı olmuş Xudadat bəy Rəfi-
bəylinin qızı Nigar xanım Rəfibəyli böyük bir yol keçmiş, Azər-
bay
can mədəniyyətinin inkişaf etməsi uğrunda çalışmışdır. O, öz
həyat yoldaşı—Azərbaycanın böyük şairi Rəsul Rza ilə birlikdə
Azərbaycan ədəbiyyatının yüksəlməsində xüsusi rol oynamışdır
və məmnunam ki, onların övladı, Azərbaycanın böyük yazıçısı,
Ya
zıçılar Birliyinin sədri hörmətli Anar da əcdadlarının, anası-
nın, atasının işini davam etdirir və Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin inkişafına öz xidmətlərini göstərir”(34).
Anar Rəsul oğlu Rzayev 1938-ci ildə mart ayının 14-də Bakı
şəhərində anadan olmuşdur. O, onillik musiqi məktəbini gümüş
me
dalla bitirdikdən sonra Azərbaycanın seçilən təhsil ocağı Ba-
kı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Bura-
da təhsilini başa vurduqdan sonra Moskvada Ali ssenari (1962-
1964) və rejissor (1970-1972) kurslarını bitirir. Fəal yaradıcı
mü
hitdə böyüyən Anar 1960-cı ildə Nizami muzeyində kiçik el-
mi işçi, 1961-62-ci illərdə Dövlət Radio və Televiziya Komitə-
sin
də redaktor işləyir.
O, 1964-
cü ildən Azərbaycan Yazıçılar Birliyinin, habelə Ki-
nematoqraflar
İttifaqının, Jurnalistlər Birliyinin, Teatr Xadimləri
İttifaqının üzvü olmuşdur. 1987-ci ildə Yazıçılar İttifaqının bi-
rinci katibi seçil
mişdir. Teymur Əhmədov Anarın bioqrafiyası
haq
qında geniş məlumat verərək yazır: “Anar ictimai əsaslarla
|