Мащмуд аллащманлы



Yüklə 41,6 Mb.
Pdf görüntüsü
səhifə8/104
tarix31.10.2018
ölçüsü41,6 Mb.
#77057
1   ...   4   5   6   7   8   9   10   11   ...   104

 
24 
fakültəsini  75  nəfər  qurtarırdı.  Ancaq  bunlardan  2  nəfər 
fərqlənmə  diplomuna  layiq  görüldü.  Onlardan  biri  mən  idim. 
Ona  görə  mən  özümü  qəhrəman  hiss  edirəm.  Dörd  illik  çox 
ağır  və  şərəfli  təhsil  illərini  beləcə  başa  vurmuşam.  Həmin 
zəhmətin  müqabilində  məni  doğma  institutda  saxladılar.  Pro-
fessor M.Rəfilinin aspirantı olmaqdan böyük xoşbəxtlik nə ola 
bilər. İndi yolum həmin məktəbə düşmüşdü. Tale gətirib məni 
oraya  çıxardı.  Məktəbin  müəllim  kollektivi  ilə  görüşdüm. 
Dedilər ki, bu məktəbin dil və ədəbiyyat müəllimi Şərif İdrisov 
neçə  illərdir  ki,  Molla  Cümənin  şeirlərini  toplamaqla  məşğul-
dur, ancaq indi kənddə yoxdur, bir neçə gündən sonra gələcək. 
Aşığın  şeirlərini  yığdıqca,  topladıqca  diqqətlə  oxuyur,  qoy-
götür  eləyir.  Böyük  sənətkarın  yaradıcılığı  haqqında  çoxlu-
çoxlu məsələ və mülahizələri fikirləşirdim. Onun poetik aləmi, 
rəngarəng  şeir  şəkilləri,  müxəmməslərində  cilvələnən  şirin-şə-
kər dilimizin möcüzəli çalarları daim diqqətimdə olub. Həmişə 
də yazmaq, axtarmaq, tədqiq eləmək fikrindən daşınmamışam. 
Əsas məsələ o böyük insanı, şairlərini kobud, köhnə kağızlarda 
diqqətlə ayırıb, soraqlaşıb, müqayisələr aparıb əsil kökünü üzə 
çıxarıb,  düzüb-qoşub  böyük  aşığın  özü  qədər  sevdiyi  doğma 
xalqına  qaytarmaq  olmuşdur.  Bununla  belə  bir  sıra  axtarışlar, 
tədqiqatlar da meydana gəlmişdir. Vaxt-vaxt onları sistemə sa-
lıb  çap  etdirmişəm.  Həmin  axtarışlardan,  tədqiqatlardan  neçə-
sini kitabıma daxil eləmişəm.  
Molla  Cümə   yalnız dinlərin tarixinin deyil ümumbəşəri 
mifologiyanın  da  gözəl  bilicisi  olduğunu  nümayiş  etdirmişdir. 
Dünyanın  yaranması  haqqında  bütün xalqlar  miflər düzəltmiş-
lər. İslam  mifologiyasında dünyanın  yaranması  müxtəlif şəkil-
lərdə şərh olunmuşdur. Bunların bir çoxuna Molla Cümə bələd 
olmuşdur.  
Cahar şeydən xəlq olmuşuq 
Abi  atəş  xaki  bad  -yaxud  bu  dünyanı  yaradan  Allaha 
müraciətlə 
Yeddi qat yer, yeddi qat göy yaradıbsan, 


 
25 
Binasını atəşdən yaratdı Allah. 
Bəzi  əsatirlərə  görə  Allah  dünyanı  yaradanda  yarısı  su, 
yarısı  da  od  olmuşdur.  Bundan  sonra  isə  qalan  məxluqatı, 
canlıları, heyvanları, nəbatatı yaratmışdır. 
Hələ Adəm peyğəmbərdən qabağa, 
Bir üzü ağ, biri qara dünyadır. 
  Aşığın  bir  çox  misralarının  arxasında  böyük  əfsanə, 
əsatirlər  dayanır.  Molla  Cümənin  şeirlərinin  birində  belə  bir 
misra var: “Musayi Şeyubin əsası məndə”. Bu misra qədim dini 
əsatirlərlə  bağlıdır.  Musanın  əsası  peyğəmbərin  onunla  göstə-
rilən  möcüzələr  aiddir.  Bəs  Şeyub  kimdir?  Qədim  mifə  görə, 
Musa  peyğəmbər  bir  müddət  Misir  hökmdarı  Fironun  sara-
yında  yaşamışdır.  Musa  və  Fironla  bağlı  əsatirlər  mövcuddur. 
Müəyyən  bir  günah  işlətdiyinə  görə  hökmdarın  qəzəbindən 
Şama  qaçmışdır.  Orada  Şeyub  adlı  varlı  bir  kişiyə  çoban 
(nökər)  olmuşdur.  Quranda  yazıldığına  görə  Şeyubun  özü  də 
peyğəmbər  olmuşdur.  Musa  çoxlu  sərvətlər  toplayır  və 
Şeyubun  qızına  evlənir.  Deməli,  Molla  Cümə  Musa  peyğəm-
bərlə  bağlı  macəraları  və  Şeyubun  xarakterinə  bağlı  əsatirlərə 
bələd olmuşdur.  
Şəki əlyazmasının əvvəlində  belə  bir qeyd  vardır. Molla 
Cümə  həyatında  bir  dəfə  də  olsun  mollalıq  etməmişdir.  Yazı 
bilmiş  olduğu  üçün  Molla  deyərək    adlandırmışdılar.  Heç  bir 
vaxt  mollalara verilən zəkat və başqa vergilərə ömründə  yaxın 
durmamışdır.  İbaxlıda  (Qax  rayonu)  bir  molla  xalq  qarşısında 
öz  dolanacağından  şikayətlənir.  Molla  Cümə  bunu  eşidir,  ona 
buğda  vəd  edir.  Molla  gəlib  aşığın  evindən  buğdanı  aparanda 
Molla  Cümə  onu  danlayır.  Belə  işlərin  əsil  din  xadiminə 
yaraşmadığını söyləyir. 
Molla Cümə savad görmüş sənətkardır. Qoşduğu şeirləri 
özü yazıya alıb. Belə ki, onun şeirləri iki yolla yayılıb. Əlyaz-
malar və şifahi yolla. Əlyazmaların bir hissəsi professional ka-
tiblər  tərəfindən  köçürülüb,  yayılıb.  Bir  də  həvəskarlar,  necə 


 
26 
deyərlər əlyazma sahiblərindən alıb özləri üçün köçürülüb sax-
lanmışdır.  
Aşığın  şeirini oxuyub  bəzən deyirlər, Molla Cümə bunu 
belə  yazmaz,  yaxud  misranı  belə  deməzdi.  Ola  bilsin  ki,  bu 
düzdür.  Ancaq  unutmaq  olmaz  ki,  hansı  yolla  da  olsa  bu  şeir 
əlyazmasına  belə  düşüb.  Bizdə  olab  başqa  əlyazmalarında  da 
variantı  yoxdur,  ona  görə  də  həmin  şeir  həmin  əlyazmasında 
necə varsa o şəkildə də kitaba daxil etmişik. Gələcəkdə, əlbəttə 
ki,  onun  əslinin  üzə  çıxarılacağına  əminik.  Şəki  əlyazmasının 
əvvəlində  çox  maraqlı  bir  qeyddə  rast  gəlirik.  Orada  deyilir: 
Molla  Cümə  Zaqatalanı,  Dağıstanı  gəzmişdir.  Bir  qədər  ürəyi 
darıxdığı  zaman  Zaqatalaya  keçərdi.  Hər  bir  yerdə  şeir  yaz-
maqla  da  məşğul  olmuşdu.  Başqa-başqa  yerlərdə  kəndisi 
aşıqlar tərzində qoşduğu bir çox el sözlərini hər yerdə söylər və 
oxuyardı.  Bəzən  lazımlılarını  evdə  dəftərinə  yazardı.  Əksəriy-
yəti  isə  el  içində  yayılıb  qalmışdır  ki,  çoxlarını  əldə  etmək 
mümkünsüzdür.  Çünki  hansı  bir  məclisdəki  söylədiyi  şeirləri, 
qəzəlləri çox vaxt dəftərinə yazmazdı. Odur ki, kənd aşıqlarının 
ağzında əzbər qalmışdır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
27 
II BÖLMƏ 
MOLLA CÜMƏNİN ƏDƏBİ İRSİ 
MÜQƏDDƏS VƏ TOXUNULMAZDIR 
 
Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 
Gövhəri laməkan mənəm, kövnü məkana sığmazam. 
                                                             Nəsimi  
 
 
 
Mən  düz  72  ildir  xalqımızın  fəxri  96  yaşlı  pedaqoji 
məbədin divarları arasındayam. 16 il Azərbaycan ədəbiyyatı ta-
rixi kafedrasının müdiri olmuşam. Bu kafedranın əsasını 1921-
ci  ildə  böyük  yazıçı  və  böyük  müəllim  Abdulla  Şaiq  qoy-
muşdur. Əli Nazim, Mikayıl Rəfili, akademik Feyzulla Qasım-
zadə də kafedraya rəhbərlik etmişlər. Müdir  işlədiyim  illərdən 
birində  kafedranın  üzvü,  professor  Xeyrulla  Məmmədov  gəlib 
yanımda oturdu. Dedi ki, Paşa müəllim, mən indi Əlyazmaları 
İnstitutunun  direktor  əvəzi  Məmməd  Adilovun  yanından  gəli-
rəm. Onun əlində Molla Cümənin şeirləri çap olunan bir kitab 
var  idi.  Mən  ona  dedim  ki,  professor  Paşa  Əfəndiyev  30-40 
ildir  Molla  Cümənin  həyat  və  fəaliyyətini  öyrənir,  bir  neçə 
kitabı  da  çıxıb.  Məmməd,  bunlardan  xəbərin  varmı?  O  cavab 
verdi  və  and  içdi  ki,  onun  heç  nədən  xəbəri  yoxdur.  Xeyrulla 
müəllim bunları mənə dedi. Düzü, mən təəccüb elədim. 
Səhərisi mən Məmməd Adilova zəng çaldım. Məmməd 
müəllim  bizim  dostumuz  mərhum  dilçi  alimimiz  Musa  Adil-
ovun  oğludur.  O,  namizədlik  dissertasiyasını  bizim  pedaqoji 
institutda  müdafiə  eləyib.  Müdafiə  sovetində  dissertasiyanın 
müzakirəsində  sədrliyi  də  mən  eləmişəm.  Məmməd  müəllim-
dən  xahiş  elədim  ki,  o  kitabdan  bir  nüsxəsini  mənə  çatdırsın. 
Doğrudan da bir-iki gündən sonra o, kitabı göndərdi. Məmməd 
Adilov  özünü  mənim  tələbəm  hesab  eləyir.  O,  kitabın  avtoq-
rafında yazmışdı: “Əzizimiz, dərin hörmət bəslədiyimiz ağsaq-
qal  alimimiz  Molla  Cümənin  ilk  tədqiqatçılarından  biri,  ilk 
naşiri, gözəl insan professor Paşa Əfəndiyev üçün dərin hörmət 


Yüklə 41,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə